Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-433/2021 05.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin 16 saylı Regional Ərazi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Balakən rayon Filialına qarşı hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Balakən rayon Filialına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, xx xxxxxxx 1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur, hazırda da həmin kənddə yaşayır. O, 1976-1977-ci illər ərzində Tülü kəndində fəaliyyət göstərmiş “Nəriman Nərimanov” adına kolxozda koxozçu işləmiş, onun həmin kolxozda işləməsi Balakən rayon Dövlət arxivi tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin arxiv arayışında göstərilmişdir ki, 1976-1977-ci illərdə iddiaçının atasının adı qeyd edilməyib.O, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək kolxozda, Balakən rayon Poçt filialında və Tülü kənd bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Balakən rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1 (116)-1002/2020 saylı qərarı ilə iddiası qismən təmin edilmiş,cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Balakən rayon Filialının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay ,04.05.1977-ci ildən 05.01.1999-cu il tarixədək Balakən Poçt filalında və 30.04.2001-ci ildən 01.11.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə göstərilmişdir ki, iddiaçının Tülü kəndi “Nəriman Nərimanov” adına kolxozda işləməsi ilə bağlı Balakən rayon Dövlət arxivindən əldə etdiyi arxiv arayışında şəxsin atasının adı qeyd edilməmişdir. Buradan da məlum olur ki, arxiv arayışında adı keçən şəxsin İddiaçı olması şübhə doğurur. Eyni zamanda arxiv arayışında şəxsin işlədiyi illər qeyd edilsə də, əmək haqqı qeyd edilməmişdir. Bu səbəbdən də o, hüquq müəyyənedici sənəd olan, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının özünə məxsus olması faktının müəyyən ediməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin 16 saylı Regional Ərazi Filialının nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 1976-1977-ci illər ərzində Tülü kəndi “Nəriman Nərimanov” adına kolxozda kolxozçu olaraq işlədiyini iddia edir. Balakən rayon Dövlət arxivindən əldə etdiyi 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayışının ona məxsus olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, icraatda olan 2(019)-433/2021 saylı iş üzrə ərizə əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.11-ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı li yanvarın 1- dən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ış stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərb əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. İş üzrə icraat materiallarından göründüyü kimi ərizəçi İddiaçı Balakən rayon Dövlət arxivindən verilən arayışda ad və soyad qeyd olunmasına baxmayaraq, ata adı qeyd olunmamışdır. Bu hal Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən faktın xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün zəruri olan adların üst üstə düşməməsi şərtini ödəmir. Belə ki, arayışda ata adı qeyd olunmadığından ata adla tutuşdurula və üst-üstə düşməməsi müəyyən oluna bilmir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, adlar üst-üstə düşmədikdə, iş stajını təsdiq edən lazımi sənədlər olmadıqda, həmin sənədləri ərizəçi başqa qaydada ala bilmədikdə və yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda belə faktlar hüquqi fakt kimi təsdiq oluna bilər, digər hallarda işə xüsusi icraat qaydasında baxılması istisna olunur. Qeyd olunanlara əsasən İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə 2(019)-433/2021 saylı iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ərizəçi İddiaçı onun həmkəndlisidir. O,1976-cı ilin mart ayından 1984-cü ilin may ayına kimi Balakən rayonu N.Nərimanov adına kolxozda aqronom işləmişdir. İddiaçı 1976-1977-ci illərdə Balakən rayon N.Nərimanov adına kolxozda işləmişdir. Həmin kolxozda İddiaçı adlı başqa şəxs işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivinin müdiri işləyir. Balakən rayonu Tülü kənd sakini İddiaçı 09 mart 2020-ci il tarixdə Balakən rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyini bildirmiş,iş stajı və gəliri haqqında arayış verilməsini xahiş etmişdir. Şifahi olaraq 7 nömrəli briqadada işlədiyini demişdir. Ərizəyə baxılaraq İddiaçı 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “ adına kolxozda işlədiyi barədə 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayış verilmişdir. İddiaçı 11.02.2021-ci ildə Balakən regional “ASAN XİDMƏT” mərkəzinə ərizə ilə təkrar müraciət edərək Tülü kəndi “N.Nərimanov” adına kolxozda 1976-1977-ci illərdə işlədiyi barədə arxiv arayışının verilməsinin xahiş etmişdir. İddiaçı müraciətinə baxılaraq 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı ona Balakən regional “ASAN XİDMƏT” mərkəzi vasitəsilə təqdim edilmişdir. Hər iki arayış eyni məzmunludur. Dövlət Arxivində mühafizə olunan Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1979-cu illərə aid təsərrüfatbaşına kitablarında göstərilmişdir ki, xx xxxxxxx 1955-ci il təvəllüdlü İddiaçı atası X3 təsərrüfatında qeydiyyatdadır.Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976, 1977-1979-cu illərə aid təsərrüfatbaşına kitablarında eyni adlı, təvəllüdlü digər şəxsin qeydiyyatı aparılmamışdır. İddiaçı 1976- 1979-cu illərdə harada işlədiyi barədə təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon tülü kənd soveti tərəfindən 26 iyul 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 388104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1955-ci ildə anadan olmuş, atası X4, anası X2 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Şəki İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarından görünür ki, həmin qərarla iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Balakən rayon filalının üzərinə İddiaçı 1976- 1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay ,04.05.1977-ci ildən 05.01.1999-cu il tarixədək Balakən Poçt filalında və 30.04.2001-ci ildən 01.11.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Dövlət Arxivi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 29 aprel 2021-ci il tarixli 31 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Tülü kənd sakini İddiaçı 09 mart 2020-ci il tarixdə Balakən rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyini bildirmiş, iş stajı və gəliri haqqında arayış verilməsini xahiş etmişdir. Şifahi olaraq 7 nömrəli briqadada işlədiyini demişdir. Ərizəyə baxılaraq İddiaçı 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyi barədə 13 mart 2020- ci il tarixli 51 nömrəli arxiv arayışı verilmişdir. İddiaçı 11.02.2021-ci ildə Balakən regional “ASAN XİDMƏT’mərkəzinə ərizə ilə təkrar müraciət edərək Tülü kəndi “N.Nərimanov” adına kolxozda 1976-1977-ci illərdə işlədiyi barədə arxiv arayışının verilməsini xahiş etmişdir.İddiaçı müraciətinə baxılaraq 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı ona Balakən regional “ASAN XİDMƏT” mərkəzi vasitəsilə təqdim edilmişdir. Hər iki arayış eyni məzmunludur. Dövlət Arxivində mühafizə olunan Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1979-cu illərə aid təsərrüfatbaşına kitablarında xx xxxxxxx 1955-ci il təvəllüdlü İddiaçı atası X3 təsərrüfatında qeydiyyatdadır. Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1977-1979-cu illərə aid təsərrüfatbaşına kitablarında eyni adlı, təvəllüdlü digər şəxsin qeydiyyatı aparılmamışdır. İddiaçı 1976-1979-cu illərdə harada işlədiyi barədə təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Dövlət Arxivi tərəfindən 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976- 1977-ci illərdə Balakən rayonu Tülü kəndi «N.Nərimanov» adına kolxozda işləmiş, 1976- 1977-ci illərdə atasının adı qeyd edilməmiş, 1976-cı ilin sentyabr ayında yazılan 791 adam saatda qaralama var. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Balakən rayon Dövlət Arxivinə ünvanlanmış ərizədən görünür ki, o, 1976-1977-ci illərdə Tülü kənd “N.Nərimanov” adına kolxozda işləmişdir. Onun iş stajı və gəliri haqqında arayış verilməsini xahiş edir. Balakən rayonu Tülü kənd X1 İcraiyyə Komitəsinin 06 nömrəli 1974, 1975, 1976-cı illərin 6 nömrəli təsərrüfatbaşına kitabından görünür ki, İddiaçı kolxozda kolxozçu işləmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “N.Nərimanov” kolxozunun 7 №li briqadasının 1976-cı il tarixli əməyin ödənişi üzrə hesablama kitabından görünür ki, İddiaçı əmək haqqı ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “N.Nərimanov” kolxozunun 7 №li briqadasının 1977-ci il tarixli əməyin ödənişi üzrə hesablama kitabından görünür ki, İddiaçı əmək haqqı ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda kolxozçu işləmişdir. Lakin kolxozun əmək günü və əmək haqqı sənədlərində atasının adı qeyd edilməmişdir. Bu barədə ərizəçiyə Balakən rayon Dövlət Arxivi tərəfindən 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı verilmişdir. Ərizəçi İddiaçı pensiya təyin edilməsi ilə bağlı sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Balakən rayon filıalına təqdim etmiş, lakin kolxozun əmək günü və əmək haqqı sənədlərində atasının adı qeyd edilmədiyindən Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı sonuncu tərəfindən qəbul edilməmiş, kolxozda işlədiyi illər ona sığorta stajı kimi hesablanmamışdır. Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxoz ləğv olunduğundan həmin sənədlərdə düzəliş edilməsi, iddiaçının bu barədə sənədi başqa qaydada alması mümkün deyildir. Həmçinin tərəflər arasında hüquqla bağlı mübahisə vardır.Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında habelə müəyyən edildi ki,1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda İddiaçı başqa İddiaçı adlı şəxs işləməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda kolxozçu işləməsini, lakin kolxozun əmək günü və əmək haqqı sənədlərində onun atasının adının qeyd edilməməsini, həmin məsələdə iddiaçının təqsirinin olmamasını, bunun kolxozun vəzifəli şəxslərinin təqsiri üzündən baş verməsini, Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxoz ləğv olunduğundan həmin sənədlərdə düzəliş edilməsi və iddiaçının bu barədə sənədi başqa qaydada almasının mümkün olmamasını, həmçinin 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda İddiaçı başqa İddiaçı adlı şəxsin işləməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndi “N.Nərimanov” adına kolxozda kolxozçu işləməsinə dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 16 saylı arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : İddia təmin edilsin. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 16 saylı arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-433/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-433/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver