Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-227/2021 11.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov ibadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs müdiri (nümayəndəsi) X22 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində anası X6 anası X1 Mustafayeva əvəzinə Murtuzəliyeva, adının Məryəm əvəzinə Məyrəm kimi, ata adının Muhuma əvəzinə Mahama kimi qeyd olunmasının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbinin həcminin azaldılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində anası X6 anası X1 Mustafayeva əvəzinə Murtuzəliyeva, ata adının Muhuma əvəzinə Mahama kimi qeyd olunmasının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. X4, nənəsi isə X16 olmuşlar. Anası Dilşad xx xxxx 2003-cü ildə, nənəsi Məryəm isə xx xxxx 2016-cı ildə ölmüşdür. O, hal- hazırda JN-4xx xxx 40108018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən nənəsi X11 mülkiyyətinə verilmiş 0.17 ha pay torpaq sahəsini adına keçirmək istəyir. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınaq üçün Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etməklə, lazımi sənədlərini notariat kontoruna təqdim etmişdir. Balakən rayon Dövlət Notariat Kontorundan ona təqdim etdiyi sənədlərdə anası X6 doğum haqqında şəhadətnaməsinin ana qrafasında mərhum nənəsinin soyadı Murtuzəliyeva, ata adı isə Mahama kimi, ölüm şəhadətnaməsində və mülkiyyət sənədlərində isə soyadı Mustafayeva, ata adı isə Muhuma kimi qeyd edildiyinə görə uyğunsuzluq olduğu qeyd edilmiş və bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Buna görə də o, anası X6 doğum haqqında akt qeydinin ana qrafasının düzgün olmaması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Həmin faktın müəyyən edilməsi onun üçün əhəmiyyətli olduğundan o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın müəyyən olunması barədə sənədləri başqa qaydada ala bilmir. Qeyd edilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-müdiri X27, ərizəçinin anası X6 doğum haqqında şəhadətnaməsinin ana qrafasında mərhum nənəsinin soyadının Murtuzəliyeva, ata adının isə Mahama kimi, ölüm şəhadətnaməsində və mülkiyyət sənədlərində isə soyadının Mustafayeva, ata adının isə Muhuma kimi qeyd edilməsinə görə anasının doğum haqqında akt qeydində düzəlişin olunması ilə bağlı Maraqlı şəxsnə müraciət etdiyini, lakin bu düzəlişin aparılmasından imtina edildiyini və ərizəçiyə məhkəməyə müraciət etməsinin izah olunduğunu bildirərək, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır. Ərizəçinin anası Dilşad Mustafayevanın anası Məryəmin soyadı Mustafayeva, atasının adı isə Muhuma olmuşdur. Lakin İlhamənin anası Dilşad Mustafayevanın nənəsinin soyadı Murtuzəliyeva, ata adı isə Mahama kimi düzgün qeyd olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 4xx xxx 40108018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X19 xx xxxx 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Mahamalar kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X12 verilmişdir. İşdə olan Balakən rayon Hənifə kənd soveti tərəfindən xx xxxxxx 1956-ci il tarixdə verilmiş İ-İE seriyalı, 030931№-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1954-ci il tarixdə anadan olmuş, bu barədə Balakən rayonu sabiq Hənifə kənd sovetinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 1954-cü il iyul ayının 25-də 46 nömrə ilə qeyd edilmiş, atası Murtuzəliyev Kamaldin M.əli oğlu, anası X13 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 1144 nömrəli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxx 2016-cı ildə ölmuüş, ölüm haqqında xx xxxxx 2016-cı il tarixli 27 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 1164 nömrəli ölum haqqında akt qeydindən çıxarışdan görünür ki, Murtuzəliyeva Dilşad Kəmaləddin qızı xx xxxx 2003-cü il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyətinin Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 1346 №-li arayışdan görünür ki, həqiqətən X14 ilə Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı JN : 423 - də qeyd olunan X16 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyətinin Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 37 nömrəli arayışdan görünür ki, Murtuzəliyeva (Mustafayeva) Məryəm Muhuma qızı həqiqətən Balakən rayonu Mahamalar kənd sakini olmuşdur. Vətəndaş xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və mərhumənin varisi nəvəsi Ərizəçidır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyətinin Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 881 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X3 rayonu Mahamalar kənd sakini olmuşdur və Balakən şəhəri, S.Gözəlov küçəsi ev 6-da ər evində qeydiyyatda olan Ərizəçi həqiqətən doğma nənəsidir. İşdə olan Balakən rayon Notariat Kontoru tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli, 664 nömrəli məktubda göstərilmişdir ki, mərhum X11 təmsilçilik üzrə vərəsəsi olduğuna dair ərizə ilə Balakən rayon Notariat Kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin anası X6 doğum haqqında şəhadətnaməsinin ana qrafasmda mərhum nənəsinin soyadı “Murtuzəliyeva”, ata adı isə “Mahama” kimi, ölüm haqqında şəhadətnaməsində və mülkiyyət sənədlərində isə soyadı “Mustafayeva”, ata adı isə “Muhuma” kimi qeyd edilmişdir. Qeyd edilən soyadlarda və ata adlarında uyğunsuzluq olduğundan X16 ilə X8 eyni şəxs olduğunu sübut edən məhkəmə qətnaməsi təqdim edilməsi tələb olunur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx/xx- 1040-05/15 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş anası X5 barəsində Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində nənəsinin soyadının “Murtuzəliyeva” dan “Mustafayeva” ya, adının “Məyrəm”dən “Məryəm”ə və ata adının “Mahama”dan “Muhuma”ya düzəliş edilməsi şöbələrində mümkün deyildir. Bu səbəbdən də kifayət qədər əsaslar olmadığından Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində nənəsinin soyadının “Murtuzəlyeva” dan “Mustafayeva” ya, adının “Məyrəm”dən “Məryəm”ə və ata adının “Mahama”dan “Muhuma”ya düzəliş edilməsi üçün məhkəməyə müraciət etməlidir. İşdə olan ********* №-li mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1984-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. X4, nənəsi isə X16 olmuşlar. Ərizəçinin anası X10 xx.xx.1954-ci il tarixdə anadan olmuş, bu barədə Balakən rayonu sabiq Hənifə kənd sovetinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 1954-cü il iyul ayının 25-də 46 nömrə ilə qeyd edilmiş, atası Murtuzəliyev Kamaldin M.əli oğlu, anası X13 yazılmışdır. Ərizəçinin anası X10 xx xxxx 2003-cü ildə, nənəsi Məryəm isə xx xxxx 2016-cı ildə ölmüşdür. Ərizəçi halhazırda JN-4xx xxx 40108018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən nənəsi X11 mülkiyyətinə verilmiş 0.17 ha pay torpaq sahəsini adına sənədləşdirmək istəyir. Ona görə də o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınaq üçün Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmiş, Balakən rayon Dövlət Notariat Kontorundan ona təqdim etdiyi sənədlərdə anası X6 doğum haqqında şəhadətnaməsinin ana qrafasında mərhum nənəsinin soyadı Murtuzəliyeva, ata adı isə Mahama kimi, ölüm şəhadətnaməsində və mülkiyyət sənədlərində isə soyadı Mustafayeva, ata adı isə Muhuma kimi qeyd edildiyinə görə uyğunsuzluq olduğu bildirilmiş və bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsi xx.xx.2019-cu il tarixli, xx/xx-1040-05/15 nömrəli məktubla doğum akt qeydində düzəliş edilməsinin şöbədə mümkün olmadığını bildirərək, əməliyyat aparmaqdan imtina etmişdir. Hüquq haqqında mübahisə yoxdur. Ərizəçi göstərilən faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu, ona anası və nənəsindən qalmış mirasın rəsmiləşdirilməsi üçün lazımdır. Ona görə də ərizəçi anasının doğum akt qeydində qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, xx xxxx 1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində ərizəçinin anası X6 anası X1 Mustafayeva əvəzinə Murtuzəliyeva, ata adının Muhuma əvəzinə Mahama kimi qeyd olunmasının düzgün olmamasının müəyyən edilməsi üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Balakən rayon Hənifə kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxx 1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində Ərizəçi anası X6 anası X1 Mustafayeva əvəzinə Murtuzəliyeva, ata adının Muhuma əvəzinə Mahama kimi qeyd olunmasının düzgün olmaması müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsas olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Balakən rayon Hənifə kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxx 1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində Ərizəçi anası X6 anası X1 Mustafayeva əvəzinə Murtuzəliyeva, ata adının Muhuma əvəzinə Mahama kimi qeyd olunmasının düzgün olmaması müəyyən edilsin; Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin Balakən rayon Hənifə kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxx 1954-cü il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində Ərizəçi anası X6 anası X2 qeydində “Murtuzəliyeva” soyadının “Mustafayeva” soyadına, ata adı qeydində “Mahama” adının “Muhuma” adına düzəliş edilməsi üçün əsas olması izah edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-227/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-227/2021
11.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver