Məhkəmə qərarları › İş №2(018)-790/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-790/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-790/2023 19.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 1 ədəd “Samsunq 40” markalı televizorun və 1 ədəd “Biryusa 53” markalı soyuducunun alınıb geri qaytarılması və ya 1169,30 (Bir min bir yüz altmış doqquz manat 30 qəpiy) AZN məbləğ pulun tutularaq, o, İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını, ödədiyi 31,69 (Otuz bir manat 69 qəpiy) AZN məbləğ dövlət rüsumu cavabdehə aid ediməsi xahiş edilmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X8 bildirdi ki, Lənkəran şəhəri, H.Aslanı xiyabanı, 26 ünvanında yerləşən “Samsunq” elektronika məişət texnika dükanının fərdi sahibkar olan qızı,- İddiaçı, 1 noyabr 2022-ci il tarixdə, həmin dükanından 1 ədəd televizor “Samsunq 4 markalı və 1 ədəd soyuducu “Biryusa 53” markalı, 452-LAM-0722-22 saylı kcred müqaviləsi əsasında “borc alan” cavabdeh X1. Beləki, müqavilə üzrə 1444.83 manat dəyərində 1 ədəd televizor “Samsun 40” markalı və 1 ədəd soyuducu “Biryusa 53” markalı məişət texnikasının pulı “borc alan” hal hazırki mülki iş üzrə isə cavabdeh X7 tərəfindən, Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" Qapa Səhmdar Cəmiyyətinin hesabına, ödənilməsi öhdəliyini götürmüşdür. xx.xx.2022-ci il tarixli, 452- LAM-0722-22 saylı müqavilənin 1.1-ci bəndin görə, “Bu müqavilə əsasən Borcverən (BOKT "xxxx" Qapalı Səhmda Cəmiyyəti), Borc alan-cavabdeh X5, Fətullayev; Yeganə Mirəziz qızı tərəfindən satışı həyata keçirilən malları almaq məqsədi il; 1134,00 (Bir min bir yüz otuz dörd) AZN məbləğində istehlak krediti verməy öhdəsinə götürür. Yenə də həmin müavilənin 1.2- ci bəndinə görə, “Bu müqavilə əsasər alınmış məişət texnikası- 1 ədəd televizor “Samsunq 40” markalı və 1 ədəc soyuducu “Biryusa 53” markalı (bundan sonra “Girov Predmeti” adlanacaq.^ “Borcverən”-in xeyrinə girov qoyulur. “Girov Predmeti” “Borcalan”-da qalır. Odur ki, 452-LAM-0722-22 saylı kredit müqaviləsinə 1 saylı əlavədə, televizor “Samsunq 40” markalı və soyuducu “Biryusa 53” markalı olmaqla cəmi 1334 manat təşkil edir. Eyni zamanda 34 % faiz dərəcəsi ilə 17 ay müddətinə yəni xx.xx.2022 - xx.xx.2024 tarixinə kimi 1444,83 manat pulu, ödəniş cədvəli üzrəborc alan- cavabdeh X7 tərəfindən BOKT "xxxx" QSC- nin hesabına köçürülməli idi. Lakin, borc alan- cavabdeh X7, xx.xx.2022-ci il tarixli, 452-LAM-Q722-22 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməmişdir. Bununla belə, borc alan- cavabdeh X7 ilə BOKT "xxxx" QSC-i arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 452-LAM- 0722-22 saylı kredit müqaviləsi ləğv edildiyi üçün, BOKT "xxxx" QSC-i ilə bağlanan xx.xx.2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə əsasən, 1098,30 AZN məbləğində pul o, İddiaçı hesabından tutulmuşdur. İddia ərizəmə BOKT "xxxx" QSC- nin İdarə Heyətinin sədri Cavid Bağırova, borc alan- cavabdeh X7 tərəfindən verilən “Razılıq ərizəsi” və xx.xx.2023-cü il tarixli Arayış əlavə edilir.Eyni zamanda tərəfimdən xx.xx.2022-ci il tarixdə 452- LAM-0722-22 saylı müqavilə əsasında borc alan- cavabdeh X3 adından BOKT "xxxx" QSC- nə 71 AZN məbləğində pul ödənilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli, 452-LAM-0722-22 saylı müqavilənin 2.1.6- cı bəndinə görə, “Borc alan” öhdəlilklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə “Girov Predmeti”-nə tutma yönəldilməlidir. Yuxarıda qeyd etdiyim kimi, borc alancavabdeh X7 12 noyabr 2022-ci il tarixdə dükandan götürdüyü : 1 ədəd televizor “Samsunq 40” markalı və 1 ədəd soyuducu “Biryusa 53” markalı məişət texnikasını yaşadığı evində yerləşdirmişdir. Eyni zamanda yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə dükandan nisyə aldığı məişət texnikasının pulunu da verməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli, 452-LAM-0722-22 saylı müqavilənin 2.1.8-ci bəndinə görə, “Əgər hansı səbəbdən “Borc alan”-ın bu müqavilə üzrə, kredit borcu üçüncü şəxs tərəfindən ödənilərsə, müqavilə üzrə öhdəlilklərin icrası müddətində, üçüncü şəxs tərəfindən ödənilmiş məbləği “Borc alan”- dan qəbul etmək, yaxud tələb etmək” hüququnun olması qeyd edilmişdir. Onlarda olan məlumata görə cavabdeh tərəfindən götürülmüş əmlaklar başqa şəxslərə satılmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh X2 1 ədəd “Samsunq 40” ma televizorun və 1 ədəd “Biryusa 53” markalı soyuducunun alınıb geri qaytarılması və ya 1169,30 (Bir min bir yüz altmış doqquz manat 30 qəpiy) AZN məbləğ pulun tutularaq, o, İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını, ödədiyi 31,69 (Otuz bir manat 69 qəpiy) AZN məbləğ dövlət rüsumu cavabdehə aid ediməsi xahiş etdi. İş üzrə cavabdeh X5 qanunla müəyyən olunmuş qaydada məhkəo,in yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdeh X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1444.83 manat dəyərində 1 ədəd televizor “Samsun 40” markalı və 1 ədəd soyuducu “Biryusa 53” markalı məişət texnikasının pulı “borc alan” hal hazırki mülki iş üzrə isə cavabdeh X7 tərəfindən, Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" Qapa Səhmdar Cəmiyyətinin hesabına, ödənilməsi öhdəliyini götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 17 ay müddətinə, aylıq ödəniş 85 manat qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmda Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edildiyi üçün, xx.xx.2022-ci il tarixində ayrılmış kredit üzrə əsas borc 1081.13 manat, hesablanmış faiz məbləği 3.17 manat gecikdirilmiş kapital məbləği 14 manat olmaqla, ümumilikdə 1098.30 manat məbləğ xx.xx.2020-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən İddiaçı hesabından tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat 69 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmədə müəyyən edildi ki, X7 tərəfindən götürülmüş 1 ədəd “Samsunq 40” markalı televizor və 1 ədəd “Biryusa 53” markalı soyuducu başqa şəxslərə satılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, X2 1098 (min doxsan səkkiz) manat 30 qəpik və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 69 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. X5 qızından 1098 (min doxsan səkkiz) manat 30 qəpik və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 69 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin.. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar