Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-21/2021 16.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyən etdi: İddiaçı nümayəndəsi-vəkili vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 5933 (beş min doqquz yüz otuz üç) manat və 16225 (on altı min iki yüz iyirmi beş) avro, mənəvi ziyana görə 50000 (əlli min) manat pul vəsaitinin Cavabdeh tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuşdur. Həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyi cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Cinayət işi aparılarkən məlum olmuşdur ki, üzərində Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı zamanı qarın nahiyyəsində həkim mama-ginekoloq Cavabdeh (iş üzrə cavabdeh) bir ədəd tibbi bint (tampon) qoyması, həmin tibbi bintin qarın boşluğunda qalaraq vəziyyətinin kritik ağırlaşması və təkrar üzərində cərrahiyyə əməliyyatı olunması, əməliyyat zamanı böyük piyliyin və bağırsağının bir hissəsinin rezeksiya edilərək, götürülməsi baş vermişdir. Belə ki, xx xxxx 2017-ci il tarixdə hamilə olduğu üçün o, Balakən Rayon Mərkəzi Xəstəxananın doğum evində şöbə müdiri-həkim-ginekoloq Cavabdeh müraciət etmişdir. Cavabdeh onu müayinə etdikdən sonra, səhər gəlməyini və üzərində mütləq qeysər kəsiyi əməliyyatı keçirməsini bildirmişdir. xx xxxx 2017-ci il tarixdə Cavabdeh tövsiyyə etdiyi kimi, ona müraciət etmiş, o, həmin gün üzərində qeysər kəsiyi əməliyyatı keçirmiş və onun bir övladı anadan olmuşdur. Üzərində əməliyyat keçirməmişdən əvvəl Cavabdeh əməliyyat keçirdiyinə görə ödəniş etməsini tələb etmişdir. Cavabdeh üzərində qeysər kəsiyi əməliyyat keçirərkən qarın nahiyyəsində tənzif bağı saxlamışdır. Əməliyyat nəticəsində həkimlər onu xilas etmək üçün bağırsağının bir hissəsini kəsməyə məcbur olmuşlar. Buna görə də o, əməliyyat olunmamışdan əvvəl Cavabdeh 400 (dörd yüz) manat pul ödəmişdir. O, bir neçə gündən sonra xəstəxanadan çıxarılmışdır. Bundan altı ay keçdikdən sonra vəziyyəti kəskin surətdə pisləşdiyinə görə cavabdehə müraciət etmişdir. USM-dən keçdikdən sonra Cavabdeh ona bildirmişdir ki, qarın nahiyyəsində kista əmələ gəlmişdir. Bundan sonra o, Zaqatala rayonunun Diaqnostika Mərkəzinə müraciət etmiş, orada müayinədən keçdikdən sonra üzərində təcili əməliyyat aparılmasını ona bildirmişlər. Vəziyyəti getdikcə pisləşmiş, qan analizləri çox pis nəticə göstərmişdir. Nəticədə üzərində birinci əməliyyat keçirilmişdir. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əməliyyat zamanı aşkar olunmuşdur ki, üzərində qeysər kəsiyi əməliyyatı keçirməyə ehtiyac yox idi. Bundan başqa Cavabdeh səhvinə görə onda qan zəhərlənməsi, dalaq və qara ciyərin şişməsi əmələ gəlmişdir. Zaqatala rayonunun Diaqnostika Mərkəzinin həkimləri Cavabdeh səhvini düzəldərək, onun sağ qalması üçün mübarizə aparmışlar. Bundan sonra üzərində yenə iki cərrahiyyə əməliyyat aparılmışdır. O, müalicə olunarkən qohumları Cavabdeh müraciət etmiş, vəziyyəti ona izah etmiş və heç olmasa müalicə haqqını ödəməyə köməklik etməyi xahiş etmişlər. Lakin Cavabdeh qohumlarına çox kobud surətdə bildirmişdir ki, burada nə olub ki, nə olsun ki, tənzif yadından çıxıb qarnında, hara istəyirlər, şikayət edə bilərlər, o, adamsız deyil, şikayət eləsələr də, pul verib özünü qurtaracaqdır. Bundan sonra o, Cavabdeh hərəkətindən prokurorluğa şikayət etmiş və yuxarıda qeyd olunduğu kimi, barəsində hökm çıxarılmışdır. Baş vermiş hadisələr nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, üzərində müayinə və əməliyyat aparılması üçün 3000 (üç min) manat pul vəsaiti sərf edilmişdir. Bundan əlavə hüquqlarını müdafiə etmək üçün tərəfindən vəkil xərclərinə görə 650 (altı yüz əlli) manat pul vəsaiti ödənilmişdir. Daha sonra Balakən rayonunda qeydiyyatda olduğuna baxmayaraq, həyat yoldaşının işi ilə əlaqədar Bakı şəhərində kirayə yaşamışdır. Ona görə də həmin cinayət işi Balakən Rayon Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində baxılarkən məhkəmədə iştirak etmək üçün 1080 (bir min səksən) manat yol xərcləri olmuşdur. Bundan başqa baş vermiş hadisə nəticəsində qalın bağırsağının bərpa olunması üçün yenə üzərində cərrahiyyə əməliyyatı aparılmalıdır. Bununla bağlı həmin cinayət işi üzrə hökm ingilis dilinə tərcümə olunmuş və Almaniya ölkəsində çalışan işçilərlə nümayəndəsi arasında müəyyən yazışmalar aparılmış və hökmün tərcümə olunmuş variantı tələb olunmuşdur. Buna görə də hökm tərcümə olunmuş və Almaniyaya nümayəndəsinin elektron poçt vasitəsilə göndərilmişdir. Hökmün tərcüməsi üçün tərəfindən 200 (iki yüz) manat pul vəsaiti ödənilmişdir. Almaniyada çalışan işçilərlə yazışmalar nəticəsində bildirmişlər ki, ancaq qiyabi məsləhət üçün ona 800 (səkiz yüz) avro pul vəsaiti tələb olunur. Həmin əməliyyatın aparılması xarici ölkələrdə, o cümlədən Almaniyada aparılır və əməliyyatın aparılması üçün ən əvvəl əyani müayinə tələb olunur-müayinə xərci Almaniya klinikalarında 3437 (üç min dörd yüz otuz yeddi) avrodan başlayaraq 5425 (beş min dörd yüz iyirmi beş) avroya qədər, əməliyyatın aparılması üçün 8000 (səkkiz min)- 10000 (on min) avroya qədər pul vəsaiti tələb olunur. Bundan əlavə bir nəfər üçün Azərbaycandan Almaniyaya və Almaniyadan Azərbaycana «AZAL» şirkətindən satılan təyyarəyə gediş-gəliş üçüş bileti 915-973 (doqquz yüz on beş - doqquz yüz yetmiş üç) manat pul təşkil edir. Ümumilikdə Almaniyada müayinə və əməliyyat aparılması üçün 16225 (on altı min iki yüz iyirmi beş) avro pul vəsaiti tələb olunur. Bundan başqa hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat pul vəsaiti dövlət rüsumu tərəfindən ödənilmişdir. Beləliklə, Cavabdeh tərəfindən ona ümumilikdə 16225 (on altı min iki yüz iyirmi beş) avro və 5933 (beş min doqquz yüz otuz üç) manat miqdarında: 3000 (üç min) manat - müayinə və əməliyyat aparılmasına görə; 650 (altı yüz əlli) manat - vəkil xərcləri; 1080 (bir min səksən) manat - yol xərcləri; 200 (iki yüz) manat - tərcümə haqqı; 973 (doqquz yüz yetmiş üç) manat - təyyarə bileti üçün; 30 (otuz) manat - dövlət rüsumu; 16225 (on altı min iki yüz iyirmi beş) avro müayinə və əməliyyat xərcləri maddi ziyan dəymişdir və bundan əlavə həmin hadisələr nəticəsində mənəvi cəhətdən əzab və sarsıntı keçirmişdir. Hesab edir ki, bu hadisələr nəticəsində Cavabdeh mənəvi əzablarına görə xeyrinə mənəvi ziyan ödəməlidir. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq Cavabdeh tərəfindən əməliyyatla bağlı alınmış 400 manat vəsaitin ona qaytarılmasını, bir qisim dərmanların alınması üçün 1785,84 manat məbləğində vəsait ödədiyini göstərərək, iddianın təmin olunmasını xahiş etmişdir. xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxxxx 2020-ci il taridə keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X7 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uğün izahat vermiş, əlavə olaraq təmsil etdiyi İddiaçı tərəfindən müalicəsi üçün çoxlu dərmanları öz vəsaiti heabına aldığını, İddiaçı o cümlədən aldığı bir sıra dərmanlara 1785, 84 manat məbləğində vəsait sərf etdiyini, bunun müvafiq arayışla təsdiq olunduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində həmin maddə ilə hökm çıxarılmışdır. Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və qeyd etmişdir ki, o, Balakən Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri, baş mama-ginekoloqu vəzifəsində işlədiyi zaman xx.xx.2017-ci il tarixdə Balakən rayon sakini İddiaçı keysəriyyə yolu ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qız övladı dünyaya gətirmişdir. Həmin cərrahiyyə əməliyyatında Cavabdeh cərrah həkim kimi, X4 isə onun asistenti kimi iştirak etmişdir. Cərrahiyyə əməliyyatı uğurla keçmiş, xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Bundan sonra Cavabdeh həmin xəstəni görməmiş, 2017-ci ilin oktyabr ayının əvvəllərində İddiaçı yaxın qohumları, yəni 2 nəfər qadın onun yanına gələrək, xəstə İddiaçı uzun müddət qarın nahiyəsindəki ağrılardan əziyyət çəkməsini bildirmişlər. Yaxın qohumlarının dediyinə görə xx.xx.2017-ci il tarixdə Balakən rayon sakini İddiaçı Balakən Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində keysəriyyə yolu ilə əməliyyat olan zaman onun bağırsağında bir ədəd tibbi bint (tampon) qalmışdır. Cavabdeh həmin vaxt adlarını bilmədiyi, lakin üzdən tanıdığı həmin şəxslərə bildirmişdir ki, əgər İddiaçı bu günə kimi qarın nahiyəsindəki ağrılardan əziyyət çəkmişdirsə, hansı səbəbdən bu günə kimi ona müraciət etməmişdir. Bundan sonra isə İddiaçı anası bildirmişdir ki, qızı Bakı şəhərində yaşadığı üçün orada bir sıra xəstəxanalara müraciət etmiş, orada da qarnındakı ağrıların normal olduğunu bildirmişlər. Daha sonra isə İddiaçı yaxın qohumları xəstəxananı tərk etmişlər. 2017-ci ilin oktyabr ayının əvvəllərində Cavabdeh Sevil Mehdiyeva ilə birlikdə X11 Mərkəzində müalicə alan İddiaçı yanına gedərək, onun səhhəti ilə maraqlanmış,həmin vaxt İddiaçı Cavabdeh və Sevil Mehdiyevaya onlardan heç bir şikayətinin olmadığını, sadəcə olaraq sağalması üçün maddi köməklik istədiyini bildirmişdir. Xəstə İddiaçı keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunmasına göstəriş Cavabdeh tərəfindən verilmişdir, buna səbəb isə xəstədə vaxtı ötən hamiləlik, 6 ilə yaxın müddətdə sonsuzluq əlamətləri və doğuş yollarının doğuşa hazır olmaması olmuşdur. Hətta Cavabdeh xəstə İddiaçı cərrahiyyə əməliyyatı edən zaman göbək ciyəsinin 2 dəfə körpənin boynuna dolanması hallarını müşahidə etmişdir. Cavabdeh İddiaçı qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı edən zaman operator həkim vəzifəsini yerinə yetirmiş, xəstənin qarın boşluğunun qurudulması üçün nəzərdə tutulan tibbi bintləri (tamponları) istifadə etmiş, cərrahiyyə əməliyyatı yekunlaşdıqdan sonra hər hansı bir sayda tibbi bint (tampon) xəstənin qarın boşluğunda qalmamışdır. Cavabdeh həmin tamponları istifadə etdikdən sonra cərrahiyyə blokunun tibb bacısı X5 onun verdiyi sayla təhvil vermişdir. Prosedura qaydalarına uyğun olaraq Cavabdeh İddiaçı üzərində cərrahiyyə əməliyyatı aparan zaman əməliyyatda istifadə etdiyi tibbi bintləri (tamponları) müəyyən sayla cərrahiyyə blokunun baş tibb bacısı Elnarə Bodurovadan təhvil almış, əməliyyat bitdikdən sonra isə həm istifadə etdiyi, həm də istifadə etmədiyi tibbi bintləri (tamponları) Elnarə Bodurovaya təhvil vermişdir. Əgər həmin vaxt tibb bacısı bintlərin sayında uyğunsuzluq aşkar etmiş olsaydı, ona bu barədə məlumat verərdi. Cavabdeh İddiaçı üzərində cərrahiyyə əməliyyatı apardıqdan sonra onun qarın boşluğunu tam nəzərdən keçirib, əməliyyatı yekunlaşdırmışdır. Cavabdeh hesab edir ki, İddiaçı qarın boşluğunda hər hansı bir cərrahi alət və ya bintin (tampon) qalması mümkün deyildir. Cavabdeh barəsində çıxarılmış hökmdən həm apellyasiya şikayəti, həm də kassasiya şikayəti verilsə də, onun şikayətləri təmin olunmamış, Cavabdeh təqsirli olması müəyyən edilmişdir. Cavabdeh iddiaçıya heç bir maddi və mənəvi zərər yetirməmişdir. İddiaçı əməliyyatdan sonrakı dövrdə hamilə qalmış, ikinci övladını dünyaya gətirmişdir. Onun doğuşu xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Respublika Kliniki Xəstəxanasında aparılmışdır. Onun hamiləliyinin fərdi vərəqəsində bütün ultrasəs və analizlərin cavablarına əsasən sağlamlığında heç bir problem yoxdur. Həkim müayinəsi zamanı anamnezində sağlamlığında heç bir problemin olmadığı qeyd edilmişdir. İddiaçı ölkə xaricində, Almaniyada müalicəyə ehtiyacının olmasına dair Azərbaycanda heç bir diaqnoz-epikriz qoyulmamış, bu barədə həkim rəyi epikrizi yoxdur. Cavabdeh 566,60 manat əmək haqqı alır. Cavabdeh ailəlidir. Onun başqa qazancı (gəliri) yoxdur. Ona qarşı əsassız olan bir iddianın təmin edilməsi Cavabdeh üçün ağır məhrumiyyətlər yaradacaq və ona qarşı çox qanunsuz bir addım olacaqdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı bibisidir. O, İddiaçı ilə bağlı bütün proseslərdə iştirak etmişdir. İddiaçı qarşı cinayət əməli törədən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə qüvvədə qalmışdır. Məlum olmuşdur ki, İddiaçı üzərində Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı zamanı qarın nahiyyəsində həkim mama-ginekoloq Cavabdeh bir ədəd tibbi bint (tampon) qoymuş,həmin tibbi bint Nərminin qarın boşluğunda qalaraq, vəziyyətinin ağırlaşmasına və təkrar üzərində cərrahiyyə əməliyyatının aparılmasına səbəb olmuşdur. Əməliyyat zamanı İddiaçı böyük piyliyinin və bağırsağının bir hissəsi kəsilərək, götürülmüşdür. Nərmin xx xxxx 2017-ci il tarixdə hamilə olduğu üçün Balakən Rayon Mərkəzi Xəstəxanasının doğum evində şöbə müdiri-həkim-ginekoloq Cavabdeh müraciət etmiş, Cavabdeh onu müayinə etdikdən sonra üzərində mütləq qeysər kəsiyi əməliyyatı keçirməsini bildirmişdir. xx xxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh müraciət etmiş, Cavabdeh həmin gün Nərminin üzərində qeysər kəsiyi əməliyyatı keçirmiş və Nərminin bir övladı anadan olmuşdur. Bicilova X9 üzərində qeysər kəsiyi əməliyyatı keçirərkən qarın nahiyyəsində tənzif bağı saxlamışdır. Əməliyyat nəticəsində həkimlər Nərmini xilas etmək üçün bağırsağının bir hissəsini kəsməyə məcbur olmuşlar. Bir neçə gündən sonra Nərmin xəstəxanadan çıxarılmışdır. Bundan altı ay keçdikdən sonra İddiaçı vəziyyəti kəskin surətdə pisləşmiş və Cavabdeh müraciət etmiş, Cavabdeh Nərminə onun qarın nahiyyəsində kista əmələ gəldiyini bildirmişdir. Bundan sonra Nərmin Zaqatala rayonunun Diaqnostika Mərkəzinə müraciət etmiş, orada müayinədən keçdikdən sonra üzərində təcili əməliyyat aparılması ona bildirilmiş, Nərminin vəziyyəti getdikcə pisləşmiş, qan analizləri çox pis nəticə göstərmişdir. Nəticədə Nərminin üzərində birinci əməliyyat keçirilmişdir. Əməliyyatdan sonra Nərmin reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əməliyyat zamanı aşkar olunmuşdur ki, Nərminin üzərində qeysər kəsiyi əməliyyatı keçirməyə ehtiyac yox idi. Bundan başqa Cavabdeh səhvinə görə Nərmində qan zəhərlənməsi, dalaq və qara ciyərin şişməsi əmələ gəlmişdir. Zaqatala rayonunun Diaqnostika Mərkəzinin həkimləri Cavabdeh səhvini düzəldərək, İddiaçı sağ qalması üçün əlindən gələni etmişlər. Bundan sonra Nərminin üzərində yenə iki cərrahiyyə əməliyyat aparılmışdır. Nərmin müalicə olunarkən qohumları Cavabdeh müraciət etmiş, vəziyyəti ona izah etmiş və heç olmasa müalicə haqqını ödəməyə köməklik etməyi xahiş etmişlər. Lakin Cavabdeh onlara çox kobud surətdə hara istəyirlərsə, şikayət edə biləcəklərini, hər yerdə adamının olduğunu bildirmişdir. Bundan sonra İddiaçı Cavabdeh hərəkətindən prokurorluğa şikayət etmiş və yuxarıda qeyd olunduğu kimi, Cavabdeh barəsində hökm çıxarılmışdır. Baş vermiş hadisələr nəticəsində Nərminə maddi və mənəvi ziyan dəymişdir ki, iddia ərizəsində də bu göstərilmişdir. Həmin hadisələr nəticəsində İddiaçı mənəvi cəhətdən çox əzab, stress və sarsıntı keçirmişdir. İddiaçı müalicəsi üçün çoxlu dərmanları aptekdə öz vəsaiti heabına almış, lakin apteklərdən çeklər almamışdır. İddiaçı onun iştirakı ilə aldığı bir sıra dərmanlara görə 1785, 84 manat məbləğində vəsait ödəmişdir ki, bu da işdə olan müvafiq arayışla təsdiq olunur. İddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə İddiaçı pulundan 650 manatı Nərminin tapşırığı ilə o, ödəmişdir. Vəkilə ödənilən həmin 650 manat pul İddiaçı olmuşdur. Məhkəmə iddiaçının, onun nümayəndəsinin-vəkilinin və cavabdehin nümayəndəsinin-vəkilinin izahatlarını və şahid ifadəsini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(019)-22/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh Balakən Rayon Mərkəzi Xəsətxanasının Doğum şöbəsinin müdiri, başmama ginekoloqu vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qüvvədə olan xx xxxxxxx 2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş «Doğuşun induksiyası və stimulyasiyası üzrə» klinik protokolun qaydalarını pozaraq, «Kesar» kəsiyi cərrahiyyə əməliyyatına tibbi göstəriş olmadığı halda «42 həftə hamiləlik, latent faza, baş gəlişi, döl başının hündürdə duruşu» diaqnozu ilə xəstəxanaya müraciət etmiş xx.xx.1988-ci il təvəllüdlü İddiaçı üzərində xx.xx.2017-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı icra edərək, qadın cinsli, çəkisi 3.500 qram, boyu 51 sm olan diri uşaq çıxarması, qarın boşluğunu lazımi qaydada təftiş etməyərək, qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerrat (tampon) qoyaraq, qarının ön divarlarını qat-qat tikməsi, qarın boşluğunda uzun müddət yad cismin qalmasının İddiaçı ümumi halsızlığa, yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə, çənbər bağırsağın perforasiyasına və irinli peritonitin inkişaf etməsinə səbəb olmaqla bunun da həyat üçün təhlükə təşkil edən ağırlaşmalara gətirib çıxarması, bununla əlaqədar İddiaçı xx.xx.2017-ci il tarixdə X11 Mərkəzində təkrar cərrahiyyə əməliyyatına məruz qalması, əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsağın 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülməsi müəyyən edilərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq olunması hökm edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1 (107)-15/2019 nömrəli qərarından görünür ki, Cavabdeh və onun müdafiəçisi Vəkil2, zərərçəkmiş şəxs İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş,Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə məhkum edlilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(019)-22/2018 saylı hökmü baxılan apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 1(102)-796/2019 nömrəli qərarından görünür ki, Cavabdeh müdafiəçisi Vəkil2 kassasiya şikayəti və zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi-vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X12 X1 xx xxxxxxxx 2017-ci il tarixli müayinə protokolundan görünür ki, İddiaçı çanaqda kistoz tərəmə, duqlasda maye, periton qıcıqlanma əlamətləri, xroniki hepatit əlamətləri aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X12 X6 xx xxxxxxx 2017-ci il tarixli müayinə protokolundan görünür ki, İddiaçı bağırsaqlarda zəif peristaltika izlənir, bağırsaq ilgəkləri arasında yayılmış formada və kiçik çanaqda az miqdarda 400-500 ml sərbəst maye izlənməsi aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 12 saylı Hüquq Məsləhətxanasının xx xxxx 2019-cu il tarixli GSU 076780 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Şahid cinayət işi ilə bağlı hüquqi yardım üçün 200 manat pul ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 12 saylı Vəkil Bürosunun xx xxxxxxx 2018-ci il tarixli GSU 217981 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Şahid cinayət işi ilə bağlı hüquqi yardım üçün 150 manat pul ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 12 saylı Vəkil Bürosunun xx xxx 2019-cu il tarixli GSU 467654 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Həmid qızı cinayət işi ilə bağlı hüquqi yardım üçün 100 manat pul ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 12 saylı Vəkil Bürosunun xx xxx 2019-cu il tarixli GSU 467655 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Həmid qızı cinayət işi ilə bağlı hüquqi yardım üçün 100 manat pul ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı hüquqi yardım üçün 100 manat pul ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən “xxxx” Rent Car MMC-nin arayışından görünür ki, Şahid “xxxx” Rent Car MMC-dən icarəyə avtomaşın götürmüş və ümumilikdə1080 manat icarə haqqı ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X23 430/KEŞ nömrəli, xx xxxxxxx 2020ci il tarixli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı adına “X11 Mərkəzi”ndə tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Kiçik çanaqda kistoz törəmə. Kəskin qarm” diaqnozu düzgün təyin olunmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə həyati göstərişlə onun üzərində “Absesin” ləğvi, böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı yad cisim “Tampon” aşkar olunaraq götürülmüş, böyük piyliyin və bağırsağın bir hissəsi rezeksiya olunmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı abdominal ultrasəs və qarın boşluğunun icmal rentgenoqrafiya müayinələri aparılmış və müayinələrə əsasən ,onun üzərində icra edilmiş “Absesin ləğvi. Böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı ilə əlaqədar hal-hazırda onun sağlamlığına təhlükə törədəcək hər hansı bir patologiyanın olduğu müəyyən edilməmişdir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli, xx xxxx 2018-ci il tarixli, xx xxxxxxx 2018-ci il tarixli, xx xxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli həkim reseptlərindən görünür ki, İddiaçı müalicəsi ilə bağlı həmin həkim reseptlərində bir sıra dərman preparatlarının alınmalı olması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən “Paşa-K aptekinin xx xxxxxx 2020-ci il tarixli 115/K nömrəli arayışından görünür ki, 12 saylı Vəkil Bürosunun xx xxxxxx 2020-ci il tarixli 789 №-li sorğusuna cavab olaraq təqdim edilmiş həmin-xx xxxxxx 2017-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 144,75 AZN (yüz qırx dörd manat yetmiş beş qəpik);-xx xxxx 2018-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 366,10 AZN (üç yüz altmış altı manat on qəpik);-xx xxxxxxx 2018-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 356 AZN (üç yüz əlli altı manat);-xx xxxxxx 2019-cu il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 405,50 AZN (dörd yüz beş manat əlli qəpik);-xx xxxxxx 2019-cu il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 266,19 AZN (iki yüz altmış altı manat on doqquz qəpik);-xx xxxxxx 2020-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 247,30 AZN (iki yüz qırx yeddi manat otuz qəpik) təşkil etməsi, ümumilikdə təqdim edilmiş bu həkim reseptləri üzrə dərman vəsaitlərinin qiymətinin 1785.84 AZN (bir min yeddi yüz səksən beş manat səksən dörd qəpik) təşkil etməsi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Balakən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri, baş-mama ginekoloqu vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qüvvədə olan xx xxxxxxx 2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş “Doğuşun induksiyası və stimulyasiyası üzrə” klinik protokolun qaydalarını pozaraq, Kesar” kəsiyi cərrahiyyə əməliyyatına tibbi göstəriş olmadığı halda, “42 həftə hamiləlik, latent faza, baş gəlişi, döl başının hündürdə duruşu” diaqnozu ilə xəstəxanaya müraciət etmiş xx.xx.1988-ci il təvəllüdlü İddiaçı üzərində xx.xx.2017-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı icra edərək, qadın cinsli çəkisi 3.500 qram boyu 51 sm olan diri uşaq çıxarmış, İddiaçı qarın boşluğunu lazımi qaydada təftiş etməyərək, qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerrat (tampon) qoyaraq, qarının ön divarlarını qatqat tikmişdir. Qarın boşluğunda uzun müddət yad cismin qalması İddiaçı ümumi halsızlığa,yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə, çənbər bağırsağın perforasiyasına və irinli peritonitin inkişaf etməsinə səbəb olmuşdur ki, bu da həyat üçün təhlükə təşkil edən ağırlaşmalara gətirib çıxartmışdır. Bununla əlaqədar İddiaçı xx.xx.2017-ci il tarixdə X11 Mərkəzində təkrar cərrahiyyə əməliyyatına məruz qalmış,əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsaq 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülmüşdür. Buna görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(019)-22/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla 1 (bir)il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunması hökm edilmiş və həmin hökm qanuni qüvvəyə minmişdir. Cavabdeh həmin hərəkətləri nəticəsində iddiaçı X8 maddi və mənəvi zərər dəymişdir. Cavabdeh iddia tələbi ilə bağlı İddiaçı Natiq qızı üzərində tibbi əməliyyatı düzgün aparmamasında özünü təqsirli bilməməsini göstərsə də, İddiaçı məhz cavabdehin ehtiyatsızlığı ilə təqsiri nəticəsində xəsarət alması, təkrar cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X26 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İşin müəyyən olunmuş hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Cavabdeh ehtiyatsızlığı nəticəsində İddiaçı üzərində uğursuz qeysər kəsiyi əməliyyatının aparılması, İddiaçı təkrar cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi və uzun müddət müayinə və müalicə olunaraq, ağrı, iztirab və sarsıntı keçirməsi, nəticədə Cavabdeh tərəfindən iddiaçı X8 maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessuval Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikası CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Həmin Qanunun 51-ci maddəsinin 5-ci bəndinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən İddiaçı ona həkim səhlənkarlığı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etmək hüququ vardır və onun həmin tələbi qismən əsaslıdır. Bu xüsusda məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən İddiaçı tərəfindən ona həkim səhlənkarlığı nəticəsində həkim reseptləri üzrə müalicəsi üçün dərman vəsaitlərinin alınmasına 1785.84 manat məbləğində pulun ödənilməsi İddiaçı, onun nümayəndəsi-vəkilinin izahatları və Şahid ifadəsi, həmçinin “Paşa-K" aptekinin xx xxxxxx 2020-ci il tarixli, 115/K nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh İsrfail qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə vəkil-Vəkil1 Balakən Rayon Məhkəməsində İddiaçı nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmiş, həmçinin həmin vəkil Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermiş və həmin hökmdən apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə proseslərində zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi qismində iştirak etməklə onun hüquqlarını müdafiə etmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermiş, həmçinin hazırki iddianı hazırlamış və hazırki iş üzrə məhkəmə proseslərində 3 dəfə iştirak etmiş, istər sözügedən cinayət işi, istərsə də hazırki iş üzrə məhkəmə proseslərinə Bakı şəhərindən gəlmiş, bu proseslərdə İddiaçı hüquqlarını müdafiə etmişdir. Zərərçəkmiş şəxs İddiaçı tərəfindən məhkəmə proseslərində onun hüquqlarının müdafiəsi üçün Vəkil1 hüquqi yardım üçün cəmi 650 manat pul ödənilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd edilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, maddi ziyan kimi tələb edilən 650 manat vəkil xərci ağlabatan məbləğ hesab edilməlidir və bu 650 manat vəkilə ödənilən xərc tələbi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia 5933 manat məbləğində maddi ziyan tələbinin müayinə və əməliyyatın aparılmasına görə 3000 manat, yol xərclərinə görə 1080 manat, tərcümə xərcinə görə 200 manat və təyyarə biletinin alınmasına görə 973 manat tələbləri hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı müayinə və əməliyyatın aparılmasına görə 3000 manat ödəməsi, təyyarə bileti üçün 973 manat ödəməsi və bu 3000 manat və 973 manat məbləğlərdə ona maddi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bu tələb hissələrində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. İddiaçının təqdim etdiyi müayinə və müalicə sənədlərində İddiaçı müayinə və əməliyyata görə 3000 manat xərc çəkməsi müəyyən olunmur. Həmçinin iş materiallarından görünür ki, 973 manat təyyarə bileti alınmamış və həmin biletin alınması üçün hələ xərc çəkilməmişdir. X17 Respublikasına gələcəkdə getmək üçün bu xərcin gələcəkdə çəkiləcəyinin ehtimal edildiyini qeyd edir. Eyni zamanda İddiaçı Almanaya Federativ Respublikasına nə vaxt gedəcəyi vaxtı göstərmir və həmin gedəcəyi vaxtda ehtimal etdiyi təyyarə biletinin məhz 973 manat olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hələ baş verməyən, baş verməsinin nə vaxt olduğu göstərilməyən və biliniməyən bir hadisəyə görə çəkilməyən və yalnız çəkiləcəyi ehtimal edilən bir xərcin cavabdehdən tutulması tamamilə əsassız və absurd bir tələbdir. Ona görə də bu tələb təmin edilə bilməz. Eyni zamanda iddiaçı avtomaşını icarəyə götürməsinə görə “xxxx” Rent Car MMC-yə ödəməsi qeyd edilən 1080 manat yol xərcinin məhz cavabdehin qanunsuz hərəkətləri ilə səbəbli əlaqədə olması və cavabdehin tələb edilən bu 1080 manat ziyanın ödənilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu xüsusda iddiaçının təqdim etdiyi “xxxx” Rent Car MMC-nin arayışı mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin arayışda iddiaçının məhz cavabdehin təqsiri üzündən avtomaşını icarəyə götürməyə məcbur olmaqla cavabdehin ona 1080 manat ziyan yetirməsi göstərilmir və sübut olunmur. Digər tərəfdən həmin arayışda avtomaşının icarə haqqı kimi 1080 manat pulun ödənilməsi göstərilsə də, iddiaçının hansı markada və nömrədə avtomaşını hansı vaxta icarəyə götürməsi, həmin avtomaşının gündəlik icarə haqqının və icarəyə götürülən hansı vaxt ərzində icarə haqqının nə qədər təşkil etməsi göstərilməmiş və iddiaçı tərəfindən göstərilən məbləğdə icarə haqqı ödənişini təsdiq edən hər hansı mədaxil qəbzi və ya digər ödəniş sənədi məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, məhkəmə proseslərində iştirak üçün iddiaçının məhz avtomaşın icarəyə götürməklə həmin avtomaşında məhkəməyə gəlmək zərurəti iş materialları ilə təsdiqini tapmır və iddiaçı da bu xüsusda hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə 1080 manat ziyan tələbi də tamamilə əsassızdır. İddiaçı həmçinin 200 manat tərcümə xərcinin cavabdehn hansı qanunsuz əməli ilə səbəbli əlaqədə olması, məhz cavabdehin bu əməli nəticəsində zərurət olaraq həmin 200 manat məbləğdə xərc çəkməsi və həmin 200 manat məbləğdə ehtimal edilən ziyanın vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu 200 manat tələb hissəsində də iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Bu xüsusda həmin 200 manat tərcümə xərcinin ödənilməsinin göstərildiyi qəbz cavabdehin iddiaçıya həmin 200 manat tələb edilən məbğdə ziyan vurmasını təsdiq etmir və sübt etmir. Ona görə 200 manat zian tələbini də məhkəmə əsassız hesab edir. Qeyd olunanlar müayinə və əməliyyatın aparılmasına görə 3000 manat, yol xərclərinə görə 1080 manat, tərcümə xərcinə görə 200 manat və təyyarə biletinin alınması üçün 973 manat ziyan tələbi hissələrində iddianın əsassız olmasını göstərir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia 5933 manat məbləğində maddi ziyan tələbi hissəsində qismən təmin edilməli, Cavabdeh dərman vəsaitlərinin alınmasına sərf olunmaqla vurulmuş maddi ziyanın əvəzi kimi 1785.84 manat və vəkilə görə çəkilmiş xərcdə ifadə olunan maddi ziyanın əvəzi kimi 650 manat məbləğində pul tutularaq, İddiaçı verilməli, iddia təmin olunması nəticəsinə gəlinən bu məbləğlərdən artıq maddi ziyan tələbi hissəsində təmin edilməməlidir. İddiaçı həmçinin Almaniya Federativ Respublikasında qiyabi məsləhət üçün ona 800 (səkiz yüz) avro pul vəsaitinin tələb olunması, əməliyyatın aparılması üçün müayinə xərci kimi Almaniya klinikalarında 3437 avrodan başlayaraq 5425 avroya qədər vəsaitin və əməliyyatın aparılması üçün 8000-10000 avroya qədər pul vəsaitinin tələb olunmasını göstərməklə həmçinin maddi ziyan kimi cavabdehdən 16225 avto pul tələb edir. Maddi ziyanın 16225 avro tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı onun üzərində aparılmış əməliyyatdan sonra bağırsağın və böyük piyliyin bərpası əməliyyatının ölkədən kənarda aparılmasının zəruriliyi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı onun Azərbaycan Respublikasında və ya hər hansı başqa ölkədə deyil, məhz AFR-da müayinə və əməliyyat olunması zərurəti, bunun həyati əhəmiyyət daşımaqla mütləq qaydada baş verməli olması, tələb etdiyi 800 avro, 5425 avro və 10000 avro olmaqla ümumilikdə qiyabi məsləhət, müayinə və əməliyyata 16225 avro vəsait sərf edəcəyi və cavabdehin qanunsuz hərəkətləri ilə hələ çəkilməyən və çəkilməsi ehtimal olunan müvafiq olaraq 800 avro, 5425 avro və 10000 avro olmaqla ümumilikdə məsləhət, müayinə və əməliyyata görə 16225 avro ehtimal olunan ziyanla səbəbli əlaqədə olması və cavabdehin hələ çəkilməyən və çəkilməsi ehtimal edilən bu 16225 avro ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən və faktların eyni qaydada uzlaşması ilə birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu 16225 avro tələb hissəsində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. O da qeyd edilməlidlir ki, iddiaçı müayinə xərci kimi Almaniya klinikalarında 3437 avrodan başlayaraq 5425 avroya qədər vəsaitin, həmçinin əməliyyatın aparılması üçün 8000-10000 arası avro vəsaitin tələb olunduğunu göstərsə də, nədənsə müayinə üçün göstərdiyi aşağı məbləğ olan 3437 avro deyil, daha yuxarı məbləğ olan 5425 avro, həmçinin əməliyyat üçün ehtimal olunan aşağı məbləğ kimi qeyd etdiyi 8000 avro deyil, daha yuxarı 10000 avro məbləğ tələb etmiş və bunun hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Bu xüsusda məhkəmə iddiaçının təqdim etdiyi AFR-də diaqnostika və profilaktikaya dair kalkulyativ məlumat sənədlərini tələb edilən 16225 avro ziyanla bağlı mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin məlumatlar AFR-də müayinə və müalicə xərcləri ilə bağlı həkim preyskurantlarını göstərir və heç bir halda iddiaçıya bu məbləğdə ziyan vurulmasını sübut etmir. Digər tərəfdən, həmin məlumatlar heç də iddiaçının məhz həmin klinikalarda müayinə və müalicə olunmalı olmasını və mütləq qaydada müayinə və müalicə olunacağını və məhz həmin məbləğdə xərc çəkəcəyini sübut etmir. Belə ki, iddiaçı Azərbaycan Respublikasında və ya başqa ölkələrdə də müayinə və müalicə oluna bilər, həmçinin iddiaçının müayinə və müalicə olunan vaxtda AFR-nın sözügedən klinikalarında da müayinə və müalicə xərcləri dəyişə; arta və ya azala bilər. Digər tərəfdən, sözügedən xx.xx.2020-ci il tarixli ekspert rəyində İddiaçı üzərində icra edilmiş “Absesin ləğvi, Böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı ilə əlaqədar hal-hazırda onun sağlamlığına təhlükə törədəcək hər hansı bir patologiyanın olduğunun müəyyən edilmədiyi qeyd edilmişdir. Məhkəmənin isə həmin ekspert rəyində göstərilənlərə şübhə ilə yanaşmaq üçün heç bir əsası yoxdur və iddiaçı da belə bir əsasın olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddianın 50000 manat mənəvi ziyan tələbi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının cavabdehin həkim səhlənkarlığı ilə təqsiri nəticəsində xəsarət alması və təkrarən cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi İddiaçı mənəvi və fiziki sarsıntı və iztirablara səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin həkim səhlənkarlığı ilə bağlı xəsarət alması və əvvəlki sağlamlığının bərpa olunmaması nəticəsində onun çəkdiyi mənəvi və fiziki ağrı, sarsıntı və iztirabların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. BMT Baş Məclisinin xx xxxxxx 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya» nın müddəaları və X25 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin təmin edəcəyi məbləğlə bağlı mənəvi ziyanla gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, həmin qərara görə “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın (Avropa Konvensiyası) 41-ci maddəsinə və X25 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. «X20 AB» Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etdi ki, Belçika qanunvericiliyinə əsasən mülki hüquq pozuntusu (delikt) əsasında vurulmuş ziyana görə kompensasiya tələbi ziyanın vurulduğu andan yaranır. Smirnova Rusiyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi ərizəçiyə fiziki iztirab və mənəvi iztirab və sarsıntılar nəticəsində vurulmuş ziyanın ədalətli ödəniş və ağlabatanlıq prinsipləri əsasında ödənilməli olmasını göstərmişdir. X25 Məhkəməsinin göstərilən presedentləri və digər presedentləri baxımından mənəvi zərərin vurulması ilə bağlı məhkəmə öz mülahizəsi əsasında işin xarakterinə və faktiki hallarına uyğun olaraq iddianı əsaslı və ya əsassız hesab edə bilər. Məhkəmə təhqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri-cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsiri nəticəsində iddiaçı əməliyyata məruz qalmaqla və uzun müddət müalicə olunmaqla fiziki və mənəvi əzab və sarsıntılar çəkmişdir. Bu hallarla, yəni iddiaçının fiziki və mənəvi əzab və sarsıntılar keçirməsi ilə Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsiri arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə hazırki işin hallarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4 və 1097-ci maddələri ilə hüquqi cəhətdən dəyərləndlirərək hesab edir ki, cavabdehin əməlində mənəvi ziyan vurma ilə bağlı delikt məsuliyyətinin bütün 4 elementi vardır. Birincisi, işdəki sübutlardan da görünür ki, iddiaçı cavabdehin CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində əməliyyat keçirməklə və uzun müddət müalicə qəbul etməklə fiziki və mənəvi iztirab və sarsıntılar keçirmişdir. İkincisi, iddiaçının fiziki və mənəvi iztirab və sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Üçüncüsü, işdəki sübutlardan da görünür ki, cavabdehin qanunsuz hərəkətləri ilə iddiaçının fiziki və mənəvi iztirab və sarsıntılar keçirməsi arasında səbəbli əlaqə vardır, yəni bu iztirab və sarsıntılar cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətlərinin bilavasitə nəticəsi olmuşdur. Dördüncüsü, uzun müddət ərzində iddiaçının fiziki və mənəvi iztirab və sarsıntalır keçirməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində fiziki və mənəvi iztirab və sarsıntılar yaşaması işin müəyyən edlilmiş halıdır. Ədalət prinsipi də tələb edir ki, cavabdeh tərəfindən bu qanunsuz hərəkətlərinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq iddiaçıya kompensasiya ödənilsin. Bu konteksdə məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisi-zərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxslərə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyildir və onun tamamilə kompensasiyası qeyrimümkündür. İşin hallarına hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şəxsi hüquqlarına edilən qəsd kifayət qədər ciddi olsa da, mənəvi zərər hissəsində iddia tələbi şişirdilmiş və reallıqdan qopardılmışdır. Mənəvi ziyan barədə iddia tələbinin tam həcmdə təmin edilməsi şübhəsiz ki, cavabdehi müflis edər, özünü və ailəsini maddi cəhətdən çətin vəziyyətə salmış olardı. Belə olan halda bu, demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Cavabdehin nümayəndəsinin-vəkilinin məhkəmədə verdiyi izahatından görünür ki, cavabdeh 566,60 manat əmək haqqı alır, onun başqa qazancı (gəliri) yoxdur. Ailəsi vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamı ilə 2019-cu ildən Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Həmçinin cavabdeh iddiaçıya qarşı törətdiyi əmələ görə cinayət cəzasına məruz qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 50000 manat mənəvi ziyan tələbi 3000 manat hissəsində təmin edilməli, bu məbləğdən artıq məbləğ tələbi hissəsində isə təmin edilməməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, mənəvi zərərə görə 3000 manat məbləği İddiaçıın keçirdiyi fiziki və mənəvi əzab və sarsıntılara görə kompensasiya almaq hüququnun ədalət və ağlabatanlıq prinsipləri nöqteyi-nəzərindən təmin edilməsi məqsədinə mütənasibdir. Bu kompensasiya cavabdehi müflis etmək və onu ağır maddi məhrumiyyətlərə məruz qoymaq məqsədi daşımır. Ona görə də təmin edilməsi nəticəsinə gəlinən 3000 manat mənəvi ziyan məbləği tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinə tamamilə uyğundur. Ona görə də məhkəmə mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 3000 manatın tutulmasını ədalətli və ağlabatan məbləğ hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh vurulmuş maddi ziyana görə dərman vəsaitlərinin alınmasına sərf olunan 1785.84 manat və məhkəmə proseslərində vəkilin hüquqi yardımına görə ödənilən 650 manat olmaqla cəmi 2435.84 manat və mənəvi ziyana 3000 (üç min) manat, ümumilikdə 5435.84 manat tutulub, İddiaçı ödənilməli, iddiai qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş məbləğinə münasib olaraq Cavabdeh 2,26 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1785.84 manat və 650 manat olmaqla cəmi 2435.84 manat və mənəvi ziyana 3000 (üç min) manat, ümumilikdə 5435.84 manat tutulub, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin; iddianın təmin olunmuş məbləğinə münasib olaraq Cavabdeh 2,26 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-21/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-21/2021
16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver