Məhkəmə qərarları › İş №2(019)-34/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-34/2022

20.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-34/2022 20.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, tərcüməçi X21, İddiaçı, ölmüş Cavabdeh2 hüquq varisləri X13 və X22 nümayəndəsi və Cavabdeh1 iştirakı ilə İddiaçı ölmüş Cavabdeh2 hüquq varisləri X23, X25,X35 və Cavabdeh1 qarşı mülkiyyət hüquqlarının pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə etmək üçün inşa etdiyi yardımçı saraya cavabdehlər daxil olmaqla istifadə etməyinə maneələr yaratmaları, həmin saraydan icazəsi olmadan istifadə etməklə, qanunsuz çəkdikləri kommunal xəttlərin ləğv edilməsi və mülkiyyətində olan yardımçı sarayın ona təhvil vermələri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqlarının pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə etmək üçün inşa etdiyi yardımçı saraya cavabdehlər daxil olmaqla istifadə etməyinə maneələr yaratmaları, həmin saraydan icazəsi olmadan istifadə etməklə, qanunsuz çəkdikləri kommunal xəttlərin ləğv edilməsi və mülkiyyətində olan yardımçı sarayın ona təhvil vermələri haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 252128 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2022-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respeublikası MPM) 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İş materiallarından müəyyən olunur ki, ölmüş Cavabdeh2 vərəsələri X34, X37 və X14 qalmış mirası notarit orqanına mirasın qəbulu haqqında ərizə verməklə qəbul etmişlər. Ona görə də məhkəmə tərəfindən ölmüş Cavabdeh2 onun hüquqi varisləri X34, X37 və X43 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, anası X10 mülkiyyətində Balakən rayonu Gərəkli kəndində JN 1096 kod 40110018 saylı Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Anası X28 14 iyun 2006-cu ildə vəfat etmişdirdir. Anası X10 vəfatından sonra mülkiyyətində olan kənd təsərrüfatlı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Daşınmaz Əmlakın Reyestr Nömrəsi **********32 sayla, ********** Qeydiyyat nömrəsi ilə onun adına rəsmiləşdirilmişdir. Anası vəfat etməzdən əvvəl onların birgə təsərrüfatda olduqları zaman anasına məxsus olan 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yardımçı saray inşa etmişdir ki, həmin saraydan məişət avadanlığının yığılması üçün istifadə etsin. Anasının vəfatına qədər onlar həmin saraydan səmərəli istifadə edirdilər. Onu da xatırladır ki, həmin saray digər işlər üçün yararsız olduğundan bir neçə dəfə həmin sarayı sökmək qərarına da gəlmişdir. Beləliklə, iş üzrə cavabdehlər ara-sıra kəndə gələrək, bir neçə gün onun evində qalaraq, çıxıb getmişlər. Həyat yoldaşı Rusiya vətəndaşı olduğundan anasının vəfatından sonra o, yoldaşı ilə bir neçə aylıq Rusiyaya oğlunun yanına getməli olmuşdur. Rusiyada işlərini qurtarandan sonra kəndə qayıdanda cavabdehlərin onun inşa etdiyi sarayda olduqlarını görmüşdür. Soruşanda ki, bura necə daxil olublar,qardaşı bildirdi ki,onlar bundan sonra burada qalacaqlar. O, onlara öz etirazını bildirmiş, bu saraydan məişət əşyalarını qoymaq üçün istifadə etdiyini nəzərə çatdırmış, onların nə üçün onun icazəsi olmadan qıfılı qıraraq saraya daxil olmalarını soruşmuş, onlar isə heç nə demədən qapını üzünə çırpmışlar. Beləliklə, onların arasında mübahisə yaranmağa başlamışdır. Cavabdehlər onun Rusiyada olmasından istifadə edərək, Balakən rayon Dövlət Notariat Kontoruna tək varis kimi saxta sənəd təqdim etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq, həmin şəhadətnaməni kommunal idarələrə verərək, kommunal xəttlərin də çəkilməsinə nail olmuşlar. Necə ola bilər ki, kənd təsərrüfatlı torpaq sahəsində inşa etdiyi ona məxsus saraya qardaşı qanunsuz işıq,qaz,su xətləri çəkmişdir. Cavabdehlər mülkiyyətində olan yardımçı saraydan çıxmaq istəməmiş və ona məxsus olan məişət avadanlıqlarını həyətə tullamışlar. Cavabdehlərdən dəfələrlə mülkiyyətində olan yardımçı sarayı boşaltmalarını tələb etsə də, heç bir faydası olmamışdır. Bununla bağlı o, onların hər ikisinə poçt vasitəsilə xəbərdarlıq məktubu göndərməsinə baxmayaraq, onlar sarayı boşaltmaq əvəsinə, həm də həmin saraydan istifadə etməsinə maneçilik törədirlər. Bununla bağlı onun Balakən Rayon Polis Şöbəsinə müraciəti ilə bağlı bildirmişlər ki, aralarında yaranan mübahisə ilə bağlı məhkəməyə müraciət etməlidir. Cavabdehlərin Bakı şəhərində mənzilləri olsa da, qanunsuz mülkiyyətinə daxil olaraq, qəsdən ona və ailəsinə qarşı qərəzli hərəkətlər etməkdə davam edirlər. Odur ki,yaşadıgı Gərəkli kəndində heç bir qeydiyyatı olmadan, özlərinə məxsus heç bir tikilisi olmadan, sarayın qapısını icazəsi olmadan sındıraraq mülkiyyətinə daxil olduqlarına görə məhkəmə qaydasında çıxarılmalıdırlar. Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsinin 290 saylı xx.xx.2021-ci il tarixli arayışından, 289 saylı xx.xx.2021-ci il tarixli arayışından, 207 saylı xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, cavabdehlərin adında heç bir tikili, ev, təsərrüfat və qeydləri yoxdur. Şikayəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Şöbəsi üzrə Balakən rayon müfəttişliyinə cavabdeh verdiyi izahatında onların Gərəkli kəndində heç bir tikilisinin olmamasını göstərmişdir. Lakin buna baxmayaraq, cavabdehlər onun mülkiyyətinə əsassız müdaxilə etməkdə davam edirlər. O, ölmüş Cavabdeh2 hüquq varisləri ilə əvəz edilməsinə razıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ölmüş Cavabdeh2 hüquq varisləri X13 və X22 nümayəndəsi və Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddia predmetini təşkil edən əsaslı tikinti olan saray İddiaçı tərəfindən tikilməmişdir. Həmin saray iddiaçının və onun rəhmətlik əri Cavabdeh2 atası Nəsrəddin Qarayev tərəfindən onun X28 ilə birgə nikahı dövründə Mariya Qarayevanın adına olan torpaq sahəsində tikilmişdir. Onun əri Cavabdeh2 də Nəsrəddin Qarayevdən və Mariya Qarayevadan qalmış mirasda, o cümlədən Mariya Qarayevanın miras qalmış həmin 0,14 ha torpaq sahəsində 1/3 payı olmuş və bu məhkəmə qərarları, həmçinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Mərhum Cavabdeh2lə birgə nikahlarından iki qızı və bir oğlu anadan olmuşlar. Uşaqları Vadimdən qalmış mirası notariat orqanına ərizə verməklə qəbul etmişlər. X4 və oğlu X37 onu məhkəmədə təmsil etmək üçün ona etibarnamə vermişlər. Onun Vadimlə nikahı 2013-cü ildə pozulmuşdur. Onun Vadimdən qalmış mirasda pay hüququ yoxdur. Cavabdeh2 İ Qarabağ müharibəsində iştirak etmiş və orden və medalla təltif olunmuşdur. O, Bakı şəhərində yaşayır. İddia predmetini təşkil edən sarayda yaşamamışdır, yaşamır və oraya hər hansı elektrik, qaz xəttləri çəkməmiş, qapını sındırmamışdir. Həmçinin o, İddiaçı saraydan və torpaq sahəsindən istifadə etməyə heç bir maneçilik yaratmamışdır və yaratmır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ölmüş Cavabdeh2 hüquqi varisi X43 məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə ölmüş Cavabdeh2 hüquqi varisi X29 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X51 oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində həkim işlyir, İddiaçı ilə dostluq münasibətləri vardır. Uzun müddət mütəmadi olaraq İddiaçıgilə gəlmişdir. O, Akifgildə olduğu zaman həmin sarayın Akifin istifadə etdiyinin şahidi olmuşdur. Lakin həmin sarayın nə vaxt və kim tərəfindən tikildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmin tikili 1980-ci illərin sonlarında tikilib. Həmin tikili Qarayev Nəsrəddin tərəfindən tikilib. Akif evin balaca oğlu olduğundan həmin vaxtlar tikilinin hər bir işində iştirak edib və maddi dəstək verib. Həmin tikili fundamental tikilidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1987-ci ildə İddiaçıgildə olduğu zaman həmin tikili var idi və ev kimi istifadə edilirdi. Sonradan 1990-1992-ci illərdə yeni ev tikilib və həmin tikili köhnə əşyalar saxlanılan saray kimi istifadə edilirdi. Onun gördüyü qədər həmin tikilidən İddiaçı istifadə edirdi. Lakin həmin tikilinin tikilməsini görməmişdlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, həmin sarayın tikilməsinin şahidi olmuşdur. Həmin saray tikilən zaman ustalar üçün yemək bişirmişdir. Həmin sarayın tikilməsi prosesində İddiaçı iştirak etməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, həmin tikili tikilən vaxt o, avtobazada işləmişdir. Akif o zaman atası ilə ona yaxınlaşıb evin qaynaq işlərini görməsini demişlər. O, həm balaca evin (indiki sarayın), həm də hal-hazırda İddiaçı istifadəsində olan böyük evin qaynaq işlərini görmüşdür. Bu işləri gördüyü zaman İddiaçı ona fiziki köməklik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X42 ifadəsində göstərmişdir ki, həmin sarayın daşını o zaman özünə məxəxsus olan ZİL samosval avtomobili ilə daşımışdır. Həmin vaxt tikilini Dibirov Nəsrəddin adlı usta tikirdi. Ona daş gətirməsi barədə sifarişi həm Qarayev Nəsrəddin, həm də Nəsrəddinin kiçik oğlu İddiaçı verirdi. Həmçinin gətirdiyi daş müqabilində pulu həm Nəsrəddin, həm də Akif verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, 1987ci ilin may ayında həmin sarayın suvağını vurmuşdur. Həmin vaxt ona İddiaçı köməklik edirdi. Suvağı vurub işini qurtaran zaman zəhmət haqqını İddiaçı almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1986-87-ci illərdə İddiaçı Balakənə gəlmişdir. Tikintidə o və anası kömək etmişdir. Tikilini Akif tikib. Anası və atası bura bayram vaxtlarında gəlmişlər. Həmin vaxt onun 16-17 yaşı olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Akif tikilini tikən zaman ora su daşımışdır. Həmin vaxt Akifdən başqa orada heç kimi görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi X10 və 1/3 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İ 940976 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X28 14 iyun 2006-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 06 ayının 17 günündə 598 № ilə qeyd edilmişdir. İş materiallarında olan Balakən rayonu Gərəkli Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 92 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci ildə 0.52 manat, 03.0.8.2009-cu ildə 0.38 manat, xx.xx.2010-cu ildə 0.38 manat, xx.xx.2011-ci ildə 1 manat, iyun 2012-ci ildə 0.38 manat, o cümlədən 2015-2018-ci illər ərzində cəmi 3 manat 50 qəpik anası X19 məxsus olan torpaq sahəsinin vergilərini ödəmişdir. İş materiallarında olan Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 289 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Gərəkli kənd sakinidir, qardaşı Cavabdeh2 adına 2021-2025-ci illərin 1№-li təsərrüfatbaşına kitaba əsasən həyətyanı torpaq sahəsi və yaşayış evi yoxdur, Gərəkli kəndində qeydiyyatda yoxdur. İş materiallarında olan Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 290 saylı arayışdan görünür ki, İddiaçı qardaşı arvadı Cavabdeh1 adına 2021-2025-ci illərin 1 №-li təsərrüfatbaşına kitabına əsasən həyətyanı torpaq sahəsi və yaşayış evi yoxdur, Gərəkli kəndində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin 17 oktyabr 2018-ci il tarixli 361 nömrəli arxiv arayışında göstərilir ki, Balakən rayonu Gərəkli kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən 1986-1990-cı illər üzrə 1 .İddiaçı—A/ başçısı (xx.xx.1965, azərb.) yazılıb, evin tikildiyi il qeyd edilməyib, cəmi torpaq sahəsi-1988-1990cı illərdə 007 hektarın yüzdə biri ilə, 1986-1987-ci illərdə torpaq sahəsi qeyd edilməyib; 1991-1995-ci İllər üzrə 1 .İddiaçı-A/ başçısı (1965,azərb.); 2.X28 anası (xx.xx.1936,belarus),1351 №-li t/t köçüb; evin ümumi sahəsi-40 kv.metr, o cümlədən yaşayış sahəsi-32 kv.metr, 1991-ci ildə kuxna yazılıb, cəmi torpaq sahəsi-1991-ci ildə 007/hektarın yüzdə biri ilə/ üstündən 005 /hektarın yüzdə biri ilə yazılıb, 1992-ci ildə torpaq sahəsi qeyd edilməyib,1993-1995-ci illərdə-007 hektarın yüzdə biri ilə, 1996-2000-ci illər üzrə 1.İddiaçı-A/ başçısıt 1965,azərb.), evin tikildiyi il-1996-cı il, cəmi torpaq sahəsi-007/ hektarın yüzdə biri ilə, o cümlədən xüsusi mülkiyyətdə 2000-ci ildə 0,17/hektarın yüzdə biri ilə yazılıb. İş materiallarında olan Balakən rayonu sabiq «Oktyabr» kolxozu üzvlərinin 16 mart 1990-cı il tarixli 1 №-li ümumi iclas protokolu qərarından çıxarışdan görünür ki, ərizə ilə müraciət etmiş İddiaçı 0.07 hektar həyətyanı torpaq sahəsi ölçülüb verilmişdir. İş materiallarında olan Balakən rayonu sabiq «Oktyabr» kolxozunun 11 iyul 1986-cı il tarixli aktından görünür ki, 24/İİİ-1986-cı il tarixli 2 №-li ümumi iclas qərarına əsasən kolxozun üzvü İddiaçı 0.07 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin Zaqatala RQİİ-nin rəisinin Balakən rayonu Gərəkli kənd sakini İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 01/513-745/Q nömrəli məktubdan görünür ki, mərhum X11 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə onun miras payı müəyyən edilmiş, miras əmlakın digər 2/3 hissəsi açıq saxlanılmışdır. Əmlakın hüquqi sahibi olduğu 1/3 hissəsinin həmin əmlakın hansı hissəsinə aid olması barədə qərar olmadığından hal-hazırda xx.xx.2013-cü il tarixdən abonent olaraq qeydiyyatda olan Cavabdeh2 Nəsrəddin oğlunun qaz təchizatı yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarının 6-cı bəndinə uyğun olaraq dayandırıla bilər. Əlavə olaraq bildirilir ki, mərhum X12 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin hüquqi sahibi olduğu 1/3 hissəsinin Cavabdeh2 Nəsrəddin oğlunun adında qaz təchizatı ərazisinə düşməsi barədə məhkəmənin qərarı olduğu təqdirdə müraciəti təmin olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X40 filialının rəisinin İddiaçı ünvanladığı 22 fevral 2021-ci il tarixli AERA-30- 30-30-196/21 saylı məktubdan görünür ki, qardaşı Cavabdeh2 adına olan elektrik sayğacı onun rəsmi müraciəti və Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Balakən rayon Notariat Kontorunun qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnaməsinə istinad edərək verdiyi arayış əsasında xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin fəaliyyəti dövründə quraşdırılmış və enerji təchizatı müəssisəsinin abonent bazasında **********00737 saylı kod ilə qeydiyyata götürülmüşdür. Bu səbəbdən sözügedən yardımçı sarayın enerji təchizatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.13.1-ci və 9.13.5-ci bəndlərinin tələblərinə yğun olaraq qardaşı Cavabdeh2 müvafiq yazılı müraciəti və ya məhkəmənin qərarı ilə dayandırıla bilər. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X26 13 noyabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqnda qərarından görünür ki, Cavabdeh2, X3 və İddiaçı müraciətləri əsasında toplanmış NK-1-758 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin 09 sentyabr 2019-cu il tarixli 172 nömrəli arxiv arayışında göstərilir ki, Bakı şəh.,Sabunçu ray.,Bakıxanov qəs.,S.Şuşinski küç.,dön.2,ev 3.,m.15-də qeydiyyatda olan Cavabdeh2, Balakən rayonu Gərəkli kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən 1991 -1995-ci illər üzrə 1 .İddiaçı —A / başçısı (1965,azərb.), 2.X28 anası (xx.xx.1936,belarus)1351 №-li t/t köçüb, evin ümumi sahəsi (kuxna)- 40 kv.metr o cümlədən yaşayış sahəsi 32 kv.metr, cəmi torpaq sahəsi 1991-ci ildə-005,007 /hektarın yüzdə biri ilə/, 1993-1995-ci illərdə-007 /hektarın yüzdə biri ilə/ 1992-ci ildə torpaq sahəsi qeyd edilməyib; 1991-1995-ci illər üzrə 1 .X30 —A / başçısı(l 9.08.1936,belarus),evin ümumi tikildiyi il—qeyd edilməyib, cəmi torpaq sahəsi qeyd edilməyib; 1996-2000-ci illər üzrə 1 X30 —A / başçısı( xx.xx.1936,belarus), evin tikildiyi il 1985-ci il, cəmi torpaq sahəsi qeyd edilməyib; o cümlədən xüsusi mülkiyyətdə—2000-ci İdə—014 /hektarın yüzdə biri ilə /Fond № 94, Siyahı № 2,Sax.vahidi № 39,34,47,Səhifə № 23,2,28 yazılmışdır. İş matertiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu və xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- yə 311 manat mütəxəssis xərci ödənilmişdir. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Gərəkli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 62 nömrəli arayışda göstərilir ki, X31 atası mərhum Cavabdeh2 Balakən rayon Gərəkli kənd sakini olmamışdır, DƏDRX-nin **********32 №- li çıxarışına əsasən onun adına anası mərhum X11 miras qalmış Gərəkli kəndində 0,14 ha pay torpaq sahəsinin üçdə bir hissəsi var. İş materiallarında olan Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş 05/Q-72/69 nömrəli arayışda göstərilir ki, Cavabdeh2 və Cavabdeh1 nikahının pozulması ər-arvadın qarşılıqlı razılğı əsasında xx.xx.2013-cü ildə 02№-li akt qeydi ilə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra arvada Qarayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, mübahisə predmeti təşkil edən yardımçı sarayın Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində X10 adına qeydə alınmış 2/3 hissəsi, İddiaçı adına qeydə alınmış 1/3 hissəsi yerləşir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «X32»-nin 29 noyabr 2021-ci il tarixli 558 nömrəli mütəxəssis rəyində göstərilir ki, Balakən rayonu Gərəkli kəndində yerləşən, müraciət edən şəxs - İddiaçı tərəfindən baxışa təqdim olunan torpaq sahəsi və orada yerləşən yardımçı tikilinin naturada GPS ölçü aləti vasitəsilə təyin olunan koordinatlarının ərazinin elektron ümumi xəritəsi və ortofotoplan üzərində tədqiqatı zamanı yardımçı tikilinin X28 və İddiaçı birgə xüsusi mülkiyyətlərində olan 0.14 ha torpaq sahəsi hüdudları daxilində olması müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsi və yardımçı tikilinin coğrafi məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda xə sxemdə aydın şəkildə göstərilmişdir. "İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənəddə göstərilən mərhum X11 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha torpaq sahəsindən orada olan tikili İddiaçı istifadəsində qalmaqla 1/3 payının, naturada ayrılması mümkündür. Bölgü zamanı İddiaçı Nəsirəddin oğlunun 1/3 payına 0.0461 ha torpaq sahəsi düşür. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış-plan-sxemdə ətraflı göstərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 iyun 2022-ci il tarixli №10/3193 nömrəli rəyində göstərilir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisə predmetini təşkil edən yardımçı sarayın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüququ üzrə daşınmaz əmlaklın Dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində X10 adına qeydə alınmış 2/3 hissəsi, İddiaçı adına qeydə alınmış 1/3 hissəsi yerləşir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 28 iyun 2022-ci il tarixli №10/3193№-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/3 hissə Cavabdeh2 Nəsrəddin oğlunun, 1/3 hissə İddiaçı və 1/3 hissə X7 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X13 notarial qaydada təsdiq olunmuş mirasın qəbulu haqqında ərizəsindən görünür ki, o, ölmüş atası X2mış mirası qəbul etmək üçün ərizə ilə 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş mirasın qəbulu haqqında ərizələrdən görünür ki, X37 nümayəndəsi Cavabdeh1 vasitəsilə və Əliyeva (Qarayeva) Tereza Vadimovna ölmüş ataları Cavabdeh2 qalmış mirası qəbul etmək üçün ərizə ilə 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisinə müraciət etmişlər. İş materiallarına əlavə edilmiş Balakən rayonu Gərəkli Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 19 №-li arayışından görünür ki, Cavabdeh2 anası mərhum X19 məxsus Gərəkli kəndində yerləşən 0,14 ha pay torpağından istifadə edir, həmin torpağın və 1986-cı ildə tikilmiş yaşayış evinin vergilərini illər üzrə Gərəkli Bələdiyyəsinə ödəmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (019)-12/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (019)-694/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 iddiası təmin edilmiş, mərhum anası X11 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2 miras payı müəyyən edilmiş və miras əmlakın 1/3 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiası təmin edilmiş; mərhum anası X11 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə X7 miras payı müəyyən edilmiş və miras əmlakın 1/3 hissəsinə X7 vərəsəlik hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-314/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3416/2021 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(107)- 314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3416/2021 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(102)-3416/2021 nömrəli qərarında yol verilmiş yanlışlığın düzəldilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(102)-3416/2021 nömrəli qərarının nəticə hissəsinin birinci abzasında “İddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.” cümləsinin “Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.” cümləsi ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Balakən Rayon Məhkəməsi tərəfindən İddiaçı və ölmüş Cavabdeh2 Nasrəddinoviçin hüquq varisləri X13 və X22 nümayəndəsi və Cavabdeh1 iştirakı ilə mübahisəli əraziyə yerində müayinə həyata keçirilmişdir. İddiaçıya məxsusluğu iddia edilən saray binası birmərtəbəli olmaqla fundament üstündə tikilmişdir və əsaslı tikintidir. Həmin saraya elektrik və qaz xəttlərinin çəkilməsi müəyyən olunur. Saray binası İddiaçı məxsusluğu göstərilən fərdi yaşayış evindən təqribən 20 metr məsafədə ictimai yola paralel çəkilmiş hasarın ətrafında tikilmişdir. Sarayın eni 6 metr, uzunluğu 10 metr, saraya əlavə olunan çıxıntının ölçüləri eni 3 metr, uzunluğu 4 metrdir. Sarayın qapı və pəncərələri tam vəziyyətdədir. Məhkəmə, İddiaçı və ölmüş Cavabdeh2 Nasrəddinoviçin hüquq varisləri X13 və X22 nümayəndəsi və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sübutların bilavasiə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi X10 və 1/3 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X28 14 iyun 2006-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 06 ayının 17 günündə 598 № ilə qeyd edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (019)-12/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X17 və Cavabdeh2 qarşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilmiş, mərhum anası X11 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2 miras payı müəyyən edilmiş və miras əmlakın 1/3 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiası təmin edilmiş; mərhum anası X11 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə X7 miras payı müəyyən edilmiş və miras əmlakın 1/3 hissəsinə X7 vərəsəlik hüququ tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-314/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(019)-694/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3416/2021 nömrəli qərarı ilə İddiaçıoviç tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(107)- 314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/3 hissə Cavabdeh2 Nəsrəddin oğlunun, 1/3 hissə İddiaçı və 1/3 hissə X7 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ölmüş və bu barədə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 20 may 2022-ci il tarixdə AZ-İİ seriyalı 252128 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Ölmüş Cavabdeh2 Nasrəddinoviçin 3 vərəsəsi: X4, oğlu X37 və qızı X27mış və həmin vərəsələr ondan qalmış mirası notarit kontoruna mirasın qəbulu haqqında ərizə verməklə qəbul etmişlər. Aralarında olan nikah 2013-cü ilin fevral ayında pozulduğu üçün Cavabdeh1 mərhum Cavabdeh2 vərəsəsi olmamışdır. İddiaçıya məxsusluğu iddia edilən saray binası birmərtəbəli olmaqla fundament üstündə tikilmişdir və əsaslı tikintidir. İş materiallarına əsasən həmin saraya elektrik və qaz xəttləri mərhum Cavabdeh2 adına çəkilmişdir. Həmin saray yardımçı tikili kimi İddiaçı fərdi yaşayış evinin texniki pasportunda və digər hüquqmüəyyənedici sənədlərində göstərilməmişdir. Həmçinin arxiv sənədlərində həmin sarayın mərhum X28 və ya onun əri Nəsrəddin Qarayevin fərdi yaşayış evinə yardımçı tikili kimi evin hər hansı hüquqmüəyyənedici və ya texniki sənədində qeyd edilməmişdir. Ümumiyyətlə həmin saray binasına kiminsə mülkiyyət və ya digər hüquqları, o cümlədən İddiaçı mülkiyyət və istifadə hüquqları qeydə alınmamışdır. İş üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının 28 iyun 2022-ci il tarixli №10/3193 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisə predmetini təşkil edən yardımçı sarayın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüququ üzrə daşınmaz əmlaklın Dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində X10 adına qeydə alınmış 2/3 hissəsi, İddiaçı adına qeydə alınmış 1/3 hissəsi yerləşir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilir. İş üzrə İddiaçı həmin yardımçı saray binasının onun tərəfindən tikilməsini iddia edir. Cavabdeh tərəf isə həmin yardımçı saray binasının 1986-cı ildə iddiaçının atası Nəsrəddin Qarayev tərəfindən tikilməsini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlkdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X33 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. İş materiallarından görünür ki, iddia predmetini təşkil edən yardımçı saray mərhum X19 aid 2/3 hissə və İddiaçı aid 1/3 hissə olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş, həmin saraya İddiaçı mülkiyyət hüquqları və ya hər hansı digər hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qanunvericiliyin tələbinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikildiyi üçün həmin yardımçı saray özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs həmin saraya mülkiyyət hüququ əldə etmir. Onun həmin tikintiyə sərəncam vermək hüququ mövcud olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İddiaçı sözügedən yardımçı sarayın onun tərəfindən tikilməsini göstərsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu konteksdə İddiaçı lehrinə ifadə verən şahidlərin ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, şahid X51 oğlu həmin sarayın kim tərəfindən tikildiyini görmədiyini, Şahid1 1987-ci ildə həmin tikilinin olduğunu və həmin tiktilinin tikilməsini görmədiyini, Şahid2 ifadəsində həmin tikilinin 1980-ci illərin sonlarında Qarayev Nəsrəddin tərəfindən tikildiyini, Akif evin balaca oğlu olduğundan həmin vaxtlar tikilinin hər bir işində iştirak etdiyini və maddi dəstək verdiyini göstərmiş, şahid X24 ifadəsində sarayın tikilməsi prosesində İddiaçı iştirak etməsinin şahidi olduğunu qeyd etmiş, lakin bu zaman tikilinin məhz İddiaçı tərəfindən onun vəsaiti hesabına tikilməsini bildirməmiş, həmin tikilinin hansı ildə tikilməsini göstərməmiş, eynilə şahid X15 ifadəsində həmin tikili tikilən vaxt Akifin o zaman atası ilə ona yaxınlaşıb evin qaynaq işlərini görməsini dediklərini və onun həm böyük evin, həm də sarayın qaynaq işlərini görməkdə iştirak etməsini, bu zaman İddiaçı ona fiziki kömək etməsini göstərimş, lakin sarayın hansı ildə və məhz İddiaçı tərəfindən öz vəsaiti vəsati hesabına tikilməsini təsdiq etməmiş, bu zaman sarayın qaynaq işlərini görməsinin həm də İddiaçı atası Nəsrəddin tərəfindən ona tapşırılmasını bildirmişdir. Bundan başqa X42 ifadəsində sarayın tikinti üçün ona daş gətirməsi barədə sifarişin həm Qarayev Nəsrəddin, həm də Nəsrəddinin kiçik oğlu İddiaçı verdiyini, həmçinin gətirdiyi daş müqabilində pulun həm Nəsrəddin, həm də Akif tərəfindən verildiyini bildirmiş, şahid X16 ifadəsində 1987-ci ilin may ayında həmin sarayın suvağını vurduğunu, həmin vaxt ona İddiaçı köməklik etdiyini, suvağı vurub işini qurtaran zaman zəhmət haqqını İddiaçı aldığını bildirsə də, həmin sarayın məhz İddiaçı tərəfindən tikildiyini, sarayın bütün tikinti işlərinin, o cümlədən tikinti materiallarının alınmasının İddiaçı vəsaiti hesabına həyata keçirildiyini təsdiq etməmiş, Şahid5 ifadəsində 1986-87-ci illərdə 16 yaşının olduğunu, həmin tikilinin İddiaçı tərəfindən tikildiyini bildirsə də, həmçinin X8 ifadəsində Akifin tikilini tikməsini, həmin vaxt Akifdən başqa orada heç kimi görmədiyini qeyd etsə də, hansı əsaslarla bu nəticəyə gəldiklərini, İddiaçı tikinti üçün hansı məbləğdə hansı sayda və hansı adda tikinti materialları aldığını, tikintidə kimlərin usta və fəhlə kimi iştirak etdiyini, kimlərə və hansı məbləğdə zəhmət haqqı verdiyini göstərməmişlər. İş materiallarından isə görünür ki, sözügedən yardımçı saray fundament üstündə tikilməklə əsaslı tikintidir və onun tikintisinə ağac, daş, kərpic, qum, sement və sair inşaat materialları sərf edilmiş, saraya qapı və pəncərələr qoyulmuşdur.Həmin sarayın tikintisinin həyata keçirilməsi məhz sarayın layihə-smeta sənədlərinin hazırlanması, müəyyən pul məbləği müqabilində tikinti materiallarının alınması, tikinti və təmir işlərinin aparılması üçün usta və fəhlələrlə podrat müqavilələrinin bağlanması, onlara əmək haqqlarının ödənilməsi, həmin tikintinin həyata keçirilməsi, təmir işlərinin aparılması və binanın istifadəyə yararlı bir vəziyyətə gətirilməsini ehtiva edir. Lakin iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə birmənalı şəkildə həmin sarayın İddiaçı tərəfindən tikilməsi təsdiq olunmur və həmin ifadələrdə yuxarıdla qeyd olunan hallar üzrə ziddiyyətlər vardır, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməklə həmin ziddiyyətlər aradan qaldırılmamışdır. Belə ki, şahidlər Rəşad Şəfi-Zadə və Şahid1 ümumiyyətlə həmin yardımçı sarayın kim tərəfindən (o cümlədən İddiaçı tərəfindən) tikilməsini görmədiklərini bildirmişlər. X24 həmin sarayın tikilməsi prosesində İddiaçı iştirak etməsinin şahidi olduğunu, X16 vurduğu suvağın pulunu İddiaçı aldığını göstərsələr də, həmin sarayın məhz İddiaçı tərəfindən tikilməsini, yəni sarayın bütün tikinti materiallarının İddiaçı tərəfindən öz vəsaiti hesabına alındığını, evin tikinti və təmir işlərinin bütün xərclərinin İddiaçı tərəfindən çəkildiyini gördüklərini və bildiklərini, hansı əsaslarla belə nəticəyə gəldiklərini qeyd etməmişlər. Şahidlər X15 və X42 müvafiq olaraq sarayın qaynaq işlərinin görülməsinin və daşın gətirilməsinin Akifin atası və Akif tərəfindən sifariş verildiyini, qaynaq işlərində Akifin yalnız fiziki köməklik etdiyini, daşın pulunun isə həm Nəsrəddin, həm də Akif tərəfindən verildiyini bildirmiş, sarayın bütün tikintisi və təmiri xərclərinin Akifin vəsaiti hesabına həyata keçirildyinin şahidi olduqlarını göstərməmişlər. Şahidlər X16 1987-ci ilin may ayında vurduğu həmin sarayın suvağının pulunun İddiaçı aldığını, Şahid5 həmin tikilinin İddiaçı tərəfindən tikildiyini bildirsə də, həmçinin X1 tikilini tikməsini, həmin vaxt Akifdən başqa orada heç kimi görmədiyini qeyd etsə də, hansı əsaslarla bu nəticəyə gəldiklərini, İddiaçı tikinti üçün hansı məbləğdə hansı sayda və hansı adda tikinti materialları aldığını, tikintidə kimlərin usta və fəhlə kimi iştirak etdiyini, kimlərə və hansı məbləğdə zəhmət haqqı verdiyini, bunların şahidi olduqlarını təsdiq etməmişlər. Şahid2 isə ümumiyyətlə ifadəsində həmin tikilinin 1980-ci illərin sonlarında Qarayev Nəsrəddin tərəfindən tikildiyini, Akif evin balaca oğlu olduğundan həmin vaxtlar tikilinin hər bir işində iştirak etdiyini bildirmişdir. Göründüyü kimi, şahidlərin heç biri iddia predmetini təşkil edən yardımçı sarayın tam olaraq İddiaçı tərəfindən onun vəsaiti hesabına tikildiyini, yəni sarayın bütün tikinti və təmir xərclərinin İddiaçı tərəfindən həyata keçirildiyini təsdiq etməmişdir. Əksinə bəzi şahidlər həmin sarayın İddiaçı atası Nəsrəddin Qarayev tərəfindən tikildiyini göstərmişlər. Ona görə də bir sıra xüsusatlar:tikildiyi il, tikintinin kim tərəfindən sifariş verilməsi, tikinti materiallarının pulunun kim tərəfindən ödənilməsi, sarayın tikintisi və təmiri üçün hansı məbləğdə vəsaitin kim tərəfindən sərf olunmasının göstərilməməsi və sair hallarla bağlı ziddiyyətli olan və işin halları baxımından mötəbər sayıla bilməyən şahid ifadələri əsasında sözügedən sarayın İddiaçı tərəfindən tikilməsi nəticəsinə gəlmək mümkün deyildir. Qeyd edildiyi kimi, İddiaçı həmin saraya heç bir hüquqları, o cümlədən mülkiyyət hüququ qeydə alınmamışdır. Əksinə işdəki mötəbər sübutlara, o cümlədən Şahid2, Mikayıl Qarayevin və Həmzət Tosovun ifadələrinə və cavabdeh Anjela Qarayevanın izahatlarına, həmçinin Mariya Qarayevaya məxsus və sonradan onun mirasının predmeti olan torpaq sahəsinin 2/3 hissəsində tikilməsinə əsaslanaraq həmin sarayın İddiaçı atası Nəsrəddin Qaorayev tərəfindən tikilməsi daha əsaslı və ağlabatandır. İş materiallarından birmənalı şəkildə müəyyən olunur ki, həmin saray o cümlədən X20 məxsus 2/3 hissə torpaq sahəsində tikilmiş və iddiaçı ilə yanaşı həmin miras torpaq sahəsinə 1/3 hissədə Mariya Qarayevanın vərəsəsi Cavabdeh2 Nəsrəddinovçin və 1/3 hissədə X7 vərəsəlik payları müəyyən edilmişdir ki, Cavabdeh2 həmin vərəsəlik payı da onun vərəsələrinin-hüquqi varislərinin miras payını təşkil edir. Belə olan halda ölmüş Cavabdeh2 hüquqi varislərinin həmin sarayın yerləşdiyi X19 məxsus 2/3 hissə torpaq sahəsinin ataları Cavabdeh2 düşən 1/3 hissəsini naturada ayrılmasını, kompensasiya verilməsini və ya hərrac vasitəsilə satıb satış pulunun payçılar arasında bölünməsini tələb etmək hüquqları vardır. Həmçinin cavabdeh tərəfin iddia etdiyi kimi, həmin saray binasının Nəsrəddin Qarayev tərəfindən Mariya Qarayeva ilə birgə nikah dövründə inşa etdiyinin müəyyən olunduğu təqdirdə ölmüş Cavabdeh2 və onun ailə üzvlərinin, həmçinin 2013-cü ilin fevral ayına qədər Cavabdeh2 arvadı olmuş cavabdeh X6 həmin saraya sahib olmaq və ondan istifadə etmək hüquqları yaranmışdır. Belə olan halda ölmüş Cavabdeh2 hüquqi varisləri olan uşaqlarının (Pərvanə Qarayeva, Mikayıl Qarayev və Tereza Əliyeva) həmin saraya sahib olmaq və ondan istifadə etmək hüquqlarının mövcudluğu qəbul olunmalıdır. Ona görə də İddiaçı həmin saraya yalnız onun sahiblik və istifadə hüququnun, həmçinin mülkiyyət hüququnun olması barədə mövqeyii əsassızdır və işdəki heç bir mötəbər sübutla təsdiqini tapmır. İşdəki sübutlarla cavabdeh tərəfin İddiaçı hansı obyektə hansı mülkiyyət hüquqlarını pozması müəyyən edilməmişdir. Qanun normasının tələbinə əsasən İddiaçı həmin sarayın mülkiyyətçisi olmadığı üçün onun ölmüş cavabdehin hüquqi varislərinin və digər cavabdehin həmin saraya münasibətdə mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etməsi, saraya çəkilmiş kommunal xəttlərin (qaz və işıq xəttlərinin) ləğv edilməsini və yardımçı sarayın ona təhvil verilməsini tələb etmək hüququ yoxdur. Belə ki, bu tələblər əslində həmin sarayla bağlı sərəncam verilməsini ehtiva edir. Göstərildiyi kimi, İddiaçı həmin sarayın mülkiyyətçisi deyildir və ona görə o, həmin əmlak üzərində göstərilən tələbləri irəli sürməklə sərəncam verə bilməz. Həm də cavabdeh tərəfin həmin saraya sahiblik və istifadə hüququnun yaranması barədə nəticəyə gəlmək işin faktoloji halları baxımından əsaslıdır. Ona görə də mülkiyyətçi olmayan iddiaçının tələbi ilə ölmüş cavabdehin hüquqi varislərninin və digər cavabdehin saraydan çıxarılması və sarayın onun mülkiyyətçi olmayan iddiaçıya təhvil verilməsi mülkiyyət hüququnun ümumi rejiminə ziddir və cavabdeh tərəfin hüquqlarının əsassız pozulmasına səbəb olacaqdlır ki, bu da yolverilməzdir. Digər tərəfdən iş materiallarından görünür ki, sözügedən saraya elektrik və qaz xəttləri qanunsuz çəkilməmiş, qanunvericiliyə uyğun qaydada, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun çəkilmişdir. Yardımçı saraya mülkiyyət hüquqları qeydə alınmayan İddiaçı həmin kommunal xəttlərin ləğv edilməsi ilə bağlı tələb hüququ olmadığı kimi, həmin xəttlərin ləğv edilməsi üçün qanunda göstərilən əsaslar da hazırki işdə mövcud deyildir. Belə ki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13.1-9.13.6-cı bəndlərinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Həmin Qaydaların 9.13-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır. Yuxarıda istinad olunan «Qazdan istifadə Qaydaları»ın 6.1-ci bəndinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmirprofilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.5-1. İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında; 6.1.5-2. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında; 6.1.6. məhkəmənin qərarı ilə; 6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Lakin hazırki işdə sözügedən saraya çəkilmiş elektrik və qaz xəttlərinin ləğv edilməsi və elektrik enerjisinin və qazın verilişinin dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Bu da bu tələbin əsassız olmasını göstərir. Bunban başqa iş üzrə İddiaçı tərəfindən ölmüş cavabdehin hüquqi varislərinin və digər cavabdehin onun mülkiyyət hüquqlarını pozan hansısa qanunsuz hərəktlər etməsini, saraya elektrik və qaz xəttləri çəkdirmələrini, saraydan istifadə etməklə bununla onun hansısa mülkiyyət hüquqlarını pozmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. İddiaçı həmçinin cavabdeh tərəfin saraya daxil olmaqla istifadə etməsinə maneələrin yaradılmasını və onun müvafiq icazəsi olmadan saraydan istifadə etmələrinə son qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia əsassızdır. Belə ki, yuxarıda göstərildiyi kimi, iddiaçının mülkiyyətçi olmadığı üçün həmin sarayla bağlı sərəncam vermək, o cümlədən həmin saraydan istifadə etmək üçün kiməsə, həmçinin cavabdeh tərəfə icazə vermək hüquqları mövcud deyildir. Həmçinin cavabdeh tərəfin bu saraydan istifadə etməsi qəbul olunsa belə, bu həmin saraydan vərəsəlik hüququnun və istifadə hüququnun həyata keçirilmsəsinə əsaslanmışdır. İş materialları ilə cavabdeh tərəfin yardımçı saraydan istifadə etməsi ilə bağlı hər hansı qanunsuz hal müəyyən edilməmişdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, Nəsrəddin Qarayevin və Mariya Qarayevanın vərəsəsi kimi iddiaçının da həmin saraydan istifadə etmək hüquqları vardır. İş materiallarına əsasən ölmüş cavabdehin hüquqi varislərinin və digər cavabdehin iddiaçının həmin saraydan istifadə etməsinə hansısa maneələr yaratması müəyyən edilməmişdir. İddiaçı ölmüş cavabdehin hüquqi varislərinin və digər cavabdehin onun saraydan istifadə etməsinə hansı maneələr yaratmasını, onun saraya iddia etdiyi hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddianın əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu konteksdə məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı ölmüş Cavabdeh2 hüquq varisləri X34, X37 və X35 və Cavabdeh1 qarşı mülkiyyət hüquqlarının pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə etmək üçün inşa etdiyi yardımçı saraya cavabdehlər daxil olmaqla istifadə etməyinə maneələr yaratmaları, həmin saraydan icazəsi olmadan istifadə etməklə, qanunsuz çəkdikləri kommunal xəttlərin ləğv edilməsi və mülkiyyətində olan yardımçı sarayı ona təhvil vermələri tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- yə ödənilmiş 311 manat mütəxəssis xərci İddiaçı aid edilməli, İddiaçı Nəsrəddı̇ n oğlundan 50 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X44 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respukblikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- yə ödənilmiş 311 manat mütəxəssis xərci İddiaçı aid edilsin; İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X44 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar