Məhkəmə qərarları › İş №2(019)-112/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-112/2025

17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-112/2025 17.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh1 1450 (bir min dörd yüz əlli) manat , digər Cavabdeh2 301 (üç yüz bir) manat, habelə mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 1000 (bir min) manat və dövlət rüsumu kimi ödədiyi 49 (qırx doqquz) manat da olmaqla cəmi 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında 16 mart 2023cü il tarixdə icarə müqaviləsi bağlanılmışdır.Müqavilənin 1-ci bəndinə görə “İcarəyə verən” İddiaçı tərəfindən “İcarəçi” Cavabdeh1 MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi icarəyə verilir.Müqavilənin 3-cü bəndinə görə icarəyə verilən nəqliyyat vasitəsinin istifadəsinə görə “İcarəyə götürən” Cavabdeh1 “İcarəyə verən” İddiaçı aylıq 750 manat icarə haqqı ödəyir.Cavabdeh1 mart-aprel ayı üçün icarə haqqını ödəsə də, aprel- may və may-iyun ayları üçün iki ay icarə haqqını ödəməmişdir. Yalnız sonradan cəmi 50 manat ödəniş etmişdir.Nəticədə ona 1450 (750+750-50) manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə Müqavilənin 7-ci bəndinə görə icarəyə müddətində nəqliyyat vasitəsinin üzərində hər hansı cərimə və ya həbs olarsa “İcarəçi” ödəməyi öhdəsinə götürür. Cavabdeh1 MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürdükdən sonra idarə etmək üçün onu digər Cavabdeh2 vermişdir. Bununla bağlı tərəfindən Cavabdeh2 müqavilənin bağlanıldığı gün, 16 mart 2023-cü il tarixdə etibarnamə verilmişdir.Cavabdeh2 da nəqliyyat vasitəsini idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə 301 manat məbləğində cərimə olunmuşdur. Həmin cərimələr cavabdehlər tərəfindən ödənilmədiyindən məcbur olaraq tərəfindən ödənilmişdir. Beləliklə, ona 1701 (650+750+301) manat məbləğində maddi ziyan dəymişdir. Bu səbəbdən 2023-cü ilin iyun ayının sonunda nəqliyyat vasitəsi geri götürülmüşdür.İki aylıq icarə haqqının alınması ilə bağlı cavabdehə dəfələrlə etdiyi çoxsaylı müraciət və zəngləri nəticəsiz qalmışdır. Uzun müddət ərzində iki aylıq icarənin pulunu və törətdiyi inzibati xətalara görə ödədiyi 301 manat məbləğində pulun ala bilməsi nəticəsində mənəvi iztirab və sarsıntılar keçirmişdir. Bu da əsəb gərginliyi keçirməyinə səbəb olmuşdur.Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh1 1450 (bir min dörd yüz əlli) manat, digər Cavabdeh2 301 (üç yüz bir) manat, habelə mənəvi zərərin əvəzi olaraq isə Cavabdeh1 1000 (bir min) manat və dövlət rüsumu kimi ödədiyi 49 (qırx doqquz) manat da olmaqla cəmi 2800 (iki min səkkiz yüz ) manat məbləğində pulun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddianı qismən etiraf edərək göstərdi ki, İddiaçı ilə aralarında 16 mart 2023-cü il tarixdə icarə müqaviləsi bağlamış və sonuncunun mülkiyyətində olan MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürmüşdür. Müqaviləyə əsasən o,İddiaçı aylıq 750 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. O,mart-aprel ayı üçün icarə haqqını ödəsə də, sonrakı iki ay icarə haqqını ödəyə bilməmişdir. Yalnız sonradan cəmi 50 manat ödəniş etmiş,1450 manat borclu qalmışdır.O,MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürdükdən sonra idarə etmək üçün onu digər Cavabdeh2 vermişdir. Cavabdeh2 həmin nəqliyyat vasitəsini idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə 301 manat məbləğində cərimə olunmuşdur. Həmin cərimələri də İddiaçı ödəmişdir.Sonra o, həbs olunmuş və Nürəddin Kantayev gəlib avtomaşını aparmışdır.O,borcunu həbsdə olduğuna görə ödəyə bilməmişdir. Bu səbəbdən İddiaçı mənəvi ziyana görə tələbi əsassızdır. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 16 mart 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki,İddiaçı ilə Cavabdeh1 arasında AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AE095261 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDF**********7436, mühərrikin nömrəsi **********8 və buraxılış ili 2008-ci il olan MERSEDLES BENZ VİTO111 CDİ MİNİK markalı 90 VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icarəyə verilməsi ilə əlaqədar icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə görə “İcarəyə verən” İddiaçı tərəfindən “İcarəçi” Cavabdeh1 MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi icarəyə verilir. Müqavilənin 3-cü bəndinə görə icarəyə verilən nəqliyyat vasitəsinin istifadəsinə görə “İcarəyə götürən” Cavabdeh1 “İcarəyə verən” İddiaçı aylıq 750 manat icarə haqqı ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sənədin rəsmi verilməsinə dair kötükdən görünür ki, Cavabdeh2 90VY226 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə (EQ-********) 18 (20-2) manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsi ilə (EQ-********) 24 (20+4) manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə (EQ-********) 15(10+5) manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə (EQ-********) 15(10+5)manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə (EQ-********) 45(50-5)manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə (EQ-********) 9(10-1)manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə (EQ-********) 9(10-1) manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə (EQ-********) 9 (10-1) manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə (EQ-********) 15(10+5) manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə (İXP-5330585) 64(40+24) manat, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə (İXP-5392501) 78(60+18) manat-cəmi 301.00 AZN cərimə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" KV ASC İdarə Heyəti tərəfindən verilmiş qəbzlərdən görünür ki, Qurbanova Nərgiz tərəfindən xx.xx.2023-cü il tarixdə 15.00 manat,xx.xx.2023-cü il tarixdə 64.00 manat, xx.xx.2023-cü il tarixdə 15.00 manat, xx.xx.2023-cü il tarixdə 24.00 manat ,xx.xx.2023-cü il tarixdə 78.00 manat, xx.xx.2023-cü il tarixdə 9.00 manat, xx.xx.2023-cü il tarixdə 9.00 manat, xx.xx.2023-cü il tarixdə 15.00 manat, xx.xx.2023-cü il tarixdə 18.00 manat, xx.xx.2023-cü il tarixdə 9.00 manat, xx.xx.2023-cü il tarixdə 45.00 manat ödənilmişdir. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 16 mart 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 aralarında icarə müqaviləsi bağlanılmışdır.Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 icarəyə vermişdir.İcarəyə verilən nəqliyyat vasitəsinin istifadəsinə görə Cavabdeh1 İddiaçı aylıq 750 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürdükdən sonra idarə etmək üçün onu digər Cavabdeh2 vermişdir. Cavabdeh1 həmin avtomaşından dörd ay istifadə etmiş, iki ayın icarə haqqını ödəmiş, qalan iki ayın icarə haqqından yalnız 50 manat ödəniş etmişdir. Nəticədə onun 1450 manat məbləğində borcu qalmışdır. Həmçinin avtomobili idarə edən digər Cavabdeh2 nəqliyyat vasitəsini idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə 301 manat məbləğində cərimə olunmuşdur.Həmin cərimələr də cavabdehlər tərəfindən ödənilmədiyindən həmin məbləğ İddiaçı vəsaiti hesabına Qurbanova Nərgiz adlı şəxs tərəfindən ödənilmişdir. Dörd aydan sonra İddiaçı avtomobili geri almışdır.İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini göstərərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İddiaçı ilə Cavabdeh1 aralarında 16 mart 2023-cü il tarixdə icarə müqaviləsi bağlanması,Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 icarəyə verməsi, icarəyə verilən nəqliyyat vasitəsinin istifadəsinə görə Cavabdeh1 İddiaçı aylıq 750 manat icarə haqqı ödəməyi öhdəsinə götürməsi, Cavabdeh1 MERCEDES BENZ VİTO 111 CDİ MİNİK markalı 90VY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürdükdən sonra idarə etmək üçün onu digər Cavabdeh2 verməsi işin mübahisəsiz hallarıdır. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki,Cavabdeh1 icrayə götürdüyü avtomaşından dörd ay istifadə etmiş, iki ayın icarə haqqını ödəmiş, qalan iki ayın icarə haqqından yalnız 50 manat ödəniş etmişdir. Nəticədə onun 1450 manat məbləğində borcu qalmışdır. Həmçinin avtomobili idarə edən digər Cavabdeh2 nəqliyyat vasitəsini idarə etdiyi dövrdə törətdiyi inzibati xətalara görə 301 manat məbləğində cərimə olunmuşdur. Həmin cərimələr də cavabdehlər tərəfindən ödənilmədiyindən həmin məbləğ İddiaçı vəsaiti hesabına Qurbanova Nərgiz adlı şəxs tərəfindən ödənilmişdir.Nəticədə İddiaçı 1751 manat maddi zərər çəkmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin müəyyən edilmiş hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyana aid hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 1450 (bir min dörd yüz əlli) manat və Cavabdeh2 301 (üç yüz bir) manat alınıb İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iclasında müəyyən edildi ki, iki aylıq icarə haqqı ödənmədikdə İddiaçı icarəyə verdiyi avtomobili geri almışdır. O,Cavabdeh1 hərəkətləri nəticəsində fiziki və mənəvi sarsıntı keçirtməsini göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təlkəbi mənəvi ziyana aid hissədə təmin edilməmlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 49 manat dövlət rüsumunun 31.36 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh1 1450 (bir min dörd yüz əlli) manat,digər Cavabdeh2 301 (üç yüz bir) manat tutulub İddiaçı xeyrinə ödənilməli, habelə ödənmiş dövlət rüsumuna görə 31.36 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh1 1450 (bir min dörd yüz əlli) manat və Cavabdeh2 301 (üç yüz bir) manat tutulub İddiaçı xeyrinə ödənilsin; ödənmiş dövlət rüsumuna görə 31.36 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar