Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-522/2020 13.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı Səitbəy qızının, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mərhum həyat yoldaşı X5 məxsus olan torpaq sahəsində özü tərəfindən əkilib qulluq olunmuş 65 (altmış beş) toma fındıq məhsulunun onun tərəfindən yığılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailənin ümumi mülkiyyətinə verilmiş 1,30 ha pay torpaq sahəsi və 0,07 ha həyətyanı torpaq sahəsində şəxsən özü tərəfindən əkilib qulluq olunmuş 65 (altmış beş) toma fındıq məhsulunun onun özü tərəfindən yığılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2004-cü ildə rəsmi nikah bağlamadan X9 ilə ailə qurmuşdur. xx.xx.2005-ci ildə oğlu X10 anadan olmuşdur. Mərhum həyat yoldaşı Azər Sabirov uzun sürən ağır xəstəlikdən xx.xx.2010-cu ildə vəfat etmişdir. Həyat yoldaşı ağır vərəm xəstəsi olduğundan və xəstəlik yoluxucu olduğundan ondan tələb etmişdir ki, oğlu Elmir Sabirovu da götürüb atası evinə getsin. O da oğlu və özünün xəstəliyə tutulmaması üçün ərinin şifahi tələbini yerinə yetirmişdir. X9 xx.xx.2010-cu ildə ölmüşdür. Onlar birgə yaşadıqları müddətdə əvvəllər mərhum həyat yoldaşı tərəfindən əkilmiş fındıq tomalarından əlavə özü də həmin 1,30 ha pay torpaq və 0,07 ha həyətyanı torpaq sahəsində 65 toma fındıq ağacı əkmişdir. Artıq bir neçə ildir ki, həmən ağaclar bar versə də mərhum həyat yoldaşının bacısı Cavabdeh öz həyat yoldaşı ilə birlikdə ona və oğluna onların qeydiyyatda olduğu evə və torpaq sahəsinə daxil olmağı və şəxsən özü tərəfindən əkilən fındıq məhsulunu yığmağı qadağan edirlər. Həmin torpaq sahəsində təxminən 125 tomadan artıq bar verən fındıq ağacları var. Mərhum həyat yoldaşının atası, anası çoxdan vəfat etmişlər, bacısı Cavabdeh isə Sarıbulaq kəndində qeydiyyatda deyildir və uzun illərdir ata yurdunda yaşamır. Ərizədə qeyd edilmiş torpaq sahəsinin və iki otaqlı yaşayış evinin bütün hüququ sənədləri Cavabdehdır. Ona Sarıbulaq kənd İƏD-dən təqdim olunmuş arayışda Cavabdeh yox, onun və övladının hüquqlarının pozulması təsdiq olunur. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2004-cü ildə qeyri rəsmi nikahla qardaşı Azər Sabirovla evlənmişdir. İddiaçı 2008-ci ildə qeyri-rəsmi yaşadığı həyat yoldaşı X6 xəstə halda qoyub, başqa şəxsə ərə getmiş və orada bir qız uşağı da doğmuşdur. İddiaçı 11 ildən sonra qəlib ondan fındıq yığmağını tələb edir. Fındıq ağaclarını əmisi Sabirov Mamed əkmişdir. Qardaşı Azər isə 7 il həbsdə olmuşdur. Ayşət hec bir ağac əkməmişdir. Onun bu həyətdə hec bir əməyi olmamışdır. Anası öz sağlığında həmin torpaq sahəsini, evi ona vəsiyyət etmişdir. İddiaçı iddiası əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək cavabdeh ilə eyni məzmunlu izahat verərək İddiaçı iddias əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 630773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxx 2005-ci ildə anadan olmuş, atası X9, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 423965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 41 nömrəli arayışda göstərilmişdir ki, Sarıbulaq kənd sakini olmuş mərhum X9 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Mərhum X1 ikən qeydiyyatda olmuş olduğu təsərrüfatda hal-hazırda 2 otaqlı ev, ailəsinin ümumi mülkiyyətinə verilmiş 1.30 ha pay torpaq sahəsi və 0.07 ha həyətyanı torpaq sahəsi var. Hal-hazırda həmin evdə İddiaçı, X10 və X8 qeydiyyatda olmasına baxmayaraq heç kim yaşamır. Mərhum X4 atası və anası vəfat etmiş, bacısı isə ərə köçmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 226 nömrəli arayışdan görünür ki, Sarıbulaq kənd sakini olmuş Cavabdeh hal-hazırda Sarıbulaq kəndində yaşamır və Sarıbulaq kəndində qeydiyyatda deyildir. Balakən rayonunun Tülü kəndinə ərə köçmüşdür və orada qeydiyyatdadır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı 2004-cü ildə rəsmi nikah bağlamadan Cavabdeh qardaşı-X9 ilə ailə qurmuşdur. xx.xx.2005-ci ildə onların X10 adlı uşaqları anadan olmuşdur. Azər Sabirov uzun sürən xəstəlikdən xx.xx.2010-cu ildə vəfat etmişdir. Azər Sabirovun yaşadığı təsərrüfatda 1,30 ha kənd təsərrüfatı təyinatlı və 0,07 ha həyətyanı torpaq sahəsi vardır. Lakin ondan miras qalan əmlaklara vərəsəlik müəyyən edilməmişdir. İddiaçı yetkinlik yaşına çatmayan, xx.xx.2005-ci ildə anadan olmuş oğlu-X7 miras əmlakdan payı müəyyən olunmadan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X13 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Adıçəkilən hüquq normasının məzmunundan göründüyü kimi qanunvericilik mülkiyyətçiyə özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək hüququnu müəyyən etmişdir. İş materiallarından isə görünür ki, İddiaçı və onun xx.xx.2005-ci ildə anadan olmuş oğlu-X7 mübahisəli torpaq sahələrinə heç bir hüquqları yoxdur. xx.xx.2005-ci ildə anadan olmuş oğlu-X7 mərhum X4 vərəsəsi olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı xx.xx.2005-ci ildə anadan olmuş oğlu-X7 mərhum X2 qalan mirası qəbul etməsi barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mərhum həyat yoldaşı X5 məxsus olan torpaq sahəsində şəxsən özü tərəfindən əkilib qulluq olunmuş 65 (altmış beş) toma fındıq məhsulunun onun tərəfindən yığılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mərhum həyat yoldaşı X5 məxsus olan torpaq sahəsində özü tərəfindən əkilib qulluq olunmuş 65 (altmış beş) toma fındıq məhsulunun onun tərəfindən yığılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-522/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-522/2020
13.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver