Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-931/2024 05.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və şəxsi əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adlarını qeyd etdiyi əmlakların və ya onların dəyəri olaraq 8040 (səkkiz min qırx) manat pulun və ödədiyi 100 (yüz) manat 04 (dörd) qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, Astara rayonu Artupa kəndində yaşayır. Astara rayonu Pensər kənd sakini Cavabdeh tanıyır. Beləki atasının 06 markalı Jiquli avtomaşını var idi. Həmin maşını ona vermişdi və o, da maşını 3500 manata satıb 07 markalı Jiquli maşını almaq istəmişdir. Məmməd onların evə gəlmiş və özünü polis işçisi kimi təqdim edərək bildirdi ki, polisdə cinayət axatarış şöbəsində işləyir və ona bildirmişdir ki, 4000 (dörd min) manata ona 07 markalı maşın alar. O, əlində olan 06 markalı jiquli maşının 3500 manat pulun üstünü 500 manatda qoyub ona vermişdir. Məmməd pulu götrüb getmişdir. Sonaradan Onlara gəlib demişdir ki, maşın hələ düzəlmədiyindən ona bir az vaxt vermələrini istəmişdir. Lakin Məmməd nə maşını gətirdi, nədə ki, pulu verdi. Sonradan onlara gəlib getməsi ilə əlaqədar onların münasibətləri yaranmışdır. Bundan istifadə edən, Məmməd onun adına olan Samsung Qalaksi A51 markalı 640 manat dəyərində olan telfonu ondan almış, sonra həmin telfonu da qaytarmamışdır. Daha sonra onun evindən 1 ədəd odun kəsən motor qiyməti 370 manat, 1 ədəd xalça qiyməti 300 manat, 1 ədəd ət çəkən maşın (kombayn) qiyməti 240 manat, 1 ədəd qaz sobası qiyməti 160 manat (Nur şirkətindən aldığı), 1 ədəd buxar ütüsü qiyməti 180 manat, 1 ədəd "qazella" üzüyünü qiyməti 550 manat və 1 ədəd səbət qızıl sırğasınnı, qiyməti 1600 manat ondan alıb aparmışdır ki, o, həmin malları satıb, pulunu qaytarcadır. Onun pula ehtiyacı olduğu üçün razılaşmış həmin şeyləri ona vermişdir. Onun etibarından istifadə edən Cavabdeh onun ümumilikdə 8040 (səkkiz min qırx) manat dəyərində əmlakını aparmışdır. Cavabdeh adlarını qeyd etdiyi əmlakların və ya onların dəyəri olaraq 8040 (səkkiz min qırx) manat pulun və ödədiyi 100 manat 04 qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmaddan keçirilməsini və ona qarşı verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, Astara rayon Artupa kənd sakini, İddiaçı tanıyır, 01 il yaxın münasibətləri olmuş, lakin sonradan aralarında soyuqluq olmuşdur.Görüşdükləri dövrdə ona poçt vasitəsilə xərcləmək üçün ümumilikdə 130 (yüz otuz) manat pul göndərmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli Astara rayon Polis Şöbəsinin məktubundan görünür ki, İddiaçı borc məsələsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirildişdir. İş materialında olan AZE000***** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli, 1384 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayonu Artupa kəndində yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumunun dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 130 (yüz otuz) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 130 (yüz otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 130 (yüz otuz) manat və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-931/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-931/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver