Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-50/2022 29.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lara əsasən ümumi paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı və 0,0587 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən Balakən rayonu Mahamalar kəndində yerləşən 0,7233 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan 21/30 hissəsinin naturada ayrılması və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə xx.xx.2022-ci il tarixli teleqramla və xx.xx.2022-ci il tarixli yazılı ərizə ilə müraciət edərək, hazırki iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar İddiaçı2 və X3 və Cavabdeh məhkəmə iclaslarına, o cümlədən xx.xx.2022-ci il tarixə saat 10.25-ə təyin olunmuş məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş, həmçinin cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən isə iddianın qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməs, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı1 iddia ərizəsinin qaytarılmaqla baxılmamış saxlanması barəsində ərizə verdiyindən, digər iddiaçılar İddiaçı2 və X3 və Cavabdeh işə onların iştirakı olmadan baxılmasını xahiş etməməklə məhkəməyə gəlmədiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı,iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalı, İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı1 qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 qaytarılsın; İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı1 qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-50/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-50/2022
29.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver