Məhkəmə qərarları › İş №2(018)-828/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-828/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-828/2024 22.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cinayət əməli nəticəsində vurulmuş maddi və mənəvi ziyannın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun- İddiaçı xeyrinə 3100 (üç min yüz) manat əsas pul məbləğinin, ona vurduğu mənəvi ziyana görə 2500 (iki min beş yüz) manat, cəmi 5600 (beş min altı yüz) manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini və iddiasını müdafiə etdiyini bildirib, onun iştirakı olmadan işə baxılması və iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstəmişdi ki, ona qarşı dələduzluq cinayəti törətməkdlə, etibarından suiistifadə etməklə 2023-cü ilin aprel ayında 3100 (üç min bir yüz) manat pul vəsaitini ələ keçirmiş Cavabdeh barəsində polis orqanlarına müraciət etmişdir. Onun və digər şəxslərin ərizəsi əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq başa çatdıqdan sonra baxılması üçün Astara rayon məhkəməsinə göndərilmişdir. Astara rayon məhkəməsinin 1(018)-22/2024 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh 2 il 09 ay müddətə azadlıqdan məhrum edilmişdir. İstər cinayət işinin ibtidai istintaqı, istərsə də məhkəmə prosesində Kakayev dəfələrlə cinayət əməli sayəsində ona vurduğu ziyanı ödəyəcəyinə söz versə də, ona heç bir pul vəsaiti ödəməmişdir.Qeyd etdiyi məhkəmə hökmündə vurulmuş ziyan ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması qeyd olunmuşdur. Cavabdeh ona qarşı dələduzluq etməklə ələ keçirdiyi 3100 manat əsas pul məbləğindən əlavə, həm də ona vurduğu mənəvi zərərin əvəzini də ödəməlidir. Mənəvi zərəri o 2500 manat məbləğində dəyərləndirir. Çünki o, Cavabdeh hər dəfə zəng edərkən sarsıntı keçirmişdir. Onu vəd etdiyi yerlərdə hər dəfə saatlarla gözləmişdir. Lakin o, hər dəfə telefonu söndürüb və şərtləşdikləri yerə gəlməyib. Bu səbəbdən tam əmindir ki, Cavabdeh ona 3100 manat əsas pul məbləğini və vurduğu mənəvi zərərə görə 2500 manat, cəmi 5600 (beş min altı yüz) manat pul ödəməlidir. Məhkəmə cavabdehə qarşı onun haqlı tələbini tam təmin olunması barədə qətnamə çıxarmalıdır. Cavabdeh onun İddiaçı xeyrinə 3100 manat əsas pul məbləğinin, ona vurduğu mənəvi ziyana görə 2500 manat, cəmi 5600 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq göstərmişdir ki, ona qarşı maddi ziyanın ödənilməsi tələbinə qarşı iddianı qəbul etmir. İddia əsassız və ədalətsizdir. İddiaçı ona verilən 3000 (üç min) manat pulu verən zaman şok və stressdə olubsa və yaxud səhhətində psixi pozuntu olubsa ona həkim tərəfindən verilən “epikrizdə” öz əksini tapıbsa onda həqiqətə uyğun iddia tələbi qanunla müəyyən edilmiş qaydada həll edilməlidir əks təqdirdə heç bir qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Astara rayon Məhkəməsinin 1(018)-22/2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel aylarında İddiaçı yaxınlaşaraq ondan özü üçün əlillik alması ilə bağlı yardım istəmiş və dəfələrlə müraciət etməsinə baxmayaraq əlillik qrupu alması ilə bağlı sənədlərinin təsdiqlənmədiyini demiş, bu səbəbdən də ondan yardım istəmiş, Vasifin əlilliyinin 3000 (üç min) manat müqabilində təsdiqlənə biləcəyini deyərək 2023-cü ilin aprel ayında Astara rayonu Siyakü kəndində Vasifin atasından Vasifin əlillik məsələsini həll etməsi üçün 3000 manat pul almış, bir müddət keçdikdən sonra əlilliklə bağlı qaydalar dəyişmiş və Vasifin səhhətində olan problemlər əsasən yeni meyarlara görə heç bir əlillik qrupuna aid edilməmiş, əvvəl etdiyi vasitəçilik kimi yenidən Vasif üçün də əlillik qrupunun alınması üçün müraciətlər etmiş və Vasifin müəyyən tibbi müəssisələrində müalicə alaraq qeydiyyata düşməsinə çalışsa da yeni meyarlara əsasən bu baş tutmamış, Vasif üçün əlillik qrupu almaqdan ötrü həkimlərə eləcə də digər yol xərcləri ilə bağlı müəyyən məbləğdə pul xərcləmiş, ona görə də Vasifin verdiyi 3000 (üç min) manat pulu geri qaytara bilməmiş, lakin Vasifdən aldığı 3000 (üç min) manat pulu geri qaytarmaqdan imtina etməmiş, həmin pulu müəyyən müddətdə Vasifə geri qaytaracağına söz vermişdir. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Astara rayonu Siyaku kəndində anadan olmuşdur. Mülki iş materialına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 77 (yetmiş yeddi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 03 noyabr 2008-ci il tarixli “mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin ona mənəvi zərər vurulması hissəsində heç bir sübut və əsas təqdim etmədiyindən həmin hissədə iddia təmin edilməməli, iddia tələbi digər hissədə əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 3100 (üç min yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 3100 (üç min yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar