Məhkəmə qərarları › İş №2(019)-399/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-399/2021

01.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-399/2021 01.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi 1iştirakı ilə Ərizəçi X2 vətəndaşlıq vəziyyəti aktındakı qeydlərin düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində (soyadının “Əhmədova”, doğum tarixinin “19.10.1938”-ci il, atasının soyadının “Əhmədov”, atasının adının “Məbud”, anasının soyadının “Əhmədova”) qeydlərinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1938-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. X4, atası isə X10 olmuşdur. Valideynləri ölmüşlər. X7 tərəfindən 28.01.2021-ci il tarixdə Zaqatala rayonunda yaşamış mərhum bacısı 01.06.2020-ci il tarixdə ölmüş X1 və onun əri 01.07.1998 ildə ölmüş X3 qalmış miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Zaqatala rayon Notariat Ofisinə müraciət etmişdir. Təqdim etdiyi sənədlərdən, onun bacısı olmasını təsdiq edən sənəd (onun doğum haqqında şəhadətnaməsi olmadığından) Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərovanın 28.01.2021-ci il tarixli, 84 saylı məktubu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsidən imtina edilmişdir. Bu səbəbdən o 06.02.2021 ci il tarixdə ərizə ilə Maraqlı şəxsnə, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində soyadının “Əhmədov”dan “Əfəndiyeva” ya, doğum tarixinin “19.10.1938”-ci ildən “xx.xx.1938”-ci ilə, atasının soyadının “Əhmədov”dan “Əfəndiyev”ə, atasının adının “Məbud”dan “Mahmud”a, anasının soyadının “Əhmədova”dan “Əfəndiyeva”ya düzəliş edilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydi 19.10.1938-ci il təvəllüdlü “X18”nın adına tərtib edilmiş, atası “X20” anası “X21” kimi qeyd edilmişdir. Qeydiyyat Şöbəsi düzəliş üçün kifayət qədər əsas olmadığından məhkəməyə müraciət etməli olduğunu bildirərək, əməliyyat aparmaqdan imtina edilmişdir. Qeyd edilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyeva Həmayıl Ənvər qızı ifadəsində göstərdi ki, Ərizəçi tanıyır. Ərizəçinin atası X12, anası isə X16 olmuşdur. Ərizəçi Mahmud qızı xx.xx.1938-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur Lakin Ərizəçi doğum qeydində atasının və anasının ad və soyadları, həmçinin doğum tarixi düzgün qeyd olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 da X8 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 23.10.1938-ci ildə tərtib edilmiş 9889 nömrəli Təvəllüd haqqındakı Aktın Yazılması sənədindən görünür ki, Əhmədova Solmaz 19.10.1938-ci ildə anadan olmuş, atası Əhmədov Məbud Əhməd oğlu, anası X23 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu ZAQS şöbəsi tərəfindən 10 mart 1987-ci il tarixdə verilmiş Xİ-JQ seriyalı 471980 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 20 aprel 1932-ci ildə anadan olmuş, atası Əfəndiyev Mahmud Salam oğlu, X29 Nəsib qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29.07.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi Mahmud qızına ünvanlanmış 06.02.2021-ci il tarixli 05/76-139/15 nömrəli məktubdan görünür ki, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində soyadının “Əhmədov” dan “Əfəndiyeva”ya, doğum tarixinin “19.10. l938”-ci ildən “xx.xx.1938”-ci ilə, atasının soyadının “Əhmədov”dan “Əfəndiyev”ə, atasının adının “Məbud”dan “Mahmud”a, anasının soyadının “Əhmədova” dan “Əfəndiyeva” ya düzəliş edilməsi şöbədə mümkün deyildir. Belə ki, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydi 19.10.1938-ci il təvəllüdlü “X19»nın adına tərtib edilmiş,atası X20,anası X23 qeyd edilmişdir, həmçinin həmin akt qeydində pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyisiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də kifayət qədər əsaslar olmadığından doğumu barədə akt qeydində soyadının “Əhmədov” dan “Əfəndiyeva”ya, doğum tarixinin *İ9.10.1938”-ci ildən “xx.xx.1938”-ci ilə, atasının soyadının “Əhmədov”dan "Əfəndiyev”ə, atasının adının “Məbud”dan “Mahmud”a, anasının soyadının "Əhmədova” dan “Əfəndiyeva” ya düzəliş edilməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1938-ci ildə Balaken rayonunun Mahamalar kəndində anadan olmuşdur. X4, atası Əfəndiyev Mahmud Əhməd oğlu olmuş, valideynləri ölmüşlər. Ərizəçi X7 tərəfindən 28.01.2021-ci il tarixdə Zaqatala rayonunda yaşamış mərhum bacısı, 01.06.2020-ci il tarixdə ölmüş X6 və onun əri 01.07.1998 ildə ölmüş X3 qalmış miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Zaqatala rayon Notariat Ofisinə müraciət etmişdir. Təqdim etdiyi sənədlərdən, onun bacısı olmasını təsdiq edən sənəd (onun doğum haqqında şəhadətnaməsi olmadığından) Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərovanın 28.01.2021ci il tarixli, 84 saylı məktubu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsidən imtina edilmişdir. Bu səbəbdən ərizəçi 06.02.2021 ci il tarixdə ərizə ilə Maraqlı şəxsnə, Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində soyadının “Əhmədova”dan “Əfəndiyeva” ya, doğum tarixinin “19.10.1938”-ci ildən “xx.xx.1938”-ci ilə, atasının soyadının “Əhmədov”dan “Əfəndiyev”ə, atasının adının “Məbud”dan “Mahmud”a, anasının soyadının “Əhmədova”dan “Əfəndiyeva”ya düzəliş edilməsi ilə bağlı müraciət etmişdir. Maraqlı şəxs 06.02.2021-ci il tarixli, 05/76-139/15 nömrəli məktubla doğum akt qeydində düzəliş edilməsinin şöbədə mümkün olmadığını bildirərək, həmin düzəlişi etməkdən imtina etmişdir. Hüquq haqqında mübahisə yoxdur. Doğum akt qeydində düzəliş ərizəçiyə mərhum bacısından qalmış mirasla bağlı sənədləşməni həyata keçirmək üçün lazımdır və ərizəçi həmin düzəlişi təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi doğum akt qeydində qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı həmçinin müəyyən olunmuşdur ki, həqiqətən də ərizəçinin adı (soyadı, adı və atasının adı) Ərizəçi, doğum tarixli xx.xx.1938-ci il, atasının soyadı, adı və atasının adı X12, anasının soyadı, adı və atasının adı isə X9r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində ərizəçinin soyadının Əhmədova, doğum tarixinin 19.10.1938-ci il, atasının soyadının Əhmədov, atasının adının Məbud, anasının soyadının Əhhmədova kimi qeyd olunmasının düzgün olmamasının müəyyən edilməsi üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı tərəfindən 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində Ərizəçi soyadının “Əhmədov”, doğum tarixinin “19.10.1938”-ci il, atasının soyadının “Əhmədov”, atasının adının “Məbud”, ananın soyadının “Əhmədova” kimi yazılması barədə qeydlərin düzgün olmaması müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsas olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı tərəfindən 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində Ərizəçi soyadının “Əhmədov”, doğum tarixinin “19.10.1938”-ci il, atasının soyadının “Əhmədov”, atasının adının “Məbud”, ananın soyadının “Əhmədova” kimi yazılması barədə qeydlərin düzgün olmaması müəyyən edilsin;Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin 23.10.1938-ci il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində Ərizəçi soyadıın “Əhmədova”dan “Əfəndiyeva”ya, doğum tarixinin “19.10.1938”-ci ildən “xx.xx.1938”-ci ilə, atasının soyadının “Əhmədov”dan “Əfəndiyev”ə, atasının adının “Məbud”dan “Mahmud”a, anasının soyadının “Əhmədova”dan “Əfəndiyeva»ya düzəliş edilməsi üçün əsas olması izah edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar