Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-892/2024 21.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu qaldığı 3500 (üç min beş yüz) ABŞ dolları pulun və ödənilmiş 80 (səksən) manat dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, xx.xx.1959-cu il tarixində Lənkəran rayonu İsti Su qəsəbəsində anadan olmuş və hazırda Lənkəran rayonu İsti Su qəsəbəsi ünvanında qeydiyyatdadır və yaşıyır. Astara rayonu Pensər kənd sakini Cavabdeh onun mülkiyyətində olan 99VZ142 qeydiyyat nişanlı yük maşını ilə onun yükünü Bakıdan Moskva şəhərinə aparılması barədə razılaşmışdır. 09 dekabr 2022-ci il tarixində onun mülkiyyətində olan yük maşınına 20 ton pamidor vurularaq Moskva şəhərinə aparılmış o, həmin 20 ton pomidoru Bakı şəhərindən Moskva şəhərinə 3500 dollar dəyərində aparılmasına cavabdehlə razılalaşmışlar. Aparılmış yükü boşaldandan sonra o, 10 gündən sonra pulu Cavabdeh Azərbaycanda almalı imiş lakin, cavabdeh 10 gündən sonra pulu verməyi yubatmağa başlamışdır. Yanvar 2023-cü ildə o, onu danışığa dəvət edib pulu ondan tələb etməyə başlamışdır. Lakin cavabdeh ona pulu 5-ci gün verəcəyini bildirmişdir. O, cavabdehin razılığı əzasında dediklərini video çəkilişlə mobil telefonun yaddaşına qeyd etmişdir. Cavabdeh borclu qaldığı pulu ona yanvar ayının son 5-ci günü verəcəyini 3 nəfər şahidin yanında qeyd etmişdir. Lakin cavabdeh dediyi vaxta borclu qaldığı pulu ona vermədi. Bunu təsdiq edəcək şahidlər də vardır. Eyni zamanda o, məhkəməyə onun danışığını disk formasında təqdim edir. Ona dəfələrlə etdiyi şifahi xəbərdarlıqlar, özünə etdiyi zənglər və mobil nömrəsindəki vatsap sistemindəki nömrəsinə yazdığı mesajların borcun qaytarmasında heç bir irəliləyiş olmamışdır. O həmin borcun qaytarılması məqsədilə poçt vasitəsilə sonuncu xəbərdarlığını edərək 07 fevral 2023-cü il tarixində onun yaşadığı ünvana bildiriş də göndərmişdir. Lakin borclu borcun qaytarmasından boyun qaçırmışdır. Məcburiyyət qarşısında qalıb qanunla müəyyən edilmiş qaydada o, Astara rayon Polis şöbəsinə müraciət etmişdir. Astara rayon Polis şöbəsində aparılan araşdırmada cavabdeh ona borclu olması barədə izahat vermiş və bu barədə xx.xx.2023-cü ildə qərar qəbul olunmuşdur. Məsələnin məhkəmə qaydasında həll edilməsi ona tövsiyyə olunmuşdur. Cavabdeh borclu qaldığı 3500 (üç min beş yüz) ABŞ dolları pulun və ödənilmiş 80 (səksən) manat dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatından görünür ki, Cavabdeh İddiaçı tanıyır, heç bir düşmənçiliyi yoxdur. Təqribən 4-5 dəfə İddiaçı pomidor yükü verib Moskva şəhərinə yola salmışdır. Gedib gələndən sonra İddiaçı pulunu vaxtı vaxtında vermişdir. xx.xx.2022-cü il tarixdə yenə də İddiaçı pomidor yükü verib Moskva şəhərinə Fura maşınına vurub yola salmışdır. İddiaçı yenə də razılaşmış, yükü aparıb Moskva şəhərində boşaldıb qayıdandan sonra gəlib Ağamana 3500 ABŞ dollarını Azərbaycanda verəcəkdir. İddiaçı Moskva şəhərindən qayıdandan sonra o, həmin 3500 ABŞ dolarını İddiaçı verə bilməmişdir. X1 ağır xəstə olduğu üçün həmən pulu atasının müalicəsinə xərcləmişdir. 3500 ABŞ dollarını İddiaçı verə bilməmiş, qısa müddətə qaytaracaqdır. İş materiallarında olan BD311467 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99ZG142 qeydiyyat nişanlı “SCHMİTZ yarımqoşqu” markalı “Furqon soyuducu” tipli nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materialında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Lənkəran ŞİHB-nın İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 12-27/290 nömrəli arayışından görünür ki, Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 80 (səksən) manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 3500 (üç min beş yüz) ABŞ dolları məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) ABŞ dolları məbləğdə pul vəsaitinin, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla əsas borc və dövlət rüsumu üçün ödənilmiş 80 (səksən) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) ABŞ dolları məbləğdə pul vəsaiti, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 80 (səksən) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-892/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-892/2024
21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver