Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-187/2022 14.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Hüseyinova Firavan Əmirxan qızına qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hüseyinova Firavan Əmirxan qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək iddiaçılara məxsus olan Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evindən cavabdeh Hüseyinova Firavan Əmirxan qızına məxsus olan 8 ədəd salat kasası, 3 ədəd qaşığı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, bir dəst madonna servis dəsti, 5 sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 ədəd sadə güldan, 2 ədəd kiçik mürəbbə qabı, 2 ədəd böyük mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd kiçik qayıqşəkilli konfet qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd 4 hissəli salat qabı, 1 ədəd kiçik ölçülü meyvə qabı, 5 ədəd sadə rümka, çəhrayı rəngli 5 ədəd sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 dəst ağ rəngli madonna kofe servisi, 6 ədəd kofe fincanı, 6 ədəd tünd göy üstü yarpaqlı kofe fincanı, 1 ədəd güzgü, 1 ədəd xalça, 1 ədəd divar mebeli, 1 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çilçıraq, 2 ədəd pəncərə üçün pərdə, 1 ədəd jurnal stolu, 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yataq dəsti üçün yorğan və döşək, 1 ədəd pakrıval, 1 ədəd masa və 6 ədəd stul, 5 ədəd nəlbəki, 2 ədəd duz qabı, 5 ədəd çəngəl, qaşıq, 6 ədəd ayna nəlbəki, 1 ədəd qazan, 1 ədəd saplıca, 2 ədəd kiçik ölçülü qazan, divan və kreslo üçün örtük 3 dəst əşyaların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 31 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə X2 əsl İddiaçı1 ilə əvəz edilməsini, onun hazırki işdə iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə hazırlıq iclasında İddiaçı2 əsl İddiaçı1 ilə əvəz edilmişdir. Belə ki, iş materiallarından görünür ki, əmlakın çıxarılması tələb edilən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Belə olan halda İddiaçı2 başqasının xüsusi mülkiyyətində olan evdən cavabdehə məxsus əmlakı tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167.1.4-cü maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. İddia onunla əsaslandırılmışdır ki, X1 Firavan Əmirxan qızı ilə 23 avqust 2005-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmişlər. Nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Onların birgə nikahından 31.05.2006-cı ildə X14 və 27 dekabr 2010-cu ildə X15 oğlu adında iki uşaqları doğulmuşdur. X12 rayonu Talalar kəndində yerləşən İddiaçı1 məxsus evə gəlin köçmüşdür. 2021 -ci ilin mart ayında ayrılmış, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021 -ci il tarixli 2(019)- 523/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hüseyinova Firavan Əmirxan qızı İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən cavabdeh İddiaçı1 məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(019)-544/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Firavan Hüseynova apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsinin 05 avqust 2021 -ci il tarixli 2(107)-1359/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.04.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilməklə iddia predmetini təşkil edən Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda cavabdehə məxsus adları qeyd edilən əşyalar iddiaçının evində qalmaqdadır. İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində 0.07 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Hüseyinova Firavan Əmirxan qızının istifadə hüququ olmadığı halda ona məxsus olan əşyalar həmin evdə qala bilməz və evin mülkiyyətçisi İddiaçı1 tələb etməsinə baxmayaraq, onun əşyalarını həmin evdən çıxarmaması iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Hüseyinova Firavan Əmirxan qızına məxsus olan əşyalar aşağıdakılardır: 8 ədəd salat kasası, 3 ədəd qaşığı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, bir dəst madonna servis dəsti, 5 sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 ədəd sadə güldan, 2 ədəd kiçik mürəbbə qabı, 2 ədəd böyük mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd kiçik qayıqşəkilli konfet qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd 4 hissəli salat qabı, 1 ədəd kiçik ölçülü meyvə qabı, 5 ədəd sadə rümka, çəhrayı rəngli 5 ədəd sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 dəst ağ rəngli madonna kofe servisi, 6 ədəd kofe fincanı, 6 ədəd tünd göy üstü yarpaqlı kofe fincanı, 1 ədəd güzgü, 1 ədəd xalça, 1 ədəd divar mebeli, 1 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çilçıraq, 2 ədəd pəncərə üçün pərdə, 1 ədəd jurnal stolu, 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yataq dəsti üçün yorğan və döşək, 1 ədəd pakrıval, 1 ədəd masa və 6 ədəd stul, 5 ədəd nəlbəki, 2 ədəd duz qabı, 5 ədəd çəngəl, qaşıq, 6 ədəd ayna nəlbəki, 1 ədəd qazan, 1 ədəd saplıca, 2 ədəd kiçik ölçülü qazan, divan və kreslo üçün örtük 3 dəst. Cavabdehə məxsus olan cehiz əşyalarının evdən çıxarılması ilə məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün mediatora müraciət edilsə də, Firavan Hüseynova mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin cavabdeh Hüseyinova Firavan Əmirxan qızının X5 ilə ailə qurub gəlin gələrkən özünə məxsus olan 8 ədəd salat kasası, 3 ədəd qaşığı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, bir dəst madonna servis dəsti, 5 sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 ədəd sadə güldan, 2 ədəd kiçik mürəbbə qabı, 2 ədəd böyük mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd kiçik qayıqşəkilli konfet qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd 4 hissəli salat qabı, 1 ədəd kiçik ölçülü meyvə qabı, 5 ədəd sadə rümka, çəhrayı rəngli 5 ədəd sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 dəst ağ rəngli madonna kofe servisi, 6 ədəd kofe fincanı, 6 ədəd tünd göy üstü yarpaqlı kofe fincanı, 1 ədəd güzgü, 1 ədəd xalça, 1 ədəd divar mebeli, 1 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çilçıraq, 2 ədəd pəncərə üçün pərdə, 1 ədəd jurnal stolu, 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yataq dəsti üçün yorğan və döşək, 1 ədəd pakrıval, 1 ədəd masa və 6 ədəd stul, 5 ədəd nəlbəki, 2 ədəd duz qabı, 5 ədəd çəngəl, qaşıq, 6 ədəd ayna nəlbəki, 1 ədəd qazan, 1 ədəd saplıca, 2 ədəd kiçik ölçülü qazan və divan və kreslo üçün örtük 3 dəst əşyalarını İddiaçı1 xüsusi mülkiyyətində olan evinə gətirdiyini, Firavan və Amilin boşanmasına baxmayaraq bu əşyaların indiyə qədər İddiaçı1 evində qaldığını və onun mülkiyyət hüquqlarını pozduğunu göstərərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.04. 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş invertar nömrəsi 348 olan 19.04. 2021-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Talalar kəndində fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.08.2021-ci il tarixli 2(107)-1359/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Hüseyinova Firavan Əmirxan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 13 may 2021-cı ıl tarixli, 2(019)-544/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2022-ci il tarixli 2(102)-439/2022 nömrəli qərarından görünür ki, iddiaçı Hüseyinova Firavan Əmirxan qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1359/2021 nömrəli, 05.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 19/11/2021-ci il tarixli ilkin mediasiya sessiyasına xitam verilməsi barədə protokoldan görünür ki, X2 Hüseyinova Firavan Əmirxan qızının cehiz əşyaların çıxarılması mübahisəsi üzrə 19/11/2021 tarixində mediasiya prosesi həyata keçirilmişdir. Mediatorun təşəbbüsü ilə mediasiya posesinə xitam verilir. A.Hüseynov mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və tam mediasiya üçün 10 manat məbləğində mediasiyaya dair xərci ödədi. İşdə olan 23.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 40 manat dövlət rüsumu ödəmişdir. Bununla da ümumilikdə iddiaçı tərəf 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin-vəkilinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh Hüseyinova Firavan Əmirxan qızı İddiaçı1 keçmiş gəlinidir. İddiaçının oğlu X1 Firavan Əmirxan qızı ilə 23 avqust 2005-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. X5 ilə X3 birgə nikahından 31.05.2006-cı ildə X14 və 27 dekabr 2010-cu ildə X15 oğlu adında iki uşaqları doğulmuşdur. X9 rayonu Talalar kəndində yerləşən İddiaçı1 məxsus evə gəlin köçmüş və iddia ərizəsində göstərilən cehiz əşyalarını həmin evə gətirmişdir. X5 ilə X6 2021 -ci ilin mart ayında ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 11 avqust 2021 -ci il tarixli 2(019)- 523/2021 saylı qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Hüseyinova Firavan Əmirxan qızı İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən cavabdeh İddiaçı1 məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(019)-544/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Firavan Hüseynova apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(107)-1359/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. X13 Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(107)-1359/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti də təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(107)- 1359/2021 saylı qətnaməsi qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.04.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilməklə iddia predmetini təşkil edən Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Hüseyinova Firavan Əmirxan qızına məxsus olan 8 ədəd salat kasası, 3 ədəd qaşığı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, bir dəst madonna servis dəsti, 5 sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 ədəd sadə güldan, 2 ədəd kiçik mürəbbə qabı, 2 ədəd böyük mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd kiçik qayıqşəkilli konfet qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd 4 hissəli salat qabı, 1 ədəd kiçik ölçülü meyvə qabı, 5 ədəd sadə rümka, çəhrayı rəngli 5 ədəd sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 dəst ağ rəngli madonna kofe servisi, 6 ədəd kofe fincanı, 6 ədəd tünd göy üstü yarpaqlı kofe fincanı, 1 ədəd güzgü, 1 ədəd xalça, 1 ədəd divar mebeli, 1 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çilçıraq, 2 ədəd pəncərə üçün pərdə, 1 ədəd jurnal stolu, 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yataq dəsti üçün yorğan və döşək, 1 ədəd pakrıval, 1 ədəd masa və 6 ədəd stul, 5 ədəd nəlbəki, 2 ədəd duz qabı, 5 ədəd çəngəl, qaşıq, 6 ədəd ayna nəlbəki, 1 ədəd qazan, 1 ədəd saplıca, 2 ədəd kiçik ölçülü qazan, divan və kreslo üçün örtük 3 dəst İddiaçı1 Balakən rayonu Talalar kəndində yerləşən evindədir. İddiaçı həmin əmlakın çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İş materiallarından görünür ki, İddiaçı1 Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olması və Hüseyinova Firavan Əmirxan qızının İddiaçı1 məxsus evdən istifadə hüququnun olmaması qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(019)-544/2021 nömrəli qətnaməsinin əsaslandırma hissəsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktdır. Ona görə də qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(019)-544/2021nömrəli qətnaməsi ilə müəyyən edilmiş həmin fakt- hazırki işdə preyudisial əhəmiyət daşıyır və bu xüsusda məhkəmə üçün məcburi xarakter daşıyır. Yəni həmin fakt sübut əhəmiyyəti daşımaqla, işdə iştirak edən şəxslər, o cümlədən cavabdeh Hüseyinova Firavan Əmirxan qızı tərəfindən mübahisələndirilə bilməz. İş materiallarından həmçinin görünür ki, cavabdeh Hüseyinova Firavan Əmirxan qızının İddiaçı1 məxsus evə mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və hər hansı digər hüquqları qeydə alınmamışdır və həmin hüquqları mövcud deyildir. Lakin cavabdeh Hüseyinova Firavan Əmirxan qızının İddiaçı1 xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun və digər hüquqlarının olmamasına baxmayaraq, cavabdehə məxsus olan 8 ədəd salat kasası, 3 ədəd qaşığı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, bir dəst madonna servis dəsti, 5 sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 ədəd sadə güldan, 2 ədəd kiçik mürəbbə qabı, 2 ədəd böyük mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd kiçik qayıqşəkilli konfet qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd 4 hissəli salat qabı, 1 ədəd kiçik ölçülü meyvə qabı, 5 ədəd sadə rümka, çəhrayı rəngli 5 ədəd sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 dəst ağ rəngli madonna kofe servisi, 6 ədəd kofe fincanı, 6 ədəd tünd göy üstü yarpaqlı kofe fincanı, 1 ədəd güzgü, 1 ədəd xalça, 1 ədəd divar mebeli, 1 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çilçıraq, 2 ədəd pəncərə üçün pərdə, 1 ədəd jurnal stolu, 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yataq dəsti üçün yorğan və döşək, 1 ədəd pakrıval, 1 ədəd masa və 6 ədəd stul, 5 ədəd nəlbəki, 2 ədəd duz qabı, 5 ədəd çəngəl, qaşıq, 6 ədəd ayna nəlbəki, 1 ədəd qazan, 1 ədəd saplıca, 2 ədəd kiçik ölçülü qazan, divan və kreslo üçün örtük 3 dəst İddiaçı1 Balakən rayonu Talalar kəndində yerləşən evində qalmışdır və cavabdeh Hüseyinova Firavan Əmirxan qızı həmin əşyaları aparmaqdan imtina edir. Bununla da İddiaçı1 evə sahiblik etmək, evdən istifadə etmək və evə dair sərəncam vermək üzrə qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqları pozulur və cavabdehin həmin mülkiyyət hüququna əsassız və qeyri-adekvat müdaxiləsi baş verir. Ona görə də iddia təmin edilib, iddia ərizəsində göstərilən cavabdehə məxsus həmin əşyalar İddiaçı1 xüsusi mülkiyyətində olan evdən çıxarılmaqla iddiaçının həmin evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı1 cavabdeh Hüseyinova Firavan Əmirxan qızına qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli, İddiaçı1 məxsus olan Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evindən cavabdeh Hüseyinova Firavan Əmirxan qızına məxsus olan 8 ədəd salat kasası, 3 ədəd qaşığı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, bir dəst madonna servis dəsti, 5 sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 ədəd sadə güldan, 2 ədəd kiçik mürəbbə qabı, 2 ədəd böyük mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd kiçik qayıqşəkilli konfet qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd 4 hissəli salat qabı, 1 ədəd kiçik ölçülü meyvə qabı, 5 ədəd sadə rümka, çəhrayı rəngli 5 ədəd sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 dəst ağ rəngli madonna kofe servisi, 6 ədəd kofe fincanı, 6 ədəd tünd göy üstü yarpaqlı kofe fincanı, 1 ədəd güzgü, 1 ədəd xalça, 1 ədəd divar mebeli, 1 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çilçıraq, 2 ədəd pəncərə üçün pərdə, 1 ədəd jurnal stolu, 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yataq dəsti üçün yorğan və döşək, 1 ədəd pakrıval, 1 ədəd masa və 6 ədəd stul, 5 ədəd nəlbəki, 2 ədəd duz qabı, 5 ədəd çəngəl, qaşıq, 6 ədəd ayna nəlbəki, 1 ədəd qazan, 1 ədəd saplıca, 2 ədəd kiçik ölçülü qazan, divan və kreslo üçün örtük 3 dəst əşyalar çıxarılmalıdır. Həmçinin iddia təmin edildiyi üçün cavabdeh Hüseyinova Firavan Əmirxan qızından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1 məxsus olan Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evindən cavabdeh Hüseyinova Firavan Əmirxan qızına məxsus olan 8 ədəd salat kasası, 3 ədəd qaşığı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, bir dəst madonna servis dəsti, 5 sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 ədəd sadə güldan, 2 ədəd kiçik mürəbbə qabı, 2 ədəd böyük mürəbbə qabı, 2 ədəd qənd qabı, 1 ədəd kiçik qayıqşəkilli konfet qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd 4 hissəli salat qabı, 1 ədəd kiçik ölçülü meyvə qabı, 5 ədəd sadə rümka, çəhrayı rəngli 5 ədəd sadə rümka ilə birlikdə bir ədəd qrafin, 1 dəst ağ rəngli madonna kofe servisi, 6 ədəd kofe fincanı, 6 ədəd tünd göy üstü yarpaqlı kofe fincanı, 1 ədəd güzgü, 1 ədəd xalça, 1 ədəd divar mebeli, 1 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çilçıraq, 2 ədəd pəncərə üçün pərdə, 1 ədəd jurnal stolu, 4 ədəd yorğan, 4 ədəd döşək, 6 ədəd yastıq, 1 ədəd yataq dəsti üçün yorğan və döşək, 1 ədəd pakrıval, 1 ədəd masa və 6 ədəd stul, 5 ədəd nəlbəki, 2 ədəd duz qabı, 5 ədəd çəngəl, qaşıq, 6 ədəd ayna nəlbəki, 1 ədəd qazan, 1 ədəd saplıca, 2 ədəd kiçik ölçülü qazan, divan və kreslo üçün örtük 3 dəst əşyalar çıxarılsın; cavabdeh Hüseyinova Firavan Əmirxan qızından 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı1 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-187/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-187/2022
14.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver