Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-30/2021 08.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızının, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızının, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X28, İddiaçı2 nümayəndəsi Nümayəndə2, cavabdeh Balakən rayon X9 sədri-nümayəndəsi Nümayəndə1, Balakən rayon X9 nümayəndəsi-vəkili X22, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X25 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızının, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızının, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X28 cavabdehlər Balakən rayon X12 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı Balakən rayon X9 xx.xx.2019-cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızı, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızı, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X36 cavabdehlər Balakən rayon X12 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon X9 xx.xx.2019-cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «4» və «5» nömrəli bildirişlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızı, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızı, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X36 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsi qaydasında məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərini dəqiqləşdirərək, Balakən rayon X9 xx.xx.2019-cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «5» nömrəli bildirişin ləğv edilməsi və İİMB-nin ləğv edilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qeyd olunan ərizə məhkəmənin icraatına qəbul edilmişdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilən kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmAğagül və ya azaltmAğagül haqlıdır. İddia onunla əsaslandırılmışdır ki, Balakən rayon İctimai X19 müəssisə direktoru X32 vəzifədən çıxmaq üçün ərizə vermişdir. Direktorun işdən çıxmaq üçün ərizə verməsindən istifadə edən Balakən rayon X9 sədri Nümayəndə1 özünün tabe olduğu yuxarı orqanı olan Azərittifaqın işçiləri ilə əlaqəyə girərək müəssisənin ləğv edilib kooperativə birləşdirilməsi üçün vəzifəsindən sui-istifadə saxtakarlıq edərək, xx.xx.2019-cu il tarixdə mövcud olmayan müvəkkilərin iclasını keçirmədən xx.xx.2019-cu il tarixdə 05 saylı saxta protokol tərtib etmişdir. Həmin saxta protokolun surətini 2020-ci ilin yanvar ayında Balakən Rayon Məhkəməsindən əldə etmişlər. Protokolda qeyd olunur ki, guya müəssisə müflis olduğu üçün ləğv edilmişdir. X26 də onlara xəbər etmədən, fikrini belə öyrənmədən fikir azadlıqlarını pozaraq, xx.xx.2019-cu il tarixli, 46 saylı idarə heyətinin qərarı ilə qanuna zidd olaraq müəssisənin ləğv edilib, Balakən rayon İİK-ə birləşdirilməsi haqda qərar qəbul etmişdir. Eyni zamanda ləğvetmə komissiyasının yaradılmasını isə İİK-nin sədri Nümayəndə1 tapşırmışdır. Amma Nümayəndə1 ləğvetmə komissiyasını yarada bilməmişdir. Çünki özü ilə birlikdə cəmi 4 nəfər idarə işçisi vardır. Müəssisənin direktoru da işdən çıxarıldığı üçün müəssisədən heç kim ləğvetmə komissiyasının üzvü olmamış, ona görə ki, bütün işçilər müəssisənin ləğv edilməsini istəməmişlər. Azərittifaqın həmin qərarını rayona gətirən Azərittifaqın nümayəndəsi müəssisəninin möhür və ştampı götürüb, qanuna zidd olaraq Nümayəndə1 vermişdir. Bu vəziyyətdən istifadə edən Nümayəndə1 bütün işçilərə, Təhsil şöbəsinə, məktəb direktorlarına məktublar göndərərək, X34 Birliyinin ləğv edildiyini, müəssisənin möhür və ştampının özünə verildiyini məlum etməklə və onlara təsir etməklə, işçilərini qanuna zidd olaraq işə qəbul etməklə, onlardan müəssisəyə daxil olacaq pulları yığmAğagül başlamışdır. Nümayəndə1 tərəfindən 2109-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla işçilərdən 11000 manatdan çox plan pullar yığılmış, həmin pullardan bir manat belə olsun müəssisənin vergi pulları ödənilməmiş, heç bir işçinin sığorta haqları və əmək haqları belə ödənilməmişdir. 11000 manat pulun hamısı Nümayəndə1 tərəfindən mənimsənilmişdir. Müəssisənin bu günə vergi və sosial sığorta borcu 7657 manat təşkil etdiyi halda, Nümayəndə1 sədri olduğu Balakən rayon İİK-nin bu günə vergi və sosial sığorta borcu 35000 manatdan çoxdur. Yuxarıda qeyd edildiyi kimi Nümayəndə1 mövcud olmayan müvəkkillər iclası haqda saxta protokol tərtib edir, xx.xx.2019-cu il tarixli, 05 saylı saxta qərarla müəssisəni ləğv etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.6-cı maddəsinə görə üzvlərinin sayı 200-dən çox olan kooperativlərdə ümumi yığıncaq əvəzinə müvəkkillərin iclası keçirilir. Həmin Məcəllənin 111.10 maddəsinə görə kooperativin üzvlərinin sayı 50-dən çox olan halda kooperativin üzvləri tərəfindən kooperativin idarə heyəti seçilir. Eyni zamanda X17 17.1 -ci maddəsində izah olunur ki, kooperativin üzvlərinin ümumi yığıncağı üzvlərinin sayı 200-dən çox olan kooperativdə müvəkkillər yığıncağı kooperativin idarə heyətini, idarə heyətinin sədrini, üzvlərinin sayı 50-dən az olan kooperativdə idarə heyəti əvəzinə kooperativin sədri kooperativin idarə edilməsini həyata keçirir. Həmin Qanunun 29.2-ci maddəsində göstərilir ki, üzvlükdə qalanların sayı bu Qanunla müəyyən edilmiş kooperativin təsis edilməsi üçün zəruri olan fiziki və hüquqi şəxslərin sayından az olduqda ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1 maddəsində qeyd olunur: Kooperativ beşdən az olmayan fiziki və ya hüquqi şəxslər tərəfindən yaradılır. Balakən rayon İİk-nin cəmi 3 nəfər (1. Bayramova Tamara baş mühasib; 2. Bayramova Tükəzban, 3. Qazıyeva Zeynəb;) idarə işçisi vardır. Balakən rayon İİK-nin bir nəfər belə müvəkkili yoxdur. Müvəkkillər seçilməsi üçün kooperativin 200-dən çox üzvü olmalıdır ki, müvəkkillər seçmək mümkün olsun. Qeyd edilən maddi hüquq normasına görə Balakən rayon İİK-nin bu gün möcud olması qanuna ziddir. 2005-ci ildə İİK yaradılan zaman onun tərkibində fiziki və hüquqi şəxslər olmamışdır. Bu Kooperativ qanunvericilik pozuntuları ilə qeydə alınmışdır. Onun ləğv edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.2-ci maddəsində göstərilən əsaslar üzrə 13 saylı ərazi vergilər idarəsi tərəfindən məhkəmə qaydasında həyata keçirilməlidir. 13 saylı ərazi vergilər idarəsi isə illərdir susur.| Müəssisənin Nizamnaməsi isə xx xxxxxx 2005-ci il tarixli müəssisənin ümumi iclasında qəbul edilib, təsdiq edilmişdir. Balakən rayon X30 Birliyi xx.xx.2005-ci il tarixdə müstəqil balansa malik hüquqi şəxs olaraq, Vergilər Nazirliyinin 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsində VÖEN ********** olan nömrə ilə uçota alınmışdır. Hal-hazırda müəssisənin tərkibi əmlakları olan 1 iaşə obyektindən və 32 ümumtəhsil məktəbində fəaliyyət göstərən iaşə xidməti işçilərindən ibarətdir. Hüquqi şəxslərin ləğv edilməsi proseduru Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin müddəaları “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri ’’Qanunu, “Müflisləşmə və İflas haqqında” Qanun və ’’Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir. Hüquqi şəxs iştirakçıları və vəkil edilmiş orqanın qərarı ilə könüllü qaydada, razılıq olmadıqda isə məhkəmə qaydasında, müflis olduqda da məhkəmə qərarı ilə ləğv oluna bilər. Kooperativin və Azərittifaqın qərarında isə müəssisənin müflis olması ilə ləğv edilməsi qərarlaşdırılıb. Müəssisənin müflis olmasını sübut edən məhkəmə qərarı yoxdur. Eyni zamanda ləğvetmə prosesi başlamadan məcburən hüquq qabiliyyəti tam əllərindən alınmışdır. xx xxxxxxxx 2019-cu il tarixdən müəssisə ləğv edilmədən bütün səlahiyyətlər əllərindən alınmışdır. Yuxarıda qeyd etdikləri kimi İİK-nin sədri Nümayəndə1 işçilərinin sayı yetərli olmadığı üçün ləğvetmə komissiyasını da yarada bilmədi. 2020-ci ilin yanvar ayında iş məhkəmədə olarkən saxtakarlıqla arxa tarixə onlara məlum olmayan bir ləğvetmə komissiyası yaradılıb. Nəticədə müəssisənin ləğv edilməsi prosesi həyata keçirilməmişdir. Eyni zamanda Balakən rayon İİK-nin sədri müəssisənin İİMB-nin ləğv prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsi üçün qeydiyyat orqanına adları qeyd olunan sənədləri təqdim edə bilməmişdir. Qanunvericilikdə qeyd edilən sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda, qeydiyyat orqanı 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydi hüquqi şəxslərin dövlət reyestrinə daxil edir, ləğvetmə komissiyasının üzvlərini və ya təsviyyəçini qanuni təmsilçi kimi qeyd edib reyestrdən çıxarışı təqdim edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. Qeyd edilən sənədlərin heç biri ləğvetmə komissiyası tərəfindən qeydiyyat orqanına təqdim edilmədiyi üçün, qeydiyyat orqanı tərəfindən “ləğv prosesindədir” yazılmış" möhür ləğvetmə komissiyasına verilməmişdir. Buna görə də müəssisənin ləğvetmə prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir. Təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda, qeydiyyat orqanı sənədləri aldığı vaxtdan 7 gün müddətində hüquqi şəxsin dövlət reyestrdən çıxarılmasını təmin edir. Balakən rayon İctimai X19 ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası tərəfindən müəssisənin dövlət reyestrindən çıxarılması ilə bağlı qeydiyyat orqanına heç bir sənəd təqdim edilməmişdir. Amma İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidməti idarəsinin rəisi P.Əhmədov Balakən rayon İİK-nin sədri Nümayəndə1la əlbir olaraq heç bir əsas olmadan xx.xx.2020-ci il tarixdə birgə saxtakarlıq edərək, Qurumun Balakən rayon İİMBnin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqda ərizə tərtib edirlər. Həmin ərizəni Balakən rayon İİK-nin sədri T. Məmmədov imzalayır və müəssisənin möhürü ilə təsdiq edir. Bu ərizə qanuna zidd olduğu üçün xx.xx.2020-ci il tarixdə Azərittifaqdan nümayəndə çağıraraq, 13 saylı vergi xidməti idarəsinin rəbərinin səyi ilə qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqda yeni bir ərizə tərtib edirlər. Bu ərizəni İİMB-nin işdən çıxarılmış direktoru Elçin Şirinov imzalayır və İİMB-nin möhürü ilə təsdiq edilir. Hər iki ərizə qanuna zidd saxtakarlıqla tərtib edilib. Həmin ərizə ləğvetmə komissiyasının sədri tərəfindən “ləğvedilmə prosesindədir” yazılmış möhürlə təsdiq edilməli idi. Bu günədək 13 saylı ərazi vergi xidməti tərəfindən İİMB-nin dövlət reyestrindən çıxarılması haqqında onlara heç bir rəsmi məlumat və bildiriş göndərilməyib. Məlum edilir ki, müəssisəni ilkin olaraq 1995-ci ildə yaratmışlar. Həmin vaxt 55 nəfər payçı tərəfindən müəssisənin qorunub saxlanması üçün hər bir şəxs 25000 manat məbləğində pulu müəssisənin xüsusi fonduna ödəmişdir. Eyni zamanda 2004-cü ilin yanvar ayında qəbul olunmuş Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reystri haqqında qanuna əsasən yenidən yaradılarkən payçılar müəssisənin varlığını qoruyub saxlamaq üçün müəssisənin xüsusi fonduna 50 min manat miqdarında pul ödəmişlər. Bu gün üçün müəssisənin ən aşağı halda 80-100 min dəyərində ictimai iaşə obyekti, əmlakları olan inzibati otaqları vardır. Onların pay almaq hüquqları vardır. Müəssisə ləgv olunurdusa, bütün bunlar qeydiyyat orqanı olan 13 saylı ərazi vergi xidməti tərəfindən araşdırılıb yoxlanılıb, müəyyən olunmalı idi. Ləğvetmə prosesinə nəzarət edib onu həyata keçirməli olan ərazi üzrə vergi xidməti orqanı heç bir fəaliyyət göstərməmiş, bu haqda dəfələrlə onlara etdikləri müraciətlərinə 13 saylı ərazi vergi xidmətinin rəhbəri P.Əhmədov qeyriobyektviv cavablar verərək, müəssisənin ləğv edilməsinə qəsdən imkan yaratmış və özü də qanunsuz hərəkətləri törədənlərin yaxın köməkçisi olmuşdur. Ərazi vergilər idarəsinin nəzarətsizliyinin və məsuliyyətsizliyinin nəticəsidir ki, müəssisənin qeydiyyatdan çıxarılması haqda xx.xx.2020-ci il tarixdə ərizə tərtib edilsə də, 2019-cu il sentyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla işlədikləri dövr üçün Balakən rayon İİK-nin sədri Nümayəndə1 tərəfindən müəssisənin vergi pulları, işçilərin məcburi sığorta haqları, əmək haqları Nümayəndə1 tərəfindən aidiyyəti üzrə ödənilməmişdir. Bu haqda da dəfələrlə 13 saylı ərazi vergilər idarəsinə müraciət etmişlər. Nəticəsi olmamışdır. Elə buna görə də karantin rejimi dövründə onlar dövlət tərəfindən müəssisənin işçilərinə düşən yardımı ala bilməmişlər. Bunun da məsuliyyəti 13 saylı ərazi vergi xidmətinin və işçilərdən qanuna zidd olaraq 11000 manat pulları toplayıb mənimsəyən Balakən rayon İİK-nin sədri Nümayəndə1 üzərinə düşür. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızı, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızı, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X36 və İddiaçı2 nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Balakən rayon X9 nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, iddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Balakən rayon İstehsal-İstehlak Kooperativinə və 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsi Mərkəzinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2019-cu tarixli, 05 saylı müvəkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş, Balakən rayon İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı ərazi vergilər idarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə geri qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanuna zidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reystrindən çıxarılması haqda “5” nömrəli bildirişin ləğv edilməsi və İİMB-nin ləğv edilməsinin qanunsuz hesab edilməsini xahiş etmişlər. Bildirir ki, Balakən rayon İctimai X19 direktoru olmuş X32 işdən çıxma barədə ərizə vermiş, həmin vaxt müəssisə 6300 manat borcu olmaqla müflis olmuşdur. Qeyd edilən borc isə həmin vaxt özü tərəfindən ödənilmişdir. Buna görə də Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx xxxxxxxx 2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qərarı ilə Balakən rayon İctimai X19 direktoru X23 işdən çıxma barədə ərizəsi, Balakən rayon İctimai X19 müflis olaraq müəssisənin 6300 manat borcunun yaranması və həmin borcun maliyyə yardımı olaraq onun-Nümayəndə1 tərəfindən ödənilməsi nəzərə alınaraq, Balakən rayon İctimai X19 Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdirilməsi və buna razılıq verilməsi üçün Azərbaycan Mərkəzi Kooperativlər X27 təklif verilmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının icra orqanı idarə heyəti və onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Həm Balakən rayon X9, həm də Balakən rayon İctimai X19 yuxarı orqanı Azərbaycan Mərkəzi Kooperativlər X2. Azərbaycan Mərkəzi Kooperativlər X18 Heyəti Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx xxxxxxxx 2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qərarı ilə verilmiş təklifə baxmış və xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən Balakən rayon X30 Birliyi ləğv edilərək, Balakən rayon X12 birləşdirilmişdir. İddia ərizəsində Balakən rayon X12 və ona ünvanlanmış məlumatlar yalandır. O, Balakən rayon İctimai X19 11.000 (on bir min) manatdan çox plan pullarını yığmamışdır. Əksinə həmin müəssisənin 6300 manat borcunu ödəmişdir. ictimai İaşə Müəssisələri Birliyinin müflis olmasının səbəbi İctimai X19 müfləşməsi, fəaliyyət göstərməməsi nəticəsində 6.300 (altı min üç yüz) manat verqi borcunun yaranması olmuşdur. Həmin borcu verqi orqanına özü ödəmişdir. Həmin verqi borcunun ödənilməsinə dair qəbzləri iş materiallarına təqdim etmişdir. Ehtimal edir ki, həmin 6.300 (altı min üç yüz) manat pulu X29 və İddiaçı2 mənimsəmişlər. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X35 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Balakən Rayon X5 X19 nizamnaməsində hüquqi şəxs olması barədə qeyd olsa da, müəssisə müvafiq qaydada dövlət qeydiyyatından keçərək, hüquqi şəxs statusu almadığı və bu səbəbdən 2008-ci ildə Vergilər Nazirliyinə təqdim olunan arxiv sənədləri arasında İctimai Birliyin qeydiyyat qovluğu aşkar edilməmişdir. Balakən Rayon X5 X31 xx.xx.1998-ci il tarixdə vergi uçotuna dayanmış və xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək, ********** nömrəli yeni VÖEN almışdır. xx.xx.2019-cu il tarixli, 05 nömrəli müvəkkillər iclasının qərarı nəzərə alınaraq, X15 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarı ilə Balakən rayon X30 Birliyi ləğv edilərək, Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdirilmişdir. Balakən rayon X1-X31 hüquqi şəxs statusu əldə etmədiyi üçün onun ləğvi hüquqi şəxsin əlavə bölməsinə uyğun formada aparılmışdır. Eyni zamanda bildirir ki, xx.xx.1996-cı il tarixdə 647 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış Balakən rayon X7 X30 Birliyi xx xxxxxxx 2020-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Bununla bağlı vergi orqanı kimi onların fəaliyyətində heç bir qanunsuzluq olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X15 xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, ticarət-kommersiya fəaliyyətinin günün tələbləri səviyyəsində təşk olunmamasına, istifadəsiz qalmış şəbəkə və digər əsas vasitlərin fəaliyyətlərinin bərpa olunması üçün əsaslı tədbirlərin görülməməsinə, uçot hesabat işlərinin günün tələblər səviyyəsində qurulmamasına, fəaliyyətin qeyri-rentabelli olmasına, büdcə və s. borclarla vaxtında hesablaşılmadığına, keçən ilki təftişin nəticələri barədə olan qərar verilmiş bir sıra tapşırıqların yerinə yetirilməməsinə və s. nöqsanlara görə RİİK-nin idarə heyətinin sədri Nümayəndə1 və baş mühasibi T.Bayramovaya töhmət elan edilməsi, fəaliyyətin qeyrirentabelli olmasına, səlahiyyət həddini aşaraq bir sıra obyektləri Azərittifaqın razılığı olmadan öz qərarı ilə balansdan sildiyinə, hesablarında mal-tara qalmış olan işdən çıxıb getmiş şəxslərin barəsində lazımi tədbirlərin görülməməsinə, vergi borcunun ödənilməsi barədə məhkəmə qətnaməsini vaxtında icra etmədiyinə və s. nöqsanlara görə İİMB-nin direktoru E.Şirinov və baş mühasibi X.Emçiyevanın ciddi cəzaya layiq olması, lakin Elçin Şirinovun işdən çıxmaq üçün verdiyi ərizə və İİMB-nin vergi borcunun ödənildiyi nəzərə alınaraq, E.Şirinovun verdiyi ərizə əsasında öz xahişi ilə İİMB-nin direktoru vəzifəsindən azad edilməsi, Balakən RİİK müvəkkillərinin xx.xx.2019-cu il tarixli (pr.№5, m.l) qərarı ilə razılaşılması, İİMB-nin ləğv edilərək balans qalıqlarının RİİK-nin balansına birləşdirilməsi, RİİK-nin idarə heyətindən müvafiq komissiyanın yaradılaraq İİMB-nin ləğvinin başa çatdırılması, İİMB-nin ləğvi başa çatdıqdan sonra onun işçilərinin, o cümlədən baş mühasibi Xanım Emçiyevanın müvafiq qaydada işlə təmin edilməsi məsələsini həll edilməsi, işin təşkilində olan nöqsan və geriliklərin aradan qaldırılması, istifadəsiz qalmış şəbəkələrin və digər əsas vəsitlərin fəaliyyətlərinin bərpa olunması, ticarət-kommersiya fəaliyyətinin günün tələbləri səviyyəsində təşkil olunması, bütün proqnoz göstəricilərin yerinə yetirilməsi, artıq xərclərin qarşısının alınması, maliyyə vəziyyətinin yaxşılışdırılması üçün əsaslı tədbirlərin görülməsi, kassa nizam-intizamına əməl edilməsi, lüzumsuz xərclərə yol verilməməsi, əmlakın satışı və silgisi işinin müvafiq qaydada sənədləşdirilməsi və vaxtında uçota alınmasının təmin edilməsi, keçən illərdən fəaliyyəti dayanmış şəbəkələrdə və işdən çıxıb getmiş şəxslərdə qalmış mal və taralar barəsində müvafiq tədbirlərin görülməsi, maddi məsul şəxslərdə uçota alınan 9809 manat mal və tara qablarının mövcudluğunu təsdiq edən inventarizasiyaların keçirilməsinin təmin edilməsi, ödənilməsi ümidsiz olan debitor borclarının və dövrü keçmiş kreditor borclarının müəyyən olunmuş qaydada silinib uçotdan çıxarılması məsələsinə baxılıb həll edilməsi, ödənilməsi ümidli olan debitor borclarının alınması və kreditor borclarının ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsi, RİİK-nin və İİMB-nin balansında olan, bu qərarın təsviri hissəsində göstərilən, hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilmiş, sökülüb dağıdılmış və tabeçilik göstərməyən hər bir obyekt üzrə onların qaytarılması, icarə müqavilələrinin bağlanması, sökülüb dağıdılmış obyektlər üzrə zərərin müəyyənləşdirilib konkret günahkarlardan tələb olunması üçün mümkün olan bütün tədbirlərin görülməsi və lazım gələrsə məhkəmə qaydasında iddia qaldırılması, görülmüş tədbirlərin müsbət nəticəsi olmadıqda və ya konkret günahkar şəxslər müəyyən edilmədikdə onların müəyyən olunmuş qaydada təlimat üzrə silinməsi məsələsinə baxılıb həll edilməsi, keçən ilki təftişin nəticələri barədə olan X24 qərarının tam yerinə yetirilməsi, uçot-hesabatın təşkilində olan nöqsan və geriliklərin aradan qaldırılması, idarəetmə, icra və nəzarət orqanlarının fəaliyyətlərinin nizamnamə tələblərinə uyğun təşkil edilməsi, Azərittifaqa olan borcun tam şəkildə ödənilməsinin təmin edilməsi, ictimai iaşə fəaliyyətinə diqqətin artırılması, bu sahədə olan nöqsan və geriliklərin aradan qaldırılması və fəaliyyətinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsi, İİMB-nin balansından çıxarılmış 18190 manat dəyərində əmlakın balansa bərpa edilərək müvafiq qaydada Azərittifaqın razılığı olduqdan sonra onun həllinə baxılması, İİMB-nin vergi borcunun ödənilməsi barədə vergi orqanları və məhkəmə qərarlarının icrası idarəsinə məlumat verilməsi, bu qərarın icrası barədə X21 arayış təqdim edilməsi və qərarın icrasına nəzarətin X24 sədr müavininə, X37, müvafiq idarə rəhbərlərinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********777700 saylı məktubundan görünür ki, Balakən Rayon Məhkəməsindən daxil olmuş x xxxxxx 2020-ci il tarixli, 2(019)-569/2020 nömrəli sorğu məktubunun icrası ilə əlaqədar bildirilir ki, Balakən rayon X1-X31 hüquqi şəxs statusu əldə etmədiyi üçün onun ləğvi hüquqi şəxsin əlavə bölməsinə uyğun formada aparılmış və buna görə də məktubda qeyd edilən sənədlər qeydiyyat orqanına təqdim edilməmişdir. Lakin Birliyin vergi uçotunun ləğvi üçün əsas götürülmüş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilir. Əlavə olaraq bildirilir ki, Birlik tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 571 (beş yüz yetmiş bir) manat məbləğində sadələşdirilmiş vergi və 975 (doqquz yüz yetmiş beş) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Lakin xx.xx.2020-ci ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hər hansı bir vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş həyata keçirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2019cu il tarixli, İN-X/O-15649/2019 nömrəli məktubundan görünür ki, Balakən Rayon X5 X19 nizamnaməsində hüquqi şəxs olması barədə qeyd olsa da, müvafiq qaydada dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almadığı və bu səbəbdən 2008-ci ildə Vergilər Nazirliyinə təqdim olunan arxiv sənədləri arasında İctimai Birliyin qeydiyyat qovluğunun aşkar edilmədiyi qeyd olunmuşdur. Bununla yanaşı məktubda İctimai Birliyin xx.xx.1998-ci il tarixdə vergi uçotuna dayandığı və xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək ********** nömrəli yeni VÖEN aldığı bidirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, **********700900 saylı kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında bildirişindən görünür ki, xx.xx.1996-cı il tarixdə 647 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış Balakən rayon X7 X30 Birliyi xx xxxxxxx 2020-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, X15 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarına əsasən Balakən rayon İctimai X19 Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdirilməsi ilə əlaqədar bir ədəd möhür və künc ştampı Balakən rayon X3 Heyətinin sədri Nümayəndə1 təhvil verildi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İstehsal-İstehlak Kooperativi üzrə xx.xx.2019-cu il tarixli, 6№-li sərəncamdan çıxarışda göstərilmişdir ki, Bayramova X11 İdarə Heyətinin xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarına əsasən Balakən rayon X30 Birliyi Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdiyi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq, münasib işlə təmin edilməsinə ərizə vermədiyinə görə xx.xx.2019-cu il tarixdən işdən azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərittifaqın xx xxxxxxxx 2019-cu il tarixli k-46/a sərəncamında göstərilmişdir ki, Balakən Rayon İctimai X19 direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq xx xxxxxxxx 2019-cu il tarixdən ərizəsinə əsasən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1575/2019 saylı qərardadından görünür ki, iddiaçı Balakən rayon X7 Balakən rayon İctimai X19 cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə qarşı “xx.xx.2019-cu il tarixli, 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(107)-15/2020 saylı qərardadından görünür ki, iddiaçı Balakən rayon X9 Balakən rayon X30 Birliyi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(117)-73/2020 saylı qərardadının ləğv edilməsi, iddiaçı Balakən rayon X7 Balakən rayon İctimai X19 cavabdeh Balakən rayon İstehsalİstehlak Kooperativinə qarşı “xx.xx.2019-cu il tarixli, 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışıdır. Məhkəmə hazırkı işlə bağlı tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.1, 56.2 və 56.3-cü maddələrinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir; hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir; hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadAğagüln edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.1, 60.2, 60.3 və 60.4-cü maddələrinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır; ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır; hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir; ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadAğagüln olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.2-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. 111.4. Kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.6-cı maddəsinə əsasən üzvlərinin sayı 200-dən çox olan kooperativlərdə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativin nizamnaməsinə uyğun olaraq müvəkkillərin yığıncağı şəklində keçirilə bilər. Müvəkkillərin sayı kooperativ üzvlərinin sayı nəzərə alınaraq müəyyənləşdirilir. Müvəkkillər kooperativin nizamnaməsində, aşağıdakılar da daxil olmaqla, nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə yolu ilə seçilir: müvəkkil seçilən kooperativ üzvlərinin sayı; müvəkkillərin səlahiyyətlərinin müddəti; onların seçilmə qaydası. Müvəkkillər öz səlahiyyətlərini başqa şəxslərə, o cümlədən kooperativ üzvlərinə verə bilməzlər. Bu Məcəllənin və kooperativin nizamnaməsinin kooperativ üzvlərinin ümumi yığıncağı barədə müddəaları müvəkkillərin yığıncağına da şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.10-cu maddəsinə əsasən kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativüzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 113.1 və 113.2-ci maddələrinə əsasən kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər; kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmAğagül görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmAğagül görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında tərəflərin izahatı, eləcə də işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının icra orqanı idarə heyəti və onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Həm Balakən rayon X9, həm də Balakən rayon İctimai X19 yuxarı orqanı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı- X14. Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx xxxxxxxx 2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qərarı ilə Balakən rayon İctimai X19 direktoru X23 işdən çıxma barədə ərizəsi, Balakən rayon İctimai X19 müflis olaraq müəssisənin 6300 manat borcunun yaranması və həmin borcun maliyyə yardımı olaraq Nümayəndə1 tərəfindən ödənilməsi nəzərə alınaraq, Balakən rayon İctimai X19 Balakən rayon İstehsal-İstehlak Kooperativinə birləşdirilməsi və buna razılıq verilməsi üçün Azərbaycan Mərkəzi Kooperativlər X27 təklif verilmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı- X26 Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx xxxxxxxx 2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qərarı ilə verilmiş təklifə baxmış və onun xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən Balakən rayon X30 Birliyi ləğv edilərək Balakən rayon X12 birləşdirilmişdir. Balakən Rayon X5 X19 nizamnaməsində hüquqi şəxs olması barədə qeyd olsa da, müvafiq qaydada dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almadığı və bu səbəbdən 2008-ci ildə Vergilər Nazirliyinə təqdim olunan arxiv sənədləri arasında İctimai Birliyin qeydiyyat qovluğu aşkar edilməmişdir. Balakən Rayon X5 X31 xx.xx.1998-ci il tarixdə vergi uçotuna dayanmış və xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək, ********** nömrəli yeni VÖEN almışdır. Balakən rayon X5-X31 hüquqi şəxs statusu əldə etmədiyi üçün onun ləğvi hüquqi şəxsin əlavə bölməsinə uyğun formada aparılmışdır. Eyni zamanda xx.xx.1996-cı il tarixdə 647 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış Balakən rayon X9 X30 Birliyi xx xxxxxxx 2020-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İşdəki sübutlardan birmənalı görünür ki, Balakən rayon İctimai X19 ləğv edilərək Balakən rayon X12 birləşdirilməsi Balakən rayon X9 xx.xx.2019-cu il tarixli, 05 saylı Müvəkkillər iclasının qərarı ilə deyil, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı X15 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarı ilə həyata keçirilmişdir. Hazırki işdə isə iddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı X15 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarını mübahisələndirməmişlər. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı X15 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarı qüvvədədir. Balakən Rayon Məhkəməsinin 2(019)-155/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş Balakən rayon X30 Birliyinə məxsus 1) Əmr kitabı-1969-2020-ci illər; 2) Əmək kitabçaları -1960-2020-ci illər; 3) Əmək haqqı kitabları -1960-2020-ci illər; 4) Şəxsi qovluqlar -1960-2020-ci illər; 5) Baş kitab -1960-2020-ci illər; 6) Dövriyyə cədvəlləri - 1960-2020-ci illər; 7) Uçot kitabları- 1960-2020-ci illər; 8) Əsas vəsait və invertarların hesab kitabı- 1960-2020-ci illər; 9) Kassa kitabları -1960-2020-ci illər; 10) Kassa hesabatları və əmək haqqı ödəniş cədvəlləri- 1960-2020-ci illər; 11) Maddi məsul şəxslərin mal-material hesabı-1960-cı ildən 2020-ci ilədək, Balakən rayon İctimai X19 açarı və binasının boşaldılmış vəziyyətdə cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızından alınıb, iddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (107)-1657/2020 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)- 155/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-155/2020 saylı qətnaməsi hazırda qüvvədədir və icra mərhələsindədir. Eyni zamanda X24 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarı ilə Balakən rayon X30 Birliyi ləğv edilərək, təşkilatlarına birləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə Azərittifaqın nümayəndəsi Hidayət Mehdiyev və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramazan Saramanovun iştirakı ilə İİMB-nin direktoru X32 ərizəsinə əsasən işdən çıxdığı üçün müəssisənin bir ədəd möhür və bir ədəd künc ştampı akt tərtib edilməklə Balakən rayon X3 Heyətinin sədri Nümayəndə1 təhvil verilmişdir. İş üzrə iddiaçılar Balakən rayon X9 xx.xx.2019-cu ıl tarixli, 05 saylı Müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabrfevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «5» nömrəli bildirişin ləğv edilməsi və İİMB-nin ləğv edilməsinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürsələr də, həmin iddia tələblərinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hüquqi əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələblərinin əsaslılığını sübut edə bilməmişlər. İddiaçılar həmçinin Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq 11000 (on bir min) manat miqdarında vəsaitin toplanmasını və cavabdeh təşkilatın sədri Nümayəndə1 tərəfindən qanunsuz olaraq mənimsənilməsini göstərsələr də, bu halın mövcud olması, yəni Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq 11000 (on bir min) manat miqdarında vəsaitin toplanması və cavabdeh təşkilatın sədrinin qanunsuz olaraq həmin məbləğdə əsassız varlanması, cavabdeh Balakən İİK-nin hansısa qanunsuz əməlləri ilə onlara 11000 manat məbləğində ziyan vurulması, bu ziyanla cavabdeh təşkilatın hansısa qanunsuz əməlləri arasında səbəbli əlaqənin olması və cavabdeh təşkilatın həmin ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçıların üzərinə düşür. Bu konteksdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, qanuna əsasən əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir ( MPM-nin 14.2-ci maddəsi) Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmAğagül əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X8rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iddia ərizəsində göstərdikləri tələblərin heç bir faktoloji və hüquqi əsasları mövcud deyildir və ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, Balakən rayon İctimai X19 ləğvinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini, Balakən rayon İctimai X19 ləğv edilərək Balakən rayon X12 birləşdirilməsinin Azərbaycan Mərkəzi Kooperativlər X4 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarı ilə həyata keçirilməsini, hazırki işdə iddiaçıların Azərbaycan Mərkəzi Kooperativlər X4 xx xxxxxxxx 2019-cu il tarixli, 46 saylı qərarını mübahisələndirməmələrini və iddianın təmin edilməsi üçün faktoloji və hüquqi əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızının, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızının, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X28 cavabdehlər Balakən rayon X12 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı Balakən rayon X9 xx.xx.2019-cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «5» nömrəli bildirişin ləğv edilməsi və İİMB-nin ləğv edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin olunmasın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 qızı, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı19 Şərəfəddin qızı, İddiaçı17, İddiaçı18, İddiaçı16 və X33 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədə şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-30/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-30/2021
08.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver