Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-132/2022 14.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızının iştirakı ilə Alqayeva (Hüseynova) Leyla Müslüm qızının Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Alqayeva (Hüseynova) Leyla Müslüm qızı Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən Cavabdeh3 adına 30.11.2020-ci il tarixdə ********** sayla 0.12 ha torpaq sahəsinə dair verilmiş Çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsindən 0.06 ha hissəyə onun mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızı məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaya hər hansı yazılı etiraz bildirilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin rəisi məhkəməyə ərizə göndərərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 14 fevral 2022-ci il tarixində saat 11.10-da baxılacaq 2(019)-132/2022 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirərək, nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 168-ci maddəsinə əsasən hazırlıq məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri qaytarır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızına geri qaytarılmalı, həmçinin iddianın qaytarılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızına geri qaytarılsın; iddianın qaytarılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-132/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-132/2022
14.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver