Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-13/2022 08.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payın naturada ayrılması və torpaqdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan JN 1103 KOD 40102018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 1.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN 408A KOD 40102018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.07 ha həyətyanı torpaq sahəsindən ona aid 1/4 hissə payının naturada ayrılması, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payın naturada ayrılması və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 hazırki iddia üzrə işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və hazırki iddia ərizəsinin baxılmamış saxlanmasına razı olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiyinə və cavabdehlər hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payın naturada ayrılması və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payın naturada ayrılması və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-13/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-13/2022
08.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver