Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-199/2021 04.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh oğluna qarşı 450 manat məbləğində maddi zyan və üzr istənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan ona vurduğu 450 manat ziyanın və 20 manat dövlət rüsumunun ödənilməsi, etdiyi əməllərə görə ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddiasını onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixində Balakən rayonu Qazma kənd sakini Cavabdeh tanışı sürücü Rasim adlı şəxs vasitəsi ilə əvvəldən tanış olduğu üçün təkrar emal məqsədi ilə istixanalardan sökülmüş polietilen örtüklər sifariş vermişdir. Müslüm, ona 6 tona yaxın mal göndərəcəyini vəd etdi. O, 300 manat daşınma xərcini ödəyərək, malı qəbul etmişdir. Malı Dərnəgüldə bir anbara boşaltmışdır. Malı boşaldanda malın böyük bir hissəsinin yararsız olduğu məlum oldu. Müslümə vəziyyəti dedikdə, o, bildirdi ki, onluq deyil, götürmürsə, yenidən yol pulunu versin, göndərsin gəlsin. O, malın içindən yararlı hissəni seçib, emal üçün zavoda vermiş, həmin malın müqabilində 432 manat pul almışdır.Malın qalan hissəsini 50 manata bir maşın tutub Sumqayıt zibilliyinə boşaltması üçün yola salmışdır. Dəfələrlə Müslümə malın ortalıqda qaldığını, gəlib aparmalı olmasını demiş, o isə maşın pulunu ödəmək istəməmişdir. Bu günə qədər əldə olunmuş 432 manatdan öz xərci, yəni 350 manatı çıxmaqla, qalan 82 manatı Müslümə ödəməyə hazırdır. Lakin Müslüm ona hədə-qorxu gələrək, şantajla, tutdurmaqla hədələyir. Müslümün ona qarşı etdikləri onu və ailəsini hədsiz narahat edir, polisə müraciət edəcəyini, artıq pul yazacağını, üzünə durub alacağını bildirir. Dediklərini təsdiq edən səs yazıları vardır. Bildirir ki, həmin vaxt üçün Müslüm ona zay mal verməsə, o, başqasıyla danışdığı malı sexə verəcəkdi. Halbuki həmin mal üçün 300 manat beh ödəmişdir. Müslümün göndərdiyi malın, boşaldılması, daşınması, yenidən yığılması və sair üçün əlavə 150 manat xərci çıxıb. O, Müslümün 82 manatını ödəməyə razı olmaqla yanaşı, ondan ona vurduğu 450 manat maddi ziyanı ödəməsini, onu pis vəziyyətə qoyduğu, ona qarşı kobudluq edərək, təhqir etdiyi üçün üzr istəməsini tələb edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəməyə teleqram göndərib, prosesdə iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, hazırki işin mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx xxxx 2020ci il tarixində ona istixanalardan sökülmüş polietilen örtüklər sifariş vermiş, həmin örtüklərin pulunu və daşınma xərcini ödəməsini öhdəsinə götürmüşdür. O da İddiaçı satlıq polietilen örtüklər göndərmiş, lakin İddiaçı həmin örtüklərin satış pulunu ona ödəməmişdir. İddiaçı göndərdiyi polietilen örtüklər keyfiyyətli olmuşdur. İddiaçı həmin polietilen örtüklərin keyfiyyətsiz olması və yararsız olması barədə bildirdikləri yalandır. Belə ki, o, İddiaçı həmin polietilen örtüklərin keyfiyyətsiz olduğu və yararsız olduğu təqdirdə həmin örtüklərin geri göndərilməsini tələb etmiş,lakin İddiaçı həmin polietilen örtükləri geri göndərməmiş, nə də onların keyfiyyətsiz olması barədə heç bir sübut təqdim etməmişdir. Onun İddiaçı heç bir borcu yoxdur, İddiaçı heç bir ziyan vurmamışdır. Əksinə İddiaçı polietilen örtüklərə görə ona borcu vardır. Həmçinin o, İddiaçı hər hansı böhtan atmamış və onu təhqir etməmişdir. İddiaçı ona qarşı iddiası tamamilə əsassızdır. İddianın rədd olunmasını xahiş edir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.2-ci maddəsinə əsasən yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqısatqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.3-cü maddəsinə əsasən əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alqı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.3-ci maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 595.1-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 595.2-xci maddəsinə əsasən bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alqı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyrimünasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 595.3-cü maddəsinə əsasən əgər satıcı alıcıya verilmiş əşyaların alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1, 596.2 və 596.3-cü maddələrinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir; əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur; alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.2-ci maddəsinə əsasən qiymət əşyanın çəkisindən asılı olaraq müəyyənləşdirildikdə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, xalis çəkiyə görə təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.3-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın qiymətini şərtləndirən göstəricilərdən (maya dəyəri, məsrəflər və i.a.) asılı olaraq onun qiymətinin dəyişdirilməli olduğu nəzərdə tutulduqda, lakin qiymətin dəyişdirilməsi üsulu müəyyənləşdirilmədikdə,qiymət müqavilənin bağlandığı an və əşyanın təhvil verildiyi an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. Satıcı əşyanı vermək vəzifəsinin icrasını gecikdirdikdə qiymət müqavilənin bağlandığı an və əşyanın verilməsinin müqavilədə nəzərdə tutulan anı üçün, müqavilədə həmin an nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqısatqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqısatqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.5-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.2, 600.3, 600.4 və 600.5-ci maddələrinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir; əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 630.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 630.3-cü maddəsinə əsasən yollama sərəncamının məzmunu və alıcı tərəfindən onun mal göndərənə verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir. Əgər müqavilədə yollama sərəncamının verilməsi müddəti nəzərdə tutulmayıbsa, o, mal göndərənə göndərmə dövrünün çatmasına ən geci otuz gün qalmış verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 630.4-cü maddəsinə əsasən alıcının yollama sərəncamını müəyyənləşdirilmiş müddətdə verməməsi mal göndərənə ya göndərmə müqaviləsinin icrasından imtina etmək, ya da alıcıdan malları ödəməyi tələb etmək hüququ verir. Bundan başqa, mal göndərən yollama sərəncamının verilməməsi ilə əlaqədar dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 631.1, 631.2 və 631.3-cü maddələrinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır; müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur; göndərmə müqaviləsində alıcının (mal alanın) malları mal göndərənin olduğu yerdə alması (malların seçilməsi) nəzərdə tutula bilər. Əgər müqavilədə malların seçilməsi müddəti nəzərdə tutulmayıbsa, alıcı (mal alan) malları onların hazır olduğu barədə mal göndərəndən bildiriş aldıqdan sonra ağlabatan müddətdə seçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 634.3-cü maddəsinə əsasən göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 635.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 635.2-ci maddəsinə əsasən mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 635.3-cü maddəsinə əsasən malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya çatan məbləğ çıxılmaqla mal göndərənə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 635.4-cü maddəsinə əsasən müqavilədə müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mal göndərən alıcıdan malı ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 636.1-ci maddəsinə əsasən göndərmə müqaviləsində alıcı (mal alan) tərəfindən malların mal göndərənin olduğu yerdə seçilməsi nəzərdə tutulduqda, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malları onların verildiyi yerdə gözdən keçirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 636.2-ci maddəsinə əsasən alıcının (mal alanın) göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə, belə müddət olmadıqda isə malların hazır olduğu barədə mal göndərənin bildirişini aldıqdan sonra ağlabatan müddətdə malları seçməməsi mal göndərənə müqavilənin icrasından imtina etmək və ya alıcıdan malları ödəməyi tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 639.1-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 639.2-ci maddəsinə əsasən göndərilmiş malların pərakəndə satışını həyata keçirən alıcı (mal alan) istehlakçının qaytardığı lazımi keyfiyyətli olmayan malın ağlabatan müddətdə dəyişdirilməsini tələb edə bilər, bu şərtlə ki, göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məclləsinin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. BMT Baş Məclisinin xx xxxxxx 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmaıl və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2020-ci il tarixdə Cavabdehl oğlu tərəfindən İddiaçı istixanalardan sökülmüş polietilen örtüklərin alqı-satqısı barədə şifahi qaydada müqavilə bağlanmış və həmin əqdə əsasən Cavabdeh göstərilən polietilen örtüklərin İddiaçı göndərməsi, İddiaçı isə həmin polietilen örtükləri qəbul edib, onların nəqliyyat xərclərini və dəyərini ödəməsi barədə öhdəlik götürmüşdür. Bu müqavilə şərtlərinə əsasən Cavabdeh tərəfindən İddiaçı polietilen örtüklər göndərilmiş və İddiaçı tərəfindən həmin polietilen örtüklər qəbul edilmiş və həmin polietilen örtüklərin dəyəri cavabdehə ödənilməmişdir. İddiaçı Cavabdeh tərəfindən göndərilən polietilen örtüklərin 300 manat daşıma xərcini ödədiyini və malı qəbul etdiyini, malı Dərnəgüldə bir anbara boşaltdığını, malı boşaldanda malın böyük bir hissəsinin yararsız olduğunun məlum olduğunu, Müslümə vəziyyəti dedikdə, onluq olmadığını, götürmüşdürsə, yenidən yol pulunu verib, göndərməsini, onun malın içindən yararlı hissəni seçib, emal üçün zavoda verdiyini, həmin malın müqabilində 432 manat pul aldığını, malın qalan hissəsini 50 manata bir maşın tutub Sumqayıt zibilliyinə boşaltması üçün yola saldığını, dəfələrlə Müslümə malın ortalıqda qaldığını, gəlib aparmalı olmasını dediyini, onun isə maşın pulunu ödəmək istəməməsini, bu günə qədər əldə olunmuş 432 manatdan öz xərci, yəni 350 manatı çıxmaqla, qalan 82 manatı Müslümə ödəməyə hazır olduğunu, Cavabdeh ona 450 manat ziyan vurduğunu göstərmişdir. Cavabdeh iddianı qəbul etməyərək, İddiaçı satlıq polietilen örtüklər göndərdiyini, lakin İddiaçı həmin örtüklərin satış pulunu ona ödəmədiyini, İddiaçı göndərdiyi polietilen örtüklərin keyfiyyətli olduğunu, İddiaçı həmin polietilen örtüklərin keyfiyyətsiz olduğu və yararsız olduğu təqdirdə həmin örtüklərin geri göndərilməsini tələb etdiyini, lakin İddiaçı həmin polietilen örtükləri geri göndərmədiyini və onların keyfiyyətsiz olması barədə heç bir sübut təqdim etmədiyini bildirmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, İddiaçı aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən ona göndərilən polietilen örtükləri qəbul etmiş, lakin Cavabdeh həmin malların keyfiyyətsiz olması barədə rəsmi bildiriş göndərməmişdir. Eyni zamanda İddiaçı bu əşyaların keyfiyyətli olmaması halında qanunun tələbinə əsasən Cavabdeh onların alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlataban müddətdə əvəzsiz aradan qaldırılması və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməmiş, alqı-satqı müqaviləsinin icrasından imtina etməmiş, əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməmiş və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etməmişdir. Həmçinin İddiaçı sözügedən polietilen örtüklərin keyfiyyətsiz olmasını və istifadəyə yararsız olmasını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Qanuna görə əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. İddiaçı sözügedən polietilen örtüklərin onun tərəfindən qəbul olunduqdan sonra təsadüfən məhv olmaması və ya təsadüfən zədələnməməsi, əvvəldən yararsız olması barədə də məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eynilə İddiaçı cavabdeh tərəfindən keyfiyyətsiz polietilen örtüklər göndərilməsi nəticəsində ona 450 manat ziyan vurulması, Cavabdeh hansısa qanunsuz hərəkətləri nəticəsində ona bu məbləğdə ziyan vurulması, 450 manat məbləğdə ziyanla cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin bu məbləğdə ziyanın vurulmasında təqsirli olmasını sübut edən, o cümlədən 300 manat beh ödənilməsi, Cavabdeh göndərdiyi malın boşaldılması, daşınması, yenidən yığılması və sair üçün 150 manat xərcinin çıxılmasını təsdiq edən hər hansı mötəbər sübutu (ödəniş sənədlərini və sair) məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində tələb etdiyi 450 manat ziyan məbləğinə daxil olan 300 manatı əvvəl daşınma xərci kimi ödədiyini göstərimş, sonra isə 300 manatı beh kimi ödədiyini bildirmişdir. Bu ödənişin ya daşınma xərci, ya da beh kimi ödənilməsi barədə də hər hansı sübut təqdim olunmamışdır. Qeyd olunanlar 450 manat ziyan tələbinin işin faktoloji hallarına və hüquqi əsaslara münasibətdə əsassız olmasını göstərir. İddiaçı eyni zamanda Cavabdeh tərəfindən etdiyi əməllərə görə ondan üzr istənilməsini tələb edir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh ondan üzr istəməsi tələbi hissəsində də təmin edilməməlidir. Belə ki, qanun normasının tələbinə əsasən (Mülki Məcəllənin 23.1… 23.5-ci maddələri) fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını və həmin məlumatların həqiqətə uyğun olmayan hesab edilməsini məhkəmədən tələb edə bilər. Mülki Məcəllənin 23.2-ci maddəsində belə məlumatların kütləvi informasiya vasitələrində yayıldığı təqdirdə həmin kütləvi informasiya vasitələrində də təkzib edilməsi göstərilmişdir. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh tərəfindən onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və şəxsi toxunulmazlığını pozan həqiqətə uyğun olmayan məlumatları yaymasını, yəni başqa şəxsə və ya müəyyən şəxslər dairəsinə bildirməklə yaymasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, ehtimal edilən onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını və həmin məlumatların həqiqə uyğun olmayan hesab edilməsini məhkəmədən tələb etməmişdir. Həmçinin işdəki sübutlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və şəxsi toxunulmazlığını pozan həqiqətə uyğun olmayan məlumatlar hər hansı kütləvi informasiya vasitəsində yayılmamışdır ki, İddiaçı Cavabdeh onlara görə üzr istənilməsi məhkəmə qaydasında tələb edilsin. Ümumiyyətlə Cavabdeh iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu, ləkələyən, şəxsi və ailə sirri və şəxsi toxunulmazlığına müdaxilə edən məlumatlarla onun sözügedən hüquqlarını pozub-pozmaması, bu xüsusda cavabdehin hər hansı hüquqi məsuliyyət daşıyıb-daşımaması (mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti və sair) müəyyən edilməmişdir. Belə olan halda Cavabdeh cinayət, inzibati və mülki-hüquqi məsuliyyətinə görə təqsirsizlik prezumpsiyası hüququ vardır ki, həmin hüquq da müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrində müəyyən olunur. Qanunda təsbit olunmuş həmin hüququn ümumi mahiyyətinə görə heç kəs hər hansı əməlin törədilməsində təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı (o cümlədən hökmü) ilə müəyyən olunmadığı təqdirdə təqsirsiz sayılır. İş materiallarından görünür ki, Cavabdeh barəsində də bu konteksdə onun təqsirli olması barədə qanuni qüvvəyə minimş məhkəmə verdikti yoxdur və iddiaçı tərəfindən də belə məhkəmə qərarının olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Digər tərəfdən cavabdehin iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və şəxsi toxunulmazlığını pozan yalan məlumatlar yayması və onun əməlinin bu məqsədlə əhatə olunması iddianın və bu xüsusda MPM-nin 218.3-cü maddəsinə əsasən məhkəmə baxışının predmeti olmadığı halda ehtimal olunan söylədiyi fikrə görə cavabdehdən üzr istənilməsinin tələb edilməsi onun söylədiyi fikirdən dönməyə məcbur edilməsidir ki, qanun da bunu qadağan edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İİ hissəsinə görə heç kəs fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Hazırki iddia tələbində cavabdehdən üzr istənilməsinin tələb edilməsi birmənalı şəkildə onun fikrindən, əqidəsindən dönməyə məcbur edilməsi olardı ki, bu da konstitusion normaya görə qətiyyən qəbuledilən sayıla bilməz. Qeyd olunanlara əsasən də məhkəmə belə tələbi qanuni və əsaslı saymır və onun rədd olunması nəticəsinə gəlir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Zabit oğlunun Cavabdeh Zeynalabid oğluna qarşı 450 manat məbləğində maddi zyan və üzr istənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, hazırki iddianın iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı oğluna aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Zabit oğlunun Cavabdeh qarşı 450 manat məbləğində maddi zyan və üzr istənilməsi tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-199/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-199/2021
04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver