Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-759/2024 16.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun geri tələbi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2700 (iki min yeddi yüz) manat borcun və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun müştərək qaydada onlardan alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, oğulları Xandadaş Səfərov cavabdehlərə 4000 manat məbləğdə pulu borc verib, hazırda oğlu Türkiyə Respublukasında işləyir və cavabdehlərin əvəzinə kredit ödəyir. İddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh1 oğlu-Xandadaş Səfərov vasitəsilə tanıyır, onların dostluq münasibətləri olmuşdur. Cavabdeh1 2022-ci ildə telefonla Xandadaş Səfərova zəng edib problemi olduğunu və təcili 4000 manat pul lazım olduğnu bildirmiş, borc pul tapmağı xahiş etmişdir. O, 2-ci qrup əlildir, xəstəliklə əlaqədar əməliyyat olunmaq üçün bankdan götürdüyü 8000 manat kredit puldan 4000 manatı oğlu Xandadaşa Cavabdeh1 versəsi üçün vermişdir. Xandadaş pulu aparıb Cavabdeh1 anası Cavabdeh2 evlərində vermişdir ki, Kamilə versin. Aralarında razılığa gəlmişlər ki, bir il ərzində hər ay 450 manat ödəyəcəkdir. Razılıqlarına əsasən cavabdehlər 6 ay hər ay 450 manat borcları hesabına ödəmişlər. Qalan 2700 manat borcunu isə bu günə kimi qaytarmamışlar. Dəfələrlə onlardan borclarını tələb etsələr də ödəməmişlər. Təxminən bir ay bundan əvvəl telefonla Cavabdeh1 zəng edib borucnun ödənilməsini tələb edəndə Cavabdeh1 Xandadaş Səfərov ilə mübahisə etmiş hətda ölümlə hədələmişdir. Odur ki, Astara rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Astara rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin müstəndiqi polis kapitanı X11 tərəfindən araşdırma aparılmış və 14 avqust 2023-cü il tarixli qərarla şikayətləri əsasında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir və tələblərini ilə əlaqədar Mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, cavabdehlərdən verilmiş borc pulunu geri tələbi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh1 və Cavabdeh2 2700 (iki min yeddi yüz) manat borcun və ödənilmiş 64 manat dövlət rüsumunun müştərək qaydada alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, oğlu Kamil İddiaçı oğlu Xandadaş Səfərovdan 3000 (üç min) manat borc almış,borcdan ödəniş etmişlər və hazırda 450 (dörd yüz əlli manat) borları qalmışdır. Məhkəmə İddiaçı nümayəndəsi X2 və Cavabdeh2 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materialına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş Astara rayon İHB-nın yanında Kijəbə qəsəbə İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 856 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbə yaşayır. İş materialına əlavə edilmiş AR-İİİ seriyalı 373939 nömrəli xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamə sənədində qeyd edilən səlahiyyətlərini xx.xx.2026-cı il tarixədək X3 etibar etmişdir. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Astara rayon Kijəbə qəsəbəsində qeydiyyatda olan İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və X5 və X6 Cavabdeh1 tərəfindən ölümlə hədələnməsi barədə xüsusat real olmadığından və öz təsdiqini tapmadığından həmin xüsusat rədd edilmişdir. X7 və X10 ilə Cavabdeh1 və Cavabdeh2 arasında olan borc məsələsi mülki məsələ olduğundan sonunculara aidiyyəti üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmədə müəyyən edildi ki, qeyd edilən pulu İddiaçı oğlu Xandadaş Səfərov Cavabdeh1 verib və hal-hazırda Türkiyyə Respublikasında işləyir. Məhkəmə hesab edir ki, hazırki iddianı vermək üçün İddiaçı subyektiv hüququ yoxdur və həmin səbəbdən iddia təmin edilməməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun geri tələbi" barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Həmin məcəllənin 5-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun geri tələbi" barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-759/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-759/2024
16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver