Məhkəmə qərarları › İş №2(019)-218/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-218/2021

15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-218/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi və maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin qərardadı xx xxxxxx 2020-ci il iş №2(0190- 1846/ 2020 ci il tarixdə qəbul edilmiş məhkəmə qərarının ləğv edilməsi və yeni qərarın məhkəmə tərəfindən qəbul edilməsini, İddiaçı1 Rafayıloviçin nənəsinin və atasının evində birgə yaşadığı mənzildə X3 məxsus mənzildə, atasının da yaşadığı mənzildə ona yaşayış hüququnun verilməsinin təmin edilməsi və anasına dəymiş 23.162( iyirmi üç min yüz altmış iki) manat maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, onların X1 və Cavabdeh2 yaşadığı X3 məxsusBalakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən edilməsi və cavabdehlərdən 23162 manat maddi ziyanın alınıb, İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə verərək, məhkəmədə qaldırdıqları iddia ilə bağlı işin məhkəmədə baxılmasını istəmədiklərini bildirərək, iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla ərizənin baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və iddianın baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin ondan işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı hər hansı müraciət məhkəməyə daxil olmamışdır. Ona görə də məhkəmə hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçılar iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiyinə və cavabdeh tərəf hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar