Məhkəmə qərarları › İş №2(019)-24/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-24/2021

28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-24/2021 28.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun vəkili-Zaqatala rayon Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mal damının və tullantı anbarının sökülməsi və tullantıların cavabdehin hesabına daşınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Katex kənd N.Qudavasov küçəsində cavabdehə məxsus mal damının və tullantı anbarının sökülməsi və tullantıların cavabdehin hesabına daşınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayonu Katex kənd N.Qudavasov küçəsində cavabdeh mal tövləsi tikmişdir. Həmin tövlənin tullantıları isə yaşadığı evin yolunda cavabdeh tərəfindən qanunsuz tikilmiş tullantı anbarına atılır. Üfunət iyindən yoldan istifadə etmək mümkün deyildir. Cavabdehə dəfələrlə xəbərdarlıq etmişdir. Bundan başqa məsələ ilə bağlı müvafiq orqanlara aidiyyatı üzrə müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdeh qanuni tələbini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Göründüyü kimi, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinin tərkibi vardır. Bununla da cavabdeh onun və ailəsinin hüquqlarını pozmaqla yanaşı qanunun tələbin kobudcasına pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, mal damını özünə məxsus torpaq sahəsində tikmişdir, heyvanlara məxsus ekskrementlərin getdiyi balaca tullantı anbarını isə həmin dama bitişik sahədə azca qazıntı aparmaqla inşa etmişdir. İddiaçı fərdi yaşayış evi isə bu mal damı və heyvanların tullantı anbarından 60-70 metr məsafədə yerləşir, mal damı və tullantı anbarının qoxusu iddiaçının evinə və həyətinə getmir və iddiaçıya heç bir maneçiliyi yoxdur. İddiaçının evi və həyətyanı sahəsi hasarla ayrılmışdır. Əslində iddiaçının həyətində olan evinə yaxın mal tövləsinin tullantıları pis qoxu verir və iddiaçıya daha pis təsir etməlidir. Onun mal damının və tullantı anbarının yerləşdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı iddia edir ki, tullantı anbarı həyətinə gedən yolda tikilmişdir. Yol sahəsi isə bələdiyyənin mülkiyyətindədir. Bələdiyyə isə bununla bağlı ona qarşı heç bir irad və narazılıq bildirməmiş, iddia qaldırmamışdır. İddiaçının belə bir iddia qaldırmağa suybekti hüququ yoxdur. Həm də artıq tullantı anbarının üstünü dəmirlə örtmüşdür. İddia əsassızdır və bu səbəbdən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqtil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Balakən rayonu Katex Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayonu Katex Bələdiyyəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Balakən rayon Katex Bələdiyəsinin 17 mart 2020-ci il tarixli 109 nömrəli arayışında göstərilir ki, kənd sakini Cavabdeh istifadəsində mərhum atası X6 JN- 1308 saylı Dövlət Aktı ilə verilmiş 0.25 ha həyətyanı, 0.12 ha kənddaxili 0.81 ha torpaq sahəsi vardır. İş materiallarında olan Balakən rayon Katex Bələdiyəsinin 01 oyun 2020-ci il tarixli 53 nömrəli arayışında göstərilir ki, Nəbiyev X2 sakinidir, 0.18 ha həyətyanı torpaq sahəsi və evi vardır. İş materiallarında olan Balakən rayon Katex Bələdiyəsinin 01 oyun 2020-ci il tarixli 52 nömrəli arayışında göstərilir ki, Nəbiyev X8 sakinidir, 0.25 ha həyətyanı torpaq sahəsi və evi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 10/4269 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh məxsusluğu göstərilən, Balakən rayonu Katex kəndi N.Qudavasov küçəsində yerləşən mal damı Elektron baza məlumatlarına əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, ancaq cavabdeh tərəfindən istifadə edilən 10 kv.m tullantı anbarının yerləşdiyi torpaq sahəsi isə Balakən rayonu Katex Bələdiyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yol ərazisində yerləşir. Cavabdeh məxsusluğu göstərilən, Balakən rayonu Katex kəndi N.Qudavasov küçəsində yerləşən mal damı və tullantı anbarının hansısa formada X3 özünə məxsus ev və torpaq sahəsindən istifadəsinə maneçilik yaradıb-yaratmaması sübyektiv xarakterli sual olduğundan həmin sualın cavablandırılması ekspertin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 23 sentyabr 2021-ci il tarixli, 10/4269 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli yerində müayinə protokolundan görünür ki, məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə aparılmış, müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh Nəbiyev X10 rayonu Katex kəndinin N.Qudavasov küçəsində ara yoldan daş hasarla ayrılmış özünə məxsus həyətyanı torpaq sahəsində mal damı tikmiş, həmçinin iddiaçının evinə gedən ara yolun həmin mal damına bitişik hissəsində heyvanlar üçün tullantı anbarı inşa etmişdir. Tullantı anbarı üç tərəfdən yerdən təqribən 50 santimetr hündurluyündə olan betondan hazırlanmış divarla hasarlanmışdır. İddiaçı məxsus ev Cavabdeh məxsus mal damı və tullantı anbarından 69 metr məsafədə yerləşir. İddiaçıya məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi hasarlanmışdır. Həmçinin iddiaçının həyətyanı torpaq sahəsində onun evindən 15 metr aralıda iddiaçıya məxsus mal damı yerləşir və həmin mal damından kəskin pis qoxu gəlir. Cavabdehə məxsus mal damı və tullantı anbarı İddiaçı öz evinə gediş-gəlişinə, evdən və torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmir, həmin mal damı və tullantı anbarından gələn qoxunun onun evinə və həyətyanı torpaq sahəsinə təsiri əhəmiyyətsiz dərəcədədir, bu xüsusda iddiaçının hüququ əhəmiyyətli dərəcədə pozulmur. İş materiallarında olan 31.05.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən rayonu Katex kəndində 0.18 ha həyətyanı torpaq sahəsi və evi, Cavabdeh da Balakən rayonu Katex kəndində 0.25 ha həyətyanı torpaq sahəsi və evi vardır. İddiaçı Balakən rayonu Katex kənd N.Qudavasov küçəsində cavabdehə məxsus mal damının və tullantı anbarının sökülməsini və tullantıların cavabdehin hesabına daşınmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 10/4269 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh Abdulbais oğluna məxsusluğu göstərilən, Balakən rayonu Katex kəndi N.Qudavasov küçəsində yerləşən mal damı Elektron baza məlumatlarına əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, ancaq cavabdeh tərəfindən istifadə edilən 10 kv.m tullantı anbarının yerləşdiyi torpaq sahəsi isə Balakən rayonu Katex Bələdiyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yol ərazisində yerləşir. Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli yerində müayinə protokolu ilə müəyyən olunmuşdur ki, cavabdeh Nəbiyev X10 rayonu Katex kəndinin N.Qudavasov küçəsində ara yoldan daş hasarla ayrılmış özünə məxsus həyətyanı torpaq sahəsində mal damı tikmiş, həmçinin iddiaçının evinə gedən ara yolun həmin mal damına bitişik hissəsində heyvanlar üçün tullantı anbarı inşa etmişdir. Tullantı anbarı üç tərəfdən yerdən təqribən 50 santimetr hündurluyündə olan betondan hazırlanmış divarla hasarlanmışdır. İddiaçı məxsus ev Cavabdeh məxsus mal damı və tullantı anbarından 69 metr məsafədə yerləşir. İddiaçıya məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi hasarlanmışdır. Həmçinin iddiaçının həyətyanı torpaq sahəsində onun evindən 15 metr aralıda iddiaçıya məxsus mal damı yerləşir və həmin mal damından kəskin pis qoxu gəlir. Cavabdehə məxsus mal damı və tullantı anbarı İddiaçı öz evinə gediş-gəlişinə, evdən və torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmir, həmin mal damı və tullantı anbarından gələn qoxunun onun evinə və həyətyanı torpaq sahəsinə təsiri əhəmiyyətsiz dərəcədədir, bu xüsusda iddiaçının hüququ əhəmiyyətli dərəcədə pozulmur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X13 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. AzərbaycanRespublikası MülkiMəcəlləsinin139.1-cimaddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasənsahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cümaddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. «Sanitar-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. «Sanitar-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və sanitariyaepidemioloji xidmət müəssisələrinə sanitariya-epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də aiddir; yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin, təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl etmələrinə cavabdehdirlər. «Sanitar-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən iddia predmetini təşkil edən mal damı mülkiyyətində olan torpaq sahəsində tikilmiş, 10 kvadratmetrdən ibarət tullantı anbarı isə Balakən rayonu Katex Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yol ərazisində inşa edilmişdir. Qanun normasının (Mülki Məcəllənin 180.4-cü maddəsi) tələbinə əsasən cavabdeh tərəfindən həmin mal damı və tullantı anbarı tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikildiyi təqdirdə müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanı və sair) və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni bu mal damı və tullantı anbarının sökülməsi barədə iddianı buna subyektiv hüququ olan müvafiq icra hakimiyyəti orqanı və Balakən rayonu Katex Bələdiyyəsi (belə ki, ekspertiza rəyinə əsasən tullantı anbarı həmin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində yerləşir) malikdir. Lakin iş materiallarından görünür ki, qanunda göstərilən müvafiq icra hakimiyyəti və Balakən rayonu Katex Bələdiyyəsi müvafiq olaraq həmin cavabdeh tərəfindən inşa edilən mal damı və tullantı anbarının sökülməsi, tullantıların daşınması və sair tələblə bağlı məhkəmədə iddia qaldırmamış və bu xüsusda öz subyektiv hüquqlarını həyata keçirməmişlər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X1 Fərhad Abdubais oğlunun inşa etdiyi mal damının yerləşdiyi və tullantı anbarının yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi deyidir və həmin torpaq sahələrinə onun hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də iddiaçı X4 Cavabdeh inşa mal damının və tullantı anbarının sökülməsi və tullantıların cavabdehin hesabına daşınması tələbi ilə bağlı iddia vermək üçün subyektiv hüququ yoxdur. Halbuki məhkəməyə müraciət etmək hüququnu müəyyən edən həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, həm də Azərbaycan Respublikası MPMnin 4-cü maddəsinin mənasına görə öz hüquqları və azadlıqlarını müdafiə etmək, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün şəxs müvafiq subyektiv hüquqa malik olmalıdır. İddiaçının isə cavabdehə qarşı mal damının və tullantı anbarının sökülməsi və tullantıların cavabdehin hesabına daşınması tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdəki sübutlara istinadən məhkəmə onu da nəzərə çatdırır ki, Cavabdeh məxsus mal damı və tullantı anbarı İddiaçı öz evinə gediş-gəlişinə, evdən və torpaq sahəsindən istifadə etməsinə maneçilik törətmir, həmin mal damı və tullantı anbarından gələn qoxunun onun evinə və həyətyanı torpaq sahəsinə təsiri əhəmiyyətsiz dərəcədədir, bu xüsusda iddiaçının hüququ əhəmiyyətli dərəcədə pozulmur. Belə olan halda qanun normasının tələbinə əsasən (Mülki Məcəllənin 171.1, 171.2-ci maddələri) iddiaçı cavabdehə münasibətdə qonşu təsirinə dözmək vəzifəsi daşıyır. Qeyd olunanlar iddia tələbinin heç bir faktoloji və hüquqi əsaslara maik olmadığını və bununla da əsassız olduğunu göstərir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İş üzrə İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olması və iddia tələbinin əsaslandırıldığı halların mövcud və əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiçının üzərinə düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı mal damının və tullantı anbarının sökülməsi və tullantıların cavabdehin hesabına daşınması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün iş üzrə 50 manat ekspertiza xərci İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı mal damının və tullantı anbarının sökülməsi və tullantıların cavabdehin hesabına daşınması tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar