Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-9/2024 12.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi Nümayəndə Cavabdeh2 Ağali oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Nəvruz qızının və İddiaçı3 cavabdehlər Cavabdeh2 Ağali oğluna və Cavabdeh1 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsində payların naturada ayrılması tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Nəvruz qızının və İddiaçı3 cavabdehlər Cavabdeh2 Ağali oğluna və Cavabdeh1 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsində payların naturada ayrılması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən, JN 0031 KOD 80108018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən kənd təsərrüfatı təyinatlı 0,37 hektar torpaq sahəsində İddiaçı1, İddiaçı2, X1, X2 varisi Cavabdeh1 və Cavabdeh2 Ağali oğlunun hər birinin 1/5 (beşdə bir) hissədə olan mülkiyyyət payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 Nəvruz qızına məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Onun oğlu Nümayəndə verdiyi etibarnamədə isə ona adından məhkəmədə çıxış etmək səlahiyyəti verilməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə gösərdi ki, iddiaçıların və ailə üzvülərinin mülkiyyətində Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən, JN 0031 KOD 80108018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən kənd təsərrüfatı təyinatlı 0,37 hektar torpaq sahəsi vardır. Astara Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(018)-789/2021 saylı qətnaməsinə əsasən həmin torpaq sahəsində hər birinin mülkiyyət payının 1/5 (beşdə bir) hissədə olması qeyd edilmişdir. Həmin torpaq sahəsinin 0,1604 hektar hissəsinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********52, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 noyabr 2022-ci il olan çıxarışda almışlar. Hal-hazırda isə həmin kənd təsərrüfatı təyinatlı 0,37 hektar torpaq sahəsində payların natura da bölünməsini istəyirlər. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Ağali oğlu iddia tələbini qəbul etməklə gösərdi ki, onların mülkiyyətində Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003cü il tarixli, 01 saylı qərarı ilə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən, JN 0031 KOD 80108018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən kənd təsərrüfatı təyinatlı 0,37 hektar torpaq sahəsi vardır. O, da həmin torpaq sahəsində payların müəyyən edilməsini istəyir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrnin surətindən və arayışlardan məlum olur ki, İddiaçı1 xx xxxxxx 1933-cü ildə, İddiaçı2 Nəvruz qızı xx xxxx 1940-cı ildə və İddiaçı3 22 yanvar 1972-ci il tarixdə anadan olmaqla onlar Astara rayonu Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçılar Məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(018)-789/2021 saylı qətnaməsindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən, JN 0031 KOD 80108018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən kənd təsərrüfatı təyinatlı 0,37 hektar torpaq sahəsində İddiaçı1, İddiaçı2, X1, X2 varisi Cavabdeh1 və Cavabdeh2 Ağali oğlunun hər birinin mülkiyyyət payının 1/5 (beşdə bir) hissədə olması müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********52, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 noyabr 2022-ci il olan çıxarışdan məlum olur ki, Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,1604 hektar torpaq sahəsində İddiaçı1, İddiaçı2 Nəvruz qızının və İddiaçı3, Cavabdeh2 Ağali oğlunun və Cavabdeh1 hər birinin mülkiyyət payının 1/5 (beşdə bir) hissədə olması qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 28 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8629 saylı rəyindən məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 noyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı1, İddiaçı2 Nəvruz qızının və İddiaçı3, Cavabdeh2 Ağali oğlunun və Cavabdeh1 mülkiyyətlərində olan 0,1604 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 noyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı1, İddiaçı2 Nəvruz qızının və İddiaçı3, Cavabdeh2 Ağali oğlunun və Cavabdeh1 paylı mülkiyyətində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,1604 (faktiki 0,1545 hektar) hektar torpaq sahəsini tərəflərin payına uyğun olaraq aralarında naturada həmin torpaq sahəsinin uzunluğu istiqamətində bölünməsi öz məqsədi və təsərrüfat təyinatına görə ayrı-ayrı kiçik ölcülü müstəqil torpaq sahələrinin alınması və bununda Torpaq Məcəlləsinin 4-cü maddəsinin tələblərinə zidd olmasını, digər tərəfdən həmin torpaq sahəsinin eni istiqamətində bölünməsi zamanı (torpaq sahəsinin giriş-çıxışının bir istiqamətdə olmasını nəzərə alsaq) yolla həmsərhəd hissədən başqa digər hissələrə girişçıxış yolunun mümkün olmamasını nəzərə alaraq həmin torpaq sahəsinin tərəflərin payına uyğun olaraq aralarında naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin mülkiyyətində Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə verilmiş Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən, JN 0031 KOD 80108018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən kənd təsərrüfatı təyinatlı 0,37 hektar torpaq sahəsi vardır. Astara Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(018)-789/2021 saylı qətnaməsinə əsasən həmin torpaq sahəısində onların hər birinin mülkiyyyət payının 1/5 (beşdə bir) hissədə olması müəyyən edilmişdir. Həmin qətnamə əsasında qeyd edilən torpaq sahəsinin 0,1604 hektar hissəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********52, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 noyabr 2022-ci il olan çıxarış da alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin 0,1604 hektar hissəsinin tərəflərin payına uyğun olaraq aralarında naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. İddiaçılar qeyd edilən kənd təsərrüfatı təyinatlı 0,37 hektar torpaq sahəsinin qalan 0,2096 hektar hissəsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 Nəvruz qızının və İddiaçı3 cavabdehlər Cavabdeh2 Ağali oğluna və Cavabdeh1 qarşı “Ümumi birgə mülkiyətdə olan torpaq sahəsində payların naturada ayrılması tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov.