Məhkəmə qərarları › İş №2(019)-428/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-428/2021

15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-428/2021 15.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və cavavbdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlunun əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, uzun illərdir ki, Balakən rayon Katex kəndində, Katex kombinatı adlanan ərazidə ailəsi ilə yaşayır. Yaşadıqları keçmiş Orconikidze kolxozunun ərazisindən ona və bir çox sakinlərə ev tikmək üçün həyətyanı torpaq sahəsi verilərkən mülkiyyətlərindən keçən su arxı olmuşdur ki, sakinlər də həmin həcmi böyük olmayan su arxından axan su ilə istifadələrində olan torpaq sahələrini suvarmaqla yanaşı, əkib-becərdikləri meyvətərəvəzləri ilə ailələrini dolandırsınlar. 05.08.2020-ci il tarixli AKT-da adları qeyd olunan vətəndaşlar, Katex kənd inzibati ərazi dairəsinin və Katex kənd bələdiyyəsinin sədri də istifadələrində olmuş həmin su arxından faktiki olaraq 2016-cı ilə kimi istıfadə etdiklərini və həmin su arxının onların həmin ərazilərdə yaşamasından əvvəl də mövcud olmasını bilirlər və onlara həmin ərazidən torpaq sahələri ayrılanda da həmin sudan hər biri səmərəli istifadə etmişdir. Lakin iş üzrə cavabdeh səxs Cavabdeh öz şəxsi maraqlarını, prinsiplərini hər birindən üstün tutaraq, onların hər birinin gündəlik istifadə etdikləri su arxının özünün torrpaq hissəsindən keçən sakinlərə süni müdaxilələr etməklə, həmin su xəttinin güya ona maneə törətməsini bəhanə gətirərək, onlara imkan vermir ki, onlara həyat üçün lazım olan sudan istifadə etsinlər. Lakin onlar həmin su vasitəsi ilə mülkiyyətlərində olan torpaq sahələrini suvarır, heyvanlarını və quraqlıqdan zərər çəkən meyvə ağaclarının qurumaması üçün istifadə edirlər. Cavabdehin ucbatından hər biri bir neçə ildir ki, əziyyət çəkirlər. Onlar cavabdehdən onun qanunsuz və heç bir əsası olmadan yaratdığı maneəyə son qoymasını xahiş və tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Hansı ki, onların istifadəsində olan həmin su arxı onun da həyətindən keçən su xətti ilə birləşərək, digər qonşuların həyətlərində keçib gedir. Cavabdeh onların uzun illər istifadə etdikləri su arxının qarşısını kəsməklə, həmin su xəttindən istifadə edə bilmədiklərindən xeyli sayda əkdiyi meyvə ağaclarının qurumasına səbəb olmuşdur. Torpaq sahələrini suvara bilməmişdir və quraqlıq yaranma səbəbindən meyvə-təvəz tədarükü görə bilmirlər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, eyni iddia predmetinə əvvəllər məhkəmədə baxılmışdır və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2 (019)-770/2016 nömrəli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən işdə olan sübutların bilavasitə tədqiqi əsasında 2015-ci ilin fevral ayında cavabdehlər İddiaçı və X2 öz həyətlərində istifadə etmələri üçün iddiaçı Cavabdeh həyətindən keçən su arxı qazıb həyətlərinə su çəkməsi, sözügedən arxdan suyun axmasının iddiaçının torpaq sahəsinə və evinə ziyan vurması, bu səbəbdən iddiaçının həmin arx vasitəsi ilə suyun aparılmamasını cavabdehlərdən tələb etməsi, onların isə bundan imtina etməsi müəyyən olunmaqla və bu hallara hüquqi qiymət verilməklə iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı və X4 tərəfindən istifadə etdikləri suyun axımının öz əvvəlki məcrasına yönəldilməsi, iddiaçı Cavabdeh həyətindən qazdıqları arx vasitəsi ilə öz həyətlərinə su aparmalarının onlara qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 8 (019)-333/2016 nömrəli qərardadından görünür ki, ərizə təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 8(019)-333/2016 nömrəli qərardadı ləğv edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-770/2016 nömrəli, 08 iyul 2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi qərara alınmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, 2015-ci ilin fevral ayında İddiaçı və X4 öz həyətlərində istifadə etmələri üçün iddiaçı Cavabdeh həyətindən keçən su arxını qazıb həyətlərinə su çəkmiş, sözügedən arxdan suyun axması Cavabdeh torpaq sahəsinə və evinə ziyan vurmuş, bu səbəbdən Cavabdeh həmin arx vasitəsi ilə suyun aparılmamasını İddiaçı və X1 tələb etmiş, lakin onlar bundan imtina etmişlər. Nəticədə Cavabdeh İddiaçı və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən axıdılan suyun təbii axınının dəyişdirilməsinin qadağan edilməsi və cavabdehlər tərəfindən suyun öz məcrasına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2 (019)-770/2016 nömrəli qətnaməsi ilə işdə olan sübutların bilavasitə tədqiqi əsasında 2015-ci ilin fevral ayında cavabdehlər İddiaçı və X2 öz həyətlərində istifadə etmələri üçün iddiaçı Cavabdeh həyətindən keçən su arxı qazıb həyətlərinə su çəkməsi, sözügedən arxdan suyun axmasının iddiaçının torpaq sahəsinə və evinə ziyan vurması, bu səbəbdən iddiaçının həmin arx vasitəsi ilə suyun aparılmamasını cavabdehlərdən tələb etməsi, onların isə bundan imtina etməsi müəyyən olunmaqla və bu hallara hüquqi qiymət verilməklə iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı və X4 tərəfindən istifadə etdikləri suyun axımının öz əvvəlki məcrasına yönəldilməsi, iddiaçı Cavabdeh həyətindən qazdıqları arx vasitəsi ilə öz həyətlərinə su aparmalarının onlara qadağan edilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minməklə icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2 və 170.3-cü maddələrinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2 (019)-770/2016 nömrəli qətnaməsi ilə işdə olan sübutların bilavasitə tədqiqi əsasında 2015-ci ilin fevral ayında cavabdehlər İddiaçı və X2 öz həyətlərində istifadə etmələri üçün iddiaçı Cavabdeh həyətindən keçən su arxı qazıb həyətlərinə su çəkməsi, sözügedən arxdan suyun axmasının iddiaçının torpaq sahəsinə və evinə ziyan vurması, bu səbəbdən iddiaçının həmin arx vasitəsi ilə suyun aparılmamasını cavabdehlərdən tələb etməsi, onların isə bundan imtina etməsi müəyyən olunmaqla və bu hallara hüquqi qiymət verilməklə iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı iddiasının təmin edilərək, cavabdehlər İddiaçı və X4 tərəfindən istifadə etdikləri suyun axımının öz əvvəlki məcrasına yönəldilməsi, iddiaçı Cavabdeh həyətindən qazdıqları arx vasitəsi ilə öz həyətlərinə su aparmalarının onlara qadağan edilməsi qət edildiyindən və həmin qətnamə ilə müəyyən olunmuş bu fakt həmin işdə iştirak edən şəxslər, o cümlədən İddiaçı tərəfindən hazırki məhkəmə prosesində mübahisələndirilə bilinmədiyindən və yenidən sübut edilə bilinmədiyindən, yəni preyudisial əhəmiyyət daşıdığından, bu qətnamə üzrə verilmiş icra sənədi icra edildiyindən, həmçinin qanuna görə suyun təbii axımını qonşunun ziyanına dəyişdirilməsi qadağan edildiyindən və bu xüsusda iddiaçı qonşu təsirinə dözmək vəzifəsi daşıdığından, İddiaçı Cavabdeh qarşı Cavabdeh əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması tələbinə dair iddiası heç bir faktoloji və hüquqi əsaslara malik olmamaqla əsassızdır və təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı oğlunun Cavabdeh qarşı Cavabdeh oğlunun əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı və hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı oğlunun Cavabdeh qarşı Cavabdeh əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması tələbinə dair iddiası təmin olunmasın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar