Məhkəmə qərarları › İş №2(019)-366/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-366/2021

02.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-366/2021 02.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Ələskənd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayon Hənifə kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin ona məxsus 3/6 hissəsinin, fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır. Cavabdeh onun qardaşıdır. Uzun müddətdir ki, onunla heç bir əlaqəsi yoxdur. Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə X2na, Cavabdeh və ona-İddiaçı ünvan 1i ərazisindən 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.26 ha həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 040A KOD 40102018 olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. X2 27 may 2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra Balakən rayon Notariat Kontorunda vərəsəlik işi açılmış, miras əmlaklar olan fərdi yaşayış evinin 1/2 hissəsinə, torpaq sahəsindən isə mərhuma aid 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Miras əmlakların 1/2 hissəsi isə açıq saxlanmışdır. Onun evdən 1/2 hissə, torpaq sahəsindən isə 3/6 hissə payı vardır və bu daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Hazırda mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlaklardan payının naturada ayrılmasını istəyir. Cavabdehlə münasibəti olmadığına görə onun razılığı ilə əmlakların bölgüsünü apara bilmir. Bu səbəbdən göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını, ünvan 1ində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin ona məxsus 3/6 hissəsinin, fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-040A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı ilə X8, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə ünvan 1i ərazisindən 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********45-10301, 1828 invertar qeydiyyat nömrəli 29 oktyabr 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 1i fərdi yaşayış evi İddiaçı 1/2, X8 1/2 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********45-10301 olan, ********** qeydiyyat nömrəli 04.11.2020-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1i fərdi yaşayış evi və 0.26 ha yaşayış məntəqələrinin torpaqları 30 №li reyestr kitabının 92 №li vərəqində 04.11.2020-ci il tarixdə fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 3/6 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 1/6 hissəsi X6, torpaq sahəsinin 2/6 hissəsi Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 02 iyun 2016-cı il tarixdə verilmiş AZ-İ 761839 №-li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 27.05.2016-cı ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 02.06.2016-cı il 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 27.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27.05.2016-cı il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 1i ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur və o, miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 16.10.2020-ci il tarixdə X7 verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 78.10 kv/m olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0.2641 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Miras əmlakn 1/2 hissəsinə X1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanıldı. İş materiallarında olan 16.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021ci il tarixli, 10/2124 saylı rəyindən görünür ki, baxış zamanı aparılan müvafiq ölçü işləri nəticəsində tədqiq olunan həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasport sənədində göstərilən ölçülərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənləri nəzərə alaraq Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən, ümumi sahəsi 78.1 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. ünvan 1i ərazisində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsindən 3/6 hissə payın naturada ayrılması texniki cəhətdən mümkündür (torpaq sahəsinin bölgü variantı rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 oktyabr 2021-ci il tarixli, 10/2124 №li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını bilavasitə araşdırıb onlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı ilə JN-040A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında X8, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə ünvan 1i ərazisindən 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********45-10301 olan, ********** qeydiyyat nömrəli 04.11.2020-ci il tarixli Çıxarışla ünvan 1ində yerləşən fərdi yaşayış evi və 0.26 ha yaşayış məntəqələrinin torpaqları 30 №li reyestr kitabının 92 №li vərəqində 04.11.2020-ci il tarixdə fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 3/6 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 1/6 hissəsi X6, torpaq sahəsinin 2/6 hissəsi isə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 27.05.2016-cı ildə vəfat etmişdir, onun vərəsələri İddiaçı və Cavabdehdur. İddiaçı cavabdehlə razılıq əldə edilmədiyi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********45-10301 olan, ********** qeydiyyat nömrəli 04.11.2020-ci il tarixli Çıxarışla ona məxsus fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 3/6 hissə payının naturada ayrılmasını tələb edir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/2124 saylı rəyinə əsasən baxış zamanı aparılan müvafiq ölçü işləri nəticəsində tədqiq olunan həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasport sənədində göstərilən ölçülərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuş, İnşaat Norma və Qaydalarının 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənləri nəzərə alaraq Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən, ümumi sahəsi 78.1 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması, ünvan 1i ərazisində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsindən İddiaçı məxsus 3/6 hissə payın isə torpaq sahəsinin bölgü variantının rəyə əlavə olunmuş plan sxeminə uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olması qeyd edilmişdir. Həmçinin iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə tərəfindən mötəbər sübut sayılan məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/2124 saylı rəyi ilə İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənləri nəzərə alaraq Balakən rayonu Tülü kəndi ərazisində yerləşən, ümumi sahəsi 78.1 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması nəticəsinə gəlindiyi üçün iddia ünvan 1ində yerləşən 78.1 kv.m yaşayış sahəsi olan evin İddiaçı 1/2 hissədə payın naturada ayrılması tələbi hissəsində təmin edilməməli, həmin ekspertiza rəyi ilə 0.26 ha həyətyanı torpaq sahəsindən 3/6 hissədə İddiaçı payının naturada ayrılmasının texniki cəhətdən mümkün olması nəticəsinə gəlindiyi üçün həmin 0.26 ha həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus 3/6 hissə payın naturada ayrılması tələbi hissəsində isə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********45-10301 olan, ********** qeydiyyat nömrəli 04.11.2020-ci il tarixli Çıxarışla ünvan 1ində yerləşən 0.26 ha torpaq sahəsinin İddiaçı verilmiş 3/6 hissə payı məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/2124 saylı rəyinə əlavə olunmuş plan sxemdə göstərilən bölgü variantı üzrə naturada ayrılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı Cavabdeh ödənilməlidir. Həmçinin iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********45-10301 olan, ********** qeydiyyat nömrəli 04.11.2020-ci il tarixli Çıxarışla ünvan 1ində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin İddiaçı verilmiş 3/6 hissə payı məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 10/2124 saylı rəyinə əlavə olunmuş plan sxemdə göstərilən bölgü variantı üzrə naturada ayrılsın; iddia qalan hissədə təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı Cavabdeh ödənilsin; iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar