Məhkəmə qərarları › İş №2(019)-244/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-244/2021

13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-244/2021 13.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı sağlamlığa və əmlaka vurulumuş 1990 (min doqquz yüz doxsan) manat miqdarında maddi ziyanın cavabdehdən tutulub onlara ödənilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı 2340 ( iki min üç yüz qırx) manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sağlamlığa və əmlaka vurulmuş 1990 (min doqquz yüz doxsan) manat miqdarında zərərin və maddi ziyanın, 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər İddiaçı2 və İddiaçı1 ona dəymiş ziyan olan 2340 (iki min üç yüz qırx) manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, izahatında göstərdi ki, iş üzrə Cavabdeh 02.08.2020-ci il tarixdə təxminən gecə saat 23:00 radələrində iddiaçılar Balakən rayon Talalar kəndində yaşayan qızıgildən çıxıb Balakən şəhər istiqamətində Tülü kəndində yerləşən evlərinə xüsusi əmlakları olan at arabasında gedərkən, bu zaman cavabdeh arxadan özünə məxsus Renault Meqane markalı 99-TN -108 dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Talalar kəndindən Balakən şəhər istiqamətində sürətlə gələrək manevr qaydalarını pozaraq, at arabasını vurmuş və nəticədə at arabasında olan onlara sağlamlıqlarına qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya dair xəsarət yetirmişdir. Cavabdehin hərəkətləri nəticəsində əmlakları olan at bir neçə gündən sonra ölmüş, araba isə tam yararsız vəziyyətə düşmüşdür. Bu hadisə nəticəsində sağlamlıqlarına zərər vurulmuş, əmlakları məhv edilmiş və tam yararsız hala düşmüşdür. Baş verən hadisə nəticəsində sağlamlıqlarına vurulan xəsarət nəticəsində qısa müddət Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşlar. Xəstəxanadan çıxdıqdan sonra isə evdə müalicə olunmuşlar. Demək olar ki, müalicələri 15 avqust 2020-ci il tarixədək davam etmişdir. İddia ərizəsinə əlavə edilən müalicələri ilə əlaqədar həkimlərin müalicə üçün yazdıqları reseptlərdən məlum olur ki, 15 avqust 2020-ci il tarixədək rayon apteklərindən müalicə üçün dərmanlar almışlar. Xəstəxanada müalicə olunmaq üçün 300 manat xərc çəkmiş və xəstəxanadan çıxdıqdan sonra hər ikisi müalicə olunması üçün həkim reseptləri ilə 594 manat dəyərində müalicə dərmanları almışlar. Evdə müalicə zamanı müalicəni aparan tibb bacısına 70 manat pul ödəmiş, eyni zamanda sağlamlıqlarının müalicə olunması məqsədi ilə 06.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Mingəçevir şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X10” Mərkəzində müalicə üçün hər ikisi üçün mərkəzin kassasına 180 manat pul ödəmişlər. Həmin tarixdə Mingəçevir X10 Mərkəzinə gedib-gəlmək üçün taksi sürücüsünə 80.00 manat pul (X3) vermişlər. Ümumilikdə aldıqları xəsarət nəticəsində sağlamlıqlarının müalicə edilməsi üçün 1240 manat xərcləri çıxmışdır. Cavabdeh olan X4 isə müalicələri üçün onlara 400 manat miqdarında pul ödəmişdir. Həmin pulu o, müalicələri üçün ödəmişdir. 02.08.2020-ci il tarixdə cavabdeh tərəfindən arxadan at arabası olan əmlaklarına maşının çırpılması nəticəsində at ölmüş, araba isə tam yarasiz hala düşmüşdür. Hadisə nəticəsində at arabasının üstündə olan onlar arabaya vurulan zərbə nəticəsində arabanın üzərindən onları vurub atmış və aldıqları bu zərbədən özlərini itirmişlər. Bir vaxtdan özlərinə gələndə ona məlum olmuşdur ki, alt çənəsinə yerləşdirilən protez dişləri yoxdur və cibində olan Türkiyədən bacısı tərəfindən hədiyyə olaraq göndərilən 200 manat dəyərində cib telefonu da yoxdur. 02.08.2020- ci il tarixdə onlara başına gələn bu qəza nəticəsində maddi ziyan, əmlak ziyanı da dəymişdir. Baş verən hadisə nticəsində 600 manat qiymətində atları ölmüş, 150 manat dəyərində araba tam yararsız hala düşmüş, iddiaçı Motuxova Xalisətin alt çənsinə yerləşdirilmiş 200 manat qiymətində protez dişləri itmiş və 200 manat dəyərində cib telefonu da yoxa çıxmışdır. “xxxx” MMC-nin 07.12.2020-ci il tarixli 948 saylı arayışında qeyd olunur ki, Balakən mal bazarında dörd yaşar erkək yükdaşıyıcı atın orta bazar satış qiyməti 600 manat, at arabasının qiyməti isə 150 manat təşkil edir. Həkim stomatoloq Əlyev F.J. tərəfindən verilmiş 08.12.2020-ci il tarixli arayışdan da məlum olur ki, alt çənə üçün çıxan protez dişlərin qiyməti 200 manat dəyərindədir. 02.08.2020-ci il tarixdə cavabdeh tərəfindən törədilən qəza nəticəsində sağlamlıqlarına vurulan xəsarətin müalicə olunması üçün onlara vurulan zərər 1240 manat olmuşdur ki, bunun da 400 manatı cavabdeh tərəfindən ödənilmişdir. Əmlaklarına (at və araba,diş protezi, yoxa çıxmış cib telefonu) dəymiş ziyan isə 1150 manat olmuşdur. Ümumilikdə isə Cavabdeh tərəfindən onlara vurulan cəmi zərərin miqdarı 1990 manat olmuşdur. Buna görə də ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddai üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, İddiaçı1 izahatına uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, izahatında göstərdi ki, 02 avqust 2020-ci il tarixdə axşam saat 23 radələrində Balakən- Qabaqçol magistral yolunda ona məxsus idarə etdiyi 99TN308 dövlət qeydiyyat nişanlı Renault Meqane markalı minik avtomobili ilə Balakən rayonu Tülü kənd sakinləri İddiaçı2 və İddiaçı1 hərəkət etdiyi at arabası toqquşmuşdur. Avtoqəza nəticəsində cavbdehlər müəyyən xəsarətlər almışlar. Bu səbəbdən o, cavabdehləri hadisədən sonra təcili olaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə çatdırmışdır. Cavabdehlər yüngül xəsarətlər aldığından onlara ilkin tibbi yardım edilmiş və 03 avqust 2020-ci il tarixdə evə buraxılmışlar. Hadisə ilə bağlı o, inzibati xəta törətdiyindən 200 manat, cavabdeh tərəf də inzibati xəta törətdiyindən 40 manat cərimə olunmuşlar. Cavabdehlərə təyin edilmiş müalicənin aparılması üçün onlara 500 manat məbləğində pul yardımı etmişdir. Avtoqəza nəticəsində onun avtomobilinə 2340 manat dəyərində maddi ziyan dəymişdir. Cavabdehlər ona qarşı 1990 manat miqdarında maddi ziyan tələbi ilə bağlı əsassız iddia ilə məhkəməyə müraciət etmişlər. Buna görə də iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçların iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı2 və İddiaçı1 oğludur. Valideynlərinin yol-nəqliyyat hadisəsində aldığı xəsarətin müalicəsinə görə Cavabdeh ona bir dəfə xəstəxanada 100 manat və evdə 200 manat vermişdir. Balakən Rayon İcra Hakimiyyətinin qabağında Cavabdeh ona 100 manat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Cavabdeh qardaşıdır. Bir dəfə qardaşı Cavabdeh xəstəxanada Şahid 100 manat vermiş, 200 manatı isə Cavabdeh adından o, İddiaçı2 evlərində vermişdir. Bundan əlavə qardaşı Cavabdeh iki dəfə; bir dəfə 100 manat, bir dəfə isə 80 manat pulu Balakən Rayon İcra Hakimiyyətinin qabağında İlham və Xalisətin oğlu İlkinə vermişdir. Qardaşı Cavabdeh cəmi 480 manat pulu İddiaçı2 və İddiaçı1 müalicəsi üçün vermişdir. Onlar razılıq əldə etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 3(019)-353/2020 nömrəli qərarından görünür ki, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Polis Şöbəsinin DYPBnin inspektorunun inzibati tənbeh vermə haqqında 27.10.2020-ci il tarixli, MN ******* №-li qərarından görünür ki, İddiaçı2 02.08.2020-ci il tarixdə Balakən rayonu Talalar kəndi ərazisində işıq əks etdirən qurğularla təchiz edilməyən at arabasını sürməsi və yolnəqliyyat hadisəsini törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X10» mərkəzi tərəfindən 06.08.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Puçaxova Xalisə-boyun fəqərələrinin iki proyeksiyada çəkilmiş R-qrammasında, fizioloji boyun lordozu artmışdır. Travmaya bağdı sınıq patalogiyası aşkar edilmədi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X10» mərkəzi tərəfindən 06.08.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı2-boyun fəqərələrinin iki proyeksiyada çəkilmiş R-qrammasında, fizioloji boyun lordozu artmışdır. Travmaya bağlı sınıq patalogiyası aşkar edilmədi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xxxx MMC tərəfindən 07.12.2020-ci il tarixdə verilmiş 948 nömrəli arayışdan görünür ki, Balakən mal bazarında 4 yaşar erkək yorğalı atın orta bazar satış qiyməti 600 manat və taçkanın qiyməti 150 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş həkim stomatoloq Abdlayevanın verdiyi arayışdan görünür ki, İddiaçı1 Muxdar qızına istifadə üçün düzəldilən alt çənə üçün hissəvi çıxan protezin qiyməti 200 manat dəyərindədir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı2 02.08.2020-ci il tarixdə Balakən rayonu Talalar kəndi ərazisində işıq əks etdirən qurğularla təchiz edilməyən at arabasını sürməsi və X1 02.08.2020-ci il tarixdə, saat 23:30-radələrində idarə etdiyi Renault Megane markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Talalar kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən, manevr qaydalarını pozması nəticəsində həmin avtomaşın və at arabası toqquşmaqla yol-nəqliyyat hadisəsi baş vermiş, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektorunun inzibati tənbeh vermə haqqında 27.10.2020-ci il tarixli, MN ******* №-li qərarı ilə İddiaçı2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmiş, Balakən Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 3(019)-353/2020 nömrəli qərarı ilə isə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İlk iddia üzrə iddiaçılar tərəfindən həmin hadisə nəticəsində onlara 1990 ziyan dəydiyi göstərilərək, həmin məbləğdə ziyan tələbi ilə bağlı ilk iddia ərizəsi ilə, ilk iddia üzrə cavabdeh tərəfindən isə hadisə nəticəsində avtomobilinə 2340 manat ziyan dəydiyi iddia edilərək, bu tələblə bağlı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə, iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtləki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada konkret hazırki mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət oxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, ilk iddai üzrə iddiaçılar ilk iddia üzrə cavabdehin onlara məhz 1990 manat məbləğində zərər vurması və cavabdehin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə ilk iddia üzrə iddiaçıların öz tələbini əsaslandırdığı bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət ilk iddia tələbinin hüquqi əsası kimi istinad etdikləri qanunvericilik müddəalarına əsasən ilk iddia tələbi əsassızdır. Belə ki, ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 sözügedən hadisə nəticəsində atın ölməsi ilə onlara 600 manat, arabanın yararsız hala salınması ilə 150 manat, Xalisə Puçaxovanın protez dişlərinin itməsi nəticəsində 200 manat, İddiaçı1 itmiş telefonuna görə 200 manat, onların sağlamlığına 1240 manat ziyan vurulması və bu məbləğdən illk iddia üzrə cavabdehin 400 manat ödəməklə ümumilikdə 1990 manat ziyan vurulmasını ilk iddia tələbinin əsaslandırıldığı hallar kimi göstərsələr də, məhz X1 qanunsuz hərəkətləri və təqsiri əsasında atın ölməsi ilə onlara 600 manat, arabanın yararsız hala düşməsi ilə 150 manat, Xalisə Puçaxovanın protez dişlərinin itməsi ilə 200 manat, Xalisə Puçaxovaya məxsus telefonun itməsi ilə 200 manat və sağlamlıqlarına 1240 manat ziyanın vurulması, ilk iddia üzrə cavabdehin bu puldan 400 manat ödəməsi və ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçılara tələb etdikləri 1990 manat məbləğində ziyan vurmasını, məhz bu ziyanın vurulmasında ilk iddia üzrə cavabdehin təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da ilk iddia tələbininə əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. İş materiallarından görünür ki, həm ilk iddia üzrə İddiaçı2, həm də ilk iddia üzrə Cavabdeh hadisənin törədilməsində təqsirli olmuş və inzibati məsuliyyətə cəlb edilərək, cərimə olunmuşlar. Hadisə onların qarşılıqlı təqsiri nəticəsində baş vermişdir. Bundan başqa iş materiallarından görünür ki, ölməsi göstərilən atın qiymətinin məhz 600 manat olması və məhz Cavabdeh təqsiri nəticəsində həmin atın ölməsi ilə ilk iddia üzrə iddiaçılara 600 manat ziyan vurulması, eynilə arabanın qiymətinin 150 manat olması və məhz Cavabdeh təqsiri nəticəsində həmin arabanın sıradan çıxması ilə ilk iddia üzrə iddiaçılara 150 manat ziyan vurulması müəyyən olunmur. Eyni zamanda işdəki sübutlarla İddiaçı1 protez dişlərinin məhz Cavabdeh təqsiri nəticəsində itməsi, bu dişlərin qiymətinin 200 manat olması və Cavabdeh təqsirli hərəkətləri nəticəsində protez dişlərin itməsi ilə İddiaçı1 200 manat ziyanın vurulması, həmçinin Cavabdeh təqsiri hərəkəti ilə İddiaçı1 cib telefonunun itməsi, həmin telefonun İddiaçı1 məxsus olması, qiymətinin 200 manat olması və ilk iddia üzrə cavbadehin təqsiri nəticəsində həmin telefon itməklə İddiaçı1 200 manat ziyanın vurulması təsdiq olunmur. Digər tərəfdən ilk iddia üzrə iddiaçılar tərəfindən hadisə nəticəsində onların sağlamlığına dəymiş xəsarət üzrə müalicələri ilə bağlı məhz 1240 manat məbləğində ziyan vurulması, bu məbləğin hansı hissəsinin müayinəyə və müalicəyə, o cümlədən dərman preparatlarının alınmasına, hansı hissəsinin nəqliyyat xərci kimi sərf olunması və ya sərf olunacağını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişlər. İlk iddia üzrə iddiaçılar hətta Mingəçevir şəhərində yerləşən X10 Mərkəzində müayinə üçün mərkəzin kassasına 180 manat pul ödəmələrini və həmin mərkəzə gedib-gəlimək üçün taksi sürücüsünə 80 manat pul vermələrini göstərsələr də, bu ödənişləri təsdiq edən müvafiq qəbzləri və ya digər sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Bu konteksdə məhkəmə cavabdehlərin təqdim etdikləri atın və arabanın qiyməti və protez dişlərin qiyməti barədə arayışları, həmçinin həkim reseptlərini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin arayışlarda hansı identifikasiya əlamətlərinə görə (yaşına, cinsinə, rənginə, çəkisinə və sair) İddiaçı2 məxsus atın qiymətinin məhz 600 manat olması, həmçinin hansı identifikasiya əlamətlərinə görə (ölçüsü, təkərlərin sayı və sair) məhz İddiaçı2 məxsus arabanın 150 manat olması və məhz Cavabdeh təqsirli hərəkəti nəticəsində həmin atın ölməsi ilə ilk iddia üzrə iddiaçıya 600 manat və at arabasının sıradan çıxması ilə 150 manat ziyan dəyməsi sübut olunmur. Digər tərəfdən həkim-stomatoloqun təqdim etdiyi arayışda məhz Cavabdeh təqsiri nəticəsində İddiaçı1 diş protezinin itməsi və ona 200 manat ziyan vurulması təsdiq olunmur. Həmçinin işdəki hər hansı mötəbər sübutla məhz Cavabdeh təqsiri nəticəsində İddiaçı1 200 manatlıq mobil telefonunun itməsi və ona 200 manat ziyan vurulması müəyyən olunmur. Ümumiyyətlə ilk iddia üzrə iddiaçılar bu mobil telefonun buraxılış ili, markası, qiyməti və digər fərdi identifikasiya əlamətləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İlk iddia üzrə iddiaçıların təqdim etdiyi reseptlərə gəldikdə isə həmin reseptlərdə onların müalicəsinə dərman vəsaitlərinin alınması barədə heç bir məlumat yoxdur. İlk iddia üzrə iddiaçılar həmin dərmanların aptektlərdən alınması və buna müvafiq vəsait sərf etmələri barədə hər hansı qəbz və digər ödəniş sənədlərini məhkəməyə təqdim etməmişlər. Bundan başqa həmin arayış və reseptlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surətləri deyil, yalnız kserosurətləri məhkəməyə təqdim edilmişdir ki, həmin sənədlərin kserosurətləri də Azərbaycan Respublikası MPM-nin 89.1 və 89.3-cü maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna bilməz. İlk iddia üzrə iddiaçılar hadisə nəticəsində (at və araba,diş protezi, yoxa çıxmış cib telefonu, müalicə xərcləri) dəymiş ziyanın 1990 manat olduğunu göstərmiş, ilk iddia üzrə cavabdeh isə iddiaçılara 480 manat verdiyini və ilk iddia üzrə iddiaçıların bununla razılaşdığını, onlara başqa zərər vurmadığını, ilk iddianın əsassız olduğunu bildirmişdir. İlk iddia üzrə iddiaçılar ilk iddia üzrə cavabdeh tərəfindən onlara 1990 manat məbləğində maddi ziyan dəyməsi ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5 isə hadisə nəticəsində idarə etdiyi Renault Megane markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2340 manat ziyan dəydiyini iddia edərək, bu barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etsə də, ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin göstərilən 2340 manat məbləğdə ona ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hala dair sübut kimi 10 avqust 2020-ci il tarixli qaimə-fakturanın kserosurəti məhkəməyə təqdim edilmişdir ki, məhkəmə də həmin qaimə-fakturanı bu xüsusda mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin qaimə-fakturanın hansı hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən verilməsi, bu sənədi verən şəxsin VÖEN nömrəsi, qeydiyyatı müəyyən olunmur, həmin qaimə-fakturanın qeydiyyat nömrəsi də yoxdur. Həmçinin bu qaimə-fakturanın əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti deyil, yalnız kserosurəti məhkəməyə təqdim olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 89.1 və 89.3-cü maddələrinə əsasən sənədin kserosurəti yazılı sübut kimi qəbul olunmur. Digər tərəfdən, həmin qaimə-fakturada avtomaşına 1640 manat ehtiyat hissələrinin alınması və 700 manat usta xərcləri sərf olunmaqla 2340 manat ziyan vurulması qeyd edilsə də, avtomaşına məhz qaimə-fakturada göstərilən adda və sayda və qiymətdə ehtiyat hissələrinin alınması və malyara 300 manatın, quraşdırıcı ustaya isə 400 manatın ödənilməsi barədə hər hansı qəbz və ya digər ödəniş sənədləri təqdim edilməmişdir. 10 avqust 2020-ci il tarixli sözügedən qaimə-fakturanın özündə qarşılıqlı iddia üzrə iddiaçı X1 avtomaşınına 1640 manat dəyərində həmin sənəddə göstərilən adda, sayda və qiymətdə ehtiyat hissələri alması, bu vəsaiti ödəməsi, həmçinin malyara 300 manat və quraşdırıcı ustaya 400 manat ödəməsi müəyyən olunmur və sübut olunmur. Həmçinin həmin qaiməfakturada Cavabdeh məhz qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz hərəkətləri və təqsiri ilə onun avtomaşınına vurulmuş ziyanla bağlı 2340 manat pul vəsaiti sərf etməsi və ona məhz 2340 manat məbləğində ziyan vurulması müəyyən olunmur və sübut olunmur. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin 2340 manatı İddiaçı1 tələb etməsi heç bir faktoloji və hüquqi əsasa malik deyildir. Belə ki, iş materiallarından görünür ki, hadisə nəticəsində Cavabdeh və İddiaçı2 inzibati xətaların törədilməsində təqsiri müəyyən olunmuşdur. Bu hadisədə İddiaçı1 heç bir təqsiri müəyyən edilməmişdir, İddiaçı1 nə at arabasının, nə də avtomaşının sürücüsü olmuşdur. Ona görə də sözügedən hadisənin nəticəsinə görə İddiaçı1 məsuliyyət və cavabdehlik daşıya bilməz. Göstərilənlər qarşılıqlı iddia tələbinin əsassız olmasını göstərir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, belə hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı sağlamlığa və əmlaka vurulmuş 1990 manat miqdarında maddi ziyanın cavabdehdən tutulub onlara ödənilməsi tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı 2340 manat pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hər iki iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılara və qarşılıqlı iddianın qaldırılması üçnü ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı sağlamlığa və əmlaka vurulmuş 1990 manat miqdarında maddi ziyanın cavabdehdən tutulub onlara ödənilməsi tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı 2340 manat pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar