Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-399/2020 14.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx xxxxxxx 2010-cu ildə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsində 1353 nömrəilə rəsmiləşdirilmiş nikahın pozulması, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlunun baxılıb saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin aliment tələbinə dair hissədə azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2010-cu cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlunun baxılıb saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxx 2010-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını xx xxxxxxx 2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində 1353 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2016-cı il tarixdə Mirzəzadə Ömər İlkin oğlu adında iki uşaqları olmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtlardan ailə münasibətləri heç də yaxşı olmamışdır. Xasiyyətləri uyğun gəlməməsi səbəbindən dəfələrlə aralarında narazılıqlar yaranmış, lakin uşaqların xatirinə bir yerdə yaşamışlar. Ailə münasibətləri zəminində aralarında mübahisələr olduğuna görə 2019-cu ilin martın 4-dən ayrılmışdır və hal-hazırda uşaqlar da onun himayəsində yaşayırlar. Artıq cavabdehlə ailə münasibətləri tamamilə pozulmuşdur. Barışıb bir yerdə yaşamaları mümkün deyildir. Gələcəkdə cavabdehlə ailə münasibətlərinin bərpa olunub, yenidən barışmaları qeyri-mümkündür. Cavabdeh fərdi əməklə məşğul olur. Uşaqlara aliment ödəmək üçün hər cür imkanı vardır. O, birgə nikahdan olan uşaqların baxılıb saxlanmasına borcludur, bu onun bir ata kimi uşaq üzərində vəzifəsidir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən RİHB yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X4 izahatında göstərdi ki,xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlunun faktiki olaraq İddiaçı himayəsində olduqlarını nəzərə alaraq, onların analarının yanında qalmaları barədə qətnamə çıxarılmasına etiraz etmir və müvafiq qərarın verilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Yasamal rayon Qeydiyyat Şöbəsitərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 619958 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında nikah Bakı şəhəri Yasamal rayon rayon Qeydiyyat Şöbəsində xx xxxxxxx 2010-cu il tarixdə 1353 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsitərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİİ seriyalı, 575589 №-li doğum haqqında şəhadətnamədən və 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-c il tarixdə verilmiş AZ-İİİ seriyalı, 843436 №-li doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2016-cı il tarixdə Mirzəzadə Ömər İlkin oğlu doğulmuşlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-399/2020 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri əsasında iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə mübahisə məhkəmədə həll olunana kimi ərizənin verildiyi xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzdə Ömər İlkin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz ) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment müvəqqəti tutulub, İddiaçı verilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclas qərarından görünür ki, tərəflərə barışıq üçün 3 ay vaxt verilmişdir. İşə əlavə edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2020-ci il tarixli aktından və xx xxxxxxxx 2020-ci il tarixli, 06- 1477 №-li rəyindən görünür ki, həmin komissiya tərəflərin yaşayış şəraitini araşdırıb, mövcud vəziyyəti, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlunun faktiki olaraq İddiaçı himayəsində olduqlarını nəzərə alaraq, onların analarının yanında qalmalarını məqsədəuyğun hesab etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxxxx 2010-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını xx xxxxxxx 2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində 1353 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2016cı il tarixdə Mirzəzadə Ömər İlkin oğlu adında iki uşaqları olmuşdur. Tərəflər aralarında olan narazılıq və xasiyyətlərinin uyğun gəlməməsi ilə bağlı ayrılmışlar və bir-birindən ayrı yaşayırlar. Ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında ailə münasibətlərinin əsasını təşkil edən maddi və mənəvi bağlılıq artıq mövcud deyildir. Onlar arasında bağlanmış nikah formal xarakter daşıyır. Tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq, onlar barışmamışlar. İddiaçı təkidlə nikahın pozulmasını tələb edir. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlu anaları İddiaçı yanında və himayəsində yaşayırlar. İddiaçı məhkəmədən iddiasının təmin olunmasını; nikahın pozulmasını və himayəsində olan uşaqların saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-cü maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulması səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyünun müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin faktiki hallarına, şərh olunan hüquq normalarına əsaslanaraq, qəyyumluq və himayəçilik komissiyasının rəyini və ən əsası uşaqların mənafeyini əsas götürərək, məhkəmə həmçinin hesab edir ki, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğluanaları İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların analarıİddiaçıyanında saxlanılması, uşaqların mənafeyi, onların ana qayğısı və nəvazişindən məhrum olunmaması, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına lazımi şəraitin yaradılması zərurəti ilə bağlıdır. Beləki, ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. X10 Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və X11 Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (xx xxxx 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi də ailənin qorunmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində deyilir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 41 və «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddələri hər kəsin, o cümlədən uşaqların sağlamlığının qorunmasını dövlətin prioritet vəzifələrindən biri kimi qeyd etmişdir. Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Heç şübhəsiz ki, ailə uşağın tərbiyə edildiyi başlıca yerdir. Uşağın tərbiyəsi ilə bağlı valideynlər bərabər hüquqlara və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Yuxarıda göstərilən qanun normaları konteksində məhkəmə nəzərə çatdırır ki, uşaqların əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Məşhur alman psixoloqu Piliqrim «Ana uşaqları» adlı əsərində uşağın anaya psixoloji cəhətdən daha çox bağlılığını qeyd edir. Uşağın hətta müəyyən zaman kəsiyində ana qayğısı və nəvazişindən, ana ilə daimi ünsiyyətdən məhrum edilməsi onun psixikasına ziyan vurmuqla, əqli və fiziki inkişafına, tərbiyəsinə olduqca mənfi təsir göstərir. Lakin məhkəmə onu da vurğulayır ki, nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqlarıniddiaçının yanında saxlanması, heç də cavabdehi onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X9» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X9» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Avropa Konvensiyasının 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq stabil qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və analarının mənafeyi ilə aliment tutulan valideynin (cavabdehin) maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduqları İddiaçı üzərinə daha çox ağırlığın düşməsi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzdə Ömər İlkin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz ) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri arasında ədalətli tarazlığa səbəb olacaqdır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (019)-399/2020 saylı qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə mübahisə məhkəmədə həll olunana kimi ərizənin verildiyi xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz ) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment müvəqqəti tutulub, İddiaçı verilməsi qərara alınmışdır. Yəni həmin qərardadla alimentin tərəflər arasında mübahisə məhkəmədə həll olunana kimi tutulması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2 (019)-399/2020 saylı qərardadı ilə alimentin tutulması hazırki mülki iş üzrə mübahisə məhkəmədə həll olunana kimi olmaqla müvəqqəti xarakter daşıdığından, bu qətnamə ilə də mülki iş üzrə mübahisə həll olunduğundan, sözügedən qərardadın hüquqi nəticələri aradan qalxır, ona görə də hazırki qətnamə üzrə cavabdehdən hər ay hər uşaq üçün 130 (bir yüz otuz ) manat olmaqla, iki uşaq üçün hər ay 260 (iki yüz altmış) manat alimentin tutularaq, iddiaçıya ödənilməsi hazırki qətnamənin çıxarıldığı tarixdən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, tərəflərin birgə yaşaması və ailənin saxlanmasının qeyri-mümkünlüyünü, yetkinlik yaşına çatmayan uşaqların analarının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, iddiaçı X6 ilə Cavabdeh arasında xx xxxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 1353 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlu anaları X2 yanında saxlanılmalı, hazırki qətnamənin çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz ) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçına ödənilməlidir. Eyni zamanda hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı və 10 manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X6 ilə Cavabdeh arasında xx xxxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 1353 nömrə ilə qeydə alınmış nikah pozulsun; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlu anaları X2 yanında saxlanılsın; hazırki qətnamənin çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş Mirzəzadə Ömər İlkin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin; hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunsun; Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı və 10 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-399/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-399/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver