Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-98/2024 20.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, iddia tələbini müdafiə edərək, iddialarının tam edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddialarının tam edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, X4 37 il Rusiya Federasiyasının Noyabrski şəhərində yaşamış. İş yerində aldığı “travmaya” görə artıq işləyə bilmədiyinə görə vətənə yəni doğulduğu yerə Azərbaycan Respublikasının Astara rayonun Balaca Şahağacı kəndinə qayıtmışdır. Həyatda onun üçün hər cür köməklik etdiyi ogey qardaşı Cavabdeh el içində utanmayaraq 1 metr torpaq üçün başıma gətirdiyi faciyəyə görə kaş Noyabrski şəhərindən qayıtmayaydı. Ona həyatda hər cür köməklik etmiş. O, Noyabrski şəhərindən vətənə dönərkən iş yerində aldığı travmaya görə İİ-ci qrup əlillik dərəcəsi ilə qayıtmış. İKİ dəfə məhkum olunmuş Cavabdeh xx.xx.2021-ci il tarixində torpaq mübahisəsi zamanı yaba ilə onun göbək nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Onu Astara rayon xəstəxanası qəbul etməmiş, oradan Lənkəran rayor xəstəxanasına göndərilmişlər. Lənkəran xəstəxanasında Cavabdeh dediyi kimi havadarları tərəfindən tapşırıldığına görə xəsarət yetirilən yabanın yeri sadəcə tikişlərlə bağlanmış, içəridə olan qan təmizlənməmişdir. Sonradan fəsadlar başlamış və onu ölüm həddinə çatdırmışdır. Təcili olaraq o, Bakı şəhərinin özəl klinikası olan “Real Hospitalında” əməliyyat olunmuşdur. Bu günə qədər müalicə alır.Əməliyyatda mülaicəsinə bu günə qədər dərmanlarla birlikdə 5000 (beş min) manat xərci çıxmışdır.Bu günə qədər müalicə alır. İki dəfə məhkum olunmuş Cavabdeh ona 5000 (beş min) manat maddi zərər vurmuşdur.Bildirmək istəyir ki, iki dəfə məhkum olunmuş Cavabdeh bu günə qədər onu, ailəsini, övladlarını ölümlə hədələyərək yaşadıqları evə narkotik və silah atacağını bildirir. Bu məsələni bütün kənd bilir. Ona mənəvi əzab verməyində ardıcıl davam edir.Bildirir ki, Astara rayon bütün hakimiyyət və məhkəmə orqanları onun arxasındadır.Bu məsələ ilə əlaqədar başda Müzəffər Ali Baş Komandan olmaqla bütün mərkəzi hakimiyyət orqanlarına müraciət etmişdir. Hətda Azərbaycanda Rusiya Səfirliyinə müraciət etmişdir. Onalara bildirilib ki, sizin məsələ artıq dövlət nəzarətindədir. İki dəfə məhkum olunmuş Cavabdeh onlara qarşı təkid edərək mənəvi zərər vurması barədə ərizələri Astara rayonuna Prokurorluğuna göndərilmiş və əsassız olaraq 20 sentyabr 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, bu qərarın ləğv edilməsi barədə və bu işin Masallı və ya Lənkəran prokurorluğunda araşdırılması barədə Baş prokurorluqda olmuş və rəsmi qaydada müraciət etmişdir. İki dəfə məhkum olunmuş Cavabdeh Mahmud oğlu barədə Astara rayon hakimiyyət və məhkəmə orqanlarının ədalətsiz qərarı ona əzab verməyə və mənəvi zərər vurmağa sübutdur. Hesab edir ki, iki dəfə məhkum olunmuş Cavabdeh mənə maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat ödəməlidir.İki dəfə məhkum olunmuş Cavabdeh Mahmud oğlundan maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 15000 (on beş min) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2021-ci ilin may ayında iddiaçı ilə aralarında baş vermiş davada yüngül xəsarət yetirdiyinə görə islah işlərinə məhkum edilmişdir. Xeyli müddət sonra iddiaçı qarnında olan yırtıqdan (qrija) əməliyyat olunmuş və bütün günühı onun üzərinə yıxır.Hansı ki, o Rusiyada 2-ci prup əlillik almışdır. Ona görədə göstərlənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı İddiaçıı, nümayəndəsi Nümayəndə və Cavabdeh dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Belə ki, işin 8-ci səhifəsində olan Astara rayon İHB-nın yanında Kakalos kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu, Şahağacı kəndində yaşayır. İşin 9-12-ci səhifələrində olan olan 20 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 157C-23 nömrəli yoxlama materialının araşdırması zamanı hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, Astara rayon, Balaca Şahağacı kənd sakinləri X3 və Nümayəndə təhqir olunmuş şəxs(lər)in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində (Böhtan və təhqir) nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin 14-cü səhifəsində olan xx.xx.2021-ci il tarixli, ******* saylı Epikrizdən görünür ki, xəstə X2 deməsinə görə 1 ilə yaxın müddətdir ki, qarında periodik tutma şəkilli ağrılar qeyd edir. Periodik sağ qabırğaltı nahiyyədə, epiqastral nahiyyədə sağ kürəyə irradiasiya edən tutmaşəkilli ağrılar narahat edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il ı tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi İztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun ve dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərerçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Konstitusiya məhkəməsinin istinad olunan qərarında birbaşa göstərilir ki, ona maddi zərərin (real zərərin və eldən çıxmış fayda) və mənəvi zərərin vurulmasını bu şəxs sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinin mənasından da görünür ki, maddi zərərin (real zərər və əldən çıxmış fayda) və mənəvi zərərin sübutetmə yükü ona zərərin vurulmasını iddia edən şəxsin üzərinə düşür. Məhkəmədə İddiaçı cavabdehin ona hansı məbləğdə maddi zərərin vurmasını sübut edə bilmədi və həmin halları təsdiq edən hər hansı sübutu (ödəniş qəbzi və sair.) təqdim etmədi.Bundan əlavə İddiaçı cavabdehih tərəfindən ona şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı hansı mənəvi zərərin vurulmasını sübut edə bilmədi. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-98/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-98/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver