Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-232/2021 11.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, X2 adından onun qanuni nümayəndəsi və İddiaçı2 iştirakı ilə İddiaçı1 adından onun qanuni nümayəndəsi və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X19 qarşı miras əmlakın naturada bölünməsi və cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 adından onun qanuni nümayəndəsi və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən Rayon Məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestr Xidməti Zaqatala 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Balakən rayonu Tülü kəndində yerləşən reyestr nömrəsi **********38-10-301 nömrəli qeydiyyat nömrəsi ********** olan hüququların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövət Reyestrindən çıxarışa əsasən Balakən rayonu Tülü kəndində yerləşən 122.20 kvm yaşayış sahəsi olan evin 1/4 hissəsinin İddiaçı2 və İddiaçı1, 0,25 ha torpaq sahəsindən İddiaçı2 və İddiaçı1 6/8 hissədə paylarının naturada ayrılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara düşən hissədən çıxarılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və X2 qanuni nümayəndəsi İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı fəaliyyət qabiliyyəti olmayan X2 adından onun qəyyumu İddiaçı2 Balakən Rayon Məhkəməsinin 14 fevral 2018 il tarixli 2(019)-199 2018 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasi İqdisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Balakən rayon Tülü kəndində yerləşən Reyestr nömrəsi **********3810301 nömrəli qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Balakən rayonu Tülü kəndində yerləşən 122.20 kv.m yaşayış sahəsi olan evin fəaliyyət qabiliyyəti olmayan X2 adından onun qəyyumu İddiaçı2 1/4 hissədə və X5 1/4 hissədə, 0.25 ha torpaq sahəsindən 5/8 hissədə X2 və 1/8 hissədə İddiaçı2 payının naturada ayrılması və X3 və Cavabdeh2 onlara düşən hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə həmçinin iddiaçının razılığı ilə ölmüş paylı mülkiyyətçi X6 vərəsələri X12, X18 və X20 da əlavə cavabdehlər kimi işə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Məhkəmə iclasında iddiaçı və X2 adından iddia qaldırmış onun qanuni nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, X13, X11, X4 cavabdehlər X9, İddiaçı1, Cavabdeh1, Balakən rayon Dövlət Notariat Kontoruna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-51 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsə kimi tanınmaları, miras paylarının müəyyən edilərək bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(019)- 199/2018 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 fevral 2017-ci il tarixli, 2V-51 reyestr qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras qalmış əmlakın X7, İddiaçı1, Cavabdeh1 və X14 arasında payları bərabər olmaqla bölünməsinə dair qətnamə qəbul edilmişdir. Cavabdehlərlə aralarında əmlakın naturada bölgüsünə, onun və qəyyumluğu altında olan qardaşı İddiaçı1 aid miras qalmış mülkiyyətdən paylarının ayrılaraq müəyyən olunmasına dair mübahisə yarandığından iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Rəhmətlik atası sağlığında övladlarının hamısının ata mülkiyyətindəki torpaqda paylarını müəyyən etmiş, ona və qəyyumluqda olan qardaşına payların onun evinə yaxın hissədə müəyyən edərək bölmüşdür. Çünki onun evi ata evi ilə qonşuluqda yerləşir və onun torpaq sahəsinə yaxındır. Aralarında bir hasar mövcuddur. Onun torpaq sahəsinə bitişik torpaq sahəsinin naturada ona verilməsi daha əlverişlidir. Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2016-cı il tarixli sərəncamı ilə X6 İddiaçı1 qəyyum təyin olunması barədə qərar verilmişdir. Balakən Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2017-ci il tarixli sərəncamına əsasən Balakən Rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2016-cı il tarixi 22 saylı sərəncamının ləğv edilməsi və onun fəaliyyət qabiliyyəti olmayan İddiaçı1 qəyyum təyin edilməsi haqqında sərəncam verilmişdir. Balakən Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(019)-199/2018 nömrəli qətnaməsi ilə Balakən rayon Dövlət notariat Kontoru tərəfindən verilmiş 22 fevral 2017-ci il tarixli, 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, 22.12.2012-ci il tarixdə ölmüş X8 mirası- Balakən rayonu Tülü kəndində yerləşən ümumi sahəsi 122.20 kv metr olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,25 ha olan həyətyanı sahəsinin mərhumun mülkiyyətində olan 1/4 hissəsi onun mirası qəbul edən vərəsələri-X7, İddiaçı1, Cavabdeh1 Abdulcəlil qızı arasında payları bərabər olmaqla bölünmüş, miras əmlakın 1/4 hissəsinə X1, 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə Cavabdeh1 və 1/4 hissəsinə X6 payı müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən o, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestrindən fərdi yaşayış evinin Reyestr nömrəsi **********38- 10- 301nömrəli Texniki pasport almışdır. Həmçinin Balakən rayonu Tülü kəndində yerləşən122,20 kvm sahəsi olan fərdi yaşayış evinə və 0,25 ha torpaq sahəsinə reyestr nömrəsi **********3810301 qeydiyyat nömrəsi 36 20010550 qeydiyyat tarixi 25.10.2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Həmin çıxarışa əsasən ona fərdi yaşayış evinin lA və torpaq sahəsinin 1/4 hissəsi, qəyyumluğunda olan qardaşı İddiaçı1 fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 5/8 hissəsində payları müəyyən edilmişdir. Odur ki, ona fərdi yaşayış evindən 1/4 hissədə, 0,25 ha torpaq sahəsindən 1/8 hissədə, qəyyumluğunda olan qardaşı İddiaçı1 fərdi yaşayış evindən 1/4 hissədə, 0,25 ha torpaq sahəsinin 5/8 hissədə paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. O, atasının sağlığında həmin miras əmlakı olan 0,25 ha torpaq sahəsinin ətrafına yol tərəfdən 40 metr uzunluğunda dəmirdən hasar çəkmişdir. Həmin hasarın yaxınlığındakı ərazidə 25 il əvvəl ağaclar əkmişdir. Həmin ağacların ikisini cavabdehlər çıxarıb, başqa yerdə əkmiş və qurutmuşlar. O, hasarın yanındakı torpaq sahəsinin naturada ona və qəyyumluğunda olan qardaşı İddiaçı1 naturada ayrılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X19 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(019)-199/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Balakən rayonu Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 fevral 2017-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 22.12.2012-ci il tarixdə ölmüş X8 mirası-Balakən rayonu Tülü kəndində yerləşən ümumi sahəsi 122.20 kvm olan fərdi yaşayış evinin tam, ümumi sahəsi 0,25 ha olan həyətyanı torpaq sahəsinin mərhumun mülkiyətində olan 1/4 hissəsinin onun mirası qəbul edən vərəsələri- İddiaçı2, İddiaçı1, Cavabdeh1 və X14 arasında payları bərabər olmaqla bölünməsi, miras əmlakın 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə Cavabdeh1 və 1/4 hissəsinə X6 payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38-10301 olan, ********** qeydiyyat nömrəli 25.11.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha yaşayış məntəqələrinin torpaqları 31 №li reyestr kitabının 25 №li vərəqində 25.11.2020-ci il tarixdə fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 1/8 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 1/4 və torpaq •sahəsinin 5/8 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 1/8 hissəsi Cavabdeh1 və fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 1/8 hissəsi X6 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********38-10301, 1069 invertar qeydiyyat nömrəli 18 noyabr 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Tülü kəndindəki fərdi yaşayış evindən İddiaçı2 1/4, İddiaçı1 1/4, Cavabdeh1 1/4, X6 1/4 payı qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2017-ci il tarixli, 45 nömrəli sərəncamından görünür ki, Balakən RİH başçısının 06 aprel 2016-cı il tarixli 22 saylı sərəncamı ləğv edilmiş, İddiaçı1 qəyyum təyin edilmiş Tülü kənd sakini X14 qəyyum vəzifəsindən azad olunmuş, İddiaçı2 qardaşı xx xxxxxxx 1948-ci ildə anadan olmuş İddiaçı1 qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021ci il tarixli, 10/1537 «REV-01» saylı rəyindən görünür ki, İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X10 Metodlarında göstərilənləri nəzərə alaraq Balakən rayonu Tülü kəndi ərazisində yerləşən, ümumi sahəsi 122.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir; Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən 6/8 hissə payın naturada ayrılması texniki cəhətdən mümkündür (torpaq sahəsinin bölgü variantı rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 oktyabr 2021-ci il tarixli, 10/1537 №li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Balakən Rayon İcra Hakimiyyətinin Tülü kənd inzibati ərazi dairəsinin 23.09.2021-ci il tarixli, 855 saylı arayışından görünür ki, həqiqətən mərhum X14 vəfat etdiyi 27 sentyabr 2018-ci il tarixdə Balakən rayonu Tülü kəndində daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur:arvadı Cavabdeh2, qızı X12, qızı X18 və oğlu X29. Məhkəmə işdə iştirak edən İddiaçı1 adından onun qanuni nümayəndəsi və İddiaçı2 izahatını dinləyib, iş materiallarını bilavasitə araşdırıb onlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(019)-199/2018 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Balakən rayonu Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 fevral 2017-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 22.12.2012-ci il tarixdə ölmüş X8 mirası-Balakən rayonu Tülü kəndində yerləşən ümumi sahəsi 122.20 kvm olan fərdi yaşayış evinin tam, ümumi sahəsi 0,25 ha olan həyətyanı torpaq sahəsinin mərhumun mülkiyətində olan 1/4 hissəsinin onun mirası qəbul edən vərəsələri- İddiaçı2, İddiaçı1, Cavabdeh1 və X14 arasında payları bərabər olmaqla bölünməsi, miras əmlakın 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə Cavabdeh1 və 1/4 hissəsinə X6 payının müəyyən edilməsi qət edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38-10301 olan, ********** qeydiyyat nömrəli 25.11.2020-ci il tarixli Çıxarış əsasında Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha yaşayış məntəqələrinin torpaqları 31 №li reyestr kitabının 25 №li vərəqində 25.11.2020-ci il tarixdə fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 1/8 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 5/8 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 1/8 hissəsi Cavabdeh1 və fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 1/8 hissəsi X6 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Balakən rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2017-ci il tarixli, 45 nömrəli sərəncamı ilə Balakən RİH başçısının 06 aprel 2016-cı il tarixli 22 saylı sərəncamı ləğv edilmiş, İddiaçı1 qəyyum təyin edilmiş Tülü kənd sakini X14 qəyyum vəzifəsindən azad olunmuş, İddiaçı2 qardaşı xx xxxxxxx 1948-ci ildə anadan olmuş İddiaçı1 qəyyum təyin edilmişdir. Həmçinin məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/1537 «REV-01» saylı rəyi ilə İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X10 Metodlarında göstərilənləri nəzərə alaraq Balakən rayonu Tülü kəndi ərazisində yerləşən, ümumi sahəsi 122.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması, Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən 6/8 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olması (torpaq sahəsinin bölgü variantı rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/1537 «REV-01» saylı rəyi ilə İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X10 Metodlarında göstərilənləri nəzərə alaraq Balakən rayonu Tülü kəndi ərazisində yerləşən, ümumi sahəsi 122.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması nəticəsinə gəlindiyi üçün iddia Balakən Rayon Məhkəməsinin 14 fevral 2018 il tarixli 2(019)-199 2018 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasi İqdisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Balakən rayon Tülü kəndində yerləşən Reyestr nömrəsi **********3810301 nömrəli qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Balakən rayonu Tülü kəndində yerləşən 122.20 kv.m yaşayış sahəsi olan evin İddiaçı2 1/4 hissədə və X5 1/4 hissədə payların naturada ayrılması tələbi hissəsində təmin edilməməli, 0.25 ha torpaq sahəsindən 5/8 hissədə X2 və 1/8 hissədə İddiaçı2 payının, cəmi 6/8 hissə paylarının naturada ayrılması və X3 və Cavabdeh2 onlara düşən pay hissəsindən çıxarılması tələbi hissəsində isə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38-10301 olan, ********** qeydiyyat nömrəli 25.11.2020-ci il tarixli Çıxarışla İddiaçı2, İddiaçı1, Cavabdeh1 və X6 ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0.25 ha torpaq sahəsinin İddiaçı2 verilmiş 1/8 hissə payı və İddiaçı1 verilmiş 5/8 hissə payı, ümumi onlara verilmiş 6/8 hissə pay məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/1537 «REV-01» saylı rəyinə əlavə olunmuş plan sxemdə göstərilən bölgü variantı üzrə naturada ayrılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X29 həmin 0.25 ha torpaq sahəsinin İddiaçı2 verilmiş 1/8 pay hissəsi və İddiaçı1 verilmiş 5/8 pay hissəsindən, ümumi onlara verilmiş 6/8 pay hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X16 tutularaq, iddiaçı və İddiaçı1 adından iddia qaldırmış İddiaçı2 ödənilməlidir. Həmçinin iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X16 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X24 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38-10301 olan, ********** qeydiyyat nömrəli 25.11.2020-ci il tarixli Çıxarışla İddiaçı2, İddiaçı1, Cavabdeh1 və X6 ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0.25 ha torpaq sahəsinin İddiaçı2 verilmiş 1/8 hissə payı və İddiaçı1 verilmiş 5/8 hissə payı, ümumi onlara verilmiş 6/8 hissə pay məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/1537 «REV-01» saylı rəyinə əlavə olunmuş plan sxemdə göstərilən bölgü variantı üzrə naturada ayrılsın; cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X29 həmin 0.25 ha torpaq sahəsinin İddiaçı2 verilmiş 1/8 pay hissəsi və İddiaçı1 verilmiş 5/8 pay hissəsindən, ümumi onlara verilmiş 6/8 pay hissəsindən çıxarılsın; iddia qalan hissədə təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X16 tutularaq, iddiaçı və İddiaçı1 adından iddia qaldırmış İddiaçı2 ödənilsin; iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X18 və X16 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X24 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-232/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-232/2021
11.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver