Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-44/2021 14.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.52 ha torpaq sahəsinin bölünərək hər birinə düşən payın verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən JN 382 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X10 ilə İddiaçı, Cavabdeh, X1 və X2 mülkiyyətinə verilmiş 0.52 ha torpaq sahəsinin bölünüb hər birinə ayrı-ayrılıqda düşən payın (torpağın) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı, X3, X4 və Cavabdeh ümumi mülkiyyətinə 0.52 ha torpaq sahəsi verilmişdir. Həmin 0.52 ha torpaq sahəsi bu 4 nəfər adamlar arasında bölünüb ayrı-ayrılıqda hər adama düşən (təxminən 0.12 ha) torpağın verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X4 22 sentyabr 2020-ci il tarixə təyin olunmuş, həmçinin sonrakı tarixlərə təyin olunmuş məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X9 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Tülü kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi İddiaçı, X1, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 11 mart 2021-ci il tarixli, 10/695 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - JN 382 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X10 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində İddiaçı, Cavabdeh, X1 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Həmin ərazinin naturada istifadə edilən ölçülərlə sənədlərdə göstərilən ölçülər arasında konfiqurasiya fərqləri mövcuddur ( mütəxəssis rəyinə əlavə edilmiş sxem 1 və 2); - JN 382 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X10 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində İddiaçı, Cavabdeh, X1 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsini hər birinin payına (hər birinə 1/4 hissə pay düşür) uyğun naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir ( mütəxəssis rəyinə əlavə edilmiş sxem 1 və 2); mülki iş materiallarında torpaq sahəsinə dair baza məlumatları olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların, baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 11 mart 2021-ci il tarixli, 10/695 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 14 yanvar 2021-ci il tarixli, **********59 nömrəli məktubla təqdim etdiyi xərclər smetasından görünür ki, hazırki iş üzrə təqdim edilmiş mütəxəssis rəyinin xərci 138,98 manat təşkil edir. İş materiallarında olan 30.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Arif oğlu hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından həmçinin görünür ki, ekspertin 26 noyabr 2021-ci il tarixli məlumatı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli, 10/4268 nömrəli məktubu ilə tədqiqat obyektinə dair əlavə materiallar (mütəxəssis rəyi) təqdim olunmadığından, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən imtina olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı əsasında JN 382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X10 ilə İddiaçı, X1, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.52 ha torpaq sahəsi verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 11 mart 2021-ci il tarixli, 10/695 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, JN 382 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X10 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində İddiaçı, Cavabdeh, X1 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.52 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; iddiaçının 1/4 hissə torpaq payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölünməsi mümkün deyildir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat, mütəxəssisə ödənilməli olan xərc 138,98 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verildiyi vaxt qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilməli idi. İş materiallarından isə görünür ki, iddiçı hazırki iddianın qaldırılması üçün bu Qanunla müəyyən edilmiş miqdardan artıq miqdarda-30 manat dövlət rüsumu ödəmişdir ki, həmin dövlət rüsumu kimi artıq ödənilmiş 20 manat da Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.1- ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respukblikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş materiallarından görünür ki, iş üzrə mütəxəssis tədqiqatının aparılması və rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesti Xidmətinin mütəxəssisinin xidməti vəzifəsinə aid deyildir. Həmçinin iddianın predmetini cəmi 0.52 ha torpaq sahəsinin naturada bölgüsünün mümkün olub-olmamasının müəyyənləşdirilməsi barədə böyk vaxt və resurs tələb etməyən tədqiqatın aparılması və rəyin verilməsi təşkil edir. Mütəxəssis tərəfindən də cəmi bir dəfə iddia predmetini təşkil edən sahəyə baxış keçirilmiş və kadastr məlumatları əsasında rəy verilmişdir. Həmçinin iş üzrə ekspertiza tədqiqatı da 50 manat məbləğində dəyərləndirilmişdir. Belə olan halda qanunun tələbinə əsasən məntiqə və ağlabatanlıq və ədalət prinsipinə əsasən mütəxəssisə ödənilməli xərc 50 manat məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, tərəflərin ümumi birgə mülkiyyətində olan 0.52 ha torpaq sahəsindən ümumi birgə mülkiyyətçilərin hər birinin 1/4 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsünün mümkün olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.52 ha torpaq sahəsinin bölünərək hər birinə düşən payın verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumu kimi artıq ödənilmiş 20 manat Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməli, İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, həmçinin İddiaçı mütəxəssisə ödənilməli məntiqi həddə olan xərc kimi 50 manat tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesti Xidmətinin Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı Filialın Kodu:200071 VÖEN:********** SVVİFT kod: AİİBAZ2X Mühbir hesab AZ37NABZ013501**********1944 Benefisiarın adı:KADASTR və YERQUR LAYİHA TADQ MAR Benefisiarın hesabı:AZ23AİİB******************** VÖEN:********** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.52 ha torpaq sahəsinin bölünərək hər birinə düşən payın verilməsi tələbinə dair iddiası təmin edilməsin; dövlət rüsumu kimi artıq ödənilmiş 20 manat Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın; ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin; İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin; İddiaçı mütəxəssisə ödənilməli məntiqi həddə olan xərc kimi 50 manat tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesti Xidmətinin Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı Filialın Kodu:200071 VÖEN:********** SVVİFT kod: AİİBAZ2X Mühbir hesab AZ37NABZ013501**********1944 Benefisiarın adı:KADASTR və YERQUR LAYİHA TADQ MAR Benefisiarın hesabı:AZ23AİİB******************** VÖEN:********** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-44/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-44/2021
14.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver