Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-783/2024 23.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X18 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Həsənova (Əliyeva) Samirə Xanyavər qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xanyavar oğluna qarşı «ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Həsənova (Əliyeva) Samirə Xanyavər qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xanyavar o qarşı «ümumi birgə mülkiyyətdəki torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 0,18 hektar torpaq sahəsindən mülkiyyətçilərin ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman İddiaçı2 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İddiaçılar İddiaçı1, İddiaçı2, Həsənova (Əliyeva) Samirə Xanyavar qızı tələblərini onunla əsaslandırmışlar ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Astara rayonu Maşxan kənd ərazisində yerləşən 0,18 hektar torpaq sahəsi X1, X4, İddiaçı2, Cavabdeh1, X6, İddiaçı1 və Cavabdeh2 Xanyavar oğlunun paylı mülkiyyətinə verilmişdir. Hansı ki, bu barədə soyadları, adları və ata adı qeyd edilməklə onlara JN-299 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Paylı mülkiyyətçilərdən ailə başçısı X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Həmçinin digər mülkiyyətçi X9 isə xx.xx.2010-cü il tarixdə vəfat etmişdir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payına sahiblik etmək və ona dair sərəncam vermək hüququna malikdir. İddiaçılar qeyd edilən hüquqlardan istifadə edə bilmirlər. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xanyavar oğlu ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi şərtləri ilə razılığa gələ bilməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə mülkiyyətləri verilmiş 0,18 hektar torpaq sahəsindən mülkiyyətçilərin ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xanyavar oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialında olan “JN-299, KOD 80110028 nömrəli” nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinin surətindən görünür ki, Astara rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 91 saylı qərarı ilə 0,18 ha torpaq sahəsi ailə üzvləri X9, İddiaçı1, İddiaçı2 Xanyavər qızı, X6, Cavabdeh1 və Cavabdeh2 Xanyavar oğlu olan X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE08160617 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1975-ci il tarixdə Astara rayonu, Maşxan kəndində anadan olmuşdur. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1978-ci il tarixdə Astara rayonu, Maşxan kəndində anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 170193 nömrəli ölüm haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 388184 nömrəli ölüm haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materialında olan 368 nömrəli xx.xx.2024-cü il tarixli Astara RİHB-nın Təngərüd kənd İƏDÜN-nin arayışından görünür ki, Əliyev X8 rayonu, Maşxan kəndində yaşayır. İş materialında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılar, yəni ümumi mülkiyyətin birgə mülkiyyətçləri paylarının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, JN-299, KOD 80110028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən Astara rayonu Maşxan kənd ərazində 0,18 hektar yaşayış məntəqələri torpaq sahəsində, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı1 payı 1/7 hissə, İddiaçı2 payı 1/7 hissə, Həsənova (Əliyeva) Samirə Xanyavar qızının payı 1/7 hissə, Cavabdeh1 payı 1/7 hissə, Cavabdeh2 Xanyavar oğlunun payı 1/7 hissə, mərhum X2 payı 1/7 hissə, mərhumə X5 payı 1/7 hissə müəyyən edilməlidir «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli və ərizəçinin mülkiyyət hüquqları tam bərpa olunaraq onların birgə mülkiyyətində olan torpaq sahəsinə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-299, KOD 80110028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Astara rayonu Maşxan kənd ərazində 0,18 hektar yaşayış məntəqələri torpaq sahəsində, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı1 payı 1/7 hissə, İddiaçı2 payı 1/7 hissə, Həsənova (Əliyeva) Samirə Xanyavar qızının payı 1/7 hissə, Cavabdeh1 payı 1/7 hissə, Cavabdeh2 Xanyavar oğlunun payı 1/7 hissə, mərhum X2 payı 1/7 hissə, mərhumə X5 payı 1/7 hissə müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-783/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-783/2024
23.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver