Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-148/2024 09.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin zəbt olunmuş qeyri-yaşayış (Ferma) sahəsindən çıxarılması və pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 qıznın, Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə ona məxsus Balakən şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən Əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisədən (Ferma) çıxarılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh3 qıznın, Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə ona məxsus Balakən şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən Əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisədən (Ferma) çıxarılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi və ona dəymiş maddi ziyan olaraq cavabdehlərdən 10000 (on min) manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının həmin iddia tələbinin həcminin artırılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublkası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən Əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisə (Ferma) ona məxsusdur və onun mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən, eyni zamanda onların ailə üzvləri tərəfindən zəbt olunmuşdur. O, dəfələrlə onlara müraciət edərək bildirmişdir ki, həmin fermanı tərk etsinlər, yəni oranı boşaltsınlar. Həmin şəxslərin qeyd olunan fermanı zəbt etmələri ona orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneələr yaradır. Onun nümayəndəsi X3 tərəfindən cavabdehlərin Balakən şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən Əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisədən (Ferma) çıxarılmaları ilə bağlı Balakən RPŞ-yə müraciət olunub. Həmin müraciətə əsasən cavabdehlər polis şöbəsinə çağırılıb və onların izahatları alınmışdır. Daha sonra nümayəndəsi X1 RPŞ-yə müraciət edərək həmin işlə bağlı sənədlərin surətlərinin rəsmi qaydada göndərilməsini xahiş etmişdir. Fizuli Varansovun müraciətindən imtina edilərək ona 20 avqust 2023-cü il tarixdə müraciətdə göstərilən materialların kserosurətlərini yalnız məhkəmə orqanları tərəfindən tələb olunduğu halda təqdim ediləcəyi bildirilmişdir. Buna görədə məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. DƏDRX tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və onların ilə üzvlərinin zəbt etdiyi qeyri-yaşayış sahəsi (Ferma) ona məxsusdur. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə hazırlıq iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırki məhkəmə hazırlıq iclasına gəlməməsini üzrsüz sayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən hazırki məhkəmə hazırlıq iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş elektron sorğu məlumatından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında (VÖEN **********) qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş elektron sorğu məlumatından görünür ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin zəbt olunmuş qeyri-yaşayış (Ferma) sahəsindən çıxarılması və pul tələbinə dair hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mübahisədir və İddiaçı və Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı, “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-26.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.1, 32.2, 32.3, 32.4 və 32.5, 32.6 və 32.7-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir; hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğu olan fiziki şəxslər kimi vergi orqanında qeydiyyata alınmışlar. Onlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi orqanında uçotdan çıxarılmamışlar. Belə olan halda qanun normasının tələbinə əsasən İddiaçı və Cavabdeh1 fərdi sahibkar statusunu itirməmiş sayılırlar. Ona görə də onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə kommersiya məhkəməsinə aiddir. Məhkəmə işin hallarını, İddiaçı və Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmasını, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğunu nəzərə alaraq, bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin zəbt olunmuş qeyri-yaşayış (Ferma) sahəsindən çıxarılması və pul tələbinə dair e-2(019)-148/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26,32, 44, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin zəbt olunmuş qeyri-yaşayış (Ferma) sahəsindən çıxarılması və pul tələbinə dair e-2(019)- 148/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-148/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-148/2024
09.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver