Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-14/2022 01.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və iddiaçı X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən paylarının naturada ayrılması, torpaq sahələrindən çıxarılma və daşınmaz əmlaklardan sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan JN 0808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X14 əsasən verilmiş Balakən rayonu Hənifə kəndidə yerləşən 0.94 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X2 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan JN 808 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X14 əsasən verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN 606A KOD 40102018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha həyətyanı torpaq sahəsindən iddiaçılara məxsus 2/3 hissə paylarının naturada ayrılması, cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması, həmin daşınmaz əmlaklardan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayonu Hənifə kəndində yaşayırlar. Cavabdeh onların ailə üzvüdür. Onunla münasibətləri yaxşı deyildir. Balakən rayonu Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh, İddiaçı1 və X3 Balakən rayonu Hənifə kəndi ərazisindən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X15, 0.08 ha həyətyanı torpaq sahəsinə isə JN 606A KOD 40102018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Cavabdeh ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etmələrinə maneçilik törədir. Cavabdehlə mübahisələri olduğundan onlara məxsus olan əmlakdan paylarının müəyyən edilməsi və naturada ayrılması onlar üçün zəruridir. Ümumi birgə mülkiyyətdə olan JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X14 əsasən verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, JN 606A KOD 40102018 olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha həyətyanı torpaq sahəsindən iddiaçılara məxsus 2/3 hissə paylarının naturada ayrılması, cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması, həmin daşınmaz əmlaklardan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını istəyirlər. Bu səbəbdən göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X5 iddianı müdafiə edərək, İddiaçı1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdehməhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 0808 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X12 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Hənifə kəndində 0.94 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Cavabdeh, İddiaçı1 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-606A KOD 40102018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Hənifə kəndində 0.08 ha həyətyanı torpaq sahəsi Cavabdeh, İddiaçı1 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X8 tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli 39 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, JN 0808 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X15 ilə Balakən rayon Agrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində Cavabdeh, İddiaçı1 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.94 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. Sözügedən 0.94 ha k/t təyinatlı torpaq sahəsi 808 planı (0.3856 ha) və 808R planı (0.5575 ha) olmaqla iki hissədən ibarətdir. JN-808 saylı Dövlət Aktının 808R planında qeyd olunan 0.5575 ha torpaq sahəsinin coğrafi məkan göstəricilərində koordinat uyğunsuzluğundan həmin torpaq sahəsinin paylara uyğun şəkildə bölünməsi Dövlət Aktının yerquruluşu planı üzrə tərtib edilmişdir. JN-Q808 saylı Dövlət Aktının 808 planında göstərilən və həmçinin iddia predmeti olan 0.3856 k/t təyinatlı torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri uyğun olduğundan natura üzrə sənəddə qeyd olunan paylı mülkiyyətçilər arasında 1/3 nisbətində paya uyğun şəkildə bölünməsi mümkündür. 808 saylı plan üzrə iddia predmeti olan 0.3856 ha k/t təyinatlı torpaq sahəsinin 1/3 payı 0.1285 ha, 2/3 payı 0.2570 ha təşkil edir. Bölgü sxemi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. JN-606A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən, həmçinin iddia predmeti olan 0.08 ha həyətyanı torpaq sahəsinin natura üzrə faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsi, həmin torpaq sahəsinin natura üzrə paylı mülkiyyətçilər arasında 1/3 paya uyğun bərabər şəkildə bölünməsi mümkündür. Belə ki, JN- 606A saylı şəhadətnamədə qeyd olunan Baləkən rayon Aqrar İslahat Komissiyasının 2001ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu, Hənifə kəndində yerləşən, Cavabdeh İddiaçı1 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsi 1/3 paya uyğun 0.0267, 2/3 paya uyğun 0.0533 ha olmaqla bölünməsi mümkündür. Bölgü sxemi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 300 manatdır. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh, İddiaçı1, X3 Balakən rayonu Hənifə kəndi ərazisindən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X15, 0.08 ha həyətyanı torpaq sahəsinə isə JN 606A KOD 40102018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Cavabdeh ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etmələrinə maneçilik törədir. Cavabdehlə mübahisələri olduğundan onlara məxsus olan əmlakdan paylarının müəyyən edilməsi və naturada ayrılması onlar üçün zəruridir. Mütəxəssis rəyinə əsasən JN-Q808 saylı Dövlət Aktının 808 planında göstərilən və həmçinin iddia predmeti olan 0.3856 k/t təyinatlı torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri uyğun olduğundan natura üzrə sənəddə qeyd olunan paylı mülkiyyətçilər arasında 1/3 nisbətində paya uyğun şəkildə bölünməsi mümkündür. 808 saylı plan üzrə iddia predmeti olan 0.3856 ha k/t təyinatlı torpaq sahəsinin 1/3 payı 0.1285 ha, 2/3 payı 0.2570 ha təşkil edir. JN-606A saylı şəhadətnamədə qeyd olunan Baləkən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində yerləşən, Cavabdeh, İddiaçı1 və X2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.08 ha həyətyanı torpaq sahəsi 1/3 paya uyğun 0.0267, 2/3 paya uyğun 0.0533 ha olmaqla bölünməsi mümkündür. İddiaçılar ümumi birgə mülkiyyətdə olan JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X14 əsasən verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, JN 606A KOD 40102018 olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha həyətyanı torpaq sahəsindən iddiaçılara məxsus 2/3 hissə paylarının naturada ayrılması, cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması, həmin daşınmaz əmlaklardan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını istəyirlər və bu barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia iddiaçıların JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X13 808 planında göstərilən 0.3856 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.2570 ha torpaq sahəsi və JN-606A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən iddia predmeti olan 0.08 ha həyətyanı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.0533 ha torpaq sahəsinin naturada ayrılması, həmin torpaq sahələrindən cavabdehin çıxarılması və həmin torpaq sahələrindən iddiaçıların sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Lakin JN-808 saylı Dövlət Aktının 808R planında qeyd olunan 0.5575 ha torpaq sahəsinin coğrafi məkan göstəricilərində koordinat uyğunsuzluğu olduğundan və bölgü müəyyən edilmədiyindən iddia tələbi JN-808 saylı Dövlət Aktının 808R planında qeyd olunan 0.5575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 2/3 paylarının naturada ayrılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən iddiaçıların sahibik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçılar İddiaçı1 və X2 mübahisə predmeti olan Balakən rayonu Hənifə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.94 ha torpaq sahəsi üzrə verilmiş JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X13 808 planında göstərilən 0.3856 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.2570 ha torpaq sahəsi və JN-606A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən iddia predmeti olan 0.08 ha həyətyanı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.0533 ha torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə göstərilən bölgü sxeminə uyğun naturada ayrılmalı, cavabdeh X6 iddiaçılar İddiaçı1 və X3 məxsus həmin Torpağa Mülkiyyət Hüququna X13 808 planında göstərilən 0.3856 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.2570 ha torpaq sahəsindən və JN-606A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən iddia predmeti olan 0.08 ha həyətyanı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.0533 ha torpaq sahəsindən çıxarılmalı, iddiaçıların həmin 0.2570 ha və 0.0533 ha torpaq sahələrindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddia JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X13 808R planı (0.5575 ha) hissəsində iddiaçıların 2/3 paylarının naturada ayrılması, cavabdehin onlara məxsus həmin torpaq sahəsindən çıxarılması, həmin daşınmaz əmlakdan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin olunmamalıdır. Həmçinin iddia qismən təmin edildiyi üçün iş üzrə 300 manat mütəxəssis xərcinin 150 manatı iddiaçılar İddiaçı1 və X1 və 150 manatı Cavabdeh tutulub X8 MMC-nin Kapital Bank ASC Sahil filialı, Kod 201218, VÖEN: **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN: **********, Hesab AZ64AİİB400900C**********208 hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin PM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və X2 mübahisə predmeti olan Balakən rayonu Hənifə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.94 ha torpaq sahəsi üzrə verilmiş JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X13 808 planında göstərilən 0.3856 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.2570 ha torpaq sahəsi və JN-606A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən iddia predmeti olan 0.08 ha həyətyanı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.0533 ha torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə göstərilən bölgü sxeminə uyğun naturada ayrılsın; cavabdeh X6 iddiaçılar İddiaçı1 və X3 məxsus həmin Torpağa Mülkiyyət Hüququna X13 808 planında göstərilən 0.3856 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.2570 ha torpaq sahəsindən və JN-606A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən iddia predmeti olan 0.08 ha həyətyanı torpaq sahəsindən 2/3 paylarını təşkil edən 0.0533 ha torpaq sahəsindən çıxarılsın; iddiaçıların həmin 0.2570 ha və 0.0533 ha torpaq sahələrindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən tərəfindən yaradılan maneələr aradan qaldırılsın; iddia JN 808 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna X13 808R planı (0.5575 ha) hissəsində iddiaçıların 2/3 paylarının naturada ayrılması, cavabdehin onlara məxsus həmin torpaq sahəsindən çıxarılması, həmin daşınmaz əmlakdan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin olunmasın. İş üzrə 300 manat mütəxəssis xərcinin 150 manatı iddiaçılar İddiaçı1 və X1 və 150 manatı Cavabdeh tutulub X8 MMC-nin Kapital Bank ASC Sahil filialı, Kod 201218, VÖEN: **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN: **********, Hesab AZ64AİİB400900C**********208 hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-14/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-14/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver