Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-2/2022 01.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizov (Yetimov) Azad Cahbarxan oğlunun və Cavabdeh2 QSC BOKT -nin nümayəndəsi Nümayəndə5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2,Əzizov (Yetimov) Azad Cahbarxan oğlunun cavabdehlər "xxxx" MMC-ə, Cavabdeh2 QSC BOKT-nə,"xxxx" MMC-ə və Cavabdeh4 qarşı hərracın nəticələrinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Əzizov (Yetimov) Azad Cahbarxan oğlu cavabdehlər "xxxx" MMC-ə, Cavabdeh2 QSC BOKT-na, "xxxx"nə və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 07 may 2018-ci il tarixli JN-1009 KOD 40113018 nömrəli Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş 1.18 ha torpaq sahəsinə dair keçirilmiş hərracın və 07 may 2018-ci il tarixli 01/01 saylı hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokolun və "xxxx" MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 07 iyun 2018-ci il tarixdə ********** sayla qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və Əzizov (Yetimov) Azad Cahbarxan oğlu iddia tələbini onunla əsaslandırmışlar ki, Balakən rayonunun Talalar kəndində qeydiyyatdadırlar və orada yaşayırlar. Dövlət tərəfindən torpaq islahatı aparılarkən Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə ailə üzvlərinin payına 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Bu torpaq sahəsinə dair keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1009 KOD 40113018 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Mülkiyyətlərinə verilmiş torpaq sahəsindən 1.18 ha sahə çöl ərazisindən, 0.48 ha sahə isə yaşadığı evin həyətyanı sahəsinə bitişik sahədən verilmişdir. 2008-ci ildə Talalar kənd bələdiyyəsinin sədri işləmiş Cavabdeh4 ona bildirmişdir ki, mülkiyyətinə verilmiş 1.18 ha pay torpaq sahəsi ilə kənd ərazisinə yaxın yerdən 0.60 ha pay torpaq sahəsinin dəyişdirilməsi mümkündür. 1.18 ha torpaq sahəsi evlərindən çox uzaqda olduğundan Cavabdeh4 dediklərinə inanaraq onunla razılaşmışdır.Torpaq sahəsini Rüstəmovun istifadəsinə vermişdir.Əvəzində isə Bilal tərəfindən ona göstərilən 0.60 ha pay torpaq sahəsindən bir müddət istifadə etmişdir. İstifadə etdiyi 0.60 ha hektar torpaq sahəsinin adına rəsmiləşdirilməsini Cavabdeh4 tələb etsə də, o, bunu etməmişdir. Buna görə də dövlət tərəfindən ailələrinin mülkiyyətinə verilmiş 1.18 ha pay torpaq sahəsinin geri qaytarılmasını tələb etmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, 06 aprel 2008-ci il tarixli 4Ə-135 saylı torpağın alqı-satqı müqaviləsinə əsasən onlara məxsus torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır. Torpaq sahəsini "xxxx" MMC-ə satmadığından həmin müqavilənin ləğvi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)- 696/2018 saylı qətnaməsi ilə sözügedən müqavilə ləğv olunmuşdur. Qətnamə qüvvəsini aldıqdan sonra iş icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İşin icrası ilə bağlı "xxxx" MMC-nin adına verilmiş 04 mart 2009-cu il tarixli ********** saylı Çıxarışın ləğv edilməsi tələbi ilə Balakən Rayon İcra və Probasiya Şöbəsinin məktubu ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə göndərilmişdir. Bu məktuba cavab olaraq 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 21 dekabr 2018-ci il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinə cavab məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, mülkiyyətlərində olan torpaq sahəsi 07 may 2018-ci il tarixdə “Daşınar və Daşınmaz Əmlakların Hərrac Mərkəzi “ MMC tərəfindən keçirilmiş hərracda satışa çıxarılmış və ona məxsus pay torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Bundan sonra bu torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində 07 iyun 2018-ci il tarixdə ********** saylı Çıxarış verilmişdir. Bu səbəbdən Məhkəmənin 23 oktyabr 2018-ci il tarixli 2(019)-696/2018 saylı qətnaməsinin icra edilməsi mümkün deyildir. Buna görə də "xxxx" MMC-nin adına verilmiş ********** saylı Çıxarışın ləğv edilməsi ilə bağlı yenidən Məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1,İddiaçı2 və Əzizov (Yetimov) Azad Cahbarxan oğlu iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi Nümayəndə5 izahatında göstərdi ki, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin 26 oktyabr 2016-cı il tarixli, 2-2(82)- 1179/2016 saylı qətnaməsinə əsasən mübahisəli torpaq sahəsi üzərində "Bakı Fındıq Emalı” MMC-nin mülkiyyət hüququna xitam verilmiş və həmin torpaq sahəsi Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmişdir. Qeyd olunan qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən həmin torpaq sahəsi üzərindəki "xxxx" MMC-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş və həmin əmlak üzərində 21 fevral 2017-ci ii tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh2 QSC BQKT-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 QSC BOKT-ı qeyd olunan torpaq sahəsini 07 may 2018-ci il tarixində "xxxx" MMC tərəfindən keçirilən hərracda satışa çıxarılmış və həmin hərracın qalibi kimi həmin torpaq sahəsi "xxxx" MMC-in mülkiyyətinə keçmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən keçirilən hərracin qalibi kimi verilmiş 07 may 2018-ci il tarixli 01/01 saylı "Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında Protokolu”na əsasən qeyd olunun torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 07 iyun 2018-ci il tarixində,********** saylı qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İddiaçıların tələbi əsasızdır və təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər "xxxx" MMC,"xxxx" MMC və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 24 dekabr 2018-ci il tarixli **********34 nömrəli məktubda göstərilmişdir ki, “Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli icra sənədinin icrasının təmin edilməsi və nəticəsi haqqında məlumatın verilməsi barədə 28 noyabr 2018-ci il tarixli 235593/2018-46-4 saylı məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. İcra sənədinin icrası ilə bağlı məlumat veririk ki, ünvan 2i yanında yerləşən 1,1798 ha torpaq sahəsi Balakən rayon Dövlət notariat kontorunda 06 aprel 2008-ci il tarixində bağlanılmış 4Ə-135 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində 04 mart 2009-cu il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə “Bakı Fındıq Emalı’’ MMC-nin adına qeydiyyata alınmışdır. Daha sonra 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin 26 oktyabr 2016-cı il tarixli, 2-2(82)-1179/2016 saylı icra vərəqəsinə əsasən qeyd olunan torpaq sahəsi üzərində "Bakı Fındıq Emalı” MMC-nin mülkiyyət hüququna xitam verilmiş və həmin torpaq sahəsi Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmişdir. Qeyd olunan icra vərəqəsinə əsasən həmin torpaq sahəsi üzərindəki "xxxx" MMC-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş və həmin əmlak üzərində 21 fevral 2017-ci il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh2 QSC BQKT-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 QSC BOKT-ı qeyd olunan torpaq sahəsini 07 may 2018-ci il tarixində "xxxx" MMC tərəfindən keçirilən hərracda satışa çıxarılmış və həmin hərracın qalibi kimi həmin torpaq sahəsi "xxxx" MMC-in mülkiyyətinə keçmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən keçirilən hərracin qalibi kimi verilmiş 07 may 2018-ci il tarixli 01/01 saylı "Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında Protokolu”na əsasən qeyd olunun torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 07 iyun 2018-ci il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Odur ki, ünvan 2i ünvanında yerləşən 1,1798 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMC-nin adına qeydiyyata alındığından Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli icra sənədinin icrasının təmin edilməsi mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 1.1793 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Əkin) daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 147 nömrəli vərəqində "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İşdə olan 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2- 2(81)-1179/2016 saylı qətnaməsinin surətindən görünür ki,həmin qətnamə ilə cavabdeh "xxxx" MMC-dən 61539768,49 manat əsas borc,1338159 manat faiz borcu, cəmi 62877927,49 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh2 QSC BOKT-nin xeyrinə tutulması ,borc tələbinin “Bakı Fındıq Emalı “ MMC-nin mülkiyyətində olan əmlaklara , o cümlədən mübahisə predmeti olan torpaq sahəsinin də daxil olduğu Balakən rayonu Talalar kəndində yerləşən 69,7592 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklar üzərində “Bakı Fındıq Emalı“ MMC-nin mülkiyyət hüququna xitam verilməsi, həmin əmlakların Cavabdeh2 QSC BOKT-nin mülkiyyətinə verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(103)-212-2022 nömrəli qərardadından görünür ki, həmin qərardadla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(82)-1179/2016 saylı qətnaməsindən İddiaçı1, İddiaçı2 və Əzizov (Yetimov) Azad Cahbarxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçıların, Cavabdeh2 QSC BOKT-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Əzizov ( Yetimov) Azad Cahbarxan oğlunun mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Balakən rayonu Talalar kəndi ərazisindən 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 06 aprel 2008-ci il tarixli 4Ə-135 saylı torpağın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 1,1798 ha hissəsi "xxxx" MMC-yə satılmışdır. Sözügedən torpaq sahəsi bağlanmış alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində 04 mart 2009-cu il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə “Bakı Fındıq Emalı’’ MMCnın adına qeydiyyata alınmışdır. Daha sonra 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin 26 oktyabr 2016-cı il tarixli, 2-2(82)-1179/2016 saylı icra vərəqəsinə əsasən qeyd olunan torpaq sahəsi üzərində "Bakı Fındıq Emalı” MMC-nin mülkiyyət hüququna xitam verilmiş və həmin torpaq sahəsi Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmişdir. Qeyd olunan icra vərəqəsinə əsasən həmin torpaq sahəsi üzərindəki "xxxx" MMC-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş və həmin əmlak üzərində 21 fevral 2017-ci il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh2 QSC BQKT-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 QSC BOKT-ı qeyd olunan torpaq sahəsini 07 may 2018-ci il tarixində "xxxx" MMC tərəfindən keçirilən hərracda satışa çıxarılmış və həmin hərracın qalibi kimi həmin torpaq sahəsi "xxxx" MMC-in mülkiyyətinə keçmişdir.“Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən keçirilən hərracın qalibi kimi verilmiş 07 may 2018-ci il tarixli 01/01 saylı "Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında Protokolu”na əsasən qeyd olunun torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 07 iyun 2018-ci il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və Əzizov ( Yetimov) Azad Cahbarxan oğlu 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin 26 oktyabr 2016-cı il tarixli, 2-2(82)-1179/2016 saylı qətnaməsindən apelyasiya şikayəti versələr də onların şikayəti qeyri mümkün hesab olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 414.1-414.5-ci maddələrinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.1-415.7-ci maddələrinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 416.1-416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Eyni zamanda Mülki Məcəlləsinin 421.1-421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-423.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə işin hallarını, mübahisəli torpaq sahəsinin qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 QSC BOKT-nin mülkiyyətinə keçməsini, həmin torpaq sahəsinin, mülkiyyətçisi olan Cavabdeh2 QSC BOKT tərəfindən hərraca çıxarılmasını, iddiaçıların hərracın qanun pozuntularına yol verilməklə keçirilməsinə dair heç bir sübut təqdim edə bilməmələrini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi mübahisələndirilən 1.18 ha torpaq sahəsinə dair keçirilmiş hərracın və 07 may 2018-ci il tarixli 01/01 saylı hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokolun ləğv edilməsi hissəsində təmin edilə bilməz. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə sözügedən torpaq sahəsinin “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən keçirilən hərracin qalibi kimi verilmiş 07 may 2018-ci il tarixli 01/01 saylı "Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında Protokolu”na əsasən daşınmaz əmlakın dövlət reyestrində 07 iyun 2018-ci il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin torpaq sahəsinə görə cavabdeh "xxxx" MMC-yə verilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə aid hissədə də təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizov (Yetimov) Azad Cahbarxan oğlunun cavabdehlər "xxxx" MMC-ə, Cavabdeh2 QSC BOKT-nə, "xxxx" MMCə və Cavabdeh4 qarşı hərracın nəticələrinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizov (Yetimov) Azad Cahbarxan oğlunun cavabdehlər "xxxx" MMC-ə, Cavabdeh2 QSC BOKT-nə, "xxxx" MMC-ə və Cavabdeh4 qarşı hərracın nəticələrinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-2/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-2/2022
01.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver