Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-983/2023 10.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, X10 oglunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun geri tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı iiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000(qırx beş min) ABŞ dolları, Azərbaycan manatına ekvavalentdə 76500( yetmiş altı min beş yüz) manat borc pulun və 320 (üç yüz iyirmi) manat dövlət rüsumunun alınıb İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs İddiaçı Astara rayonu Siyəkü kəndində doğulub, Azərbaycana gələrkən müvəqqəti orada yaşayır, lakin X2 vilayəti Talskiy rayonu Troitski qəsəbəsi, Lenin küçəsi ev 43A ünvanında daimi qeydiyyatdadır və daimi olaraq orada yaşayır. Cavabdeh tanıyır. Beləki onların tanışlığı Nasirin Bizim “Şaban” kimi aktyorluq etməsi olmuşdur. O, toylardada iştirak etdiyi üçün onu tanımışdır.Cavabdeh 13 may 2009 - cu il tarixdə ondan borc olaraq 35.000 (otuz beş min) ABŞ dolları borc pul istəmiş, oda həmin pulu ona vermişdir. Bu barədə o, öz xətti ilə yazmışdır ki, “Mən Cavabdeh pasport AZE № P ******* 1980. 20. 09. Təvəllüdlü, İddiaçı 35.000 (otuz beş min Amerika dolları) öz şəxsi istifadəm üçün borc aldım. Bu pulu mən 2008 iyun ayının 1-dən 10-na qədər almışam. Bu alınan pul faizsizdir və 2009 ilin dekabrın 20 - sinə qədər ödəyəeəyimə söz verirəm. Əgər verməsəm onda ümumi pulun üstünə 24 faiz illik (8400) dollar SŞA əlavə olunacək, yenədə verə bilməsəm, 01. 01. 2010- cu ildən etibarən hər gün qalıq məbləğə 0,1 faiz əlavə olunacaq. İltizamı özüm yazdım, təsdiq edirəm. 13. 05. 2009-cu il. Kərimov: İmza.Daha sonra Cavabdeh daha bir iltizam vermişdir. Həmin iltizamda qeyd olunur ki, Mən Cavabdeh Astara rayonu Ərçivan kənd sakini, Seyfulla Öməroviç, Astara rayonu Siyəkü kənd sakinindən 35000 dollar pul almışam. Söz verirəm ki, 2009 - cu ilin dekabrın 15-nə qədər qaytaracağam. Əyər əks təqdirdə cinayət daşımağa hazıram. Mənə heç bir zorakılıq olmayıb, öz xahişimlə yazmışam. 2009.05.13. İmzamla təsdiq edirəm.Daha sonra Hasir Kərimov yenidən İddiaçı 20 oktyabr 2015-ci ildə 10.000 (on min) ABŞ dolları borc pul almış və bu barədə ona öz xətti ilə yazılmış və imzalanmış qəbz vermişdir. Həmin qəbzdə qeyd olunur ki, “xx.xx.2015 tarixdə, X5 ad gününü bilərək Talissaya gəldim mənim hötmət etdiyim insan axsaqqal kimi tanıdığım və tanıyıram, həmişə mənə kömək edib mənə dəstək olub və yenidən 10.000 dollar istədim. Sağolsun atkaz eləmədi işlərimin köməyi üçün yardım etdi və məni əliboş yola salmadı. Məndə 2016 ilin yanvar ayından 500 dollar dediyi adama verəcəm Köhnə borclarıyla birlikdə qaytaracam . Köhnə borcum 35.000 dollar verib məndə 2000 min qaytardım. 33.000 dollar qalıb və buda 10.000 dollar və söz verirəm ay-ba ay qaytaracam. Biz dostuq sağolsun ki yenə kömək etdi. Mənə bir dəfədə kömək etdiyi üçün sağolsun allah ömür versin. Allah mənədə kömək etsin peşman olmayım ağsaqqalın yanında. Astara rayonu Ərçivan kəndi.Cavabdeh təmsil etdiyim şəxsə 45.000 (qırx beş min) ABŞ dolları əsas borcu vardır. Bundan əlavə özünün yazdığı kimi 33.000 ABŞ dollarını gecikdirdiyi üçün hər keçən il üçün 8400 (səkkiz min dörd yüz) ABŞ dolları faiz ödəməlidir. Lakin təmsil etdiyim şəxs hələlik ancaq əsas borcunu tələb edir. Həmin məbləği də Azərbaycan manatına çevirərkən hal - hazırda 76500 (yetmiş altı min beş yüz) manat təşkil edir.Yuxarıda qeyd etdiklərimi rəhbər tutaraq Astara rayon Ərçivan qəsəbə sakini Cavabdeh təmsil etdiyi şəxs İddiaçı borclu olduğu 45000 (qırx beş min) ABŞ dolları, Azərbaycan manatına ekvavalentdə 76500( yetmiş altı min beş yüz) manat borc pulun və 320 (üç yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, .İddiaçı ona qarşı «borc verilmiş pulun geri qaytarılması tələbi barədə» iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 13 may 2009-cu il tarixdə 35.000 ABŞ dolları və 20 oktyabr 2015-ci il tarixdə 10.000 ABŞ dolları pul vermişdir. Həmin pulu ona 2016-cı ilin sonuna kimi ödəyəcəyimi soz verdiyimi iddia ərizəsində göstərmişdir. Onunla razılaşdıqları müddət 2016-cı ilin dekabr ayının 31-nə kimi idi.Həmin razılaşmanın 31 dekabr 2016cı il tarixdə bitdiyi tarixdən 31 dekabr 2019-cu tarixə kimi iddiaçının məhkəməyə müraciət etmək huququ vardır. İddiaçı isə həmin müddəti ötürmüş, 31 dekabr 2019-cu il tarixdə müddət bitdikdən 4 il müddət keçdikdən sonra iddia tələbi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir.Halbuki, iddiaçı əgər cavabdeh 3 ay gec ödəniş etdiyi təqdirdə cavabdehə xəbərdarlıq etdikdən sonra işi məhkəməyə verməli idi. İddiaçının işi məhkəməyə gec verməkdə məqsədi faizləri şişirtmək, cəriməni fantastik məbləğə kimi şişirtmək bundan sonra isə məhəkəməyə vermək düşüncəsində olmuşdur. Amma cox düşündüyü səbəbindən iddia müddətini bele ötürmüşdür.Qanunvericiliyin tələbi ilə bu elə məhkəmənin özü tərəfindən tətbiq edilməli olan normadır. Yəni bir cavabdeh olaraq mənim tərəfimdən ərizə belə olmadığı təqdirdə bu müddətin buraxılması səbəbi ilə iddia rədd edilməlidir. Buna baxmayaraq mən yenədə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edir.Həmçinin qeyd etmək istəyir ki, o, iddiaçıya olan pulu artıqlaması ilə qaytarmışam.Beləki, o, Bakı şəhərindən Sverlovskinin Talissa şəhərinə iddiasının dəvət etdiyi bütün toylara gedib tamada kimi iştirak etmiş. O, ondan bunun müqabilində pul tələb etməmiş. Hətta gediş gəliş pulunu da öz cibindən ödəmiş. O, həmin vaxt toylara 10.000 dollara gedirdi. Bunu pul kimi hesablasa 3-4 dəfə onların toyunda iştirak etmiş. Həmin pul ona artıqlaması ilə ödənmişdir. Həmçinin Astara rayonunun Ərçivan kəndində ata baba torpağından 30 sot onun adına keçirtmiş. Torpağın sotu 3000 manatdan hesablanarsa o, ona ən azı 90.000 manat pul ödəmiş. Hal hazırda onun ona yox onun ona borcu var. Lakin iddia müddətini o da ötürdüyündən artıq ödədiyi pulunu iddiaçıdan tələb edə bilmir. Yoxsa qarşılıqlı iddia ərizəsi təqdim edərək o, da artıq ödədiyi pulu ondan tələb edərdi.Həmçinin qeyd etmək istəyir ki, bütün məhkəməyə təqdim etdiyi sənədləri iddiaçı ona hədə qorxu ilə yazdırıb imza etdirmişdir.İddia müddəti hazırki iddia üzrə tətbiq edilsin və İddiaçı ona qarşı «borc verilmiş pulun geri qaytarılması tələbi barədə» iddia, iddia müddətinin keçməsinə görə təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2009-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 35, 000 ABŞ dolları məbləğində pul vəsaitinin 2008-ci il iyun ayının 1-dən 10nuna dək müddətə aldığını və 2009-cu ilin dekabr ayının 20-sinə dək qaytaracağını, vaxtında qaytara bilmədiyi təqdirdə ümumi pulun 24% qədərində əlavə verəcəyini, yenidən ödəniş edə bilməyəcəyi təqdirdə xx.xx.2010-cu ildən etibarən hər gün qalıq məbləğ 01% əlavə edəcəyini öz imzası ilə təstiq etmişdir. İş materiallarına əlavə olunmuş imza ilə təstiq edilmiş əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə X1 10,000 ABŞ dolları məbləğində pul almış və Cavabdeh da 2016-cı ilin yanvar ayına dək 500 ABŞ dolları məbləğində pulu X3 dediyi adama verəcəyini öhtəsinə götürmüşdür. Cavabdeh köhnə borcdan 2000 ABŞ dolları məbləğində pulu X4 qaytarmışdır. Borclu olduğu 33.000 ABŞ dolları və yeni götürdüyü 10,000 ABŞ dolları məbləğində pul vəsaitini ay-bə ay verəcəyini qeyd etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh X9 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh sonuncu dəfə xx.xx.2015-ci il tarixdə iltizam verərək həm köhnə bocunu və yeni götürdüyü borcunu ödəyəcəyini bildirmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddəti bitdikdən sonra edilmiş ödəniş əhəmiyyətsizdir və iddiaçının məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun geri tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-983/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-983/2023
10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver