Məhkəmə qərarları › İş №2(019)-238/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-238/2021

15.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-238/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evinin boşaldılması və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı İddiaçı adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş 0.12 ha torpaq sahəsinə, 44.9 kv.metr mənzilə və 0.47 ha torpaq sahəsinə (qeydiyyat № **********, ********) dair hər iki çıxarışın və texniki pasportun etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,12 ha torpaq sahəsində olan 44.9 kv.m. evindən cavabdehin çıxarılması və evinin onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini, ona məxsus Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq, onun istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Əliyeva X1 Şamil Hüseyn oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 0.12 ha torpaq sahəsinə, 44.9 kv.metr mənzilə və 0.47 ha torpaq sahəsinə (qeydiyyat № **********, ********) dair hər iki çıxarışın və texniki pasportun etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı məhkəməyə ərizə verərək, ilk iddia üzrə Cavabdeh qarşı evinin boşaldılması və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair ilk iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini, ilk iddia üzrə İddiaçı ona qarşı evinin boşaldılması və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair ilk iddia ərizəsinin geri qaytarılması və bu əsasla ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da İddiaçı qarşı İddiaçı adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 0.12 ha torpaq sahəsinə, 44.9 kv.metr mənzilə və 0.47 ha torpaq sahəsinə (qeydiyyat № **********, ********) dair hər iki çıxarışın və texniki pasportun etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin ona qaytarılmasını və bu əsasla qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh ona qarşı İddiaçı adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 0.12 ha torpaq sahəsinə, 44.9 kv.metr mənzilə və 0.47 ha torpaq sahəsinə (qeydiyyat № **********, ********) dair hər iki çıxarışın və texniki pasportun etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini, hazırki qarşılıqlı iddia ərizəsinin qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmasına və bu əsasla qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiklərindən və ilk iddia və qarşılıqlı iddia üzrə cavabdehlər hazırki ilk iddia və qarşılıqlı iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən İddiaçı Cavabdeh qarşı evinin boşaldılması və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı İddiaçı adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 0.12 ha torpaq sahəsinə, 44.9 kv.metr mənzilə və 0.47 ha torpaq sahəsinə (qeydiyyat № **********, ********) dair hər iki çıxarışın və texniki pasportun etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalı, ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk iddia üzrə iddiaçıya və qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalı və ilk iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı evinin boşaldılması və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı İddiaçı adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş 0.12 ha torpaq sahəsinə, 44.9 kv.metr mənzilə və 0.47 ha torpaq sahəsinə (qeydiyyat № **********, ********) dair hər iki çıxarışın və texniki pasportun etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlansın; ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın; ilk iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar