Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-22/2021 01.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan reyestr nömrəsi **********97 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1,0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ümumi birgə olmaqla 5/7 hissə paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən Balakən rayonu Katex kəndində yerləşən 1,0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/6 hissə payı olmaqla ümumi 5/6 hissə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddialarını onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Katex kəndində yaşayırlar. Cavabdeh onların ailə üzvüdür. Onunla münasibətləri yaxşı deyildir. Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1999-cu il tarixli qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 və Cavabdeh 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1195 olan Dövlət Aktı tərtib edilmişdir. JN 1195 olan Dövlət Aktı itdiyi üçün xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən reyestr nömrəsi **********97 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Cavabdehlə mübahisələri olduğundan onlara məxsus olan əmlakdan paylarının müəyyən edilməsini və naturada ayrılmasını istəyirlər. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-248/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/6 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Bu səbəbdən göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi,xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən Balakən rayonu Katex kəndində yerləşən 1,0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/6 hissə payı olmaqla ümumi 5/6 hissə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi A№448067 Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Katex kəndində 1,0144 ha kənd təsərrüfatı təyinatlı torpaqlara koordinatları göstərilməklə plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 1.0144 ha kənd təsərrüfatı təyinatılı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh Syleyman qızının, İddiaçı5 və İddiaçı4 üimumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-248/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 Rəşid qızının, İddiaçı3, X2, İddiaçı5 Süleyman qızının və Cavabdeh ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, Devrişov Ramazan Süleyman oğlunun, X2 və İddiaçı5 Süleyman qızının hər birinin 1/6 hissə payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 10/1069 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: 14.112019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı5 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 1.55 hektardır və hüquqmüəyyən edici sənədlərə uyğun deyildir; xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 hər birinin 1/6 hissə payı olmaqla ümumi 5/6 payının naturada ayrılması mümkündür. Tərtib olunmuş sxem rəyə əlavə olunur. İşdə olan 7.05.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxx 2021-ci il tarixli, 10/1069 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Balakən rayonu Katex kəndində yerləşən 1.0144 ha kənd təsərrüfatı təyinatılı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh Syleyman qızının, İddiaçı5 və İddiaçı4 üimumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)- 248/2020 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Rəşid qızının, İddiaçı3, X3, İddiaçı5 Süleyman qızının və Cavabdeh ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, Devrişov Ramazan Süleyman oğlunun, X3 və İddiaçı5 Süleyman qızının hər birinin 1/6 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. İddiaçıların Cavabdeh ilə mübahisəni məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması üçün dəfələrlə cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Ona görə də iddiaçılar göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hal-hazırda iddiaçılar Balakən rayonu Katex kəndində yerləşən 1,0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/6 hissə payı olmaqla ümumi 5/6 hissə payının naturada ayrılması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Ekspert rəyinə əsasən Balakən rayonu, Katex kəndində yerləşən 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 hər birinin 1/6 hissə payı olmaqla ümumi 5/6 payının naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 1.0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/6 hissə payı olmaqla ümumi 5/6 paylarının naturada ayrılmasının mümkün olmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2 Rəşid qızının, İddiaçı3, X3, İddiaçı5 Süleyman qızının və Cavabdeh ümumi birgə mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 1,0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/6 hissə payı olmaqla, cəmi 5/6 payları xx xxxxxx 2021- ci il tarixli, 10/1069 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılmalıdır. Həmçinin ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2 Rəşid qızının, İddiaçı3, X3, İddiaçı5 Süleyman qızının və Cavabdeh ümumi birgə mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 1,0144 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/6 hissə payı olmaqla, cəmi 5/6 payları xx xxxxxx 2021- ci il tarixli, 10/1069 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılsın; iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ödənilsin;iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-22/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-22/2021
01.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver