Məhkəmə qərarları › İş №2(018)-909/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-909/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-909/2023 28.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 407 (dörd yüz yeddi) manat, 68 (altmış səkkiz) qəpik məbləğində vurulmuş zərər və 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-RB- *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtoqnəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PC-*** dövlət qeydiyyat nişanlı Subaru İmpreza markalı avtonəqliyyat vasitəsinə 24 iyul 2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı MN0704287 saylı inzibati tənbehvermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-PC-*** dövlət qeydiyyat nişanlı Subaru İmpreza markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-PC-*** dövlət qeydiyyat nişanlı Subaru İmpreza markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5821 (beş min səkkiz yüz iyirmi bir) manat, 80 (səksən) qəpik sığorta ödənişi avtomobilin təmiri üçün” ödənilməsi qərara alınmış və köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4914 (dörd min doqquz yüz on dörd) manat, 12 (on iki) qəpik məbləğində vəsait ödəmişdir. 24 dekabr 2021-ci il tarixli sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 807 (səkkiz yüz yeddi) manat, 68 (altmış səkkiz) qəpik subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləğdən müəyyən hissəni ödəmiş, qalıq 407 (dörd yüz yeddi) manat, 68 (altmış səkkiz) qəpik isə ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş avtonəqliyyat vasitələrinin (Kasko) sığortası şəhadətnaməsindən görünür ki, Suberu İmpreza» markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobil 01 noyabr 2020-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. Mülki işə əlavə edilmiş 28 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işə əlavə edilmiş sığorta aktından görünür ki, sığortalanmış «Suberu İmpreza» markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM-da “Ford Transit” markalı, **-RB-*** Ford Transit dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə «Suberu İmpreza» markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobilə 5821 (beş min səkkiz yüz iyirmi bir) manat, 68 (altmış səkkiz) qəpik maddi ziyan vurmuşdur. Mülki işə əlavə edilmiş arayışdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4914 (dörd min doqquz yüz on dörd) manat, 12 (on iki) qəpik məbləğində vəsait ödəmişdir. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 407 (dörd yüz yeedi) manat, 68 (altmış səkkiz) qəpik məbləğində vurulmuş zərər "xxxx" ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının tələb etdiyi 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsinə dair» iddiası təmin edilsin. Cavabdeh 407 (dörd yüz yeddi) manat, 68 (altmış səkkiz) qəpik məbləğindəki pul və 30 (otuz) manat, 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar