Məhkəmə qərarları › İş №2(019)-129/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-129/2024

08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-129/2024 08.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X20 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (Muhumayevnaya) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 (Muhumayevnaya) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvandakı fərdi yaşayış evinə dair Cavabdeh1 (Muhumayevnanın) adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi Cavabdeh1 (Muhumayevna) ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X16 məxsus olmuş əmlakdakı miras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək miras əmlakın qəbulu müddətinin uzadılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Kontoruna müraciət edərək miras əmlaka dair xx.xx.2013-cü il tarixli 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsi almış, bundan sonra isə həmin vərəsəlik şəhadətnaməsi əsasında ünvan 2 ünvanda yerləşən Fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarış almışdır. Qeyd edilən torpaq sahəsinə dair “çıxarış” aldıqdan sonra Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanda yerləşən 0.10 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli üç otaqlı yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisad Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli Qərarı ilə Cavabdeh1 (Muhumayevnanın) iddia tələbi təmin edilərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə ünvan 3 ünvanda yerləşən eni 7.9 metr, uzunluğu 11,8 metr olan yerləşən yaşayış evinin iddiaçı Cavabdeh1 (Muhumayevnanın) adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınıb Çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin Qərardan tərəfindən apellyasiya şikayəti verilmişdir. X40 Məhkəməsinin 2-1(107)-274\2016 saylı 09 sentyabr 2016-cı il tarixli Qərarı ilə şikayəti qeyri-mümkün sayılmışdır. Bundan sonra onlar- maraqlarına toxunan şəxslər İddiaçı, X14 və X17 apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar atalarından miras qalmış, Balakən rayonu, R.Cirinqov küç.(1 may küçəsi) 3 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini miras əmlak kimi qəbul edib ona sahiblik etmişlər və indi də həmin evdən istifadə edirlər. X30 xx.xx.1993-cü ildə vəfat edibdir. X13 4 mart 1994-cü ildə vəfat etmişdir. Həmin vaxtdan onlar mütəmadi olaraq miras əmlaka sahiblik etmişlər. Atalarından miras qalan əmlak həmin vaxtdan onların tərəfindən idarə olunur və evin bütün kommunal xərclərini hələ də onlar ödəyirlər. X3 1999-cu ildən Rusiya Federasiyasına getmiş və 2007-ci ildə orada da ölmüşdür. Ən kiçik qardaşları olan Muhuma 1988-ci ildə rəsmi nikaha daxil olmuş, 1991-ci ildə isə rəsmən boşanmış və həmin nikahdan xx.xx.1989-cu il təvəllüdlü qız övladı Cavabdeh1 (Muhumayevna) doğulmuşdur. Cavabdeh1 heç bir vaxt onlarla yaşamamış və miras əmlaka heç bir bağlılığı da olmamışdır. Qardaşları Muhuma öldükdən sonra ondan qalan miras torpaq sahəsinə də onlar faktiki idarəçiliyi həyata keçirmişlər. İşin bütün bu halları Balakən rayonunda yaşayan və onları tanıyan hamıya bəllidir. Həmin ərazidə yaşayan bütün qonşuları bütün faktiki hallarını təsdiq edə bilərlər. Hesab edirlər ki, hazırki işdə Cavabdeh1 (Muhumayevnanın) vərəsə kimi mirasın qəbulu müddətinin uzadılmasının üzürlü hesab edilməsi qanuna uyğun olmamışdır. İşin qeyd edilən faktiki hallarının mövcudluğuna baxmayaraq Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə xx.xx.2019-cu il tarixdə baxaraq əsassız olaraq apellyasiya şikayətlərini təmin etməmişdir. Həmin qətnamədən narazı qaldıqlarından tərəflərindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 11.12. 2019cu il tarixli Qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.Şəki Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmış və məhkəmə tərəfindən işin həqiqi halları düzgün müəyyən edilərək iş üzrə ədalətli və qanuni qərar qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək iş üzrə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1 (Muhumayevnanın) mirasın qəbulu müddətinin uzadılmasına dair ərizəsi isə baxılmamış saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, məhz həmin məhkəmə qətnaməsi ilə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Kontoruna müraciət edərək miras əmlaka dair xx.xx.2013-cü il tarixli 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsi almış bundan sonra isə həmin vərəsəlik şəhadətnaməsi əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarış almışdır. Həmin məhkəmə qətnaməsi ləğv edildiyindən Cavabdeh1 adına verilmiş Vərəsəlik şəhadətnaməsi və Torpağa Mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarışın ləğv edilməsi üçün onlar Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 (Muhumayevnaya) verilmiş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 (Muhumayevna), Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 10 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçılar İddiaçı və X9 ödənilməsi qət edilmişdir. Cavabdeh1 (Muhumayevna) tərəfindən verilmiş Apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1525/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-336/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsindən narazı qalan Cavabdeh1 (Muhumayevna) Şəki Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-879/2022 saylı Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Bundan sonra məhkəmə qətnaməsinin icrasına başlanılmış və Lalə Muhumayevnanın adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və ünvan 2 ünvanda yerləşən Fərdi yaşayış evi yerləşən sahəsi 0.10 torpaq sahəsinə dair reyestrdən çıxarış da ləğv edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi özbaşına tikili deyildir. Ev atası Əbdülqədir tərəfindən inşa edilmişdir (texniki pasportu əlavə edilir). Hazırda Cavabdeh1 xeyrinə çıxmış məhkəmə qətnamələri ləğv edilmiş və icra olunmuşdur. Qeyd edilən torpaq sahəsi artıq Lalənin mülkiyyətində deyildir. Ona Balakən Notariat ofisindən 07 iyun 2022-ci i tarixli məktubla bildirilmişdir ki, 04 oktyabr 2013-cü il tarixdə 2V-368 Reyestr nömrə ilə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilmişdir. Bundan sonra Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfındən 12 iyun 2022-ci il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarış 07 may 2021-ci il tarixli 2(019)-336/2021 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Cavabdeh1 (Muhumayevna) mirasın ötürülmə müddətini bərpa edilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə və daha sonra Şəki Apellyasiya Məhkəməsinə müraciət etsə də onun iddia tələbləri təmin edilməmişdir. Lakin həmin ünvanda yerləşən fərdi yaşayış evinin çıxarışı hələ də Cavabdeh1 (Muhumayevnanın) adında qalmaqdadır. Məhkəmələr tərəfindən iddia tələbləri təmin edildikdən sonra mübahisəli evin Lalənin adına rəsmiləşdirilməsinə dair Şəki İnzibati-iqtisadi Məhkəməsinin 2-1(84)-786/2015 saylı 04 dekabr 2015-ci il tarixli Qərarının ləğv edilməsi üçün Şəki İnzibati Məhkəməsinə Yeni açılmış hallarla bağlı Ərizə ilə müraciət etmişlər. X43 Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-l(84)-786/2015 saylı qərardadı ilə ərizələri qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan apellyasiya və kassasiya şikayətləri verilsə də təmin edilməmişdir. Məhkəmələr Qərarlarını belə əsaslandırmışdırlar ki, onlar həmin vaxt proses iştirakçısı olmadığından və 3 ildən çox vaxt keçdiyindən yeni açılmış halla bağlı ərizə verilə bilməz.İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən kassasiya məhkəməsinin qərarlarından isə Əlavə kassasiya qaydasında şikayət verilməsi nəzərdə tutulmamışdır. Hazırda Cavabdeh1 adına olan bütün huquqmüəyyənedici sənədlər ləğv edilmişdir. Torpaq isə hazırda onun mülkiyyətindədir. Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli Qərarının əsasını təşkil edən hallar artıq mövcud deyildir. Şəki İnzibati-İqtisadi Məhkəməsi həmin vaxt Qərar qəbul edərkən ünvan 5 ünvandaki fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0.10 ha torpaq sahəsinin Cavabdeh1 (Muhumayevnanın) mülkiyyətində olmasına istinad etmişdir. Yəni məhkəmə Qərarının əsaslandırma hissəsində (Qərarın 4-ci səhifəsinin 5.6.7-ci abzaslarında) qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində mübahisə predmeti olan yaşayış evi yerləşir və həmin tikililərin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur , habelə fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Şəki İnzibati-İqtisadi Məhkəməsi 2015-ci il tarixdə həmin torpaqda yerləşən evin Lalənin adına rəsmiləşdirilməsi qərarına gələrkən torpağın onun mülkiyyətində olmasına istinad etmişdir. Hazırda torpaq sahəsi onun adında olmadığından və mübahisəli evə onun hüququ olmadığından hesab edir ki, Cavabdeh1 adına verilmiş çıxarış artıq ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 (Muhumayevna) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia ərizəsinə etiraz göndərərək İddiaçı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki,ünvan 6 ünvanında qeydiyyatda olmuş, mərhum atası Mamedov Muhumanın ölümündən sonra ona məxsus Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN- 1301A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0.10 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi ona miras qalmışdır. Lakin torpaq sahəsində yerləşən üç otaqlı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmadığından yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də o, 2015-ci ildə Şəki İnzibati-lqtisadi Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “ünvan 6 ünvanında yerləşən 0.10 torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı fərdi yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə iddia qaldırmış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il 2-l(84)-786/2015 saylı qərarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi ünvan 7 ünvanında yerləşən yaşayış evini tam mülkiyyət hüququ ilə 25 fevral 2016-cı il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır və RX 476 nömrəli çıxarış vermişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015ci il tarixli 4)-786/2015 saylı iş üzrə icraatın təzələnməsi ilə bağlı ərizə vermiş, X43-İqtisadi Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-l(84)-786/2015 nömrəli qərardadı ilə ərizəsi qeyri-mümkün hesab edilmişdir. Daha sonra həmin qərardaddan verilmiş şikayətləri Şəki Apellasiya Məhkəməsinin 23 noyabr 2022 tarixli 2-l(107)-375/2022 qərardadı və Ali Məhkəmənin 4 aprel 2023 tarixli 2-l(102)-629/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. Eyni huquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-152/2021 nömrəli xx.xx.2021-ci il tarixli və 2-1(102)-312/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Qeyd etmək istəyir ki, yaşayış evi atasının bacısı İddiaçı tərəfindən atasının Rusiyaya getməyindən faydanalaraq qanunsuz olaraq istifadə edilmiş, ev kirayə verilmiş, torpaq sahəsinin yarısı isə qanunsuz olaraq X1 və əldə olunan vəsait İddiaçı tərəfindən mənimsənilmişdir. Atasının bacıları Züleyxa və Ayşə iddia edir ki, həmin əmlakı öz atalarından faktiki olaraq miras qəbul ediblər (halbuki əmlak onun atasının adına olub və onun atasının adına həmin ünvanda əmlak olmayıb), ora qulluq ediblər, oranı təmir ediblər. Əslində isə atasının Rusiyada olmasından və daha sonra onun ölümündən faydalanaraq Züleyxa oranı istismar edib, evi kirayəyə verib, aylıq gəlir əldə edib, kommunal xərcləri də orda kirayə qalanlar ödəyib, hətta torpağın yarısını da Züleyxa atası həyatda ikən qanunsuz olaraq X2 pulu mənimsəmişdir.İddia ərizəsində Züleyxa deyir ki, əmlakın onlara miras qalmasını qonşular və qohumlar təsdiq edər, amma 10 il ərzində məhkəmələrdə sürünərkən nə qədər evlərinə gedib yalvarsa da heç bir qohum və qonşu gəlib ona məhkəmədə şahidlik etməyiblər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2-l(84)-786/2015 saylı qərarı öz qanuni güvvəsini saxladığına görə və yuxarı instansiya məhkəmələri həmin qərarı ləğv etmədiyinə görə, həmin qərar əsasında verilən çıxarışın ləğvi ilə bağlı rayon məhkəməsinə müraciət edilməsi absurddur.Çünki məhkəmə qərarları dövlətin adından çıxarılır və onların icrası məcburidir.İddiaçı iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq Cavabdeh1yevnanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 dekabr 2015-ci il tarixli 2-1(84)- 786/2015 nömrəli qərarın surətindən görünür ki, həmin qərarla cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə ünvan 8 ünvanında yerləşən, eni 7,9 metr, uzunluğu 11,8 metr olan yaşayış evinin iddiaçı Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(84)-786/2015 nömrəli qərardadından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli qərarın qəbul edilməsi ilə başa çatmış iddiaçı Cavabdeh1 (Muhumayevnanın) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “ünvan 6 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(84)-786/2015 nömrəli iş üzrə inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi haqqında ərizəçilər İddiaçı və X8 ərizəsinin mümkün saylımaması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-375/2022 nömrəli qərardadından görünür ki,ərizəçilər İddiaçı və X17 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-1(874)-786/2015 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 66 kv.m olan fərdi yaşayış evi isə tam olaraq Cavabdeh1 (Muhumayevnanın) adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən 26 oktyabr 2007-ci il tarixdə verilmiş 663 nömrəli arayışdan görünür ki,X33 babası X5 adına Balakən şəhəri 1 may küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi DƏDRX-nin Zaqatala rayon Ərazi idarəsində 1 nömrəli reyestr kitabının 174-cü səhifəsində inventar uçotuna alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2143 nömrəli arayışdan görünür ki, mərhum X7 vəfat etdiyi xx.xx.1993-cü il tarixdə ünvan 10 ünvanında daimi qeydiyyatda olmuşdur.(keçmiş 1954-1956-cı illərdə ünvan 11i) X4, X26, İddiaçı, X24,X18 və X14 adında vərəsələri olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəki filialı tərəfindən 07 noyabr 2023-cü il tarixdə verilmiş 3-48-DA-12/F/2/Ə- 8/917/2023 nömrəli məktubundan görünür ki,Balakən rayon Mahamalar kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illərin təsərrüfatbaşına kitabına əsasən X6 təsərrüfatında ailə başçısı olduğu və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir:Mamedov Ab.qidir Ab.xalıq oğlu-1915,X34-arvadı-1923, X47.qədir oğlu-oğlu-1942, X46.qədir qızı-qızı- 1945,X48.qədir qızı-qızı-1949, X45.qədir qızı-1951.təsərrüfatında ev 1918-ci ildə tikilməsi,torpaq kv.metrlə həyətyanı torpağın cəmisi 1954-cü ildə 600 olması qeyd edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və X8 iddiası təmin edilmiş, Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 (Muhumayevnaya) verilmiş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1525/2021 nömrəli iş 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 (Muhumayevna) tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdlır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-679/2022 nömrəli qərarından görünür ki,həmin qərarla Cavabdeh1 (Muhumayevna) tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1525/2021 nömrəli iş 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdlır. İşdə olan Balakən Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(019)-434/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 (Muhumayevnanın) cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və X9 qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Cavabdeh1 (Muhumayevna) İddiaçı qardaşı qızıdır.İddiaçının qardaşı,cavabdehin atası X24 06 sentyabr 2007-ci il tarixdə Rusiya Federasiyasinda ölmüşdür. Cavabdeh1 (Muhumayevna) 2013-cü ildə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X16 məxsus olmuş miras əmlakın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək miras əmlakın qəbulu müddətinin uzadılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında Cavabdeh1 miras əmlaka dair xx.xx.2013-cü il tarixli 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bundan sonra isə həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X15 adına qeydə alınmış, ünvan 2 ünvanda yerləşən 0.10 ha torpaq sahəsini Daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə aldırmış, ona xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra Cavabdeh1 həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 66 kv/m olan fərdi yaşayış evinin də öz adına qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsi sözügedən fərdi yaşayış evini Cavabdeh1 adına qeydə almaqdan imtina etdiyindən Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanda yerləşən 0.10 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli üç otaqlı yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisad Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh1 (Muhumayevnanın) iddia tələbi təmin edilərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında dövlət reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə ünvan 3 ünvanda yerləşən eni 7.9 metr, uzunluğu 11,8 metr olan yerləşən yaşayış evinin iddiaçı Cavabdeh1 (Muhumayevnanın) adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınıb Çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı və digərlərinin apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2020ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1 (Muhumayevnanın)mirasın qəbulu müddətinin uzadılmasına dair ərizəsi isə baxılmamış saxlanılmışdır.Həmin məhkəmə qətnaməsi ləğv edildikdən sonra İddiaçı və X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişlər.Balakən Rayon Məhkəməsinin 07 may 2021 -ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayon Notariat Kontoru tərəfindən Cavabdeh1(Muhumayevnaya) verilmiş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-l525/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 (Muhumayevna) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-336/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-679/2022 nömrəli qərarı ilə Cavabdeh1 (Muhumayevna) tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1525/2021 nömrəli iş 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdlır.Sözügedən qətnamə əsasında Lalə Muhumayevnanın adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi yerləşən sahəsi 0.10 torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Bundan sonra Cavabdeh1 (Muhumayevna) cavabdeh Balakən regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və X9 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum atası X11 miras qalmış ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 hektar torpaq sahəsinə dair mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsi 08 iyul 2022-ci il tarixli 2(019)-434 /2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 bu qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(019)-434 /2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh1yevnanın adına verilmiş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ünvan 2 ünvanda yerləşən 0.10 torpaq sahəsinin tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmasına dair xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsinə baxmayaraq bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatı ləğv olunmamışdır. Bu səbəbdən İddiaçı və X17 mübahisəli evin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair Şəki İnzibati-iqtisadi Məhkəməsinin 2- 1(84)-786/2015 saylı 04 dekabr 2015-ci il tarixli Qərarının ləğv edilməsi üçün Şəki İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etmişlər. X43 Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2-l(84)-786/2015 saylı qərardadı ilə onların həmin vaxt proses iştirakçısı olmamaları və 3 ildən çox vaxt keçməsi əsası ilə ərizə qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan apellyasiya və kasasiya şikayətləri verilsə də təmin edilməmişdir.Bundan sonra İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Avropa Məhkəməsinin bir sira Qərarlarında ifadə olunan hüquqi mövqeyə görə, fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların (ədalətli, açıq və sürətli məhkəmə araşdırması) təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. (Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərar, § 25 və Çuykina Ukraynaya qarşı iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərar, § 50). “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə işin hallarını, ünvan 2 ünvanda yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmasını, həmin torpaq sahəsinin miras əmlak olaraq Cavabdeh1 (Muhumayevnanın) mülkiyyətinə keçməsi üçün əsas olmuş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ünvan 2 ünvanda yerləşən 0.10 torpaq sahəsinin tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmasına dair xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin məhz bu ləğv olunmuş sənədlərə əsasən Cavabdeh1 (Muhumayevnanın) mülkiyyətinə keçməsini, həmin əsaslar aradan qalxdığından adıçəkilən fərdi yaşayış evinin formal olaraq Cavabdeh1 adına qeydiyyatda qalmasını, bu qeydiyyatın İddiaçı hüquqlarını pozmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə görə Cavabdeh1 (Muhumayevnanın) adına verilmiş 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2-l(84)-786/2015 nömrəli qərarı öz qanuni güvvəsini saxladığına görə və yuxarı instansiya məhkəmələri həmin qərarı ləğv etmədiklərinə görə, həmin qərar əsasında verilən çıxarışın ləğv edilə bilməməsi barədə Cavabdeh1 (Muhumayevnanın) etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir.Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Şəki İnzibati-İqtisadi Məhkəməsi 04 dekabr 2015-ci il tarixli 2-l(84)-786/2015 nömrəli qərarı qəbul edərkən, Cavabdeh1 (Muhumayevnanın) mərhum X12 vərəsəsi olmasına dair xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə,ünvan 2 ünvanda yerləşən 0.10 torpaq sahəsinin tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmasına dair xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslanaraq iddianı təmin etmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə ünvan 8 ünvanında yerləşən, eni 7,9 metr, uzunluğu 11,8 metr olan yaşayış evinin Cavabdeh1 (Muhumayevnanın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin qoyulmasını qərara almışdır. Sözügedən məhkəmə qərarı icra olunmuş və Balakən şəhəri,Cirinqov küçəsi dalan 3,ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh1 (Muhumayevnanın) adına 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin hazırda Şəki İnzibati -İqtisadi Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2-l(84)-786/2015 nömrəli qərarının verilməsi üçün əsas olmuş bütün hallar aradan qalxmışdır (Cavabdeh1 (Muhumayevnanın) mərhum X12 vərəsəsi olmasına dair xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ünvan 2 ünvanda yerləşən 0.10 torpaq sahəsinin tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmasına dair xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş,həmin torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır). Belə olan halda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin formal əsaslara görə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 (Muhumayevnanın) adına qeydiyyatda qalması ədalətli hesab oluna bilməz, məhkəmə hakimiyyətinin nüfuzuna, cəmiyyətdə məhkəmələrə olan etimada ciddi zərər vura bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Balakən şəhəri,Cirinqov küçəsi dalan 3,ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətininin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh1 (Muhumayevnanın) adına verilmiş 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Balakən şəhəri,Cirinqov küçəsi dalan 3,ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh1 (Muhumayevnanın) adına verilmiş 25 fevral 2016-cı il tarixli ******* nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar