Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1132/2021 15.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı cavabdehlərlə birgə paylı mülkiyyətlərində olan əmlakların ona düşən 1/2 hissələrinin naturada müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışa əsasən,Cavabdeh2 Avdulvahab qızı ilə Balakən rayon Ceerovtala kəndində yerləşən paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin 48,0 və yaşayış məntəqələrinin torpaqlarının 0,25 sahəsinin 1/2 hissəsinin, ƏMDK yanında DƏDRX-nin 15.01.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** nörəli çıxarışa əsasən Cavabdeh2 ilə Balakən rayon Cederovtala kəndində yerləşən paylı mülkiyyətlərində olan 0,147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin, ƏMDK yanında DƏDRX-nin 15.01.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** nörəli çıxarışa əsasən Cavabdeh1 oğlu ilə Balakən rayonu Cederovtala kəndində yerləşən paylı mülkiyyətlərində olan 0,1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin, ƏMDK yanında DƏDRX-nin 15.01.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** nörəli çıxarışa əsasən Cavabdeh1 oğlu ilə Balakən rayon Sanbulaq kəndində yerləşən paylı mülkiyyətlərində olan 0,1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin, ƏMDK yanında DƏDRX-nin 15.01.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** nörəli çıxarışa əsasən Cavabdeh1 oğlu ilə Balakən rayonu Cederovtala kəndində yerləşən paylı mülkiyyətlərində olan 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin ona düşən hissəsinin naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki mülki işin məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı cavabdehlərlə birgə paylı mülkiyyətlərində olan əmlakın ona düşən 1/2 hissənin naturada müəyyən edilməsi tələbinə dair hazırki iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işin məhkəmə hazırlıq iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi X2 hazrki iddia ərizəsinin qaytarılması barədə vəsatət verdiyindən və bu, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, İddiaçı Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı cavabdehlərlə birgə mülkiyyətlərində olan əmlakın ona düşən 1/2 hissələrinin naturada müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı cavabdehlərlə birgə paylı mülkiyyətlərində olan əmlakların ona düşən 1/2 hissələrinin naturada müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etimək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-1132/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1132/2021
15.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver