Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-140/2021 08.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 və Cavabdeh2 qarşı hüquqların dövlət qeydiyyatının və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX- nin 18 saylı Ərazi İdarəsinin Cavabdeh2 adına xx.xx.2020 ci il tarixli reystr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların dövlət qeydiyyatının və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, həmin yaşayış evinə gəlin kimi köçərkən evin mülkiyyətçisi olmamışdır. Mülkiyyətçisi olmayan evə köçərkən kimdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddələrin tələblərinə əməl etməsini tələb etməli idi ? Cavabdeh2 bu yaşayış-evində yaşamamış, həyətdəki özünə məxsus ikinci, sonradan tikilən evdə yaşamışdır. Evdən istifadə münasibətində ondan üstün hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən hec kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 2020-ci ilə qədər evin mülkiyyətçisi olmamışdır. 2020-ci ildə Cavabdeh2 evdə yaşamadığı halda, cavabdehlər əlbir olaraq Cavabdeh2 adına qanunsuz DƏDR- dən çıxarışı verilərək, onun 16 il yaşadığı evdən çıxarılması barədə məhkəmədə iddia qaldırılmasına sərait yaratmışlar. Balakən Rayon Məhkəməsi Cavabdeh2 bu saxta sənədlərlə əldə etdiyi mülkiyyət sənədi əsasında qaldırdığı iddianı təmin etmiş, qətnamə hələ qanuni qüvvəyə minməmişdir. Cavabdeh2 göstərir ki, mübahisəli mülk nənəsinin adına olmuşdur. Nənəsi bu evi ona 1990-cı ildə bağışlamışdır. 30 ildən sonra DƏDRX-nin 18 saylı Ərazi İdarəsi bu müqavilə əsasındamı evi qeydiyyata almışdır? Mübahisəli hüquq münasibəti yaranan dövrdə qüvvədə olan 1962-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən yaşayış evinin və tikinti materialının bağışlama müqaviləsi müvafiq surətdə bu Məcəllənin 230 və 230.1-ci maddələrinə əsasən bağlanmalıdır. Həmin Mülki Məcəllənin 230-cu maddəsinə əsasən bu müqavilə notariatda təsdiq edilməli və yerli XDS İK-də qeydiyyata alınmalıdır. Həmin Mülki Məcəllənin 230.1-ci maddəsinə əsasən həmin tələbə əməl edilmədikdə bu Məcəllənin 44 cü maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 44-cü maddəsində isə göstərilir ki, qanunun tələbinə müvafiq olmayan əqd etibarsızdır. Cavabdeh2 bu evə dair DƏDR-dən çıxarış verilərkən DƏDRX-nin 18 saylı Ərazi İdarəsi müqavilənin bu qanunun tələbinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlər varsa, məhkəməyə təqdim etməlidir. 1990-cı ildə bu evin yerləşdiyi torpaq sahəsi və ev kolxozçu həyətinin mülkiyyəti olmuşdur. Cavabdeh2 qeyd edir ki, bu evi ona nənəsi bağışlayıb. Evin ona bagışlanması ücün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 120-ci maddəsinə əsasən kolxozçu həyətinin bütün üzvlərinin razılığı lazımdır. Belə bir razılıq olubsa, bu sənədlər kənd icra nümayəndəliyindən və yaxud Azərbaycan Respublikası Dövlət Arxivinin Balakən rayon filialından tələb olunmalıdır. O, bu mülkiyyət sənədinin saxtalığına əmindir. Ona görə bu mülkiyyət sənədinin qanuni yolla Cavabdeh2 verilibverilməməsinin araşdırılmasına zərurət vardır. Ümumiyyətlə bu evin Cavabdeh2 qədər mülkiyyətçisinin olub-olmamasının araşdırılması lazımdır. Ona görə də DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən bu mülkiyyət sənədinin verilməsi ücün əsas olmuş bütün sənədlərin surətlərinin məhkəmə tərəfindən tələb edilməsini xahiş edir. Onun evdən çıxarılması barədə çıxarılan qətnamədən məlum deyildir ki, DƏDR- dən çıxarış eyni həyətdə yerləşən köhnə evə, yaxud Cavabdeh2 yaşadığı onun təzə evinə verilmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddia predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, həmin evin yerləşdiyi 0.2521 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X2, X7, X13, X9 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə, sonra isə xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2020-ci il tarixli qeydiyyat və həmin tarixli çıxarış faktiki ləğv olunmuşdur. 2005-ci ildə Cavabdeh2 atası X1 Səlihət İsa qızı ilə qeyri-rəsmi evlənmiş, onlar Cavabdeh2 məxsus həmin evdə yaşamışlar. Lakin İddiaçı və X10 rəsmi nikaha girməmiş, həmçinin İddiaçı mübahisəli evdə qeydiyyatda olmamışdır. İddiaçı və X4 bu nikahdan uşaqları olmamışdır. İddiaçı Cavabdeh2 ilə və X8, X14, X23, X19 və X11 ilə ümumi təsərrüfat aparmamış, Cavabdeh2 və həmin şəxslərin ailə üzvü, yaxın qohumu və digər formada qohumu olmamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 atası X10 ölmüşdür. Onun ölümündən sonra Cavabdeh2 İddiaçı ona məxsus evdən çıxmasını tələb etmişdir. Lakin İddiaçı Cavabdeh2 məxsus evdən çıxmamış, ona görə də Cavabdeh2 həmin fərdi yaşayış evindən İddiaçı çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-579/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində Cavabdeh2 Yaqub oğlu, X8, X14, X23, X19 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh2 göstərilən evə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmışdır. X6 bu mülkiyyət hüququ üzrə çıxarışı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Həmçinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunauyğun qaydada verilmişdir və həmin çıxarışın və dövlət qeydiyyatının etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X29 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, həmin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etmələrinin mümkün olmayacağını bildirərək,işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın kserosurətindən görünür ki, 29 №li reyestr kitabının 41 №li vərəqində xx.xx.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə Cavabdeh2, torpaq sahəsi ümumi birgə X2, torpaq sahəsi ümumi birgə X7, torpaq sahəsi ümumi birgə X13, torpaq sahəsi ümumi birgə X9 və torpaq sahəsi ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (019)- 579/2020-ci il nömrəli qətnaməsindən görünür ki, iddia qismən-iddiaçı Cavabdeh2 iddia tələbi hissəsində təmin edilmiş və cavabdeh İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində Cavabdeh2, X8, X14, X23, X19 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddianın digər iddiaçılar X8, X14 və X9 cavabdeh İddiaçı qarşı cavabdehin Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin xx.xx.2020-ci il tarixli, 2 (019)-579/2020-ci il nömrəli məhkəmə qətnaməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 29 №li reyestr kitabının 41 №li vərəqində xx.xx.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə Cavabdeh2, torpaq sahəsinin ümumi birgə X2, torpaq sahəsinin ümumi birgə X7, torpaq sahəsinin ümumi birgə X9 və torpaq sahəsinin ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, lakin həmin xx.xx.2020-ci il tarixli qeydiyyata düzəliş olunub ləğv olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla 29 №li reyestr kitabının 41 №li vərəqində xx.xx.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə Cavabdeh2, torpaq sahəsinin ümumi birgə X2, torpaq sahəsinin ümumi birgə X7, torpaq sahəsinin ümumi birgə X13, torpaq sahəsinin ümumi birgə X9 və torpaq sahəsinin ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması göstərilmişdir. Başqa sözlə sözügedən ev və torpaq sahəsi ilə bağlı 29 №li reyestr kitabının 41 №li vərəqində daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarış ləğv olunaraq, həmin qeydiyyat və çıxarış reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil izahatlarını dinləyib, işdə olan sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, iddia predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, həmin evin yerləşdiyi 0.2521 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X2, X7, X13, X9 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonra isə sözügedən ev və torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarış düzəliş əsasında ləğv olunaraq, reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla 29 №li reyestr kitabının 41 №li vərəqində xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz olunmuşdur. Hazırda qeyd olunan evin və torpaq sahəsinin xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışı qüvvədədir. Reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarış isə qüvvədə deyildir. 2005-ci ildə iddiaçı Cavabdeh2 atası X1 Səlihət İsa qızı ilə qeyri-rəsmi evlənmiş, onlar Cavabdeh2 məxsus həmin evdə yaşamışlar. Lakin cavabdeh İddiaçı və X10 rəsmi nikaha girməmiş, həmçinin İddiaçı mübahisəli evdə qeydiyyatda olmamışdır. İddiaçı və X4 bu nikahdan uşaqları olmamışdır. İddiaçı Cavabdeh2 ilə və digər torpaq sahəsinin mülkiyyətçisi olan şəxslərlə ümumi təsərrüfat aparmamış, Cavabdeh2 və digər həmin şəxslərin ailə üzvü, yaxın qohumu və digər formada qohumu olmamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 atası X10 ölmüşdür. Onun ölümündən sonra Cavabdeh2 İddiaçı ona məxsus evdən çıxmasını tələb etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)- 579/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində Cavabdeh2 Yaqub oğlu, X8, X14, X23, X19 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, həmin evin yerləşdiyi 0.2521 ha həyətyanı torpaq sahəsinin isə Cavabdeh2, X2, X7, X13, X9 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınması barədə qeydiyyat və çıxarış xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz edilmiş, bununla da həmin evin Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatı və çıxarışı ləğv olunmuşdur, xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışı isə qüvvədədir. İddiaçı ləğv olunan xx.xx.2020-ci il tarixli qeydiyyatın və çıxarışın ləğv olunması tələbi ilə, həmçinin Cavabdeh2, onun atası Yəhya Abdullayevin, Cavabdeh2 nənəsinin və digər yaxın qohumlarının ailə üzvü, vərəsəsi olmadığı, miras əmlaka, sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadığı halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “X18”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X31 Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarından görünür ki, qeyd olunan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 29 №li reyestr kitabının 41 №li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020ci il tarixli qeydiyyat və çıxarış düzəliş olunmaqla ləğv edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışla Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə Cavabdeh2, torpaq sahəsi ümumi birgə X2, torpaq sahəsi ümumi birgə X7, torpaq sahəsi ümumi birgə X13, torpaq sahəsi ümumi birgə X9 və torpaq sahəsi ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni sözügedən 29 №li reyestr kitabının 41 №li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020ci il tarixli qeydiyyat və çıxarış reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz edilmişdir və hazırda həmin ev və torpaq sahəsi ilə bağlı 29 №-li reyestr kitabının 41 №-li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli qeydiyyat və həmin tarixli və nömrəli çıxarış mövcuddur və qüvvədədir. Qeyd olunan fərdi yaşayış evi və torpaqla bağlı daşınmaz əmlakın dövlət reyestrində 29 №li reyestr kitabının 41 №li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020ci il tarixli qeydiyyat və çıxarış isə mövcud deyildir, yəni qüvvədə deyildir. Belə olan halda qüvvədə olmayan, yəni mövcud olmayan xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların qeydiyyatının və həmin xx.xx.2020-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək və mövcud olmayan belə bir qeydiyyatı və çıxarışı etibarsız saymaq qanuni və əsaslı deyildir. İş üzrə iddiaçı xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əslini və ya notarial qaydada təsdiq olunmuş surətini deyil, kserosurətini məhkəməyə təqdim etmişdir ki, o da qanunun tələbinə əsasən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı etibarsızlığını tələb etdiyi xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın hazırda mövcud olmasını, qüvvədə olmasını və qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə bildirir ki, iddiaçı 29 №-li reyestr kitabının 41 №-li vərəqində reyestr nömrəsi **********05-10301 olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli qeydiyyatın və həmin tarixli və nömrəli çıarışın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin isə iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur, həmçinin hazırki işdə iddia tələbindən kənara çıxmaq üçün qanunda nəzərdə tutulmuş müstəsna hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********05- 10301 olan qeydiyyat nömrəsi ********** olan qeydiyyat və çıxparış mövcud olsaydı belə, işdə həmin qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktoloji hallar müəyyən edilməmişdir. Belə ki, qanunda əqdlərin etibarsızılığ üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində (339.1-339.6-cı maddələr) hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində (340.1-340.2-ci maddələr) uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində (341.1-341.2-ci maddələr) qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində (342.1-342.2-ci maddələr) fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343-cü maddəsində (343.1-343-2-ci maddələr) fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində (344.1-ci maddə) on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində (345.1-345.2-ci maddələr) on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində (346.1-346.4-cü maddələr) öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində (347.1-347.7-ci maddələr) vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının şərtləri, əsasları və qaydaları təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan qeydiyyat və çıxarış mövcud olduğu təqdirdə, onların etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş yuxarıda sadalanan halların və əsasların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir və iddiaçı da tələb etdiyi qeydiyyat və çıxarışın etibarsız sayılması üçün qanunda göstərilmiş halların və əsasların mövcud olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Onu da nəzərə çatdımaq lazımdır ki, əslində daşınmaz əmlakla bağlı reyestrdə qeydiyyatın və çıxarışın etibarsız sayılması üçün həmin qeydiyyat və çıxarışa əsas olmuş əqdin etibarsızlığı ilə bağlı iddia tələbi qoyulmalıdır ki, hazırki iddia ərizəsində də bu tələb qoyulmamışdır. Məhkəmənin isə qeyd edildiyi kimi, iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur. İş materiallarından görünür ki, sözügedən evə və evin yerləşdiyi torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh2 evə mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh2 evə və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. Həmçinin məhkəmə hesab edir ki, etibarsızlığı barədə tələb qoyulan daşınmaz əmlakla bağlı xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarış mövcud olduğu təqdirdə belə, İddiaçı onların etibarsızılığı barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 atası Yəhya Abdullayevlə nikah bağlamamış,onun vərəsəsi, həmçinin iddia ərizəsində evin Cavabdeh2 bağışlanmasının göstərildiyi Cavabdeh2 nənəsinin vərəsəsi olmamış, sözügedən evə qeydiyyat sənədinin verilməsinə əsas olmuş hər hansı əqdin tərəfi olmamış, həmçinin həmin evə və evin yerləşdiyi torpaq sahəsinə qanun, müqavilə və ya mülkiyyət hüquqları əsasında hər hansı hüququ olmamışdır. Belə olan halda evə qeydiyyat sənədinin onun hansı hüquqlarına zidd olması və onları məhdudlaşdırılması məhkəmə üçün aydın deyildir və iddiaçı da bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda X31 Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, o cümlədən apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı hazırkı tələblə müraciət etməsi üçün müvafiq subyektiv hüquqa malik olubolmaması məhkəmə tərəfindən araşdırılarkən məlum olmuşdur ki, İddiaçı Cavabdeh2 atası mərhum Yəhya Abdullayevlə nikaha girməmiş, Yəhya Abdullayevin, iddia ərizəsində xx.xx.2020-ci il tarixli qeydiyyat və çıxarışın ləğvi ilə bağlı iddia tələbinin əsaslandırıldığı hal kimi evin Cavabdeh2 bağışlanması göstərilən Cavabdeh2 nənəsinin və cavabehin atasının vərəsəsi olmamış, sözügedən evə və evin yerləşdiyi torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada heç bir hüquqa malik olmamışdır. Yəni iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İş üzrə İddiaçı Cavabdeh2 atası Yəhya Abdullayevlə nikah bağlaması, onun vərəsəsi və həmçinin iddia ərizəsində evin Cavabdeh2 bağışlanmasının göstərildiyi Cavabdeh2 nənəsinin vərəsəsi olması, sözügedən evə qeydiyyat sənədinin verilməsinə əsas olmuş hər hansı əqdin tərəfi olması, həmin evə və evin yerləşdiyi torpaq sahəsinə qanun, müqavilə və ya mülkiyyət hüquqları əsasında hər hansı hüququnun olması, bununla da hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün sübyektiv hüququnun olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər iddia tələbinin heç bir faktoloji və hüquqi əsaslara malik olmamasını və tamamilə əsassız olmasını təsdiq edir. Ona görə də iddia tələbi təmin olunmamalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 və Cavabdeh2 qarşı DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqlarının dövlət qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin iddia təmin olunmadığı üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 və Cavabdeh2 qarşı DƏDRXnin 18 saylı Ərazi İdarəsinin Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların dövlət qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-140/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-140/2021
08.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver