Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-75/2024 24.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X39 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X13, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X13, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və X7 mülkiyyətində olan ünvan 1 ünvanında j.38396 hektar torpaq sahəsi və 58.4 kvadrat metr fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı3 iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, X25 və X7 mülkiyyətində ünvan 1 ünvanında 0.38396 hektar torpaq sahəsi və 58.4 kvadrat metr fərdi yaşayış evi vardır. X25 02 aprel 1999-cu il tarixdə, X14 isə 01 mart 2018-ci il tarixdə ölmüşlər. Həmin torpaq sahəsindən və fərdi yaşayış evindən onların payları müəyyən edilməlidir. Belə ki, X5 Gülməmməd Teymur oğlu, İddiaçı1 və X10 anasıdır, İddiaçı2 və İddiaçı3 isə nənəsidir. Belə ki, İddiaçı2 ilə İddiaçı3 anası-X26 (birinci növbə vərəsə) ölmüşdür. Mərhum X1 Xalisə Temur qızı, X21 və mərhum X15 qardaşıdır. X2 evli olmamış, uşaqları yoxdur və biz onun yeganə varisləriyik. Biz qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması üçün Astara rayon Notariat ofisinə müraciət etsək də, Astara rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarı ilə notariat hərəkəti aparmaqdan imtina edilməsi barədə qərar qəbul edilmişdir. X3 və X7 mülkiyyətində olan ünvan 1 ünvanında j.38396 hektar torpaq sahəsi və 58.4 kvadrat metr fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və X10 payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul edərək, təmsil etdiyi şəxsə qarşı verilmiş iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işə maraqlı şəxs kimi cəlb edilmiş X18 və Maraqlı şəxs2 Akif oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki mübahisə vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələrə aid olduğuna görə, həmin mübahisə üzrə qaldırılmış iddiaya, mirasın açılmasına, miras əmlakın kütləsinə, vəsiyyət və qanun üzrə vərəsələrin dairəsinə, miras əmlakda payların müəyyən olunmasına və digər məsələlərə qiymət verilməsi, nəticədə mülki hüquq mübahisəsinin daha anlaşılan həll olunması üçün tələblərə ayrı-ayrılıqda qiymət verilməsi daha məqbuldur. Odur ki, məhkəmə aşağıdakı meyarlarla mülki mübahisənin həll olunmasını daha qanuni və əsaslı hesab edir: İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından məlum olur ki, Astara şəhəri, S.Vurğun küç.52A ünvanında yerləşən 0.05 ha torpaq sahəsi X7, fərdi yaşayış evi və 0.33396 ha torpaq sahəsi isə X16 xüsusi mülkiyyətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X25 02 aprel 1999-cu il tarixdə Astara şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 01 mart 2018-ci il tarixdə Astara şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X26 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X17 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1953-cü il tarixdə Astara şəhərində anadan olmuş və ana qrafasında- X26 qeyd olunub. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx.xx.1975-ci il tarixdə Astara şəhərində anadan və ana qrafasında- X26 qeyd olunub. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1979-cu il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur və ana qrafasında X17 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1951-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X28 şəhəri, H.Aslanov küçəsi 22a ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 ünvan 5 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 ünvan 6 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X26 XX.XX.1937-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş notariat hərəkəti aparmaqdan imtina edilməsi barədə qərardan görünür ki, miras qoyan xx.xx.1999-cu il tarixdə vəfat etmiş X25 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Astara şəhəri, S.Vurğun küç.52A ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1953-cü il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1975-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X18 xx.xx.1957-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X22 xx.xx.1948-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X26 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X17 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1979-cu il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Beləliklə, məhkəmə hesab edir ki, miras X16 öldüyü gün, yəni 02 aprel 1999-cu il tarixdə açılmışdır və mərhum ölümündən sonra ünvan 8 ünvanında yerləşən 0,38396 ha yaşayış məntəqələri torpaq sahəsinə və 58.4 kv.metr sahəsi olan yaşayış evini miras qoymuşdur.İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən və digər hüquqmüəyyənedici sənədlərdən görünür ki, X16 beş nəfər övladları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcələnin 1243.2-ci maddəsində deyilir ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X16 beş nəfər övladı olub.Övladlarından qızları-İddiaçı1 və X21 hazırda qanun üzrə vərəsələrdirlər. X12 oğlu ailə qurmadan 01 mart 2018-ci il tarixdə vəfat etmişdir. X20 qızı xx.xx.2017-ci il tarixdə vəfat etmiş və onun bir övladı Maraqlı şəxs2 Akif oğlu qanun üzrə vərəsədir. X24 qızı xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun üç övladları İddiaçı2, İddiaçı3 və X18 qanun üzrə vərəsədirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 məxsus ünvan 8 ünvanında yerləşən 0,38396 ha yaşayış məntəqələri torpaq sahəsinə və 58.4 kv.metr sahəsi olan yaşayış evinə X16 qanun üzrə vərəsələri kimi İddiaçı1 ¼ hissədə, X10 ¼ hissədə, X11 övladı-Maraqlı şəxs2 Akif oğlunun ¼ hissədə, X15 övladları-İddiaçı2 1/12 hissədə, İddiaçı3 1/12 hissədə, X9 1/12 hissədə payları müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 məxsus ünvan 8 ünvanında yerləşən 0,38396 ha yaşayış məntəqələri torpaq sahəsinə və 58.4 kv.metr sahəsi olan yaşayış evinə X16 qanun üzrə vərəsələri kimi İddiaçı1 ¼ hissədə, X10 ¼ hissədə, X11 övladı-Maraqlı şəxs2 Akif oğlunun ¼ hissədə, X15 övladları-İddiaçı2 1/12 hissədə, İddiaçı3 1/12 hissədə, X9 1/12 hissədə payları müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-75/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-75/2024
24.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver