Məhkəmə qərarları › İş №2(019)-275/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-275/2021

24.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-275/2021 24.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X5, onun nümayəndəsi-vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə Ölmüş ilk iddia üzrə İddiaçı hüquqi varisi X5 Cavabdeh qarşı qəsdə son qoyma tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı hüquqi varisi X9 qarşı maddi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məmmədov X2 Leyla Məmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, evə görə ödənilmiş 21000 (iyirmi bir min ) manat və evin təmirinə çəkilmiş 3820 (üç min səkkiz yüz iyirmi) manat - ümumilikdə 24820 manat məbləğində və mənəvi zərərə görə 25000 manat məbləğində -ümumilikdə 49820 (qırx doqquz min səkkiz yüz iyirmi) manat pul vəsaitinin İddiaçı alınaraq, ona ödənilməsi və həmin məbləğin ona ödənilməsi tələbinin İddiaçı ona qarşı olan iddia tələbi ilə eyni vaxtada icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərarı ilə ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dyandırılmış, mərhum İddiaçı arvadı X3, qızı Puçaxova Aytən Rafiq qızının və oğlu Məmmədov Rəşad Rafiq oğlunun ərizələrlə məhkəməyə müraciət edərək, ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi qismində onun oğlu X5 tanınmasını xahiş etdiklərini və qanunvericiliyin tələblərini nəzərə alaraq, sonradan ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X13 ilə əvəz edilməklə iş üzrə icraat təzələnmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə iclasında ölmüş ilk iddia üzrə İddiaçı hüquqi varisi X13 ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə Cavabdeh, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və iya azaltmağa haqlıdır. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində onun hüquqları 20 iyun 2017-cı il tarixdə daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İddiaçı maddi ehtiyacları ilə bağlı olaraq 2018-ci ildə qeyd olunan fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Cavabdeh İddiaçı müraciət edərək, mülkiyyətində olan həmin evi almaq istədiyini bildirmiş, lakin yetərincə vəsaiti olmadığı üçün beh verməyi iddiaçıya təklif etmişdir. Bu məqsədlə 17 yanvar 2019-cu il tarixdə iddiaçı və cavabdeh arasında "Beh müqaviləsi" bağlanmışdır. Həmin vaxt, Cavabdeh İddiaçı alqı-satqı müqaviləsini "Beh müqaviləsi"ndə nəzərdə tutulmuş müddətdən də tez bir zamanda bağlayacağına inandıraraq, fərdi yaşayış evinin həyət və ev qapılarının açarlarını almışdır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2019cu il tarixli "Beh müqaviləsi"ndən də göründüyü kimi, iddiaçı və cavabdeh evin dəyərinin 45000 (qırx beş min) manat, behin isə 3000 (üç min) manat olması ilə bağlı razılığa gəlmişlər. Həmin Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi 20 may 2019-cu il tarixdə bağlanmalı idi. Lakin "Beh müqaviləsi"ndə nəzərdə tutulmuş müddətin bitməsinə baxmayaraq, Cavabdeh alqı-satqı müqaviləsinin bağlanması üçün notariat ofisinə gəlməmişdir. İddiaçı Cavabdeh ilə dəfələrlə əlaqə saxlasa da, sonuncu hər dəfəsində alqısatqı müqaviləsinin bağlanmasından yayınmışdır. Bir müddət sonra Cavabdeh İddiaçı alqısatqı müqaviləsini bağlayacağına inandırmaq məqsədi ilə əlavə olaraq beh qismində 3000 (üç min) manat da pul vermiş və 2020-ci ilin əvvəllərinədək alqı-satqı müqaviləsini bağlayacağını bildirmişdir. Lakin Cavabdeh keçən müddət ərzində alqı-satqı müqaviləsinin bağlanmasından yayınmaqla qalmamış, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış və 0,0298 ha həyətyanı torpaq sahəsinə həyət və ev qapılarının açarlarını iddiaçını aldatmaq yolu ilə ələ keçirməklə, iddiaçının əmlakdan istifadə və sahiblik etməyinə maneçilik yaratmışdır. İddiaçı Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (həyət və evin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan) son qoymasını tələb etməsinə baxmayaraq, sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının Azərbaycan Repsublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş, nəticədə iddiaçı hazırki tələblə aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X13 və bundan əvvəli məhkəmə proseslərində və 14 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən onun nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qismən-3000 manat sonradan beh adı altında verilmiş pul, evin təmirinə çəkilmiş 758 manat xərc və həyətyanı sahədə ağacların əkilməsinə görə 61 manat xərc olmaqla cəmi 3819 manat maddi ziyan hissəsində qəbul edərək, qalan hissələrdə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermis, həmçinin İddiaçı qalmış mirasın yalnız onun evində yaşamaqla, evin kommunal xərclərini ödəməklə və əmlakına faktiki yiyələnib onu idarə etməklə X13 tərəfindən faktiki qəbul olunduğunu, X12, qızı Puçaxova Aytən Rafiq qızı və Məmmədov Rəşad Rafiq oğlunun İddiaçı Nəcmədin oğlundan qalmış mirası qəbul etmədiklərini, X12, qızı Puçaxova Aytən Rafiq qızı və Məmmədov Rəşad Rafiq oğlunun ərizələrlə məhkəməyə müraciət edərək, ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi qismində onun-X5 tanınmasını xahiş etdiklərini bildirərək, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə qismən təmin olunmasını xahiş etmişlər. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X12, X14 və X15 məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı oglu ona qarşı "qəsdə son qoyma" iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbində qeyd olunmuşdur ki, İddiaçı oglu mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini ona satmaq qərarına gəlmiş və bu məqsədlə də 17.01.2019-cu ildə aralarında beh müqaviləsi bağlamışdır. İlkin olaraq 3000 manat ondan beh almışdır. Beh müqaviləsi müddəti ötdükdən sonra ondan əlavə olaraq 3000 manat pul almış və sonradan o, müqavilə bağlamaq fikrindən yayınmışdır. Bu səbəbdən də mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən onun istifadə və sahiblik etməyinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan hərəkətlərə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.Bununla əlaqədar olaraq bildirir ki, ilk iddia üzrə iddiaçının iddia tələbində göstərdikləri həqiqəti əks etdirmir.Belə ki, həqiqətən də o, evə ehtiyacı olduğu üçün ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini ümumilikdə 45000 (qırx beş min) manat pul ödəməklə almaq qərarına gəlmiş və bu məqsədlə də 17.01.2019-cu ildə aralarında beh müqaviləsi bağlamış və İlkin olaraq 3000 manat pul ödəmişdir. Aralarındakı razılaşmaya əsasən o, evin pulunu hissə-hissə ödəməyi öhdəsinə götürmüş və ilk iddia üzrə iddiaçının özünün də etiraf etdiyi kimi bir müddət keçdikdən sonra o, növbəti dəfə 3000 manat pulu evə görə ilk iddia üzrə iddiaçıya vermişdir. Hansı ki, iddia ərizəsində R. Məmmədov tam yanlış olaraq həmin məbləği də guya növbəti dəfə beh kimi ona verdiyini qeyd etmişdir. Necə ola bilər ki, bir əmlaka görə iki dəfə beh verilsin? Bu mülki qanunvericiliyin tələblərinə tamamilə ziddir. Bundan sonra Azərbaycan Respublikasında mövcud olan "COVİD-19" koronavirus pandemiyası ilə əlaqədar olaraq maddi durumunda çətinliklər yaranmış və bu səbəbdən də üzrlü səbəblərdən ona evin pulunu vaxtlı -vaxtında ödəməkdə çətinlik çəkmişdir. Lakin yaranmış çətinliyə baxmayaraq, o, bir qədər gecikmələr olsa da, şahidlərin iştirakı ilə İddiaçı evə görə ayrı-ayrı vaxtlarda hissə -hissə ümumilkidə 21000 (iyirmi bir min) manat pul nəqd ödəmişdir. Aralarında qalan məbləği isə 30.05.2021-ci il tarixədək ödəməyi bildirmişdir. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı evə görə ona yalnız 6000 manat ödənildiyini etiraf etsə də, bu günədək ödənilən qalan 15000 (on beş min) manat pul vəsaitinin ödənilməsini qərəzli şəkildə inkar edir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, bundan əlavə o, sözügedən yaşayış evini aldıqdan sonra öz əşyaları ilə birlikdə həmin evə köçüb, yaşamağa başlamış və faktiki istifadə və sahiblik hüquqlarını həyata keçirməyə başlamışdır. Sözügedən fərdi yaşayış evi onun sahibliyində olduğu vaxtdan bu günədək həmin evdə və həyətyanı torpaq sahəsində təmir, abadlıq işləri aparmış və evin bütün kommunal xərclərini (qaz, işiq, su) də ödəmişdir.Sözügedən evdə aşağıdakı işlərə aşağıdakı məbləğdə əlavə pul vəsaiti xərcləmişdir: 1.Su çəkilməsi-1000 manat; 2.Agacların, o, cümlədən meyvə ağaclarının əkilməsi 950 manat; 3.Santexnika işləri, o, cümlədən-hamamda, mətbəxdə, ayaqyolunda evdə və həyətdə- 480 manat, usta pulu ilə 600 manat; 4.Plastik pəncərə setkası yerləşdirilməsi - 6 ədəd ümumi qiyməti- 400 manat, usta pulu 50 manat; 5.Elektrik xətləri nasaz vəziyyətdə olduğundan yeni xətlərin çəkilməsi -350 manat; ümumilikdə 3820 (üç min səkkiz yüz iyirmi) manat. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ilk iddia üzrə İddiaçı, demələrinə görə Azərbaycan Respublikası DİN-nin 7-ci İdarəsinin rəis müavini işləyən öglu İddiaçı güvənərək, onun qadınlığından, kimsəsizliyindən istifadə edərək, ona hədə -qorxu gələrək, təziyiqlər edir və ümumiyyətlə onun evdən çıxmasını tələb edirlər. Ayrı-ayrı adamlar vasitəsilə ona hədə -qorxu gəlirlər. Bir sözlə öz hüquqazidd hərəkətləri ilə onun şərəf və ləyaqətinə toxunurlar. Bir sözlə bu şəxslərin ona qarşı etdikləri təzyiq və psixoloyi təsirlər nəticəsində hətta səhhətində də ciddi problemlər yaranmış və nəticədə həkim müayinəsindən keçmiş, 1500 manat dərmanlara və müalicəsinə xərci çıxmışdır. Bir sözlə ona dəymiş mənəvi zərəri də ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Məmmədli Leyla Məmməd qızının nümayəndəsi-vəkili Vəkil2 və hazırki iş üzrə 29.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Məmmədli Leyla Məmməd qızı ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2020ci ilin mart ayında o, Cavabdehgildə olmuşdur. Həmin vaxt Cavabdeh ona demişdir ki, evini pulunu verməyə getmək lazımdır. Onlar bir yerdə-o, Leyla və Leylanın qızları Cavabdeh idarə etdiyi avtomaşınla pulu vermək üçün adını bilmədiyi kafeyə getmişlər. Həmin vax Leyla 3700 manat pulu götürərək kiməsə vermək üçün avtomaşından düşmüş və getmişdir. Lakin Leylanın pulu kimə verdiyini görməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 11078776 №-li çıxarışdan görünür ki, Balakən şəhəri, H.Zərdabi küçəsi 3 ünvanda yerləşən 0,0298 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 77.60 kv.metr fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsindən görünür ki, həmin müqavilə üzrə beh verən Cavabdeh Məmməd qızı beh alan İddiaçı, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, H.Zərdabi küçəsi 3 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsininin və üzərindəki ümumi sahəsi 77.60 kv.m. olan fərdi yaşayış evinin Cavabdeh 45000 (qırx beş min) manata satılmasına dair alqı-satqı müqaviləsininin 20 may 2019-cu ilədək notariat qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədi ilə 3000 (üç min) manat beh vermiş, tərəflərə beh müqaviləsinin hüquqi nəticələri və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “Asan xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 180159 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Nəcməddin oğlu 18.05.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 05 ayının 20 günündə 179 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 21 may 201-ci il tarixdə verilmiş 438 nömrəli arayışdan görünür ki, İddiaçı vərəsələri-həyat yoldaşı-X12, qızı X14, oğlu Məmmədov Rəşad Rafiq oğlu, oğlu Məmmədov Elşad Rafiq oğludur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş mərhum İddiaçı arvadı X3, qızı Puçaxova Aytən Rafiq qızının və oğlu X7 Balakən Rayon Məhkəməsinə ünvanladıqları ərizələrdən görünür ki, həmin şəxslər ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi qismində onun oğlu X5 tanınmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 noyabr 2021ci il tarixli, 10/3678 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında, 0,0298 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri müvcud bazar qiymətlərinə uyğun olaraq 758,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 noyabr 2021-ci il tarixli, 10/3678 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 7/698-9/5071 saylı rəyindən görünür ki, Balakən Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli məktubundakı aqronom rəyinə əsasən 0,0298 ha torpaq sahəsində 3 ədəd 2 illik alma ağacı, 3 ədəd 2 illik armud ağacı, 2 ədəd 2 illik şaftalı ağacı, 2 ədəd 2 illik yapon əzgili, 1 ədəd 2 illik yovson küknarı olması müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli məktubundakı 2(019)-275/2021 saylı mülki iş üzrə iddiaçı X5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,0298 ha sahəyə alim-aqronom X16 tərəfindən baxış keçirilmiş torpaq sahəsindəki meyvə ağaclarının satış qiyməti 1. Alma - 1 ədədinin satış qiyməti 5 manat olmaqla 5x3 ədəd alma = 15 manat; 2. Armud - 1 ədədinin satış qiyməti 6 manat olmaqla 6x3 ədəd armud = 18 manat; 3. Şaftalı -1 ədədinin satış qiyməti 4 manat olmaqla 4x2 ədəd şaftalı = 8 manat; 4. Yapon əzgili- 1 ədədinin satış qiyməti 5 manat olmaqla 5 x 2 ədəd yapon əzgili = 10 manat; 5. Yovson küknarı - 1 ədədinin satış qiyməti 10 manat olmaqla 10x1 ədəd armud = 10 manat olmaqla ümumi cəmi dəyəri isə 61 manat olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 03 noyabr 2021-ci il tarixli, 7/698-9/5071 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış kompleks məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, ilk iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu və Cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X5 və onun nümayəndəsi-vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Məmmədli Leyla Məmməd qızının nümayəndəsi-vəkili Vəkil2 və hazırki iş üzrə 29.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Məmmədli Leyla Məmməd qızının izahatlarını və şahid ifadəsini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 11078776 №-li çıxarışla Balakən şəhəri, H.Zərdabi küçəsi 3 ünvanda yerləşən 0,0298 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 77.60 kv.metr fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmış və həmin həyətyanı torpaq sahəsinin və evin 45000 manata alqı-satqısı barədə İddiaçı ilə Cavabdeh arasında razılığa gəlinmiş, bununla bağlı onlar arasında notarial qaydada təsdiq olunmuş 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsi bağlanmış və həmin 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsinə əsasən beh verən Cavabdeh Məmməd qızı beh alan İddiaçı, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, H.Zərdabi küçəsi 3 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsininin və üzərindəki ümumi sahəsi 77.60 kv.m. olan fərdi yaşayış evinin Cavabdeh 45000 (qırx beş min) manata satılmasına dair alqı-satqı müqaviləsininin 20 may 2019-cu ilədək notariat qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədi ilə 3000 (üç min) manat beh vermiş, tərəflərə beh müqaviləsinin hüquqi nəticələri və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Lakin Cavabdeh 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsinin şərtlərinə əməl etməmiş, həmin müqaviləni icra etməmiş və evin və həyətyanı torrpaq sahəsinin 45000 manata satılmasına dair alqı-satqı müqaviləsinin 20 may 2019-cu il tarixədək notarial qaydada təsdiq edilməsi və icrasının təmin edilməsini həyata keçirməmişdir. Yəni 17 yanvar 2019-cu il tarixli beh müqaviləsinin icra edilməməsinə görə beh vermiş tərəf-Cavabdeh məsuliyyət daşıyır. Bir müddət sonra Cavabdeh İddiaçı alqısatqı müqaviləsini bağlayacağına inandırmaq məqsədi ilə əlavə olaraq beh adı altında 3000 (üç min) manat da pul vermiş və 2020-ci ilin əvvəllərinədək alqı-satqı müqaviləsini bağlayacağını bildirmiş, lakin Cavabdeh keçən müddət ərzində alqı-satqı müqaviləsinin bağlanmasından yayınmış, İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsinə həyət və ev qapılarının açarlarını İddiaçı qanunsuz əldə etməklə, İddiaçı və onun hüquqi varisinin həmin əmlakdan istifadə və sahiblik etməsinə maneçilik yaratmışdır. İddiaçı və onun hüquqi varisi, Cavabdeh sözügedən əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (həyət və evin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan) son qoymasını tələb etməsinə baxmayaraq, Cavabdeh bundan imtina etmişdir. Həmçinin işdə olan sübutlardan, o cümlədən məhkəmə tikinti-texniki ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 10/3678 nömrəli rəyindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında, 0,0298 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində görülmüş təmirbərpa işlərinin təqribi dəyəri müvcud bazar qiymətlərinə uyğun olaraq 758,00 manat məbləğində müəyyən edilmiş, kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 7/698-9/5071 saylı rəyi ilə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən 0,0298 ha torpaq sahəsində əkilmiş 3 ədəd alma, 3 ədəd armud, 2 ədəd şaftalı, 2 ədəd Yapon əzgili, 1 ədəd Yovson küknarı əkilmişdir ki, həmin ağacların da ümumi cəmi dəyəri 61 manat təşkil edir. İş üzrə ekspertiza xərci 150 manatdır, ilk iddianın qaldırılması üçün 10 manat, qarşılıqlı iddianın qaldırılması üçün isə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan olunmuş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddia yalnız o halda verilir ki, sahib qəsdən və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə noariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qənunla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etiməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Remspublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk iddia ilə bağlı qanun normalarının tələbinə istinadən qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilə, o cümlədən alqı-satqı müqaviləsi yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestində qeydə alınmalıdır. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Qanunun tələbinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin, o cümlədən alqı-satqı əqdinin notarial qaydada təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İşdəki sübutlardan görünür ki, İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsi notarial qaydada təsdiq olunmuş yazılı müqavilə ilə Cavabdeh satılmamış, bağışlanmamış və ya başqa qaydada özgəninkiləşdirilməmiş, Cavabdeh sözügedən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0298 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ və digər hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və belə olan halda mülkiyyət hüququ, sahiblik və istifadə hüquqları və sair hüquqları yaranmamışdır. Ona görə də Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0298 ha həyətyanı torpaq sahəsinə gedən qapıların açarlarını özündə saxlayıb həmin evdən və həyətyanı torpaq sahəsindən istifadə etməsi və həmin əmlaklara sahiblik etməsi qanunsuzdur və davamlı olaraq ilk iddia üzrə iddiaçının və onun hüquqi varisinin və digər vərəsələrinin hüquqlarını pozmuşdur və pozur. Cavabdeh tərəfindən mülkiyyətçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0298 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarına müdaxiləsi qanunda nəzərdə tutulmamışdır, qanuni məqsəd daşımır, təxirəsalınmaz ictimai tələbata cavab vermir, bu zaman bu halla bağlı mülkiyyətçiyə hər hansı kompensasiya verilməmişdir. Belə olan halda ölmüş ilk iddia üzrə iddiaçının hüquqi varisinin hüquqları bərpa edilməklə ilk iddia təmin edilməlidir. İlk iddia üzrə Cavabdeh İddiaçı ilə aralarındakı razılaşmaya əsasən evin pulunu hissəhissə ödəməyi öhdəsinə götürməsini və evin pulunu hissə-hissə ödəməsini bildirsə də, ilk iddiaya etirazını əsaslandırdığı bu halla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdəki sübutlara istinad edən məhkəmə qeyd edir ki, Cavabdeh ilk iddia tələbinə etirazının əsaslandırıldığı bu halın mövcudluğu işdəki sübutlarla, o cümlədən ilk iddia üzrə ölmüş iddiaçının hüquqi varisinin və onun nümayəndəsi-vəkilinin izhahatları, həmçinin 17 yanvar 2019-cu il tarixli beh müqaviləsi ilə tam təkzib olunur. Belə ki, İddiaçıla Cavabdeh arasında sözügedən evin və torpaq sahəsinin satış pulunun hissə-hissə ödənilməsinin şərtləşdirilməsi beh müqaviləsində nəzərdə tutulmamışdır və bununla bağlı işdə heç bir sübut yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh ilk iddia tələbinə olan bu etirazı heç bir faktoloji və hüquqi əsaslara mlaik deyildir və əsassızdır. İşdəki sübutlar əsasında işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına əsasən hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, ilk iddia üzrə Cavabdeh, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı, ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə ölmüş iddiaçının hüquqi varisi X9 verilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, həmçinin hesab edir ki, qarşılıqlı iddia qismən-evə görə ödənilmiş 21000 manat və evin təmirinə çəkilmiş 3820 manat olmaqla ümumilikdə 24820 manat maddi zərər tələbinin 3000 manat beh adı altında sonradan verilmiş pul, evin təmirinə çəkilmiş 758 manat xərc və həyətyanı sahədə ağacların əkilməsinə görə 61 manat xərc olmaqla cəmi 3819 manat hissəsində təmin edilməli, 3819 manat maddi zərər tələbindən artıq maddi zərər tələbi hissəsində və 25000 manat mənəvi zərər tələbi hissəsində təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan, o cümlədən ilk iddia üzrə ölmüş iddiaçının hüquqi varisinin və onun nümayəndəsinin-vəkilinin izahatlarından və qarşılıqlı iddia üzrə iddiaçının və onun nümayəndəsinin izahatlarından görünür ki, 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsindən əlavə Cavabdeh tərəfindən İddiaçı beh adı altında 3000 manat da əlavə pul ödənilmiş, bu zaman tərəflər arasında bu məbləğlə bağlı yazılı formada beh müqaviləsi bağlanmamışdır. Halbuki qanunvericiliyə əsasən (Mülki Məcəllənin 491.2-ci maddəsi) beh haqqında razılaşma behin məbləğindən asılı olmayaraq yazılı formada bağlanmalıdır. Belə olan halda şübhəsizdir ki, sözügedən 3000 manat pul beh müqaviləsinin predmeti olmamışdır və beh kimi qəbul edilə bilməz. Həmin beh adı altında alınmış 3000 manat pul əsassız varlanmanın predmetidir. Yəni İddiaçı Cavabdeh beh adı altında həmin 3000 manat pulu almaqla həmin məbləğdə Cavabdeh hesabına əsassız varlanmışdır. Ona görə də həmin 3000 manat pul İddiaçı hüquqi varisi X4 alınaraq ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Həmçinin işdəki sübutlarla, o cümlədən məhkəmə tikinti-texniki ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 10/3678 nömrəli rəyi ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən sözügedən ünvan 4 ünvanında, 0,0298 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri müvcud bazar qiymətlərinə uyğun olaraq 758,00 manat və kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 7/698-9/5071 saylı rəyi ilə təsdiq olunur ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən 0,0298 ha torpaq sahəsində əkilmiş 3 ədəd alma, 3 ədəd armud, 2 ədəd şaftalı, 2 ədəd Yapon əzgili, 1 ədəd Yovson küknarının-cəmi ağacların ümumi cəmi dəyəri isə 61 manat təşkil edir. Bununla da Cavabdeh ünvan 4 ünvanında, 0,0298 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində görülmüş təmir-bərpa işləri və 0,0298 ha torpaq sahəsində əkdiyi ağacların ümumi dəyəri olmaqla yaxşılaşdırma xərcləri kimi cəmi xərci 819 manat təşkil edir ki, həmin 819 manat xərc də ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X4 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, iddia 819 manatdan yuxarı məbləğdə evin təmirinə çəkilmiş xərc tələbi hissəsində isə təmin edilməməlidir. Belə ki, Cavabdeh Rafiq qızı sözügedən evin təmirinə 3820 manat xərc çəkməsini iddia etsə də, 819 manatdan artıq evin təmirinə və həyətiyanı sahəyə xərc çəkdiyini və onun təmirə çəkdiyi xərcin həqiqətən də 3820 manat olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb üzrə 819 manatdan artıq xərc tələbi hissəsində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə qarşılıqlı iddia üzrə iddiaçı kimi onun üzərinə düşür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh evə görə İddiaçı 21000 manat ödənilməsini, bunun 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsi üzrə verdiyi 3000 manat beh olduğunu, digər 3000 manatın evə görə yenidən ödənildiyini və qalan 15000 manat məbləğin də İddiaçı ödənildiyini göstərir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsində göstərilən 3000 manat beh məbləğindən əlavə beh adı altında İddiaçı daha 3000 manat ödənilməsi işdəki sübutlarla təsdiq olunur. Lakin Cavabdeh tərəfindən 3000 manat beh məbləğindən və evə görə 3000 manat beh adı altında vəsaitdən əlavə evin pulu kimi hər hansı məbləğin, iddia etdiyi daha 15000 manatın İddiaçı ödənilməsi işdəki sübutlarla müəyyən olunmur. Bu xüsusda məhkəmə hesab edir ki, 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsi üzrə Cavabdeh X1 beh kimi ödədiyi 3000 manat həmin evə görə ödəməsini iddia etdiyi və tələb etdiyi məbləğə aid edilə bilməz. Belə ki, 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsi üzrə Cavabdeh İddiaçı ödədiyi 3000 manat sözügedən evin və həyətyanı torpaq sahəsinin 45000 (qırx beş min) manata satılmasına dair alqı-satqı müqaviləsininin 20 may 2019-cu ilədək notariat qaydasında təsdiq edilməsi və icrasını təmin etmək məqsədi ilə şərtləşdirilmiş və verilmiş beh məbləğidir. Cavabdeh da 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsinin şərtlərinə əməl etməmiş, həmin müqaviləni icra etməmiş və evin və həyətyanı torpaq sahəsinin 45000 manata satılmasına dair alqı-satqı müqaviləsinin 20 may 2019-cu il tarixədək notarial qaydada təsdiq edilməsi və icrasının təmin edilməsini həyata keçirməmişdir. Yəni 17 yanvar 20190-cu il tarixli beh müqaviləsinin icra edilməməsinə görə beh vermiş tərəf- Cavabdeh məsuliyyət daşıyır. Belə olan halda qanunun tələbinə görə (492.2-ci maddəsi) müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf-Cavabdeh məsuliyyət daşıdığına görə 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsi üzrə ödənilmiş 3000 manat beh məbləği beh alanda-İddiaçı (hazırki halda onun hüquqi varisində) qalmalıdır və qalmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 17 yanvar 2019-cu il tarixli Beh müqaviləsi üzrə ödənilmiş 3000 manat beh məbləğini qarşı tərəfdən tələb etməsi heç bir faktoloji və hüquqi əsaslara malik deyildir və ona görə də əsassızdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Rafiq qızı əsassız varlanmanın predmeti olmuş 3000 manatdan əlavə İddiaçı evə görə onun iddia tələbinin predmeti olacaq pul ödəməsini və evə görə ödənilən pulun cəmi 21000 manat olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu hissədə 3000 manatdan əlavə iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə qarşılıqlı iddia üzrə iddiaçı kimi onun üzərinə düşür. Bu konteksdə məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş Şahid ifadəsini də qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Belə ki, Şahid 2020-ci ilin mart ayında Cavabdeh 3700 manat pulu götürərək kiməsə vermək üçün avtomaşından düşdüyünü və getdiyini və Leylanın pulu kimə verdiyini görmədiyini bildirmişdir. X24 Cavabdeh həmin pulu İddiaçı ev pulu kimi verdiyini təsdiq etmir. Belə olan halda bu şahidin ifadəsi Cavabdeh İddiaçı 3700 manat pul verməsinin əsası kimi qəbul edilə bilməz və qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməlidir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə iş hallarına hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə ölmüş cavabdehin hüquqi varisinə qarşı 25000 manat mənəvi zərər hissəsində də qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onun yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin şərəfi, layaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və sair üsullarla yayıla bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 5-ci bəndində qeyd edilmişdir ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 6-cı bəndinə əsasən belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. İşin hallarına hüquqi qiymət verən məhkəmə nəzərə çatdırır ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb etdiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanladığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, şəxsin ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardadqəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin «Qeyd» hissəsində deyilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göründüyü kimi, qanunvericilik mənəvi zərəri təkcə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində şəxsin mənəvi iztirab və sarsıntı keçirməsi, həmçinin ünvanladığı şəxsin şəxsiyyətinə uyğun olmayan alçaldıcı, nüfuzdan salan ifadələrnin həmin şəxsə bildirilməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halı ilə deyil, eyni zamanda bu mənəvi sarsıntı və iztirabların təqsirli şəxsin hüquqazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində baş verməsi halı ilə də bağlayır. Qanunvericiliyin məzmun və mənasından da görünür ki, təqsirli şəxsin hüquqazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən şəxs mənəvi sarsıntı və iztirab keçirməklə ona həmçinin mənəvi zərər vurulur. Bu zaman mənəvi zərər şəxsin hüquqazidd əməlləri nəticəsində vurulmalı, vurulmuş mənəvi zərərlə şəxsin həmin hüquqazidd əməli arasında səbəbli əlaqə olmalı və şəxsin həmin mənəvi zərərin vurulmasında təqsiri müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisizərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxsə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qarşılıqlı iddia üzrə iddiaçı 25000 manat mənəvi zərər tələbinin əsaslandırıldığı hallar kimi İddiaçı, demələrinə görə Azərbaycan Respublikası DİN-nin 7-ci İdarəsinin rəis müavini işləyən öglu İddiaçı güvənərək, onun qadınlığından, kimsəsizliyindən istifadə edərək, ona hədə -qorxu gələrək, təziyiqlər etməsi, ümumiyyətlə onun evdən çıxmasını tələb etmələri, ayrı-ayrı adamlar vasitəsilə ona hədə -qorxu gəlmələri, öz hüquqazidd hərəkətləri ilə onun şərəf və ləyaqətinə toxunmaları, bir sözlə bu şəxslərin ona qarşı etdikləri təzyiq və psixoloyi təsirlər nəticəsində hətta səhhətində də ciddi problemlərin yaranması və nəticədə həkim müayinəsindən keçməsi və 1500 manat dərmanlara və müalicəsinə xərci çıxmasını göstərsə də, bu halların mövcudluğunu; İddiaçı, demələrinə görə Azərbaycan Respublikası DİN-nin 7-ci İdarəsinin rəis müavini işləyən öglu İddiaçı güvənərək, onun qadınlığından, kimsəsizliyindən istifadə edərək, ona hədə -qorxu gələrək, təziyiqlər etməsi, ümumiyyətlə onun evdən çıxmasını tələb etmələri, ayrı-ayrı adamlar vasitəsilə ona hədə -qorxu gəlmələri, öz hansı hüquqazidd hərəkətləri ilə onun şərəf və ləyaqətinə toxunmaları, bir sözlə bu şəxslərin, yəni hansı şəxslərin ona hansı təzyiq və psixoloyi təsirlər etməsi, nəticədə səhhətində hansı ciddi problemlərin yaranması, onda bununla bağlı hansı xəstəliklərin yaranması və həmin xəstəliklərin yaranmasının göstərdiyi şəxslərin ona hansısa təzyiq və psixoloji təsirlərlə səbəbli bağlılıqda olması, bununla bağlı həkim müayinəsindən keçməsi və göstərdiyi şəxslərin ona hansısa təzyiq və psixoloji təsirləri nəticəsində iddia etdiyi xəstəliklərlə bağlı 1500 manat dərmanlara və müalicəsinə xərci çıxmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eynilə qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə ölmüş cavabdehin hüquqi varisinin və ya hansı digər şəxslərin hansısa hüquqazidd hərəkətləri nəticəsində mənəvi sarsıntı və mənəvi iztirablar keçirməsi, qarşılıqlı iddia üzrə ölmüş cavabdehin və onun hüquqi varisinin və ya iddia etdiyi digər şəxslərin hansısa hüquqazidd hərəkətləri nəticəsində ona 25000 manat mənəvi zərərin vurulması, qarşılıqlı iddia üzrə ölmüş cavabdehin və onun hüquqi varisinin və iddia etdiyi digər şəxslərin hansısa hüquqazidd hərəkətləri ilə bu 25000 manat mənəvi zərərin vurulmasında səbəbli əlaqənin olması və qarşılıqlı iddia üzrə ölmüş cavabdehin və onun hüquqi varisinin və iddia etdiyi hansısa digər şəxslərin bu məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən, mənəvi zərərlə bağlı qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sülbutu məhkəməyə təqdim edə bilməmiş, 25000 manat mənəvi zərərlə bağlı qarşılıqlı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə qarşıqlıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Qeyd olunanlar 25000 manat mənəvi zərərlə bağlı qarşılıqlı iddia tələbinin heç bir faktoloji və hüquqi əsaslara malik olmamaqla əsassız olmasını göstərir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, ölmüş ilk iddia üzrə İddiaçı hüquqi varisi X5 ilk iddia üzrə Cavabdeh qarşı qəsdə son qoyma tələbinə dair ilk iddiası təmin olunmalı, ilk iddia üzrə Cavabdeh, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə ölmüş İddiaçı hüquqi varisi X9 ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı hüquqi varisi X9 qarşı maddi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin olunmalı, qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hesabına əsassız varlandığı 3000 manat pul, Cavabdeh tərəfindən Balakən şəhəri H.Zərdabi küçəsi, 3 ünvanında yerləşən evdəki təmir işlərinə görə çəkilmiş 758 manat xərc və 0.0298 ha torpaq sahəsində əkilən ağaclara görə 61 manat olmaqla cəmi 3819 manat pul vəsaiti və qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 2,30 manat ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı hüquqi varisi X4 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin ilk iddia üzrə Cavabdeh, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq ilk iddia üzrə ölmüş İddiaçı hüquqi varisi X9 ödənilməsi ilə qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hesabına əsassız varlandığı 3000 manat pul, Cavabdeh tərəfindən Balakən şəhəri H.Zərdabi küçəsi, 3 ünvanında yerləşən evdəki təmir işlərinə görə çəkilmiş 758 manat xərc və 0.0298 ha torpaq sahəsində əkilən ağaclara görə 61 manat olmaqla cəmi 3819 manat pul vəsaiti və qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 2,30 manat ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı hüquqi varisi X4 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi eyni vaxtda icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 150 manat ekspertiza xərcinin 11,50 manatı ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X4 və 138,50 manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X18 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia təmin olunsun; ilk iddia üzrə Cavabdeh, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulsun; ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə ölmüş İddiaçı hüquqi varisi X9 ödənilsin. Qarşılıqlı iddia qismən təmin olunsun; qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hesabına əsassız varlandığı 3000 manat pul, Cavabdeh tərəfindən Balakən şəhəri H.Zərdabi küçəsi, 3 ünvanında yerləşən evdəki təmir işlərinə görə çəkilmiş 758 manat xərc və 0.0298 ha torpaq sahəsində əkilən ağaclara görə 61 manat olmaqla cəmi 3819 manat pul vəsaiti və qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 2,30 manat ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı hüquqi varisi X4 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin; qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə Cavabdeh, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı yönəlmiş həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin giriş qapılarını bağlı saxlayaraq əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq ilk iddia üzrə ölmüş İddiaçı hüquqi varisi X9 ödənilməsi ilə qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hesabına əsassız varlandığı 3000 manat pul, Cavabdeh tərəfindən Balakən şəhəri H.Zərdabi küçəsi, 3 ünvanında yerləşən evdəki təmir işlərinə görə çəkilmiş 758 manat xərc və 0.0298 ha torpaq sahəsində əkilən ağaclara görə 61 manat olmaqla cəmi 3819 manat pul vəsaiti və qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 2,30 manat ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə ölmüş cavabdeh İddiaçı hüquqi varisi X4 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi eyni vaxtda icra olunsun. İş üzrə 150 manat ekspertiza xərcinin 11,50 manatı ölmüş ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X4 və 138,50 manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X18 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar