Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-14/2024 29.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı və digər İddiaçı2 nümayəndəsi Bodurova (Alvasova) Cəmilə İzrail qızının, iddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızının və İddiaçı2 vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, İddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızının və İddiaçı2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızı və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan JN 878 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X40 əsasən verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 1.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər . İddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızının və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ümumi paylı mülkiyyətdə olan JN 878 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X40 əsasən verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 1.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların öz paylarının və X11 paylarının naturada ayrılması, həmin paylara verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçı X7 nümayəndəsi Bodurova (Alvasova) Cəmilə İzrail qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh qarşı iddia tələbini JN 878 Kod 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X40 əsasən payıl mülkiyyətə verilmiş 1.49 ha torpaq sahəsinin 878 cizgisində göstərilən 0.28 ha və 0.10 ha hissəsində iddiaçıların və X11 paylarının naturada ayrılması və həmin hissə paylar üzrə torpaq sahəsindən cavabdehin çıxarılması tələbi hissəsində azaldaraq, JN 878 Kod 40103018 saylı Toorpağa Mülkiyyət Hüququna X41 əsasında X12, X1, X11, X13 və Bodurova (Alvasova) Cəmilə İzrail qızının ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 878 planşet nömrəsində göstərilən 1.11 ha torpaq sahəsinin iddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızı, İddiaçı2 və X11 cəmi 3/5 hissə paylarının birlikdə saxlanılmaqla ekspert rəyinə uyğun naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia onunla əsaslandırılmışdır ki, onlar Balakən rayonu Qazma kəndində kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayırlar. Cavabdeh onların qohumudur, münasibətləri yaxşı deyildir. Balakən rayonu Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə ailə üzvləri olan X16, X2, X17, X18 (İddiaçı2) və Alvasova (Bodurova) Cəmilə İzrail qızına Balakən rayonu Qazma kəndi ərazisindən 1.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 878 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X41 hazırlanmışdır. JN 878 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X41 ilə verilmiş 1.49 ha torpaq sahəsi müxtəlif yerlərdən verilmişdir. Cavabdeh ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsindən istifadə etmələrinə maneçilik törədir. Cavabdehlə mübahisə olduğundan onlara məxsus olan əmlakdan paylarının müəyyən edilməsini və naturada ayrılmasını istəyirlər. Bu səbəbdən göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi Bodurova (Alvasova) Cəmilə İzrail qızı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və JN 878 Kod 40103018 saylı Toorpağa Mülkiyyət Hüququna X41 əsasında X12, X1. X11, X13 və Bodurova (Alvasova) Cəmilə İzrail qızının ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 878 planşet nömrəsində göstərilən 1.11 ha torpaq sahəsinin iddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızı, İddiaçı2 və X11 cəmi 3/5 hissə paylarının birlikdə saxlanılmaqla ekspert rəyinə uyğun naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 iddianı qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 878 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X34 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində 1.49 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X12, X1, X11, X13 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qazma kənd icra hakimiyyəti nümayəndəsi tərəfindən 03 mart 1995-ci il tarixdə verilmiş JQ seriyalı 842220 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X14 arasında nikah Balakən rayon Qazma kənd icra hakimiyyəti nümayəndəliyində 03 mart 1995-ci il tarixdə 5 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Bodurova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 iyun 2015-ci il tarixdə verilmiş AZ seriyalı 008107 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X24 adını X9 dəyişdirmiş, bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 16 iyun 2015-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş ölum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölum haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2020-ci il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X32 Xidmət Mərkəzində Notariat Ofisinin Cavabdeh ünvanlandığı xx.xx.2021-ci il tarixli 1339 nömrəli məktubunda göstərilir ki, onun X32 Xidmət mərkəzində Notariat Ofisinə ünvanladığı şifahi müraciətinə əsasən bildirilir ki, onun xx.xx.2021-ci il tarixdə mirasın qəbuluna dair ərizə ilə etdiyi müraciəti əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X12 mirasına vərəsəlik işi açılmışdır. Eyni zamanda bildirilir ki, bacısı X26 və X21 mirasdan özlərinə çatacaq hissədən onun xeyrinə imtina etmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Zaqatala Ərazi İdarəsinin 05 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş 1 və 2 saylı yerquruluşu planlarından görünür ki, JN 878 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı əsasında Balakən rayonu Qazma kəndində X12, X3, X11, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 878 A cizgisində 0.28ha, 878 F cizgisində 0.10 ha və 878 cizgisində isə 1.11 ha ərazilər işlənmişdir. Münahisə predmeti olan 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin kənddaxili ərazidə özlərinin həyətyanı torpaq sahəsi ilə birlikdə 878 A cizgisində və 878 F cizgisində göstərilən torpaq sahələri ilə birlikdə naturada ölçüləri 0.6933 hektardır. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir (plan-1); JN 878 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı əsasında Balakən rayonu Qazma kəndində X12, X3, X11, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 878 A cizgisində 0.28ha, 878 F cizgisində 0.10 ha torpaq sahələri hüquqmüəyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə iddiaçıların və X11 paylarının naturada ayrılması mümkün olmamış, ancaq 878 cizgisində göstərilən 1.11 ha torpaq sahəsi iddiaçıların və X11 paylarının naturada ayrılması tərtib edilmiş yerquruluşu planı-2 göstərilmişdir. İşə əlavə edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7680 saylı rəyində göstərilir ki, JN 878 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı əsasında Balakən rayonu Qazma kəndində X12, X3, X11, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 878 A cizgisində 0.28ha, 878 F cizgisində 0.10 ha və 878 cizgisində isə 1.11 ha ərazilər işlənmişdir. Münahisə predmeti olan 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin kənddaxili ərazidə özlərinin həyətyanı torpaq sahəsi ilə birlikdə 878 A cizgisində və 878 F cizgisində göstərilən torpaq sahələri ilə birlikdə naturada ölçüləri 0.6933 hektardır. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir, (plan-1) JN 878 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı əsasında Balakən rayonu Qazma kəndində X12, X3, X11, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 878 A cizgisində 0.28ha, 878 F cizgisində 0.10 ha torpaq sahələri hüquqmüəyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə iddiaçıların və X11 paylarının naturada ayrılması mümkün olmamış, ancaq 878 cizgisində göstərilən 1.11 ha torpaq sahəsi iddiaçıların və X11 paylarının naturada ayrılması tərtib edilmiş yerquruluşu planı-2 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 21 may 2024-cü il tarixli, 3-16-16/2- 10/7680 bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə ailə üzvləri olan X16, X2, X17, X18 (İddiaçı2) və Alvasova (Bodurova) Cəmilə İzrail qızına Balakən rayonu Qazma kəndi ərazisindən 1.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 878 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X41 hazırlanmışdır. JN 878 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X41 ilə verilmiş 1.49 ha torpaq sahəsi müxtəlif yerlərdən verilmişdir. Cavabdeh ümumi paylı mülkiyyət hüququ ilə o cümlədən iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etmələrinə maneçilik törədir. Ona görə də iddiaçılar göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Zaqatala Ərazi İdarəsinin 05 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində və məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 21 may 2024-cü il tarixli, 3-16-16/2- 10/7680 saylı rəyində göstərilir ki, JN 878 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı əsasında Balakən rayonu Qazma kəndində X12, X3, X11, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 878 A cizgisində 0.28ha, 878 F cizgisində 0.10 ha və 878 cizgisində isə 1.11 ha ərazilər işlənmişdir. Münahisə predmeti olan 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin kənddaxili ərazidə özlərinin həyətyanı torpaq sahəsi ilə birlikdə 878 A cizgisində və 878 F cizgisində göstərilən torpaq sahələri ilə birlikdə naturada ölçüləri 0.6933 hektardır. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir (plan-1); JN 878 KOD 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli, 06 nömrəli qərarı əsasında Balakən rayonu Qazma kəndində X12, X3, X11, X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 1.49 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 878 A cizgisində 0.28ha, 878 F cizgisində 0.10 ha torpaq sahələri hüquqmüəyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə iddiaçıların və X11 paylarının naturada ayrılması mümkün olmamış, ancaq 878 cizgisində göstərilən 1.11 ha torpaq sahəsi iddiaçıların və X11 paylarının naturada ayrılması tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. İddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, JN 878 Kod 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 əsasında X12, X1, X11, X13 (İddiaçı2) və Bodurova (Alvasova) Cəmilə İzrail qızının ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 878 planşet nömrəsində göstərilən 1.11 ha torpaq sahəsinin iddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızının və İddiaçı2, həmçinin X11 cəmi 3/5 hissə paylarının birlikdə saxlanılmaqla məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7680 saylı rəyində istinad olunan mütəxəssis rəyində 1, 2, 3, 4, 9, 10, 11, 12-də göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun naturada ayrılmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızına və İddiaçı2 ödənilməli, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN 878 Kod 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X41 əsasında X12, X1, X11, X13 (İddiaçı2) və Bodurova (Alvasova) Cəmilə İzrail qızının ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 878 planşet nömrəsində göstərilən 1.11 ha torpaq sahəsinin iddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızının və İddiaçı2, həmçinin X11 cəmi 3/5 hissə paylarının birlikdə saxlanılmaqla məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 21 may 2024-cü il tarixli, 3-16-16/2-10/7680 saylı rəyində istinad olunan mütəxəssis rəyində 1, 2, 3, 4, 9, 10, 11, 12-də göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun naturada ayrılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar Bodurova (Alvasova) Cəmilə İzrail qızına və İddiaçı2 ödənilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-14/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-14/2024
29.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver