Məhkəmə qərarları › İş №2(019)-153/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-153/2021

22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-153/2021 22.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil və cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, «Əmlak X2» MMC-yə, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh4 Şöbəsinə qarşı cavabdeh «Əmlak X2» MMC tərəfindən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, «Əmlak X2» MMC-yə, Cavabdeh5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh4 Şöbəsinə qarşı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «Əmlak X2» MMC tərəfindən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi və Cavabdeh4 Şöbəsi başqa cavabdehlər qismində işə cəlb edilməsinə razılıq verilmədiyindən məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsini və Cavabdeh4 Şöbəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2000-ci ildə X11 ilə evlənmişdir. Nikahlarını xx xxx 2001-ci il tarixdə 125 sayla Balakən rayon VVADQ şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2001 -ci ildə X12, xx.xx.2001-ci il tarixdə X13 və xx.xx.2016-cü ildə Xanlayev Ömər Zahid oğlu adında üç uşaqları doğulmuşdur. X11 ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. Sonralar aralarında ailə münaqişələri başlamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 164Y2020 nömrəli qətnaməsi ilə X11 ilə aralarında bağlanmış nikah pozulmuşdur, hal-hazırda iki əkiz övladı onun himayəsində yaşayır. Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızının anası, onun keçmiş qaynanası ilə münasibətləri yaxşı olduğu vaxtlarda 2011-ci ildə Balakən şəhərində ticarətlə məşğul olmaq üçün bazarın içərisində mağaza almaq gərarına qəlmişlər. Bu məsələ ilə bağlı onlar sabiq Balakən rayon İcra Şöbəsinin əməkdaşı İsmayılov Ələkbər Köçəri oğlu ilə tanış olmuşlar. İsmayılov Ələkbər Köçəri oğlu ona mağaza tapacağına söz vermiş və ondan bu işin müqavilində 20.000 (iyirmi min) manat pul istəmişdir. Həmin pulu o, özü İsmayılov Ələkbər Köçəri oğlunun iş otağına aparıb vermişdir. Bundan sonra mağazanın alınması ilə əlaqədar sənədləşmə getməyə başlamışdır. Cavabdeh1 ilə münasibəti normal olduğundan birgə ticarətlə məşqul olmaq üçün bazarın ərazisində ümumi sahəsi 57 kv.m olan mağaza sahəsini almışdır. Pulu o, ödəmiş, sonradan, daha doğrusu 2020-ci ildə o, həyat yoldaşı X10 ilə boşandıqdan sonra Cavabdeh1 məhkəməyə müraciət edərək, onun həmin mağazadan çıxarılması ilə bağlı iddia qaldırmışdır. Onun xəbəri olmadan İsmayılov Ələkbər Köçəri oğlu X6 Mərkəzində hec bir hərrac keçirmədən sənədləri qaynanası Cavabdeh1 yanına qətirmiş, ona imza etdirmiş və mağazanı Cavabdeh1 adına sənədləşdirmişdir. xx xxxxxx 2011-ci il tarixdə mübahisə predmeti olan mağazanın keçmiş qaynanası Cavabdeh1 tərəfindən özəlləşdirilməsi onun özünün birbaşa təklifi və iştirakı ilə olmuşdur. Bütün bu hərəkətlər həmin dövrdə Balakən rayon İcra Şöbəsində məmur işləyən İsmayılov Ələkbər Köçəri oğlu tərəfindən həyata keçirilmişdir. Həmçinin ona məlum olmuşdur ki, İsmayılov Ələkbər Köçəri oğlu saxtakarlığa yol verərək, ondan 20.000 (iyirmi min) manat pul almaqla hərracın nəticələrinə dair protokolda mağazanın 2295 (iki min iki yüz doğsan beş) manata alındığını qeyd etmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, İsmayılov Ələkbər Köçəri oğlu maraqlı şəxs Balakən rayon İstehsal-İstehlak Koperativinə məxsus 34\6 saylı mağaza binasını hərrac yolu ilə satarkən İstehsal-İstehlak Kooperativinə hec bir ödəniş etməmişdir. Bundan əlavə əmlakın ilkin satış qiyməti 3600 (üç min alti yüz) manat qeyd olunduğu halda, 57 kv.m sahəsi olan mağazanın bu qiymətə qiymətləndirilməsi də düzgün deyildir. Nə o, nə də cavabdeh «X6 Mərkəzi» MMC-də iştirak etməmişlər, sənədləri isə İcra şöbəsinin əməkdaşı İsmayılov Ələkbər Köçəri oğlu Cavabdeh1 imza etdirmişdir. Həmin mağaza binasından hal-hazırda da o, istifadə edir və 2011-ci ildən başlayaraq, bu günədək o, həmin mağazadan fasiləsiz və etirazsız istifadə etmişdir. Həmin mağazanı, əmlakini “Azsığorta” Mərkəzində sığortalamışdır. Həmin sığorta 20.000 məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Əmlakın yanğından və diqər əlavə risklərdən sığortalanması barədə şəhadətnamədən görünür ki, o, Balakən şəhəri, S.Gözəlov küçəsindəki mərkəzi bazar ərazisində olan mağazasını sığortalamış, sığorta isə 20.000 manat məbləğ təşkil edir. İddia ərizəsinə əlavə edilmiş «X4 Mərkəzi», hərracin nəticələri barədə JN-685 nömrəli, xx xxxxxx 2011- ci il tarixli protokoldan ğörünür ki, Cavabdeh5 məxsus 34\6 mağaza binası Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşir, həmin əmlakin ilkin satış qiyməti 3600 manat, ödənilmiş behin məbləği 614 manat, əmlakin hərracda satılmış son qiyməti 2295 manatdır. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2011-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Balakən rayon İcra Qrupunun icra məmuru Ə.İsmayılovun şəxsində bundan sonra satıçı və hərracın qalib alıçısı olmuş Cavabdeh1 aşağıdakı məzmunda müqavilə bağlamışlar: 3.1. satıcı bu müqavilənin 2-ci bəndində göstərilən əsaslara görə aşağıda göstərilən əmlakı hərracın qalib alıcısının mülkiyyətinə verir. Cavabdeh5 Məxsus 34\6 saylı mağaza binası ünvan Balakən şəhəri, S.Gözəlov küçəsi. 3.2. satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 2295 (iki min iki yüz doğsan beş) manata satdı, alıcı isə həmin qiymətə aldı. Odur ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestermda aparılmış qeydiyatın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafə edib, iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı şəxsən imzaladığı iddia ərizəsində qeyd etdiyindən əlavə məhkəmə iclasında iddiasını müdafiə edərkən bildirdi ki, xx xxxxxx 2011ci il tarixdə mübahisə predmeti olan mağazanın keçmiş qaynanası Cavabdeh1 tərəfindən özəlləşdirilməsi İddiaçı özünün birbaşa təklifi və iştirakıyla olub. İddiaçı iddiasını müdafiə etmək məqsədi ilə iddia ərizəsində yazdığı və məhkəmə iclasında dediyi halları təsdiq edən hər hansı sübut yoxdur. Tək subut olunan hal İddiaçı iddia ərizəsində qeyd etdiyi və məhkəmə iclasında da sözügedən mağazanın Cavabdeh1 tərəfindən özəlləşdirilməsini xx xxxxxx 2011-ci il tarixdə, yəni mağaza özəlləşən gün bildiyini etiraf etməsidir. İddiaçının etirafına əsasən o, xx xxxxxx 2011-ci il tarixdə sözügedən hərracın keçirilməsindən və nəticəsindən tam və hərtərəfli məlumatı olub. İddiaçı hazırki mülki iş üzrə iddia qaldırmaq üçün subyektiv hüququ olmasa da, sonuncunun öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün 2011-ci ilin noyabr ayının 18-ci günüdür. Ona görə də hazırk iddiaya iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Eyni zamanda iddiaçı belə bir iddianın qaldırılmasına subyektiv hüququnun olmasını və iddia tələblərinin əsaslı və qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sözügedən mağaza binası tamamilə qanunamüvafiq qaydada özəlləşdirilmişdir. İddianın təmin olunması üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, sözügedən mağazanın özəlləşdirilməsi nəticəsində onun təmsil etdiyi təşkilata heç bir pul vəsaitinin ödənilmədiyini bildirərək, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Əmlak X2» MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Cavabdeh4 Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Republikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)- 164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızı ilə cavabdeh İddiaçı arasında bağlanmış və xx xxx 2001-ci il tarixdə Balakən rayon VVADQ Şöbəsində 125 sayla qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş Xanlayev Ömər Zahid oğlunun anası Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızının yanında saxlanılması,xx.xx.2016-cı il tarixdə doğulmuş Xanlayev Ömər Zahid oğlunun yaşayış yerinin Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızının yanında olmasının müəyyən edilməsi, ərizənin verildiyi xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə doğulmuş Xanlayev Ömər Zahid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızına ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li, reyestr nömrəsi **********69 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsi (bazar ərazisi) qeyri yaşayış binası (mağaza) 2 №li reyestr kitabının 63 №li vərəqində xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmlakın yanğından və diqər əlavə risklərdən sığortalanması barədə şəhadətnamədən görünür ki, İddiaçı Balakən şəhəri, S.Gözəlov küçəsindəki mərkəzi bazar ərazisində olan mağazanı sığortalamış, sığorta isə 20.000 manat məbləğ təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş «X6 Mərkəzi» Hərracin yekunları barədə JN-685 nömrəli, xx xxxxxx 2011- ci il tarixli protokoldan ğörünür ki, Cavabdeh5 məxsus 34\6 mağaza binası Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşir, qalib alıcı Cavabdeh1dır, həmin əmlakin ilkin satış qiyməti 3600 manatdır, ödənilmiş behin məbləği 614 manatdır, əmlakin hərracda satılmış son qiyməti 2295 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən bu protokol Alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. Protokol sifarişçi Balakən r/n İQ-nun icra məmuru Ə.İsmayılov, hərracın təşkilatçısı «xxxx» MMCnin direktoru İ.Bayramov və qalib alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2011-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə bir tərəfdən Balakən rayon İcra Qrupunun icra məmuru Ələkbər İsmayılovun şəxsində (satıcı adlandırılacaq), digər tərəfdən Cavabdeh1 (alıcı) arasında bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh5 məxsus 34\6 saylı mağaza binası (ünvan Balakən şəhəri, S.Gözəlov küçəsi) 2295 (iki min iki yüz doxsan beş) manata qalib alıcı Cavabdeh1 satılmışdır. İşə əlavə olunmuş Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil ərizəsindən görünür ki, o, iddia müddəti tətbiq edilməklə iddia müddəti keçdiyinə görə hazırki iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, «X6 Mərkəzi» Hərracin yekunları barədə JN-685 nömrəli, xx xxxxxx 2011- ci il tarixli protokola əsasən Cavabdeh5 məxsus Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən 34\6 mağaza binasının hərracda qalib alıcısı Cavabdeh1 olmuş, əmlakin hərracda satılmış son qiyməti 2295 manat müəyyən edilimş, xx xxxxxx 2011-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh5 məxsus 34\6 saylı mağaza binası (ünvan Balakən şəhəri, S.Gözəlov küçəsi) 2295 (iki min iki yüz doxsan beş) manata qalib alıcı Cavabdeh1 satılmış və onun titul sahibliyinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li, reyestr nömrəsi **********69 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışla Balakən şəhəri, S.Gözəlov küçəsi (bazar ərazisi) qeyri yaşayış binası (mağaza) 2 №li reyestr kitabının 63 №li vərəqində xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsində uydurma əqdin və 340.2-ci maddəsində yalan əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341.1-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbğaycan Respublikası Mülki Məcəlləsinin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının şərtləri, qaydaları və hüquqi nəticələri təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləmsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 414.1-414.5-ci maddələrinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır; hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir; bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər; hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır; qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_8.htm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-415.7-ci maddələrinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir; hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir; əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar; onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.3 və 422.4-cü maddələrinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir; şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 15.1-15.7-ci maddələrinə əsasən övlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Həmin qanunun 16.1-16.2-ci maddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: - özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; - dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; - dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; - dövlət əmlakının hərraclar vasitəsilə satışı; - dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; - icarəyə verilmiş dövlət əmlakının satışı; - dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 19.1-19.2-ci maddələrinə əsasən dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında alıcılara satışıdır. İxtisaslaşdırılmış çek və pul hərraclarının keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20.1-20.2-ci maddələrinə əsasən dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər. Hərracın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Həmin Qanunun 31.1-31.1.2-ci maddələrinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır: - Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması; - Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlariş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İş materiallarından görünür ki, İddiaçı xx xxxxxx 2011-ci il tarixdə iddia predmetini təşkil edən mağaza binası üzrə keçirilən hərracda iştirak etməmiş, həmin hərracın və xx xxxxxx 2011-ci il tarixli hərracın yekunu barədə əmlakın alqı-satqı müqaviləsinin tərəfi olmamış, mağaza binası ona satılmamışdır. Sözügedən mağaza binası xx xxxxxx 2011-ci il tarixdə keçirilən hərracın yekunlarına görə həmin tarixdə hərracın sifarişçisi- Balakən rayon İcra Qrupunun təmsilçisi-icra məmuru ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında qalib alıcı Cavabdeh1 satılmış, Cavabdeh1 həmin mağaza binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin İddiaçı həmin mağaza binasının ona məxsus olması, mağaza binasının alqı-satqısı üçün pulun onun tərəfindən verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianın qaldırılması üçün subyektiv hüququ, yəni bu tələb üzrə öz hərəkətlərinə hüquqi ixtiyari, başqa (borclu) şəxslərdən-hazırki iş üzrə cavabdehlərdən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqısatqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb etmək hüququ və bu xüsusda özünün daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının müdafiəsi hüququ olmamışdır. Məhkəmədə iddia qaldırmaq üçün şəxsin müvafiq subyektiv hüquqa malik olmalı olması isə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Avropa Konvensiyanın 6-cı və Azərbaycan Respublikası MPM-nin 4-cü maddələrinin mahiyyətindən və fəlsəfəsindən irəli gəlir. Bu xüsusda məhkəməyə müraciət üçün şəxsin subyektiv hüququnun olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi yanaşması da maraq kəsb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən, hətta İddiaçı hazırki iddia tələblərinin irəli sürülməsi üçün subyektiv hüququnun olması qəbul edilsə belə, onun iddiasının əsaslı olmasına dəlalət edən heç bir faktoloji və hüquqi hallar yoxdur. Belə ki, işdəki sübutlardan görünür ki, sözügedən Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən mağaza binası Balakən rayon İcra Qrupunun sifarişi əsasında hərraca çıxarılmış və «Əmlak X2» MMC-nin xx xxxxxx 2011-ci il tarixdə keçirdiyi hərracda Cavabdeh1 tərəfindən müvafiq beh və sonra isə 2295 manat ödənilməklə o, həmin mağaza binasının hərracda satışının qalibi elan olunmuş, bu barədə hərracın nəticələri haqqında yekun protokola sifarişçi-Balakən rayon İQ-nun icra məmuru, «Əmlak X2» MMCnin direktoru və qalib alıcı Cavabdeh1 tərəfindən imza edilmiş, hərracın yekunlarına dair xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin mağaza binası hərracın qalibi kimi Cavabdeh1 satılmış, sonra isə Cavabdeh1 həmin mağaza binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdəki sübutlarla sözügedən mağazanın hərracının keçirilməməsi və ya düzgün keçirilməməsi, hərracın nəticələrinə dair sənədlərin düzgün olmaması, Cavabdeh1 tərəfindən hərracda mağaza binasının alınmaması, bununla bağlı hərracın nəticələrinin qanunsuz olması və xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmaması və ya düzgün bağlanmaması, həmin mağazanın iddiaçı tərəfindən alınması və ona məxsus olması, Cavabdeh1 mağaza ilə bağlı MA seriyalı ******* saylı çıxarışın düzgün verilməməsi və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsassız və qanunsuz olması sübut olunmur. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxx 2011-ci il tarixdə hərrac qanunun tələblərinə uyğun olaraq keçirilmiş, qanunda nəzərdə tutulmuş hərracın keçirilməsi qaydaları və şərtlərinə əməl olunmuş, hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi düzgün olaraq tərtib edilmiş və bağlanmışdır. Nəticədə qalib alıcı olan Cavabdeh1 hərracdan aldığı mağaza binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, Cavabdeh1 adına sözügedən mağaza binasının qeydiyyatına dair reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Hazırki iş üzrə Cavabdeh1 adına sözügedən mağaza binasının qeydiyyatına dair reyestrin məzmununun qeyri-dəqiqliyi isə sübuta yetirilməmişdir. İş üzrə İddiaçı tərəfindən sözügedən mağaza binasının hərracının keçirilməməsi və ya düzgün keçirilməməsi, hərracın nəticələrinə dair sənədlərin düzgün olmaması, Cavabdeh1 tərəfindən hərracda mağaza binasının alınmaması, bununla bağlı hərracın nəticələrinin qanunsuz olması və xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmaması və ya düzgün bağlanmaması, Cavabdeh1 adına mağaza ilə bağlı MA seriyalı ******* saylı çıxarışın düzgün verilməməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsassız və qanunsuz olması, həmçin mağaza binasının alınması üçün pulun onun tərəfindən verilməsi və mağaza binasının ona məxsus olması, Cavabdeh1 adına sözügedən mağaza binasının qeydiyyatına dair reyestrin məzmununun qeyri-dəqiq olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, bununla da iddia tələbinin əsaslandırıldığı hallar sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə iddiaçının təqdim etdiyi əmlakın yanğından və diqər əlavə risklərdən sığortalanması barədə şəhadətnaməni iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin şəhadətnamə sözügedən mağaza binasının İddiaçı mülkiyyətində olmasını və mağaza binasının mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, həmçinin xx xxxxxx 2011-ci il tarixli mağaza binasının hərracının keçirilməməsini və alqı-atqı müqaviləsinin qanunsuz bağlanmasını təsdiq və sübut etmir. Əksinə işdəki sübutlardan görünür ki, həmin mağaza binası İddiaçı tərəfindən deyil, Cavabdeh1 tərəfindən hərracda alınmış və Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən şəhadətnamə iddia tələbinin əsaslandırıldığı halların heç birinin mövcudluğunu sübut etmir və ona görə də iddia tələbinin əsaslılığı ilə bağlı mötəbər sübut kimi qəbul olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası heç bir faktoloji bazaya və hüquqi əsaslara malik deyildir, əsassızdır və təmin olunmamalıdır. Bu xüsusda Cavabdeh1 sözügedən mağaza binasına dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarına müdaxilə üçün heç bir əsas yoxdur və həmin mülkiyyət hüquqları müdafiə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı iddia ilə bağlı suybektiv hüququnun qəbul edildiyi halında qanuna görə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddləti altı il təşkil etdyindən, həmin iddia müddəti ötürüldüyündən və Cavabdeh1 nümaynədəsi-vəkili Vəkil iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması barədə yazılı ərizə verdyindən, iddia müddəti tətbiq edilməklə hazırki iddia üzrə iddia müddəti keçdiyinə görə də iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Müylki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı xx xxxxxx 2011-ci il tarixdə mübahisə predmeti olan mağazanın keçmiş qaynanası Cavabdeh1 tərəfindən özəlləşdirilməsini özünün, yəni İddiaçı birbaşa təklifi və iştirakıyla olduğunu bildirmişdir. Faktiki olaraq İddiaçı məhkəmə iclasında sözügedən mağazanın Cavabdeh1 tərəfindən özəlləşdirilməsini xx xxxxxx 2011-ci il tarixdə, yəni mağaza özəlləşən gün bildiyini etiraf etmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Deməli İddiaçı sözügedən xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün xx xxxxxx 2011-ci il tarixdir. Məhz həmin xx xxxxxx 2011-ci il tarixdən başlayaraq o, altı il müddətində daşınmaz əşya sayılan mağaza binasının alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərdi ki, bunu da etməmişdir. O, bu müqavilənin bağlanmasından 9 il sonra, yəni iddlia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən də iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə məhkəməyə yazılı ərizə ilə müraciət edilmişdlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbləri əsasında mübahisə tərəfi-cavabdehin nümayəndəsi-vəkili iddia müddətinin tətbiqi üçün ərizə verdiyinə və iddia müddəti keçdiyinə görə də hazırki iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, «Əmlak X2» MMC-yə, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh4 Şöbəsinə qarşı cavabdeh «Əmlak X2» MMC tərəfindən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, «Əmlak X2» MMC-yə, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh4 Şöbəsinə qarşı cavabdeh «Əmlak X2» MMC tərəfindən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar