Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-784/2024 23.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X27 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X11 və cavabdehlər Cavabdeh2, Cavabdeh1, nümayəndəsi və vəkili X12 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan çöl ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Səncərədi kəndinin ərazisində yerləşən sahəsi 38.0 kv.m, yaşayış sahəsi 38.0 kv.m olan 2 otaqlı yaşayış evinin və torpaq sahəsi ilə birlikdə 1/2 (ikidə bir) hissəsinin 01 mart 1993-cü il tarixli müqavilə əsasında mülkiyyət hüquqlarının adına qeydiyyata alınması üçün mütəxəsislər tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməsinə və daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddialarını müdafiə edərək, tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi X19 iddialarını müdafiə edərək,iddia tələblərinin təmin edilməsini xahiş etdi.. İddiaçı iddia ərizəsində göstərmişdi ki, X20 onun doğma əmisidir. X20 mülkiyyətində olan Astara rayonu, Səncərədi kəndində yerləşən ümumi sahəsi 38.0 kv.metr yaşayış sahəsi 38.0 kv.metr olan 2 otaqlı yaşayış evini və torpaq sahəsi ilə birlikdə 2/1 (ikidə bir) hissəsini 01 mart 1993-cü il tarixdə müqavilə əsasında ona bağışlamışdır. Hansı ki, xx.xx.1993-cü il tarixdə müqavilə yazılmış və müqavilə 09 mart 1993-cü il tarixdə Astara rayon Dövlət Notariat Kontorunun notariusu X21 tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri, Ziya Bünyadov prospekti, 83B ünvanda yerləşən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Arxivi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 3165/6-13M33-6/24 nömrəli arayışla təsdiq olunur ki, 09 mart 1993-cü il tarixdə 10D22 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. X8 1994-cü ildə Cavabdeh1 ilə faktiki evlənmişdir. Vəli Mirzəyev 23 sentyabr 2020-ci iil tarixdə vəfat etmişdir. Əmisi arvadı Cavabdeh1 Vəli Mirzəyev öləndən sonra mirasın ikidə bir hissəsində payım olan evi və torpaq sahəsini qardaşı X5 adına sənədləşdirilmişdir. X10 xx.xx.2021- ci il tarixdə vəfat etmişdir. Meybulla Qəniyev vəfat etdikdən sonra mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsini Cavabdeh2 adına sənədləşdirib. Beləliklə Astara rayon, Səncərədi kəndində yerləşən ümumi sahəsi 38.0 yaşayış 38.0 olan 2 otaqdan ibarət yaşayış evi və torpaq sahəsi Cavabdeh2 adına sənədləşdirilib. Mübahisə predmetinin mülkiyyətçisi X20 qeyd edilən evin və torpaq sahəsinin 2/1 hissəsini ona bağışlamışdır. Həmin Müqavilə hazırdada qüvvədə olduğu üçün cavabdehlərdən əmlakını tələb etsə də könüllü olaraq verməkdən yayınmışlar. Odur ki, bağışlanmış evin və torpaq sahəsinin ikidə bir hissənin cavabdehlərin istifadəsindən azad edilməsi, tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan çöl ölçmə işlərinin aparılmaisna mane olduqları üçün Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi 06 may 2024-cü il tarixli 3-21-3-43/2-1209/2024 nömrəli bildirişləri ilə bildirmişlər ki, xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsinin aidiyyəti mütəxəssisləri tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib etmək üçün çöl ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən mane olmuşlar. Bu səbəbdən müayinə aktı tərtib edilməmişdir. Odur ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhz bu səbəbdən məhkəməyə hazır ki, tələb ilə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Astara rayonu Səncərədi kəndinin ərazisndə yerləşən sahəsi 38.0 kv.metr, yaşayış sahəsi 38.0 kv metr olan 2 otaqlı yaşayış evinin və torpaq sahəsi ilə birlikdə 1/2 (ikidə bir) hissəsini 01 mart 1993-cü il tarixli müqavilə əsasında mülkiyyət hüquqlarını adına qeydiyyata alınması üçün mütəxəsislər tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməsinə və daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddian əsassız və qanunsuz olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili X22 onlara qarşı verilmiş iddianın əsassız və qanunsuz olduğundan təmin edilməməsini xahiş etdi.. Məhkəmədə Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş etirazında göstərmişdir ki, iddia ərizəsində qeyd edilənlərlə razı deyillər və ona etiraz edirlər. X7 ilə nikahlarını xx.xx.1993-cü il tarixdə qeyd etdirməklə evlənmişlər. Birgə yaşayış dövründə əri X4 rayonu, Səncərədi kəndi ərazisində yerləşən mülkiyyətində olan iki oratdan ibarət olan fərdi yaşayış evini və 0,23 hektar həyətyani torpaq sahəsini 18 yanvar 2013-cü ildə ona bağışlamışdır. X35 ağır xəstə olduğundan ona qardaşı X9 mütəmadi olaraq maddi köməklik etmiş dərmanlar, ərzaq məhsulları almış ona öz yaxını kimi köməklik etmişdir. X35 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətində olan 2 otaqlı fərdi yaşayış və 0.2378 hektar torpaq sahəsini qardaşı X6 bağışlamışdır. Meybulla Qəniyev qeyd edilən 36.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini və 0.2378 hektar həyətyani torpaq sahəsinin hüquqlarının xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsində qeydə aldırmaqla Çıxarış almışdır. Qeyd edilən sənədləşmələr səlahiyyəti orqanlar tərəfindən rəsmiləşdirilmiş və müvafiq sənədlər verilmişdir. İddiaçı imzaladığı iddia ərizəsindən görünür ki, X17 guya sağlığında Astara rayonu Səncərədi kəndində yerləşən ümumi sahəsi 38.0 kv.m olan 2 otaqlı yaşayış evini və torpaq sahəsi ilə birlikdə 2/1 hissəsini 01 mart 1993-cü il tarixdə müqavilə əsasında ona bağışlamış və həmin müqavilə Astara rayonu Dövlət Notariat Kontorunun natarusu X21 tərəfindən təsdiq edilmişdir. Tərtib edilmiş bu müqavilənin etibarlığına şübhə vardır. Belə ki, X7nun mülkiyyətində həmin illərdə nə fərdi yaşayış evi, nədə ki, torpaq sahəsi olmamışdır. Belə olan halda mülkiyyətində olmayan əşyanı bağışlaya bilməzdi. X1 və onun ümumi birgə mülkiyyətlərində olan Astara rayonu Səncərədi kəndi ərazisində bir mətəbəli, 2 otaqlı yaşayış sahəsi 36.6 kv.m olan fərdi yaşayış evi və 0.2378 hektar torpaq sahəsi olmuş və hüquqları xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə Dövlət reyestrində qeydə alınmaqla RX seriyalı ******* nömrəli çıxarış yazılmışdır. Məhz bu çıxarışa əsasən mərhum Vəli Mirzəyev sağlığında qeyd edilən daşınmaz əmlakları ona bağışlamışdır. Hamıya bəllidir ki, 1993-cü ildə torpaq sahələri vətəndaşların istifadəsində olmuşdur. İstifadədə olan torpaq sahəsi kimə isə bağışlana bilməzdi. Yalnız 10 iyul 1996-ci il tarixdə torpaq islahatı haqqında Qanun qəbul edilmiş və həmin qanun 9-cu maddəsinə əsasən vətəndaşların qanunu istifadələrindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və koperativ bağların altında olan torpaq qanunvericilikdə müəyyən olunmuş qaydad əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd edilənlərə əsasən İddiaçı vermiş olduğu iddia əsassız və qanunsuz olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Astara rayonu Səncərədi kəndində anadan olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Astara rayon İHB-nın Səncərədi kənd İƏDÜNnin 463 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu Səncərədi kəndində yaşayır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Qən İddiaçı etibarnamədə qeyd edilən səlahiyyətlərini xx.xx.2044-cü ilədək X14 etibar etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq tərəflər arasında mübahisə olduğu səbəbdən müayinənin (çöl ölçmə işləri) aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, Astara rayonu dövlət notariat ofisində xx.xx.1993-cü il tarixdə 10D-22 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. xx.xx.1993-cü il tarixli müqavilədən görünür ki, X4 rayonu, Səncərədi kəndində yerləşən ümumi sahəsi 38.0 olan, yaşayış sahəsi 38.0 olan 2 otaqdan ibarət yaşayış evininin 1/2 torpaq sahəsi ilə birlikdə İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Astara rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X20 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 etibarnamədə qeyd edilən səlahiyyətlərini xx.xx.2027-ci ilədək X15 etibar etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli vəkil orderinə əsasən vəkil X2 Gülarə Əmrulla qızına hüquqi yardım göstərir. Mülki işə əlavə edilmiş AZE03742725 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh1 xx.xx.1949-cu ildə Astara rayonu Səncərədi kəndində anadan olmuşdur.a Azərbaycan Respublikası Astara rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X20 ilə Cavabdeh1 arasında xx.xx.1993-cü ildə nikah haqqında 06 nömrəli akt qeydi tərtib edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə ölmüş və 374 nömrə ilə akt qeydi aparılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı RX seriyalı çıxarış sənədindən görünür ki, X13 adına rəsmiləşdirilən Cavabdeh1 pay hüququ olan Astara rayonu Səncərədi kəndində sahəsi 36.6 kv.m fərdi yaşayış evi və 02378 ha ölçüdə torpaq sahəsi mövcuddur. xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinin bağışlanması müqaviləsinə əsasən, X20 mülkiyyətində olan Astara rayonu Səncərədi kəndində sahəsi 36.6 kv.m fərdi yaşayış evi və 02378 ha ölçüdə torpaq sahəsini arvadı Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı RX seriyalı çıxarış sənədindən görünür ki, Astara rayonu Səncərədi kəndində sahəsi 36.6 kv.m fərdi yaşayış evi və 02378 ha ölçüdə torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Astara rayonu Səncərədi kəndində sahəsi 36.6 kv.m fərdi yaşayış evi və 02378 ha ölçüdə torpaq sahəsini qardaşı X6 hədiyyə kimi bağışlamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-10301 saylı çıxarış sənədindən görünür ki, Astara rayonu Səncərədi kəndində sahəsi 36.6 kv.m fərdi yaşayış evi və 02378 ha ölçüdə torpaq sahəsi X3 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü madəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmədə İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan çöl ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan çöl ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-784/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-784/2024
23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver