Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-893/2024 10.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi, həm də İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Astara rayon Notariat ofisinə qarşı “miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Astara rayon Notariat ofisinə qarşı “miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədə İddiaçı1 nümayəndəsi, həm də İddiaçı2 bildirdi, hazırki iş cavabdehin Astara Notariat ofisinə qarşı iddiası üzrə qətnamə mövcud olduğu onlara məlum olub, həmin qətnamə onların marağına toxunur və həmin qətnamədədən şikayət verəcəklər. Ona görə hazırki iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin onlara qaytarılmasını məhkəmədən xahiş edirlər və bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə Cavabdeh və üçüncü şəxs Astara rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-893/2024 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.11-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxs Astara rayon Notariat ofisinə qarşı “miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-893/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-893/2024
10.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver