Məhkəmə qərarları › İş №2(018)-809/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-809/2023

03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-809/2023 03.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4500 (dörd min beş yüz) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, o, Ağdam rayonu Ergi ərazisində olan evində yaşayır. Cavabdeh1 və onun arvadı Cavabdeh2 həmin ərazidə olan təsərrüfütda işləməsi ilə əlaqədar tanımışdır. 08 may 2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 2600 (iki min altı yüz) manat borc pul istəmiş və o da onlara 2600 (iki min altı yüz) manat borc pul vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu barədə ona müvafiq qəbz də yazıb vermişlər. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladlarına toy etmək məqsədi ilə ondan əlavə olaraq 1900 (bir min doqquz yüz) manat bor pul almışlar. Ancaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan borcunu qaytarmaqdan imtina etmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdi və verdiyi izahatında göstərdi ki, İddiaçı təsərrüfatında işləmişlər. Maddi ehtiyacları olmasına görə 08 may 2022ci il tarixdə İddiaçı 2600 (iki min altı yüz) manat borc pul almışlar və bu barədə ona yazılı qəbzdə vermişlər. Sonra övladlarına toy etmək məqsədi ilə, 1 il qaytarmaq şərti ilə İddiaçı 1900 (bir min doqquz yüz) manat borc pul almışlar. Ancaq maddi imkanları olmadığına görə cəmi 4500 (dörd min beş yüz) manat borclarını İddiaçı qaytara bilməmişlər.Ona görə də iddianın təmin edilməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Kijəbə qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxx 1974cü il tarixdə anadan olmuş və Ağdam rayonu Gəngərli kəndində anadan olmaqla orada yaşayır. Mülki işə əlavə edilmiş yazılı qəbzdən görünür ki, görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 08 may 2022-ci il tarixdə 2600 (iki min altı yüz) manat məbləğində borc pul götürmüşdür. Mülki işə əlavə edilmiş “məcburi köcgün vəsiqəsinin” surətindən məlum olur ki, İddiaçı məcburi köcgündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı yazılı qəbzə əsasən 2600 (iki min altı yüz) manat məbləğində borc pul götürmüşlər, sonra isə 1 il qaytarmaq şərti ilə İddiaçı 1900 (bir min doqquz yüz) manat borc pul almışlar. Cavabdehlər cəmi 4500 (dörd min beş yüz) manat borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişlər. Belə ki, o, götürmüş borcdan bu günə kimi ödəməmişlər. Bu halı məhkəmə iclasında Cavabdeh1 bir daha da təsdiq etdi. Ona görə də, cavabdehlərin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Eyni zamanda, həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsində göstərilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında iddia tələbini etiraf etməsi və bu barədə məhkəməyə ərizə ilə müraciət etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. İddiaçı məcburi köcgün kimi dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, 4500 (dörd beş yüz) manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 62 (altmış iki) manat təşkil edir. Odur ki, 62 (altmış iki) manat məbləğindəki pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş borca görə 4500 (dörd beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 62 (altmış iki) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar