Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-191/2021 22.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X20 qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə1, onun vəkili Vəkil2, İddiaçı4 nümayəndəsi Nümayəndə3, iddiaçılar İddiaçı3 və İddiaçı2, cavabdeh və digər Cavabdeh2 hüquq varisi X7 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər X12 və Cavabdeh2 qarşı evdən və torpaq sahəsindən cavabdehlərin çıxarılmaları tələbinə dair ilk, cavabdehlər X7 və Cavabdeh2 İddiaçı1, İddiaçı4, İddiaçı3 Binnət qızına, İddiaçı2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər X12 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0.07 ha həyətyanı torpaq sahəsinə və evə dair Daşınmaz Əmlakın reyestr nömrəsi **********35-10301 və 0,0995 ha pay torpaq sahəsinə dair daşınmaz əmlakın reyestr nömrəsi **********42 olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan evdən və torpaq sahələrindən cavabdehlər X7 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdehlər X15 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 torpaq sahəsi və evin dəyəri kimi ödənilmiş 10.000 ABŞ dollarının, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 40.000 manatın, mənəvi ziyana görə vurulmuş 5.000 manatın alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdeh və digər cavabdeh Cavabdeh2 hüquq varisi Əliyeva Zemfira Mamed qızının nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4 Abdulla qızı, İddiaçı3 və İddiaçı2 Binnət qızından torpaq sahəsi və evin dəyəri kimi ödənilmiş 10.000 ABŞ dollarının, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir- tikinti işlərinin dəyəri olan 40.000 manatın, mənəvi ziyana görə vurulmuş 5.000 manatın, evin və torpaq sahəsinin dəyəri və təmir-tikinti işlərinə çəkilmiş xərclərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün son 3 ildə 1.500 ABŞ dolları və 6000 manatın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40(qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4 Abdlulla qızı, İddiaçı3, İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayonunun Qazma kəndində yaşayırlar. X2 15 oktyabr 2004cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan miras olaraq bir sıra daşınmaz əmlak, o cümlədən Balakən rayonu Talalar kəndində ona məxsus olan 0.07 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 107.8 kv.m olan yaşayış evi, həmçinin həmin həyətyanı sahəyə bitişik olan 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Miras qalmış əmlaka-0,0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0.07 ha həyətyanı torpaq sahəsinə və evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Hal-hazırda qeyd etdikləri əmlaklar onların ümumi paylı mülkiyyətindədir.Lakin bu əmlaklardan cavabdehlər Balakən rayonu Talalar kənd sakinləri X15 və oğlu Cavabdeh2 istifadə edirlər. X1 2002-ci ildə qeyd olunan evi və torpaq sahələrini gələcəkdə onun tərəfindən alınması razılığına gələrək müvəqqəti istifadə üçün cavabdeh Zemfira Əliyevaya vermişdir. X29 2004-cü ildə vəfat etdikdən sonra onlar Zemfiradan dəfələrlə qeyd olunan əmlakları Dövlət Notariat Kontorunda rəsmiləşdirərək dəyərini ödəməklə onlardan almağı xahiş etmişlər. Lakin cavabdeh Zemfira Əliyeva müxtəlif bəhanələr gətirməklə tezliklə qeyd olunan evi və torpaq sahələrini onlardan alacağını bildirmişdir. Atasının vəfatından 16 il keçməsinə baxmayaraq Zemfira Əliyeva evin və torpaq sahələrinin alqı-satqısını rəsmiləşdirməmişdir. Dəfələrlə ondan və onunla birlikdə yaşayan oğlu Cavabdeh2 mülkiyyətlərində olan sözügedən evdən və torpaq sahəsindən çıxmalarını tələb etsələr də onlar evdən və torpaq sahələrindən çıxmırlar. Buna görə də qeyd olunan tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 nümayəndəsi Nümayəndə1, İddiaçı4 nümayəndəsi Nümayəndə3 , İddiaçı3 və İddiaçı2 ilk iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verdilər. Onlar qarşılıqlı iddianı qismən qəbul edərək evdə və həyətyanı torpaq sahəsində aparılmış təmir-tikinti işləri üçün 10000 (on min) manat ödəməyə razı olduqlarını, qarşılıqlı iddia ərizəsinin qalan hissədə əsassız olduğunu göstərdilər.İlk iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və X15 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, 1999-cu il tarixdə onun əri, iddiaçı Cavabdeh2 atası mərhum X22 rayonu Talalar kəndində yerləşən mərhum Binnət Şibilov və onun ailə üzvlərinə məxsus 0.18 ha həyətyanı torpaq sahəsini və orada yerləşən yarımçıq tikilini 10.000 ABŞ dollarına sonuncudan almış, həmin tarixdən mərhum Nəriman Əliyev və onun ailə üzvləri mübahisəli ünvana qeydiyyata alınmaqla həmin evdə yaşamışlar. Mübahisəli əmlak mərhum Binnət Şibilovdan alınan zaman ora təmir olunmamış 3 otaqlı yaşayış evi olmuş, onların birində qismən yaşamaq mümkün olsa da , digər otaqlar təmir edilməmiş, qapı və pəncərə mövcud olmamışdır. Alqı-satqı aparılan zaman torpaq sahəsinin mülkiyyət sənədləri mövcud olmadığından tərəflər arasında müqavilə notarial qaydada rəsmiləşdirilməmiş, Balakən rayon icra nümayəndəliyində torpaq sahəsi və evin satılmasına dair Binnət Şibilov ərizə yazmış, onun ailə üzvləri həmin ərizəni imzalayaraq torpaq sahəsi və evin dəyərini Nəriman Əliyevdən aldıqlarına dair imza atmış, həmin imzalar icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. 1999-cu ildən sonra onlar arasında evə və torpağa dair hər hansı mübahisə olmamış, onlar hazırkı vaxtadək mübahisəli evdə yaşamışlar. Həmin müddət mübahisəli ev mərhum Nəriman Əliyev tərəfindən təmir edilmiş, əlavə zal , hamam və mətbəx inşa edilmiş, ev əsaslı şəkildə təmir edilmişdir. Təmir tikinti işlərinin aparılmasına 25.000 manatadək xərc çəkilmişdir. Bundan başqa həyətyanı sahədə talvar inşa edilmiş, həyətyanı sahənin yola düşən hissəsi kubiklə hasara alınmış, həyətyanı sahəyə dəmir giriş qapısı yerləşdirilmiş , qonşularla sərhəd ərazi isə şifer və setka ilə hasara alınmış, həyətyanı sahədə tualet inşa edilmişdir. Həmin tikinti işlərinin aparılmasına isə 15.000 manat xərc çəkilmişdir. Torpaq sahəsinin və evin onlar tərəfindən alınmasını, orada təmir-tikinti işlərinin aparılmasını Balakən rayon Talalar kənd sakinləri olan qonşular Şahid3, Şahid1 Nərman oğlu və Şahid2 öz ifadələri ilə gələcək məhkəmə iclaslarında təsdq edəcəklər. 2020-ci ilin əvvəlində, İddiaçı1 Cavabdeh2 ilə əlaqə saxlayaraq ünvanlı sosial yardımın əldə olunması üçün aidiyyəti orqana müraciət etdiyini, həmin zaman onun adına torpaq sahəsinin olması əsası ilə imtina edildiyini bildirmiş , evini və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq alqı-satqı əməliyyatının aparılmasını təklif etmişdir. Bununla razılaşan oğlu Cavabdeh2 evə və torpaq sahəsinə dair onda mövcud olan ilkin sənədləri və icra nümayəndəliyində rəsmiləşdirilmiş ərizəni İddiaçı1 təqdim etmişdir. İcra nümayəndəliyində rəsmiləşdirilmiş ərizə hazırda onlarda mövcud olmasa da ərizəni təsdiq etmiş icra nümayəndəsi məhkəmə iclasında bu halı öz ifadəsi ilə təsdiq edəcəkdir. Cavabdehlər evi və torpaq sahəsini öz adlarına qeydiyyata aldıqdan sonra onların evin qeydə alınmasına təxminən 5.000 manat xərc çəkdiyini, həmin xərc ödənildikdən sonra alqı-satqı əməliyyatının reallaşmasının mümkün olacağını bildirmişlər. Onlar həmin məbləğin ödənilməsindən imtina etdiklərinə görə cavabdehlər onların evdən və torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Bu səbəbdən onlarda qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Cavabdeh və digər Cavabdeh2 hüquq varisi Əliyeva Zemfira Mamed qızının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın əsassız olduğunu göstərərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Balakən rayonu Talalar kəndində yaşayır, iddiaçıları və cavabdehləri tanıyır. Mübahisəli ev 1999-cu ildə Binnət Şibilov tərəfindən Nəriman Əliyevə satılmışdır. Ev satılan zaman bir otağı təmirli olmuş,digər otaqlar təmirsiz olmuşdur. Nəriman Əliyev evi aldıqdan sonra əsaslı təmir etdirmiş,mətbəx və sanitar qovşağı tikdirmiş, torpaq sahəsinin çöl tərəfinə hasar çəkdirmişdir və həyətdə talvar tikdirmişdir. Nərimangil evi 10000 ABŞ dollarına aldıqlarını bildirmişlər. Lakin pulun verildiyini görməmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid Orucov Nəsrullah Nəriman oğlunun ifadəsinə oxşar ifadə vermişdirlər.. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Balakən rayonu Talalar kənd icra nümayəndəsi vəzifəsində işləmişdir. 1999-cu ildə Binnət Şibilov və X23 kənd icra nümayəndəliyinə gəlmişlər.Binnət Şibilov özünə məxsus evini 5 min ABŞ dollarına Nəriman Əliyevə satdığını bildirmiş və onlar xahiş etmişlər ki, alqı-satqı rəsmiləşdirilsin. O,həmin vaxt onlara evin alqı-satqısını rəsmiləşdirmək üçün Dövlət Notariat kontoruna müraciət etmələrini izah etmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 1992-ci ildən Balakən rayonunun Talalar kəndində yaşayır. O,əvvəl Binnət Şibilovla, sonra isə Nəriman Əliyevlə qonşuluqda yaşamışdır. Nəriman 25 ilə yaxın müddətdir ki, həmin evi almış və ailəsi ilə həmin evdə yaşamışdır. Nəriman evi alarkən ev təmirli olmamış, sonradan həmin evdə təmir-tikinti işləri aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 iyul 2020-ci il tarixdə verilmiş 546 nömrəli çıxarışdan görünür ki, Şibilov Binnət İsrafil oğlu 15 oktyabr 2004-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26.10.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı4 adına 3/15 hissə , İddiaçı3 adına 4/15 hissə, İddiaçı2 adına 4/15 hissə və X8 adına 3/15 hissə olmaqla mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26.10.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 107,8 kv/m olan fərdi yaşayış evi İddiaçı4 adına 3/15 hissə , İddiaçı3 adına 4/15 hissə,İddiaçı2 adına 4/15 hissə və X8 adına 3/15 hissə olmaqla mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-685F KOD 40113081 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1988-ci il tarixli 02 nömrəli qərarı ilə X9, X12, X16 və Cavabdeh2 Balakən rayonu Talalar kəndi ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-442 KOD 40113081 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1988-ci il tarixli 02 nömrəli qərarı ilə X9, Əliyeva Zemfira Mamed qızına, X16 və Cavabdeh2 Balakən rayonu Talalar kəndi ərazisindən 0.82 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli 10/1771 nömrəli ekspert rəyindən görünür ki, Balakən rayonu, Talalar kəndi ərazisində yerləşən İddiaçı4 (3/15 hissə), İddiaçı2 (4/15 hissə), İddiaçı3 (4/15 hissə) və İddiaçı1 (4/15 hissə) paylı mülkiyyətində olan tikiliyə baxış keçirilən zaman tikilinin, 1 dəhliz, 2 yaşayış otağı, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evi olduğu müəyyən olunmuşdur. Tədqiq olunan tikilinin dəhliz hissəsinin divarları divar kağızı ilə üzlənmiş, döşəməsinə taxta vurulmuş, tavan hissəsinə isə dikt vurulmuşdur. Yaşayış otağının isə divarları boya ilə rənglənmiş, döşəməsinə taxta vurulmuş, tavanı isə dikt ilə üzlənmişdir. Əlavə olaraq fərdi yaşayış evində mətbəx və sanitar qovşaq inşa edilişdir. Mətbəxin divarları divar kağızı ilə üzlənmiş, döşəməsinə taxta vurulmuş, tavanı isə lambir ilə üzlənmişdir. Sanitar qovşağın divarları kafel ilə üzlənmiş, döşəməsinə metlaq vurulmuş, tavanı isə lambir ilə üzlənmişdir. Həmçinin baxış zamanı həmin tikilinin həyətyanı sahəsində, ölçüləri 4.5 m x 15 m olan talvar tikilisinin və ölçüləri 43.0 m x 1.90 m olan mişar daşından inşa edilmiş hasar tikilisinin mövcud olduğu müəyyən olunmuşdur. Aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 14398.3 manat məbləğində müəyyən olunmuşdur. Ekspert tədqiqatının dəyəri 50 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 21.06.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, mübahisəli, Balakən rayonu Talalar kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 107.8 kv.m olan, 1 dəhliz, 2 yaşayış otağından ibarət fərdi yaşayış evi və sözügedən torpaq sahəsinə bitişik 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların atası X10 məxsus olmuşdur. Binnət Şibilov evin 4m x 5 m ölçüdə olan otağını təmir etdirmiş və ailə üzvüləri ilə birlikdə orada yaşamışdır.Həmçinin həyətdə talvar inşa etdirmişdir. 1999-cu ildə o həmin evi, 07 ha həyətyanı torpaq sahəsini və torpaq sahəsinə bitişik halda olan 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 5000 (beş min) ABŞ dollarına cavabdeh X7 əri Nəriman Əliyevə satmış və sözügedən əmlakları onun istifadəsinə vermişdir. Lakin evin və torpaq sahələrinin alqı-satqısı notariat qaydasında həyata keçirilməmişdir. Nəriman Əliyev evin digər otaqlarını da təmir etdirmiş, evdə mətbəx və sanitar qovşaq inşa etdirmiş, həyətdə olan talvarda əlavə tikinti apararaq onu böyütmüş, torpaq sahəsinin çöl tərəfinə 43.0 m x 1.90 m olan mişar daşından hasar inşa etdirmişdir. Ekspert rəyinə əsasən bu işlərin görülməsinə təqribən 14398,30 manat pul xərclənmişdir. X14 15 oktyabr 2004-cü il tarixdə vəfat etmişdir. X19 ölmüşdür. 2020-ci ildə X5 vərəsələri olan iddiaçılar -İddiaçı1 , İddiaçı4 , İddiaçı3 və İddiaçı2 mərhum X3 miras qalan əmlaka- 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 107.8 kv.m olan fərdi yaşayış evinə və 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. 26.10.20220-ci ildə ev və torpaq sahələri İddiaçı4 adına 3/15 hissə, İddiaçı3 adına 4/15 hissə, İddiaçı2 adına 4/15 hissə və X8 adına 3/15 hissə olmaqla mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.Həmçinin cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlk iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə işin hallarını, mübahisəli 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 107.8 kv.m olan fərdi yaşayış evi və 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasını, cavabdehlərin həmin torpaq sahələrinə və evə heç bir hüquqlarının qeydə alınmamasını, cavabdehlərin həmin əmlakdan istifadə etməklə iddiaçıların mülkiyyət hüquqlarını pozmalarını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin maddi ziyana aid hissəsi ilə ilə bağlı məhkəmə qeyd edir ki Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə ev və torpaq sahələrinə görə alqı-satqının etibarsız olmasını, həmin əmlakların iddiaçılara qaytarılacağını, iddiaçıların evə və torpaq sahələrinə görə ödənmiş 5000 ABŞ dolllarını qaytarmamalarını, cavabdehlərin mübahisəli evdə və həyətyanı torpaq sahəsində təmir- tikinti işləri aparmalarını, bu işlərin görülməsinə 14398,30 manat pul xərclənməsini, həmin yaxşılaşdırma işlərini ayırmağın mümkün olmamasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi evə və torpaq sahəsinə görə ödənmiş 5000 ABŞ dollarına və yaxşılaşdırma işlərinə xərclənmiş 14398,30 manata aid hissədə əsaslıdır. Məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçılar tərəfindən çəkilən xərcin cavabdehlərə ödənilməməsi onun əsassız varlanmalarına səbəb olar . Belə ki, Mülki Məcəllənin 1091.1-1092.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 (mirasdan aldıqları pay həcmində) müştərək qaydada torpaq sahələrinə və evə görə ödənmiş 5000 (beş min) ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14398,30 manat alınıb cavabdeh və digər Cavabdeh2 hüquq varisi X12 verilməlidir. Cavabdehlər evin alınmasına görə 10000 ABŞ dolları verdiklərini, təmir- tikinti işlərinə 40000 manat xərc çəkdiklərini, iddiaçılar evin və torpaq sahəsinin müvəqqəti istifadə üçün cavabdehlərə verildiyini göstərsələr də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədilər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin şahidlər Şahid3, Şahid2 və X11 evin və torpaq sahəsinin 10000 ABŞ dollarına satılmasını cavabdehlərin sözlərinə əsasən bildirdiklərindən onların ifadəsinin bu hissəsi məhkəmə tərəfindən qəbul edilmir. Şahid qismində dindirilmiş Şahid4 tərəflər arasında hüquq münasibətinin yarandığı vaxt Balakən rayonu Talalar kənd icra nümayəndəsi vəzifəsində işləməsini, hər iki tərəfin onun yanına gələrək alqı-satqının rəsmiləşdirilməsi üçün ona müraciət etmələrini, evin və torpaq sahələrinin 5000 ABŞ dollarına satılmasını bildirmələrini nəzərə alaraq məhkəmə onun ifadəsini işin hallarına uyğun hesab edib mötəbər sübut kimi qəbul etmişdir . Maddi ziyanın qalan hissəsi ilə bağlı cavabdeh heç bir mötəbər sübut təqdim etməməsini, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər birinin əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalı olduğunu, bu müddət ərzində cavabdehlərin sözügedən evdən və torpaq sahələrindən istifadə etmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin mənəvi ziyana aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Konstitusiyanın 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya» nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Məhkəmə işin hallarını, iddiaçıların cavabdehlərdən öz mülkiyyətlərində olan əmlaklarını tələb etmələrini, cavabdehlərə qarşı heç bir qanunazidd əmələ yol verməmələrini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyana aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri üzrə ödənmiş məhkəmə xərcləri iddia tələblərinin təmin edilmiş hissələrinə münasib tərəflərdən tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ilk iddia təmin edilməli, cavabdeh və digər Cavabdeh2 hüquq varisi X15 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107,8 kv/m olan evdən və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 (mirasdan aldıqları pay həcmində) müştərək qaydada torpaq sahələrinə və evə görə ödənmiş 5000 (beş min) ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14398,30 manat, habelə qarşılıqlı iddiaya görə ödənmiş dövlət rüsumu xərcinin 11.10 manatı alınaraq cavabdeh və digər Cavabdeh2 hüquq varisi X12 verilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. İlk iddiaya görə ödənmiş 10 manat dövlət rüsumu xərci cavabdeh və digər Cavabdeh2 hüquq varisi X6 alınıb iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 verilməlidir. Torpaq sahələrindən və evdən çıxarılma ilə pulun ödənməsi eyni vaxtda icra edilməlidir. 50 manat ekspertiza xərcinin 18,50 manatı iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, 31,50 manatı cavabdeh və digər Cavabdeh2 hüquq varisi X6 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22, hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh və digər Cavabdeh2 hüquq varisi X15 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107,8 kv/m olan evdən və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın . Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 müştərək qaydada torpaq sahələrinə və evə görə ödənmiş 5000 (beş min) ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14398,30 manat, habelə qarşılıqlı iddiaya görə ödənmiş dövlət rüsumu xərcinin 11.10 manatı alınaraq cavabdeh və digər Cavabdeh2 hüquq varisi X12 verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddiaya görə ödənmiş 10 manat dövlət xərci cavabdeh və digər Cavabdeh2 hüquq varisi X6 alınıb iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 verilsin. Torpaq sahələrindən və evdən çıxarılma ilə pulun ödənməsi eyni vaxtda icra edilsin. 50 manat ekspertiza xərcinin 18,50 manatı iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, 31,50 manatı cavabdeh və digər Cavabdeh2 hüquq varisi X6 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22, hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-191/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-191/2021
22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver