Məhkəmə qərarları › İş №2(019)-506/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-506/2021

13.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-506/2021 13.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı və cavabdehlər Cavabdeh1 Nəsrəddinoviçin və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 Nəsrəddinoviç və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı Qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan yardımçı saraydan cavabdehlərin çıxarılmaqla, həmin saraya çəkilən kommunal xətlərin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Qarayev X1 Vadim Nəsrəddinoviç və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı Qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan yardımçı saraydan cavabdehlərin çıxarılmaqla, həmin saraya çəkilən kommunal xətlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki mülki işin məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 Nəsrəddinoviç və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı Qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan yardımçı saraydan cavabdehlərin çıxarılmaqla, həmin saraya çəkilən kommunal xətlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Nəsrəddinoviç və Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı hazrki iddia ərizəsinin qaytarılması barədə vəsatət verdiyindən və bu, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, İddiaçı Cavabdeh1 Nəsrəddinoviç və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı Qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan yardımçı saraydan cavabdehlərin çıxarılmaqla, həmin saraya çəkilən kommunal xətlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 Nəsrəddinoviç və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, ********** saylı Qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan yardımçı saraydan cavabdehlərin çıxarılmaqla, həmin saraya çəkilən kommunal xətlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etimək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar