Məhkəmə qərarları › İş №2(038)-30/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-30/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-30/2024 25.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Porsova İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydə alınmış nikahın pozulması və xx.xx.2013-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015-ci ildə anadan olmuş X4, xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 onun himayəsində saxlanılması və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər bir uşağa görə 220 manat olmaqla, cəmi 880 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh ilə barışmışdır, hazırda birgə yaşayırlar, ailə münasibətləri yaxşıdır. Cavabdehlə barışmaqlarını nəzərə alaraq məhkəməyə verdiyi “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddiaçı ilə barışdıqlarını, İddiaçı iddia ərizəsindən imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında hər hansı mübahisə mövcud olmadığından və yaranmış mübahisə aradan qalxdığından və bu hal hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiaçının ərizəsi mülki işin icraatına xitam verilməsi kimi qəbul edilərək məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin həmin iddia ilə əlaqədar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzliyi iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: x8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar