Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1065/2021 22.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə Ərizəçi X9 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Asan Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №200359 nömrəli 09 iyul 2021-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə qeydiyyatın “Eminova” soyadının düzgün olmamasının müəyyən edilməsi və “X14” soyadının,’’X16” olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 02 mart 2021-ci il tarixdə tərtib edilmiş 070 saylı ölüm haqqında akt qeydində Ərizəçi qızı X1 “Eminova” kimi qeyd olunmasının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, hazırki ərizə «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəlki tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Qanunun tələbinə əsasən məhkəmə hazırki işə 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan mülki-prosessual qanunvericiliyin normaları əsasında baxılmasını qanuni və əsaslı sayır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı X6 Federasiyası Moskva şəhər sakini X29 ilə 23 aprel 2004-cü ildə rəsmi nikahla evlənmişdir. Nikahlarını Moskva şəhəri Perovski rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Bu barədə onlara İİİ.M.YU №565386 nömrəli nikahın bağlanmasına dair şəhadətnamə verilmişdir. Nikahın bağlanması zamanı ərə Muxtarov, arvada isə X2 verilmişdir. Buna dair Moskva şəhəri Lyublinski rayon X9 qeydiyyatı şöbəsi tərəfindən 22 aprel 2008-ci ildə soyadın dəyişdirilməsi barədə İ.M.YU №565921 nömrəli şəhadətnamə verilmişdir. X7 ilə X22 birgə nikahından 01 may 2010-cu ildə X25 və X26 adında iki əkiz övladları olmuşdur. 2021-ci ilin əvvəllərində qızı X3 şəhərindən onlara baş çəkmək üçün Balakən rayonu Hənifə kəndinə gəlmişdir. Pandemiya ilə əlaqədar geri qayıda bilməmiş və 27 fevral 2021-ci ildə Balakən rayonu Hənifə kəndində vəfat etmişdir. Onun ərə getməzdən əvvəl olan şəxsiyyət vəsiqəsinə əsasən, ona Balakən rayon Qeydiyyat Şöbəsindən AZ- İİ №200359 nömrəli ölüm haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamədə onun qızlıq soyadı X18 qeyd olunmuşdur. Lakin bütün digər sənədlərdə X5 qeyd olunur. Bununla əlaqədar olaraq, o, Balakən «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə “Ölüm haqqında şəhadətnamə”də qeyd olunan “Eminova”nın “Muxtarova” kimi düzəliş edilməsi üçün müraciət etmişdir. Balakən «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli 1616 nömrəli məktubda qeyd olunur ki, 05.07.2021- ci il tarixdə Balakən Asan Xidmət X21 müraciət edərək bildirmişdir ki, qızı X14 ölüm şəhadətnaməsində soyadı nikahdan əvvəlki soyadı olan “Eminova” qeyd edilmişdir. Bu səbəbdən Rusiya Federasiyasında X14 23.04.2004- cü ildə nikaha daxil olması və nikahdan sonra “Muxtarova” soyadını qəbul etməsi səbəbindən ölüm şəhadətnaməsində soyadının “Muxtarova”-ya dəyişdirilməsini xahiş etmişdir. X14 nikahının Rusiya Federaiyasında qeydə alınması səbəbindən nikah akt qeydinin surətinin istənilməsi zərurəti yaranmışdır. Bu səbəbdən ölüm akt qeydində ölənin soyadına düzəliş edilməsi l (bir) ay ərzində mümkün olmayacaqdır. X9 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara görə X9 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. X9 qeydindəki səhvlərin düzəldilməsi və onlara dəyişikliklər edilməsi üçün məhkəmənin qətnaməsi əsas hesab edilir. X9 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Yuxarıda qeyd olunanlara əsasən, X14 ölümü haqqında akt qeydində ölən haqqında məlumat bəndində soyada düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilir. Onun göstərilən ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etməkdə məqsədi Balakən «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ №200359 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunan “Eminova” soyadının “Muxtarova” ilə dəyişdirilməsi tələbidir. Çünki mərhum qızının evləndikdən sonra soyadı “Muxtarova” olmuşdur və digər sənədlərdə də onun soyadı “Muxtarova” kimi göstərilsə də, onun ölümü haqqında şəhadətnaməsində “Eminova” qeyd olunmuşdur. Odur ki, o, X9 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin mərhum qızının əri X13 şəhərində onun yaşadığı yerdə arvadının harda olduğunu soruşduqda onun ölümü ilə bağlı təsdiq edən sənədi polisə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək lazım gəldiyini bildirir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Balakən Regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan RF Moskva şəhər VVAQ idarəsinin Perov VVAQ şöbəsi tərəfindən 22 aprel 2008-ci ildə verilmiş İİİ-MYU seriyalı 565386 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X29 ilə X30 qızı arasında nikah Moskva şəhər VVAQ idarəsinin Perov VVAQ şöbəsində 23.04.2004-cü il tarixdə 794 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Muxtarova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən RF Moskva şəhər VVAQ idarəsinin Ryazan VVAQ şöbəsi tərəfindən 18 sentyabr 2014-cü ildə verilmiş Vİİ-MYU seriyalı 608495 nömrəli və 18 sentyabr 2014-cü il tarixdə verilmiş Vİİ seriyalı, 608496 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X32 ilə X10 birgə nikahından 01.05.2010cu ildə X25 və X27 doğulmuş, ataları X29, anaları X16 yazılmışdır. İşdə olan RF Moskva şəhər X23 Qeydiyyatı İdarəsinin Lyüblino X15 Qeydiyyatı şöbəsi tərəfindən 22 aprel 2008-ci ildə verilmiş İ-MYU seriyalı 565921 nömrəli adın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X18 22.04.2008-ci il tarixdə soyadını X11 dəyişdirmiş və bu barədə 22 aprel 2008-ci il tarixli 123 nömrəli adın dəyişdirilməsi haqqında akt tərtib edilmişdir. İşdə olan 72 ******* nömrəli 17.06.2013-cü il tarixdə verilərək 17.06.2023-cü il tarixədək qüvvədə olan Rusiya Federasiyasının pasportundan görünür ki, ərizəçinin qazının soyadı, adı və atasının adı X12r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi 09 iyul 2021-ci il tarixdə tərəfindən verilmiş AZ-İİ seriyalı 200359 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 27.02.2021-ci il tarixdə ölmuş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 03 ayının 02 günündə 070 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional «ASAN xidmət» mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ünvanlanmış 17 sentyabr 2021-ci il tarixli 1616 nömrəli məktubda göstərilir ki, 05.07.2021-ci il tarixdə Balakən “ASAN xidmət” X21 müraciət edərək bildirmisdir ki, qızı X14 ölüm şəhadətnaməsində soyadı nikahdan əvvəlki soyadı olan “Eminova” qeyd edilmişdir.Bu səbəbdən Rusiya Federasiyasında X14 23.04.2004-cü ildə nikaha daxil olması və nikahdan sonra “Muxtarova “ soyadını qəbul etməsi səbəbindən ölüm şəhadətnaməsində soyadının “Muxtarova”-ya dəyişdirilməsini xahiş etmişdir. X14 nikahının Rusiya Federasiyasında qeydə alınması səbəbindən nikah akt qeydinin surətinin istənilməsi zərurəti yaranmışdır.Bu səbəbdən ölüm akt qeydində ölənin soyadına düzəliş edilməsi 1 (bir) ay ərzində mümkün olmayacaqdır. Yuxarıda qeyd olunanlara əsasən, X14 ölümü haqqında akt qeydində ölən haqqında məlumat bəndində soyada düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilir. İşdə olan 21.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi X28 hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qızı X4 Əli Qulam oğlu ilə nikahlarını 23 aprel 2004-cü ildə Rusiya Federasiyası Moskva şəhəri Perovski rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə rəsmi nikahla evlənmişlər. Nikahın bağlanması zamanı arvada Muxtarova soyadı verilmişdir. Buna dair Moskva şəhəri Lyublinski rayon X9 Qeydiyyatı Şöbəsi tərəfindən 22 aprel 2008-ci ildə soyadın dəyişdirilməsi barədə şəhadətnamə verilmişdir. Ərizəçinin X7 ilə X22 birgə nikahından 01 may 2010-cu ildə X25 və X26 adında iki əkiz övladları olmuşdur. 2021-ci ilin əvvəllərində ərizəçinin qızı X3 şəhərindən Balakən rayonu Hənifə kəndinə gəlmişdir. X16 27 fevral 2021-ci ildə Balakən rayonu Qazma kəndində vəfat etmişdir. Balakən “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 200359 nömrəli 09 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədə ərizəçinin qızının soyadı Muxtarova əvəzinə Eminova kimi qeyd edilmişdir. Ona görə ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin X7nın ölümü ilə bağlı X23ında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi onun ölümü ilə bağlı hüquqi nəticələrin rəsmiləşdirilməsi zərurəti ilə bağlıdır və qeydiyyat orqanı tərəfindən 17 sentyabr 2021-ci il tarixli, 1616 saylı məktubla bu düzəlişin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən X9 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən X9 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ərizə məhkəmənin icraatına daxil olan vaxt qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən X9 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizə verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim X9 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Ərizə verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 339.2-ci maddəsinə əsasən X9 qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizə verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə X9 qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və X9 dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Ərizə verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən X9 qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X9 qeydiyyatı kitabında ərizəçinin qızının adının (soyadı, adı və atasının adı) sözügedən ölüm haqqında akt qeydində X16 əvəzinə X8 yazılması barədə qeydin düzgün olmamasının müəyyən edilməsi üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Balakən “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 02 mart 2021-ci il tarixdə tərtib edilmiş 070 saylı ölüm haqqında akt qeydində Ərizəçi qızı X1 “Eminova” kimi qeyd olunmasının düzgün olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: Ərizə təmin edilsin. Balakən “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 02 mart 2021-ci il tarixdə tərtib edilmiş 070 saylı ölüm haqqında akt qeydində Ərizəçi qızı- X1 “Eminova” kimi qeyd olunmasının düzgün olmaması müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-1065/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1065/2021
22.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver